Kanal4.az

Xəbərlərin ünvanı

Kanal4.az

SİYASƏT
Konstitusiya – insan hüquqları və ədalətin ali təminatı
SİYASƏT
Konstitusiya tariximizin mühüm mərhələləri
SİYASƏT
Sabitlik və inkişafın hüquqi əsasları
SİYASƏT
Konstitusiya müstəqil dövlətçiliyin möhkəm hüquqi təməlidir
SİYASƏT
Günay Ağamalı: Üçrəngli bayrağımız qalib xalqın qüruru, müstəqil dövlətimizin əzəmətidir – ŞƏRH
SİYASƏT
8 Noyabr xalqımızın milli qürurunun, dövlətçilik iradəsinin və tarixi ədalətin təntənəsidir
SİYASƏT
Günay Ağamalı: Şuşa Zəfəri Azərbaycanın milli qürurunun və dövlətçilik qüdrətinin təcəssümüdür
SİYASƏT
8 Noyabr – Şuşa şəhəri günü: Zəfərin zirvəsi, qürurun ünvanı
CƏMİYYƏT
Salyan Rayon Mərkəzi Xəstəxanasında 8 Noyabr – Zəfər Gününə həsr olunmuş tədbir keçirilib!
SİYASƏT
Mavi göylərdə dalğalanan milli qürurumuz
SİYASƏT
Ucalan bayrağımız, güclənən dövlətimiz
SİYASƏT
Dövlətçiliyimizin ideoloji təməli və milli birliyimizin rəmzi
SİYASƏT
Dövlət bayrağımız milli dəyərimizdir
SİYASƏT
Zəfər Yolunun Aparıcı Zirvəsi
SİYASƏT
Qalib Azərbaycanın Qürur Zirvəsi – Şuşa
SİYASƏT
8 Noyabr- Şuşanın Əbədi Ruhunun Qayıdışı
SİYASƏT
8 NOYABR – ZƏFƏR GÜNÜ: MİLLİ QÜRURUMUZUN, DÖVLƏTÇİLİYİMİZİN VƏ DÖNÜŞMƏZ İRADƏMİZİN TƏNTƏNƏSİ
SİYASƏT
Salyanda Zəfər Gününə həsr olunmuş tədbir keçirilib
SİYASƏT
Səhiyyə işçiləri ümumrayon ağacəkmə aksiyasında fəal iştirak ediblər
SİYASƏT
8 NOYABR – ZƏFƏR GÜNÜ: MİLLİ QÜRURUMUZUN, BİRLİYİMİZİN VƏ QƏHRƏMANLIĞIMIZIN TƏNTƏNƏSİ*
SİYASƏT
Zəfərin yaratdığı yeni reallıqlar və Azərbaycanın gələcək hədəfləri
SİYASƏT
Güclü iqtisadiyyat, müasir ordu və tarixi Qələbə
SİYASƏT
44 günə sığan qəhrəmanlıq və əsrlərə yazılan Zəfər
SİYASƏT
Şuşa Azərbaycan xalqının rəşadətinin, əyilməz iradəsinin simvoludur
SİYASƏT
Ana Vətən Partiyasından Tarixi Zəfərin Altıncı İldönümü İlə Bağlı BƏYANAT
SİYASƏT
Deputat: Bütün nailiyyətlər uzaqgörən siyasətin məntiqi nəticəsidir
SİYASƏT
Şuşanın azadlığı Azərbaycanın tarixi Zəfərinin və milli qürurunun təntənəsidir
SİYASƏT
Azad Şuşa dövlətimizin quruculuq əzminin və Böyük Qayıdışın rəmzidir
SİYASƏT
Şuşa Zəfəri milli qürurumuzun ən uca zirvəsidir
SİYASƏT
8 Noyabr: təqvimin qızıl hərflərlə yazılmış tarixi

Şuşanın işğaldan azad edilməsi və bərpası ilə Azərbaycan həm keçmişinə olan sevgisini, həm də gələcəyə olan inamını nümayiş etdirir

