Kanal4.az

Xəbərlərin ünvanı

Kanal4.az

SİYASƏT
Konstitusiya – insan hüquqları və ədalətin ali təminatı
SİYASƏT
Konstitusiya tariximizin mühüm mərhələləri
SİYASƏT
Sabitlik və inkişafın hüquqi əsasları
SİYASƏT
Konstitusiya müstəqil dövlətçiliyin möhkəm hüquqi təməlidir
SİYASƏT
Günay Ağamalı: Üçrəngli bayrağımız qalib xalqın qüruru, müstəqil dövlətimizin əzəmətidir – ŞƏRH
SİYASƏT
8 Noyabr xalqımızın milli qürurunun, dövlətçilik iradəsinin və tarixi ədalətin təntənəsidir
SİYASƏT
Günay Ağamalı: Şuşa Zəfəri Azərbaycanın milli qürurunun və dövlətçilik qüdrətinin təcəssümüdür
SİYASƏT
8 Noyabr – Şuşa şəhəri günü: Zəfərin zirvəsi, qürurun ünvanı
CƏMİYYƏT
Salyan Rayon Mərkəzi Xəstəxanasında 8 Noyabr – Zəfər Gününə həsr olunmuş tədbir keçirilib!
SİYASƏT
Mavi göylərdə dalğalanan milli qürurumuz
SİYASƏT
Ucalan bayrağımız, güclənən dövlətimiz
SİYASƏT
Dövlətçiliyimizin ideoloji təməli və milli birliyimizin rəmzi
SİYASƏT
Dövlət bayrağımız milli dəyərimizdir
SİYASƏT
Zəfər Yolunun Aparıcı Zirvəsi
SİYASƏT
Qalib Azərbaycanın Qürur Zirvəsi – Şuşa
SİYASƏT
8 Noyabr- Şuşanın Əbədi Ruhunun Qayıdışı
SİYASƏT
8 NOYABR – ZƏFƏR GÜNÜ: MİLLİ QÜRURUMUZUN, DÖVLƏTÇİLİYİMİZİN VƏ DÖNÜŞMƏZ İRADƏMİZİN TƏNTƏNƏSİ
SİYASƏT
Salyanda Zəfər Gününə həsr olunmuş tədbir keçirilib
SİYASƏT
Səhiyyə işçiləri ümumrayon ağacəkmə aksiyasında fəal iştirak ediblər
SİYASƏT
8 NOYABR – ZƏFƏR GÜNÜ: MİLLİ QÜRURUMUZUN, BİRLİYİMİZİN VƏ QƏHRƏMANLIĞIMIZIN TƏNTƏNƏSİ*
SİYASƏT
Zəfərin yaratdığı yeni reallıqlar və Azərbaycanın gələcək hədəfləri
SİYASƏT
Güclü iqtisadiyyat, müasir ordu və tarixi Qələbə
SİYASƏT
44 günə sığan qəhrəmanlıq və əsrlərə yazılan Zəfər
SİYASƏT
Şuşa Azərbaycan xalqının rəşadətinin, əyilməz iradəsinin simvoludur
SİYASƏT
Ana Vətən Partiyasından Tarixi Zəfərin Altıncı İldönümü İlə Bağlı BƏYANAT
SİYASƏT
Deputat: Bütün nailiyyətlər uzaqgörən siyasətin məntiqi nəticəsidir
SİYASƏT
Şuşanın azadlığı Azərbaycanın tarixi Zəfərinin və milli qürurunun təntənəsidir
SİYASƏT
Azad Şuşa dövlətimizin quruculuq əzminin və Böyük Qayıdışın rəmzidir
SİYASƏT
Şuşa Zəfəri milli qürurumuzun ən uca zirvəsidir
SİYASƏT
8 Noyabr: təqvimin qızıl hərflərlə yazılmış tarixi

Azərbaycan-Qırğızıstan münasibətləri dinamik inkişaf mərhələsinə qədəm qoyub.

