Kanal4.az

Xəbərlərin ünvanı

Kanal4.az

SİYASƏT
Konstitusiya – insan hüquqları və ədalətin ali təminatı
SİYASƏT
Konstitusiya tariximizin mühüm mərhələləri
SİYASƏT
Sabitlik və inkişafın hüquqi əsasları
SİYASƏT
Konstitusiya müstəqil dövlətçiliyin möhkəm hüquqi təməlidir
SİYASƏT
Günay Ağamalı: Üçrəngli bayrağımız qalib xalqın qüruru, müstəqil dövlətimizin əzəmətidir – ŞƏRH
SİYASƏT
8 Noyabr xalqımızın milli qürurunun, dövlətçilik iradəsinin və tarixi ədalətin təntənəsidir
SİYASƏT
Günay Ağamalı: Şuşa Zəfəri Azərbaycanın milli qürurunun və dövlətçilik qüdrətinin təcəssümüdür
SİYASƏT
8 Noyabr – Şuşa şəhəri günü: Zəfərin zirvəsi, qürurun ünvanı
CƏMİYYƏT
Salyan Rayon Mərkəzi Xəstəxanasında 8 Noyabr – Zəfər Gününə həsr olunmuş tədbir keçirilib!
SİYASƏT
Mavi göylərdə dalğalanan milli qürurumuz
SİYASƏT
Ucalan bayrağımız, güclənən dövlətimiz
SİYASƏT
Dövlətçiliyimizin ideoloji təməli və milli birliyimizin rəmzi
SİYASƏT
Dövlət bayrağımız milli dəyərimizdir
SİYASƏT
Zəfər Yolunun Aparıcı Zirvəsi
SİYASƏT
Qalib Azərbaycanın Qürur Zirvəsi – Şuşa
SİYASƏT
8 Noyabr- Şuşanın Əbədi Ruhunun Qayıdışı
SİYASƏT
8 NOYABR – ZƏFƏR GÜNÜ: MİLLİ QÜRURUMUZUN, DÖVLƏTÇİLİYİMİZİN VƏ DÖNÜŞMƏZ İRADƏMİZİN TƏNTƏNƏSİ
SİYASƏT
Salyanda Zəfər Gününə həsr olunmuş tədbir keçirilib
SİYASƏT
Səhiyyə işçiləri ümumrayon ağacəkmə aksiyasında fəal iştirak ediblər
SİYASƏT
8 NOYABR – ZƏFƏR GÜNÜ: MİLLİ QÜRURUMUZUN, BİRLİYİMİZİN VƏ QƏHRƏMANLIĞIMIZIN TƏNTƏNƏSİ*
SİYASƏT
Zəfərin yaratdığı yeni reallıqlar və Azərbaycanın gələcək hədəfləri
SİYASƏT
Güclü iqtisadiyyat, müasir ordu və tarixi Qələbə
SİYASƏT
44 günə sığan qəhrəmanlıq və əsrlərə yazılan Zəfər
SİYASƏT
Şuşa Azərbaycan xalqının rəşadətinin, əyilməz iradəsinin simvoludur
SİYASƏT
Ana Vətən Partiyasından Tarixi Zəfərin Altıncı İldönümü İlə Bağlı BƏYANAT
SİYASƏT
Deputat: Bütün nailiyyətlər uzaqgörən siyasətin məntiqi nəticəsidir
SİYASƏT
Şuşanın azadlığı Azərbaycanın tarixi Zəfərinin və milli qürurunun təntənəsidir
SİYASƏT
Azad Şuşa dövlətimizin quruculuq əzminin və Böyük Qayıdışın rəmzidir
SİYASƏT
Şuşa Zəfəri milli qürurumuzun ən uca zirvəsidir
SİYASƏT
8 Noyabr: təqvimin qızıl hərflərlə yazılmış tarixi

Azərbaycan xalqının Vətən naminə həmrəyliyi onu yenilməz bir gücə çevirdi.

