Televiziya əməkdaşları Vətən Müharibəsində informasiya müstəvisində yüksək intellektual bacarıqları ilə düşmən üzərində qələbə qazandılar
"6 noyabr- Televiziya və Radio işçilərinin gündür. Azərbaycan Radiosu Şərqdə ilk radio olaraq 06 Noyabr 1926-cı ildə "Diqqət, danışır Bakı" sözləri ilə yayımlanaraq xalqımızın milli şüurunda dərin izlər buraxmışdır".
Bunu Sonxeber.az-a danışan Milli Məclisin deputatı, Ana Vətən Partiyasının sədr müavini Günay Ağamalı bildirib.
Deputat qeyd edib ki, televiziya və radio əməkdaşları ilk zamanlar olduğu kimi bu gün də eyni rasional yanaşma ilə dövlətimizin informasiya siyasətində əhəmiyyətli işlərə imza ataraq, yüksək səviyyəli fəaliyyətinizlə mədəniyyətimizin inkişafına və cəmiyyətin maariflənməsinə misilsiz töhfələr veriblər:
"44 günlük Vətən Müharibəsi zamanı televiziya işçiləri yüksək intellektual bacarıqlarını qürurla izləyərək düşmən üzərində informasiya müstəvisində necə əzmkarlıqla qələbə qazandıqlarının şahidi olduq. Məhz onların peşəkar yaradıcılığı və fədakarlığı sayəsində insanlar doğru və obyektiv məlumat əldə edirlər. Əziz Milli Televiziya və Radio əməkdaşları hər birinizi bu əlamətdar gün münasibətilə təbrik edir, yeni-yeni nailiyyətlər diləyirəm!"