2024-11-11 12:48:55 374 baxış
Xəbər şəkil

     Azərbaycan ilə Qırğızıstan arasında diplomatik əlaqələr tarixi, mədəni və dini yaxınlıq üzərində qurulub. Bu əlaqələr hər iki xalqın ortaq köklərini və dəyərlərini əks etdirir. Müstəqillik qazandıqdan sonra Azərbaycan Mərkəzi Asiya dövlətləri, o cümlədən Qırğızıstanla qarşılıqlı əməkdaşlıq və strateji tərəfdaşlığı xarici siyasətinin əsas prioritetlərindən biri kimi müəyyənləşdirib. Hər iki ölkənin dövlət başçılarının qarşılıqlı siyasi iradəsi və xalqlarımızın ortaq tarixi, mədəni və dini dəyərlərə əsaslanan dostluq əlaqələri sayəsində Azərbaycan-Qırğızıstan münasibətləri son illərdə iqtisadiyyat, nəqliyyat, təhsil, mədəniyyət və humanitar sahələrdə daha dinamik inkişaf mərhələsinə qədəm qoyub. Bu əməkdaşlıq təkcə iki ölkənin rifahını yüksəltmək üçün deyil, həm də regionda sülhə və sabitliyin güclənməsinə töhfə vermək məqsədini daşıyır.
     Azərbaycan ilə Qırğızıstan arasında mövcud olan dostluq və əməkdaşlıq münasibətlərinin təməlini ümummilli lider Heydər Əliyevin uzaqgörən siyasəti və ardıcıl səyləri təşkil edir. Müstəqillik dövrünün ilk illərində Azərbaycan qarşılıqlı hörmət və etimada əsaslanan xarici siyasət kursunu formalaşdırarkən, Mərkəzi Asiya ölkələri, o cümlədən Qırğızıstan ilə əlaqələrin qurulmasına və möhkəmləndirilməsinə xüsusi diqqət ayırdı. Bu çərçivədə, 1995-ci il avqustun 27-28-də ulu öndər Heydər Əliyevin Qırğızıstana səfəri böyük əhəmiyyət kəsb etdi və iki ölkənin münasibətlərinin inkişafında unudulmaz bir səhifə açdı. Bu səfər yalnız iki ölkə arasında diplomatik əlaqələrin möhkəmlənməsi ilə deyil, həm də Azərbaycan və Qırğızıstan xalqları arasında dostluğun gücləndirilməsi, mədəni və tarixi bağların daha da möhkəmlənməsi baxımından əlamətdar oldu. Səfər zamanı aparılan danışıqlar çərçivəsində qarşılıqlı əməkdaşlığın iqtisadi, siyasi və mədəni sahələrdə genişləndirilməsi üçün addımlar atıldı. Ulu öndər Heydər Əliyevin Qırğızıstanda keçirdiyi görüşlər xalqlarımızın yaxın tarixə malik ortaq dəyərlərə və əlaqələrə sahib olması faktını bir daha təsdiq edərək, Azərbaycan-Qırğızıstan münasibətlərinin gələcək inkişafının əsasını qoydu. Ümummilli liderin bu tarixi səfəri iki ölkənin rəhbərliyi arasında dərin hörmət və qarşılıqlı inamın formalaşmasına səbəb oldu. Ulu öndərin müdrik və strateji yanaşması nəticəsində Azərbaycan ilə Qırğızıstan dostluq, tərəfdaşlıq ruhunda münasibətlərini davam etdirməyə hazır olduqlarını nümayiş etdirdilər. Xalqlarımız arasında həmrəylik, qarşılıqlı dəstək və dostluq münasibətləri bu səfərdən sonra daha da gücləndi və genişləndi.