2024-11-07 18:56:45 171 baxış
Xəbər şəkil

44 günlük İkinci Qarabağ müharibəsi XXI əsrin müharibəsi kimi dəyərləndirilir. 44 günün hər günü tarixə zəfər günü kimi yazıldı. Düşmənə sarsıdıcı zərbələr endirən Milli Ordumuzun əsgərləri sona qədər gedərək işğalçını torpaqlarımızdan qovdu. 44 gün davam edən hərbi əməliyyatlar nəticəsində müzəffər Azərbaycan Ordusu Cəbrayıl, Füzuli, Zəngilan, Qubadlı şəhərlərini, Azərbaycan xalqının tarixində, mədəniyyətində və qəlbində xüsusi yeri olan, Qarabağın tacı  Şuşa şəhərini, Zəngilan rayonunun Mincivan, Ağbənd, Bartaz qəsəbələrini, Xocavənd rayonunun Hadrut qəsəbəsini və bir çox kəndlərini, Tərtər rayonunun Suqovuşan kəndi, Xocalı və Laçın rayonlarının bir neçə kəndləri daxil olmaqla, ümumilikdə, 300-dən çox yaşayış məntəqəsini, həmçinin Ağdərə, Murovdağ və Zəngilan istiqamətlərində mühüm strateji yüksəklikləri işğaldan azad etdi. 
2020-ci il noyabrın 8-də müzəffər ordumuz Şuşa şəhərini işğaldan azad edərək şanlı tarix yazdı.  Qəhrəman əsgər və zabitlərimiz sıldırım qayalardan keçərək  düşməni  Qarabağın döyünən qəlbi olan Şuşadan  qovub çıxardı. Xalqımızın  qüdrətinin və  milli qürurumuzun təntənəsinə  çevrilən  bu möhtəşəm  qələbə Prezidient İlham Əliyevin  Sərəncamı ilə əbədiləşdirildi. Şuşa şəhərinin işğaldan azad edilməsinin əhəmiyyəti nəzərə alınaraq  noyabrın 8-i  Zəfər Günü kimi təsis edildi. 
Tarixi Zəfərimizin əbədiləşdirilməsinə xidmət edən addımlar göz qabağındadır. İşğaldan azad edilmiş bütün ərazilərimizə, o cümlədən azad Şuşaya  yenidən həyat  qayıdır.  Bu qayıdışla Şuşaya yeni ruh, yeni nəfəs gəlir.  Azadlığına qovuşmuş qədim şəhərimiz artıq böyük  quruculuq,  bərpa  işləri, möhtəşəm tədbirlər  məkanına çevrilib. Bütün azad edilmiş torpaqlarımız müasir tələblər səviyyəsində yenidən qurulur. Müasir idarəçilik sistemi tətbiq edilir. Prezidentin şəxsi nümayəndəliyi ilk olaraq Şuşada fəaliyyətə başladı. Görülən işlərin səmərəliliyinin artırılmasına xidmət edən təkmil idarəçilik sisteminin uğurları həm bərpa işlərinin miqyasında, həm də bu torpaqlara sakinlərin mərhələ-mərhələ qayıdışında aydın ifadəsini tapır. 
Şuşanın əvvəlki simasının özünə qaytarılması üçün mühüm tədbirlər həyata keçirilir. Hər daşının, qayasının altında bir tarix yatan Şuşa bu gün iqtisadi, siyasi, diplomatik mərkəz kimi dünyanın diqqətindədir. Şuşa dünyanın müxtəlif ölkələrində yaşayan soydaşlarımızı, bütün türk dünyasını bir araya gətirdi. Şuşa möhkəm tarixi köklərə malik olan Azərbaycan-Türkiyə qardaşlığının, dostluğunun, müttəfiqliyinin təsdiqi olan Bəyannamənin imzalanmasına şahidlik etdi. Şuşa Azərbaycanın, türk dünyasının, bu il isə bütövlükdə İslam dünyasının mədəniyyət paytaxtı elan edildi. 
Artıq düşmən tapdağından azad edilmiş Şuşanın yeni inkişaf dövrü başlayıb. Ötən dörd ildə Şuşa şəhərində bir sıra mühüm infrastruktur layihələri  icra olunub. Bunlardan biri igid oğullarımızın 44 günlük İkinci Qarabağ müharibəsi zamanı Şuşaya doğru irəliləyərək açdıqları cığır boyu avtomobil yolunun salınmasıdır. Prezident İlham Əliyev bu yolu Zəfər yolu adlandırdı. Dövlətimizin başçısının digər azad edilmiş ərazilərimiz kimi, Şuşaya da hər səfəri mühüm sosial obyektlərin açılışı və təməlqoyma mərasimlərinin keçirilməsi ilə yadda qalır. Tarixi və dini abidələrimizin bərpası, yenidən qurulması işlərində Heydər Əliyev Fondunun rolu böyükdür. Bu gün Şuşa sözün əsl mənasında dirçəlir. Bu il mayın 10-da Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 101-ci ildönümündə şuşalılar doğma yurd-yuvalarına qayıtdılar. Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Şuşada birinci yaşayış kompleksinin açılışında iştirak etdilər və şəhərə köçmüş ilk sakinlərlə görüşdülər. Həmin görüşdə Prezident İlham Əliyev bir daha bildirdi ki, Şuşanı nə qədər erməniləşdirməyə çalışsalar da, ona nail ola bilməyiblər. Çünki Şuşa əzəldən Azərbaycan şəhəri olub, işğal dövründə də öz azərbaycançılıq simasını qoruyub saxlayıb. Əgər ermənilər bunu özlərinə, necə deyərlər, doğma şəhər sayırdılarsa Şuşanı quraydılar, yaradaydılar, dağıtmayaydılar. Bir daş daş üstə qoyulmayıb. Biz gəlmişik burada əbədi yaşamağa və bundan sonra Azərbaycan Bayrağı bu torpaqlarda əbədi dalğalanacaq.   
Şuşa şəhərinin yenidən qurulması Azərbaycan üçün həm mədəniyyətin, həm də milli kimliyin qorunması baxımından mühüm əhəmiyyətə malikdir. Şuşanın bərpası Azərbaycan xalqının tarixini yaşatmaq, milli irsini gələcək nəsillərə ötürmək və Qarabağda yeni bir həyat qurmaq məqsədi daşıyır. Şuşanın işğaldan azad edilməsi və bərpası ilə Azərbaycan həm keçmişinə olan sevgisini, həm də gələcəyə olan inamını nümayiş etdirir. Şuşa zəfəri Azərbaycanın hərbi və diplomatik mübarizəsində əldə etdiyi parlaq bir qələbədir. Azərbaycan xalqı, torpaqlarını azad edərək milli irsini qorumaq yolunda böyük bir addım atdı. Şuşanın işğaldan azad olunması, Qarabağın mədəni və tarixi irsinin bərpası üçün yeni bir dövrün başlanğıcı oldu.

