Kanal4.az

Xəbərlərin ünvanı

Kanal4.az

SİYASƏT
Konstitusiya – insan hüquqları və ədalətin ali təminatı
SİYASƏT
Konstitusiya tariximizin mühüm mərhələləri
SİYASƏT
Sabitlik və inkişafın hüquqi əsasları
SİYASƏT
Konstitusiya müstəqil dövlətçiliyin möhkəm hüquqi təməlidir
SİYASƏT
Günay Ağamalı: Üçrəngli bayrağımız qalib xalqın qüruru, müstəqil dövlətimizin əzəmətidir – ŞƏRH
SİYASƏT
8 Noyabr xalqımızın milli qürurunun, dövlətçilik iradəsinin və tarixi ədalətin təntənəsidir
SİYASƏT
Günay Ağamalı: Şuşa Zəfəri Azərbaycanın milli qürurunun və dövlətçilik qüdrətinin təcəssümüdür
SİYASƏT
8 Noyabr – Şuşa şəhəri günü: Zəfərin zirvəsi, qürurun ünvanı
CƏMİYYƏT
Salyan Rayon Mərkəzi Xəstəxanasında 8 Noyabr – Zəfər Gününə həsr olunmuş tədbir keçirilib!
SİYASƏT
Mavi göylərdə dalğalanan milli qürurumuz
SİYASƏT
Ucalan bayrağımız, güclənən dövlətimiz
SİYASƏT
Dövlətçiliyimizin ideoloji təməli və milli birliyimizin rəmzi
SİYASƏT
Dövlət bayrağımız milli dəyərimizdir
SİYASƏT
Zəfər Yolunun Aparıcı Zirvəsi
SİYASƏT
Qalib Azərbaycanın Qürur Zirvəsi – Şuşa
SİYASƏT
8 Noyabr- Şuşanın Əbədi Ruhunun Qayıdışı
SİYASƏT
8 NOYABR – ZƏFƏR GÜNÜ: MİLLİ QÜRURUMUZUN, DÖVLƏTÇİLİYİMİZİN VƏ DÖNÜŞMƏZ İRADƏMİZİN TƏNTƏNƏSİ
SİYASƏT
Salyanda Zəfər Gününə həsr olunmuş tədbir keçirilib
SİYASƏT
Səhiyyə işçiləri ümumrayon ağacəkmə aksiyasında fəal iştirak ediblər
SİYASƏT
8 NOYABR – ZƏFƏR GÜNÜ: MİLLİ QÜRURUMUZUN, BİRLİYİMİZİN VƏ QƏHRƏMANLIĞIMIZIN TƏNTƏNƏSİ*
SİYASƏT
Zəfərin yaratdığı yeni reallıqlar və Azərbaycanın gələcək hədəfləri
SİYASƏT
Güclü iqtisadiyyat, müasir ordu və tarixi Qələbə
SİYASƏT
44 günə sığan qəhrəmanlıq və əsrlərə yazılan Zəfər
SİYASƏT
Şuşa Azərbaycan xalqının rəşadətinin, əyilməz iradəsinin simvoludur
SİYASƏT
Ana Vətən Partiyasından Tarixi Zəfərin Altıncı İldönümü İlə Bağlı BƏYANAT
SİYASƏT
Deputat: Bütün nailiyyətlər uzaqgörən siyasətin məntiqi nəticəsidir
SİYASƏT
Şuşanın azadlığı Azərbaycanın tarixi Zəfərinin və milli qürurunun təntənəsidir
SİYASƏT
Azad Şuşa dövlətimizin quruculuq əzminin və Böyük Qayıdışın rəmzidir
SİYASƏT
Şuşa Zəfəri milli qürurumuzun ən uca zirvəsidir
SİYASƏT
8 Noyabr: təqvimin qızıl hərflərlə yazılmış tarixi