2024-11-10 11:04:05 306 baxış
Xəbər şəkil

     Bu gün Vətən müharibəsinin başa çatmasından 4 il keçir. 2020-ci il 10 noyabr tarixli üçtərəfli Bəyanat Azərbaycan torpaqlarının Ermənistan tərəfindən uzun illər davam edən işğalına son qoydu. Otuz il əvvəl Ermənistanın xəyanətkar təcavüzü nəticəsində itirilmiş torpaqlarımız geri qaytarıldı. Qırx dörd günlük müharibə Azərbaycanın tam qələbəsi ilə nəticələndi. Düşmənin hərbi texnikası tam məhv edildi, canlı qüvvəsinə ciddi zərbə vuruldu. Azərbaycan Ordusunun qətiyyətli həmlələri qarşısında tab gətirməyən düşmən 4 il əvvəl bugünkü tarixdə təslim aktına imza atmağa məcbur oldu. 10 noyabr Bəyanatı ermənilərin ərsəyə gətirdiyi, ən azı yüz il ərzində hazırlaşdığı və beynəlxalq güclər tərəfindən dəstəklənən “Miatsum” və “dənizdən dənizə böyük Ermənistan” kimi absurd faşizm ideologiyalarını tam iflasa uğratdı. Bu Qələbə son 30 il ərzində uğurla, cəsarətlə və qətiyyətlə həyata keçirilmiş Azərbaycan siyasətinin, torpaqlarımızın azad olunması üçün canını belə əsirgəməyən Azərbaycan əsgərinin və Vətən uğrunda müqəddəs savaş üçün bir yumruq kimi Ali Baş Komandan İlham Əliyev ətrafında sıx birləşmiş Azərbaycan xalqının tarixi qələbəsi oldu. Bu, hər bir Azərbaycanlının qələbəsi oldu. Ölkəmizdə yaşayan bütün millətlərin və dini konfessiyaların nümayəndələri eyni məqsəd uğrunda birləşərək misilsiz rəşadət və cəsarət nümayiş etdirdilər, mənfur düşmənə qarşı vuruşaraq Azərbaycanın ərazi bütövlüyünü bərpa etdilər. Azərbaycan xalqının Vətən naminə həmrəyliyi onu yenilməz bir gücə çevirdi. 
     Son 20 il ərzində Prezident İlham Əliyevin həyata keçirdiyi güclü dövlət, güclü ordu strategiyası torpaqlarımızın işğaldan azad olmasının ən başlıca səbəbidir. Azərbaycan həm döyüş meydanında, həm danışıqlar masası arxasında istədiyinə nail oldu. Bütün dünya gördü ki, Azərbaycan xalqı heç vaxt məğlubiyyətlə barışmayacaq və gec-tez öz məqsədinə nail olacaq. Azərbaycan öz haqlı mübarizəsini və azadlıq savaşını beynəlxalq hüququn normaları çərçivəsində və dünya hərb sənətinin ən müasir üsullarını tətbiq etmək yolu ilə qazandı. Azərbaycanın haqq savaşına dəstək verənlər də oldu. Qardaş Türkiyənin, İsrailin və Pakistanın siyasi-mənəvi və hərbi-texniki dəstəyi ədalətin bərpa olunması üçün möhkəm zəmin yaratdı. Xüsusilə qardaş Türkiyənin açıq siyasi dəstəyi erməni təcavüzünü dəstəkləməyə cəhd göstərən bir sıra destruktiv qüvvələrin bu münaqişəyə müdaxiləsini mümkünsüz etdi. Nəticədə Cənubi Qafqaz bölgəsində 30 il ərzində mövcud olmuş ədalətsiz status-kvo aradan qaldırıldı və yeni reallıqlar yaradıldı. Ermənistanın heç vaxt xəyalına belə gətirmədiyi ən ağır şərtləri qəbul etməkdən başqa çarəsi qalmadı. 2021-ci ilin 15 iyun tarixində Türkiyə ilə Azərbaycan arasında Şuşa Bəyannaməsinin imzalanması ölkəmizin daimi təhlükəsizliyinə güclü zəmin yaratdı. 10 noyabr Bəyanatı Azərbaycan torpaqlarının tam və qeyd-şərtsiz azad olunmasını təmin etdi. İşğalçı qüvvələrin tam şəkildə Azərbaycan ərazilərindən çıxarılmasını təsbit etdi. Bölgə miqyasında bütün nəqliyyat-kommunikasiya əlaqələrinin açılmasını, o cümlədən Naxçıvanla Azərbaycanın qərb rayonları arasında birbaşa nəqliyyat dəhlizinin bərpa olunmasını öhdəlik kimi Ermənistanın üzərinə qoydu. 
     Üçtərəfli Bəyanatda həyata keçirilməsi qərara alınan bütün tədbirlər Azərbaycanın milli maraqlarından irəli gələn tələbləri özündə əks etdirdi. 10 noyabr tarixli Bəyanatın imzalanması siyasi, diplomatik və iqtisadi sahədə yeni uğurların əldə edilməsi üçün real imkanlar formalaşdırdı. Bu Bəyanatda nəzərdə tutulan öhdəliklərin Ermənistan tərəfindən yerinə yetirilməsi 30 il ərzində öz yurd-yuvalarından ayrı düşmüş 1 milyona yaxın məcburi köçkünün öz doğma evlərinə qaytarılmasını həyata keçirmək üçün real şərait yaratdı. İşğalçı dövlət ölkəmizin ərazi bütövlüyünü rəsmən tanımağa məcbur edildi. Müharibədən sonrakı dövrdə Laçın sərhəd-keçid məntəqəsinin fəaliyyətə başlaması bütün sərhədlərimizin nəzarət altına alınmasını təmin etdi. Nəhayət bu il sentyabrın 19-20-də böyük uğurla həyata keçirilmiş antiterror tədbirləri Qarabağın bütün ərazisi üzərində suverenliyimizin bərpa olunması ilə nəticələndi. 2020-ci il 10 noyabr Bəyanatı Vətən müharibəsində Azərbaycanın inamlı Qələbəsini təsdiq etməklə yanaşı, həm də bütövlükdə Cənubi Qafqaz bölgəsinin daim közərməkdə olan münaqişə ocağından qarşılıqlı faydalı əməkdaşlıq zonasına çevrilməsi üçün yeni imkanlar yaratdı.