     Ulu öndərin siyasi kursunu uğurla davam etdirən Prezident cənab İlham Əliyev də Qırğızıstanla münasibətlərin genişləndirilməsinə xüsusi diqqət göstərir. İlham Əliyevin uzaqgörən yanaşması və ardıcıl səyləri nəticəsində iki ölkə arasında əməkdaşlıq iqtisadi, siyasi, mədəni və humanitar sahələrdə daha yüksək səviyyəyə çatıb. Prezidentin 2022-ci il oktyabrın 11-12-də Qırğızıstana etdiyi ilk dövlət səfəri hər iki dövlət arasında bütün sahələr üzrə əməkdaşlıq əlaqələrini daha da gücləndirdi. Bu səfər zamanı imzalanan mühüm sənədlər Azərbaycan-Qırğızıstan münasibətlərinin strateji tərəfdaşlıq səviyyəsinə yüksəlməsini təmin edib. Prezident İlham Əliyevlə Qırğızıstan Prezidenti Sadır Japarov arasında qarşılıqlı inam və etimada əsaslanan dostluq münasibətləri bu əlaqələrin inkişafını sürətləndirməkdə mühüm rol oynayır. Bu şəxsi münasibətlər yalnız ikitərəfli əlaqələrin deyil, eyni zamanda, Türk Dövlətləri Təşkilatı (TDT) çərçivəsində də sıx əməkdaşlığın inkişafına təkan verir.
     Ölkələrimiz arasında son üç il ərzində həyata keçirilmiş altı ali səviyyəli qarşılıqlı səfərlə yanaşı, İlham Əliyevin Türk Dövlətləri Təşkilatı Dövlət Başçılarının XI Zirvə görüşündə iştirak məqsədilə Qırğızıstana növbəti səfəri ölkələrimizin münasibətlərində yeni bir mərhələnin başlandığını göstərir. Bu səfər iki ölkə arasında həm ikitərəfli, həm də regional əməkdaşlığın genişlənməsi üçün strateji əhəmiyyətə malikdir və qarşıdakı illərdə dostluq əlaqələrinin daha da dərinləşəcəyinə zəmin yaradacaq. Azərbaycan Prezidentinin bu səfəri, eyni zamanda, Türk dünyasında birliyin güclənməsinə verilən əhəmiyyətin göstəricisidir.
     Azərbaycan ilə Qırğızıstan arasında geniş müqavilə-hüquq bazası mövcuddur və indiyədək 105 sənəd imzalanıb. Bu sənədlər iki ölkə arasında iqtisadi, siyasi, mədəni və humanitar sahələrdə əməkdaşlığın inkişafını tənzimləyir. Ən mühüm sənədlərdən biri isə Qırğızıstan Prezidentinin Azərbaycana rəsmi səfəri zamanı imzalanmış “Strateji Tərəfdaşlıq haqqında Bəyannamə”dir. Bu Bəyannamə iki ölkə arasında strateji tərəfdaşlıq münasibətlərini hüquqi əsaslarla möhkəmləndirib, gələcəkdə daha sıx əməkdaşlıq üçün zəmin hazırlayıb.
Bundan əlavə, Azərbaycan və Qırğızıstan beynəlxalq arenada bir-birinin maraqlarını dəstəkləyərək Türk Dövlətləri Təşkilatı da daxil olmaqla müxtəlif beynəlxalq platformalarda fəal əməkdaşlıq edirlər. Bu birlik və həmrəylik hər iki dövlətin regional və qlobal səviyyədə əhəmiyyətini artırmaqda mühüm rol oynayır.
     Ölkələrimiz iqtisadi əlaqələrini inkişaf etdirmək istiqamətində də önəmli addımlar atır. Hazırda Azərbaycanda 70-dən çox Qırğızıstan şirkəti fəaliyyət göstərir. 2022-ci ildə iqtisadi əməkdaşlığı genişləndirmək üçün Azərbaycan-Qırğız İnkişaf Fondu təsis edilib. İki ölkə arasındakı Şərq-Qərb Beynəlxalq Nəqliyyat Dəhlizi və Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu ilə yükdaşımalar əməkdaşlığın iqtisadi sahədə genişləndiyini göstərir.
     Bir sözlə, əminliklə deyə bilərik ki, Azərbaycan və Qırğızıstan arasındakı münasibətlər hər iki ölkənin liderlərinin səyləri, xalqlarımızın ortaq dəyərləri və qarşılıqlı dəstəyi ilə günbəgün möhkəmlənir. Bu əlaqələr yalnız iki xalq arasında dostluq və qardaşlıq əlaqələrini gücləndirmir, həm də regional sabitliyin və tərəqqinin təmin olunmasına mühüm töhfə verir. Bu səmərəli əməkdaşlığın gələcəkdə də yeni uğurlara imza atacağı heç kəsdə şübhə doğurmur.