Xalidə Sadıqova,
Salyan şəhər 2 saylı uşaq bağçasının müdiri, YAP fəalı

Oxşar xəbərlər

Xəbər lenti
Konstitusiya – insan hüquqları və ədalətin ali təminatı
2026-11-11
Konstitusiya tariximizin mühüm mərhələləri
2026-11-11
Sabitlik və inkişafın hüquqi əsasları
2026-11-11
Konstitusiya müstəqil dövlətçiliyin möhkəm hüquqi təməlidir
2026-11-11
Günay Ağamalı: Üçrəngli bayrağımız qalib xalqın qüruru, müstəqil dövlətimizin əzəmətidir – ŞƏRH
2026-11-09
8 Noyabr xalqımızın milli qürurunun, dövlətçilik iradəsinin və tarixi ədalətin təntənəsidir
2026-11-09
Günay Ağamalı: Şuşa Zəfəri Azərbaycanın milli qürurunun və dövlətçilik qüdrətinin təcəssümüdür
2026-11-09
8 Noyabr – Şuşa şəhəri günü: Zəfərin zirvəsi, qürurun ünvanı
2026-11-07
Salyan Rayon Mərkəzi Xəstəxanasında 8 Noyabr – Zəfər Gününə həsr olunmuş tədbir keçirilib!
2026-11-06
Mavi göylərdə dalğalanan milli qürurumuz
2026-11-06
Ucalan bayrağımız, güclənən dövlətimiz
2026-11-06
Dövlətçiliyimizin ideoloji təməli və milli birliyimizin rəmzi
2026-11-06
Dövlət bayrağımız milli dəyərimizdir
2026-11-06
Zəfər Yolunun Aparıcı Zirvəsi
2026-11-06
Qalib Azərbaycanın Qürur Zirvəsi – Şuşa
2026-11-06
8 Noyabr- Şuşanın Əbədi Ruhunun Qayıdışı
2026-11-06
8 NOYABR – ZƏFƏR GÜNÜ: MİLLİ QÜRURUMUZUN, DÖVLƏTÇİLİYİMİZİN VƏ DÖNÜŞMƏZ İRADƏMİZİN TƏNTƏNƏSİ
2026-11-05
Salyanda Zəfər Gününə həsr olunmuş tədbir keçirilib
2026-11-05
Səhiyyə işçiləri ümumrayon ağacəkmə aksiyasında fəal iştirak ediblər
2026-11-05
8 NOYABR – ZƏFƏR GÜNÜ: MİLLİ QÜRURUMUZUN, BİRLİYİMİZİN VƏ QƏHRƏMANLIĞIMIZIN TƏNTƏNƏSİ*
2026-11-05
Zəfərin yaratdığı yeni reallıqlar və Azərbaycanın gələcək hədəfləri
2026-11-05
Güclü iqtisadiyyat, müasir ordu və tarixi Qələbə
2026-11-05
44 günə sığan qəhrəmanlıq və əsrlərə yazılan Zəfər
2026-11-05
Şuşa Azərbaycan xalqının rəşadətinin, əyilməz iradəsinin simvoludur
2026-11-04

2026-11-03