Dövlətimizin Şərəf və Qürurunu Qoruyaq

2024-11-16 21:39:33 408 baxış
Xəbər şəkil

Azərbaycan Respublikası tarixin çətin və şərəfli yollarından keçərək müstəqillik qazandığı gündən bəri dünya miqyasında tanınan, qürur duyulan bir ölkəyə çevrilmişdir. Bu gün Azərbaycanımız Prezident İlham Əliyevin müdrik rəhbərliyi ilə siyasi, iqtisadi və sosial sahələrdə böyük uğurlara imza ataraq regionun lider ölkəsinə çevrilmişdir. Ancaq təəssüf ki, bu uğurları həzm edə bilməyən, ölkəmizi gözdən salmağa çalışan qərəzli qüvvələr də mövcuddur.
COP 29 Konfransı ərəfəsində Azərbaycan bir daha dünya ictimaiyyətinə öz iradəsini, mövqeyini və beynəlxalq miqyasda aparıcı dövlətlər sırasında yerini nümayiş etdirdi. Azərbaycanın iqlim dəyişikliyi ilə mübarizə istiqamətində göstərdiyi təşəbbüslər, "yaşıl enerji" konsepsiyasının irəlilədilməsi və regional əməkdaşlığın gücləndirilməsi yönündə atdığı konkret addımlar konfrans iştirakçıları tərəfindən yüksək qiymətləndirildi. Müzakirələr zamanı Azərbaycanın təqdim etdiyi ekoloji strategiyalar və Qarabağın "yaşıl enerji zonası" elan olunması isə xüsusi diqqət mərkəzində oldu. Prezident İlham Əliyevin liderliyi ilə həyata keçirilən bu siyasət yalnız dövlətimizin davamlı inkişafına deyil, həm də qlobal ekoloji təhlükəsizlik məsələlərinə verdiyi mühüm töhfəni nümayiş etdirdi.
Azərbaycanın COP 29 çərçivəsində qazandığı uğurlar həm ölkəmizin beynəlxalq nüfuzunu daha da möhkəmləndirdi, həm də qlobal problemlərin həlli istiqamətində aparıcı tərəfdaşlardan biri olduğunu sübut etdi. Bu nailiyyətlər bir daha göstərdi ki, Azərbaycanın inkişafına kölgə salmaq istəyənlər yalnız öz qərəzli niyyətlərini ifşa etmiş olurlar. Ölkəmizin uğurları ilə barışmayan qüvvələr isə hər zaman xalqın iradəsi qarşısında məğlub olmağa məhkumdur.
Dövlət adına görülən işlərə kölgə salmaq, dövlətimizi beynəlxalq arenada biabır etməyə cəhd göstərmək heç vaxt səmimi niyyətli ola bilməz. Dövlət bir xalqa məxsus ən ali dəyərdir, onu qorumaq hər bir vətəndaşın borcu və şərəfidir. Dövlətimizin əleyhinə çıxanlar isə yalnız bir adla xatırlana bilər – satqın. Bu cür insanlar dövlətimizə qarşı işlədikləri xəyanətlə yalnız özlərinə ziyan vurur və xalq arasında da hörmətsizlik qazanırlar.
Bütün çətinliklərə baxmayaraq, Azərbaycan bu gün dünyada güclü dövlət kimi qəbul edilir. Biz, 44 günlük Vətən Müharibəsi dövründə də bu gücün şahidi olduq. Müzəffər Ali Baş Komandanımız İlham Əliyevin rəhbərliyi ilə xalqımız bir yumruq kimi birləşərək tarixi zəfər qazandı. Bu zəfər təkcə torpaqlarımızın azadlığı deyil, eyni zamanda milli ruhumuzun və dövlətçilik ənənələrimizin dirçəlişi oldu.
Ancaq hər bir vətəndaş bilməlidir ki, bu uğurların qorunması və gələcək nəsillərə çatdırılması üçün həmrəyliyimiz daha da gücləndirilməli, dövlətə və dövlətçiliyə olan inamımız hər zaman möhkəm saxlanılmalıdır. Dövlət məmurundan narazılıq ola bilər, amma dövlətdən narazılıq əsla! Dövlət, vətənin hər daşında, hər qarışında əks olunan müqəddəs varlıqdır. Ona qarşı çıxmaq, xalqın inamını sarsıtmağa çalışmaq yalnız dövlətə deyil, həm də xalqa və onun gələcəyinə qarşı xəyanət kimi qiymətləndirilməlidir.
Bizim borcumuz dövlətimizin gücünü, qürurunu qorumaq və gələcək nəsillərə daha güclü bir Azərbaycan miras qoymaqdır. Azərbaycanımızın bugünkü uğurlarını dünya miqyasında tanıdan liderimiz İlham Əliyev, onun apardığı uzaqgörən siyasət və qətiyyətli addımlar hər birimizin fəxr mənbəyidir. Xəritədə bir nöqtə kimi görünən Azərbaycan bu gün dünya dövlətləri arasında öz yeri və çəkisi olan nüfuzlu bir ölkəyə çevrilmişdir. Dövlətimizin uğurları hər birimiz üçün qürur və ilham mənbəyidir.
Azərbaycan Respublikasının vətəndaşı və fəxr edən övladı olaraq, dövlətimizi qorumaq, onun nailiyyətlərini daha da yüksəklərə daşımaq və gələcək nəsillərə çatdırmaq hər birimizin əsas vəzifəsi olmalıdır!
Səni sevirik, Ana Vətənimiz, Azərbaycanımız! Fəxr edirik ki, sənin övladlarıyıq. Sənin uğurun, bizim uğurumuzdur. Yaşasın Azərbaycan!