Püstəxanım Qədirova, 
            Salyan şəhər 9 saylı uşaq bağçasının müdiri
         
Oxşar xəbərlər

Xəbər lenti
Konstitusiya – insan hüquqları və ədalətin ali təminatı
2026-11-11
Konstitusiya tariximizin mühüm mərhələləri
2026-11-11
Sabitlik və inkişafın hüquqi əsasları
2026-11-11
Konstitusiya müstəqil dövlətçiliyin möhkəm hüquqi təməlidir
2026-11-11
Günay Ağamalı: Üçrəngli bayrağımız qalib xalqın qüruru, müstəqil dövlətimizin əzəmətidir – ŞƏRH
2026-11-09
8 Noyabr xalqımızın milli qürurunun, dövlətçilik iradəsinin və tarixi ədalətin təntənəsidir
2026-11-09
Günay Ağamalı: Şuşa Zəfəri Azərbaycanın milli qürurunun və dövlətçilik qüdrətinin təcəssümüdür
2026-11-09
8 Noyabr – Şuşa şəhəri günü: Zəfərin zirvəsi, qürurun ünvanı
2026-11-07
Salyan Rayon Mərkəzi Xəstəxanasında 8 Noyabr – Zəfər Gününə həsr olunmuş tədbir keçirilib!
2026-11-06
Mavi göylərdə dalğalanan milli qürurumuz
2026-11-06
Ucalan bayrağımız, güclənən dövlətimiz
2026-11-06
Dövlətçiliyimizin ideoloji təməli və milli birliyimizin rəmzi
2026-11-06
Dövlət bayrağımız milli dəyərimizdir
2026-11-06
Zəfər Yolunun Aparıcı Zirvəsi
2026-11-06
Qalib Azərbaycanın Qürur Zirvəsi – Şuşa
2026-11-06
8 Noyabr- Şuşanın Əbədi Ruhunun Qayıdışı
2026-11-06
8 NOYABR – ZƏFƏR GÜNÜ: MİLLİ QÜRURUMUZUN, DÖVLƏTÇİLİYİMİZİN VƏ DÖNÜŞMƏZ İRADƏMİZİN TƏNTƏNƏSİ
2026-11-05
Salyanda Zəfər Gününə həsr olunmuş tədbir keçirilib
2026-11-05
Səhiyyə işçiləri ümumrayon ağacəkmə aksiyasında fəal iştirak ediblər
2026-11-05
8 NOYABR – ZƏFƏR GÜNÜ: MİLLİ QÜRURUMUZUN, BİRLİYİMİZİN VƏ QƏHRƏMANLIĞIMIZIN TƏNTƏNƏSİ*
2026-11-05
Zəfərin yaratdığı yeni reallıqlar və Azərbaycanın gələcək hədəfləri
2026-11-05
Güclü iqtisadiyyat, müasir ordu və tarixi Qələbə
2026-11-05
44 günə sığan qəhrəmanlıq və əsrlərə yazılan Zəfər
2026-11-05
Şuşa Azərbaycan xalqının rəşadətinin, əyilməz iradəsinin simvoludur
2026-11-04

2026-11-03