Səmra Əhmədova,
            Salyan rayon Heydər Əliyev Mərkəzinin əməkdaşı

Oxşar xəbərlər

Xəbər lenti
Konstitusiya – insan hüquqları və ədalətin ali təminatı
2026-11-11
Konstitusiya tariximizin mühüm mərhələləri
2026-11-11
Sabitlik və inkişafın hüquqi əsasları
2026-11-11
Konstitusiya müstəqil dövlətçiliyin möhkəm hüquqi təməlidir
2026-11-11
Günay Ağamalı: Üçrəngli bayrağımız qalib xalqın qüruru, müstəqil dövlətimizin əzəmətidir – ŞƏRH
2026-11-09
8 Noyabr xalqımızın milli qürurunun, dövlətçilik iradəsinin və tarixi ədalətin təntənəsidir
2026-11-09
Günay Ağamalı: Şuşa Zəfəri Azərbaycanın milli qürurunun və dövlətçilik qüdrətinin təcəssümüdür
2026-11-09
8 Noyabr – Şuşa şəhəri günü: Zəfərin zirvəsi, qürurun ünvanı
2026-11-07
Salyan Rayon Mərkəzi Xəstəxanasında 8 Noyabr – Zəfər Gününə həsr olunmuş tədbir keçirilib!
2026-11-06
Mavi göylərdə dalğalanan milli qürurumuz
2026-11-06
Ucalan bayrağımız, güclənən dövlətimiz
2026-11-06
Dövlətçiliyimizin ideoloji təməli və milli birliyimizin rəmzi
2026-11-06
Dövlət bayrağımız milli dəyərimizdir
2026-11-06
Zəfər Yolunun Aparıcı Zirvəsi
2026-11-06
Qalib Azərbaycanın Qürur Zirvəsi – Şuşa
2026-11-06
8 Noyabr- Şuşanın Əbədi Ruhunun Qayıdışı
2026-11-06
8 NOYABR – ZƏFƏR GÜNÜ: MİLLİ QÜRURUMUZUN, DÖVLƏTÇİLİYİMİZİN VƏ DÖNÜŞMƏZ İRADƏMİZİN TƏNTƏNƏSİ
2026-11-05
Salyanda Zəfər Gününə həsr olunmuş tədbir keçirilib
2026-11-05
Səhiyyə işçiləri ümumrayon ağacəkmə aksiyasında fəal iştirak ediblər
2026-11-05
8 NOYABR – ZƏFƏR GÜNÜ: MİLLİ QÜRURUMUZUN, BİRLİYİMİZİN VƏ QƏHRƏMANLIĞIMIZIN TƏNTƏNƏSİ*
2026-11-05
Zəfərin yaratdığı yeni reallıqlar və Azərbaycanın gələcək hədəfləri
2026-11-05
Güclü iqtisadiyyat, müasir ordu və tarixi Qələbə
2026-11-05
44 günə sığan qəhrəmanlıq və əsrlərə yazılan Zəfər
2026-11-05
Şuşa Azərbaycan xalqının rəşadətinin, əyilməz iradəsinin simvoludur
2026-11-04

2026-11-03