Aygül Bağırova

Oxşar xəbərlər

Xəbər lenti
Konstitusiya – insan hüquqları və ədalətin ali təminatı
2026-11-11
Konstitusiya tariximizin mühüm mərhələləri
2026-11-11
Sabitlik və inkişafın hüquqi əsasları
2026-11-11
Konstitusiya müstəqil dövlətçiliyin möhkəm hüquqi təməlidir
2026-11-11
Günay Ağamalı: Üçrəngli bayrağımız qalib xalqın qüruru, müstəqil dövlətimizin əzəmətidir – ŞƏRH
2026-11-09
8 Noyabr xalqımızın milli qürurunun, dövlətçilik iradəsinin və tarixi ədalətin təntənəsidir
2026-11-09
Günay Ağamalı: Şuşa Zəfəri Azərbaycanın milli qürurunun və dövlətçilik qüdrətinin təcəssümüdür
2026-11-09
8 Noyabr – Şuşa şəhəri günü: Zəfərin zirvəsi, qürurun ünvanı
2026-11-07
Salyan Rayon Mərkəzi Xəstəxanasında 8 Noyabr – Zəfər Gününə həsr olunmuş tədbir keçirilib!
2026-11-06
Mavi göylərdə dalğalanan milli qürurumuz
2026-11-06
Ucalan bayrağımız, güclənən dövlətimiz
2026-11-06
Dövlətçiliyimizin ideoloji təməli və milli birliyimizin rəmzi
2026-11-06
Dövlət bayrağımız milli dəyərimizdir
2026-11-06
Zəfər Yolunun Aparıcı Zirvəsi
2026-11-06
Qalib Azərbaycanın Qürur Zirvəsi – Şuşa
2026-11-06
8 Noyabr- Şuşanın Əbədi Ruhunun Qayıdışı
2026-11-06
8 NOYABR – ZƏFƏR GÜNÜ: MİLLİ QÜRURUMUZUN, DÖVLƏTÇİLİYİMİZİN VƏ DÖNÜŞMƏZ İRADƏMİZİN TƏNTƏNƏSİ
2026-11-05
Salyanda Zəfər Gününə həsr olunmuş tədbir keçirilib
2026-11-05
Səhiyyə işçiləri ümumrayon ağacəkmə aksiyasında fəal iştirak ediblər
2026-11-05
8 NOYABR – ZƏFƏR GÜNÜ: MİLLİ QÜRURUMUZUN, BİRLİYİMİZİN VƏ QƏHRƏMANLIĞIMIZIN TƏNTƏNƏSİ*
2026-11-05
Zəfərin yaratdığı yeni reallıqlar və Azərbaycanın gələcək hədəfləri
2026-11-05
Güclü iqtisadiyyat, müasir ordu və tarixi Qələbə
2026-11-05
44 günə sığan qəhrəmanlıq və əsrlərə yazılan Zəfər
2026-11-05
Şuşa Azərbaycan xalqının rəşadətinin, əyilməz iradəsinin simvoludur
2026-11-04

2026-11-03