"Azərbaycanın artan nüfuzu və əsassız ittihamlara qarşı möhkəm iradəsi" - İlkin Nuraliyev yazır...
"Günü- gündən güclənən ölkəmiz hər il bir çox beynəlxalq tədbirlərə ev sahibliyi edir. Azərbaycanın müxtəlif beynəlxalq konfranslara və forumlara ev sahibliyi etməsi artıq ənənə halını alıb. Bu isə ölkəmizin nüfuzunun və qüdrətinin ən nümunəvi göstəricisidir."
Bu sözləri açıqlamasında Qarasu Əməliyyat Şirkətinin Həmkarlar İttifaqının sədri İlkin Nuraliyev bildirib:
"Bu gün hər bir azərbaycanlı fəxr və qürurla deyə bilər ki ölkəmiz dünyada ən sürətlə inkişaf edən dövlətdir . Hər il olduğu kimi cari ildə də ölkədə mötəbər tədbirin keçiriləcəyi ərəfədə bəzi dairələr Azərbaycana qarşı böhtan və qarayaxma kampaniyaları aparır.Bu ilin noyabrın 11-22-də Bakıda keçiriləcək BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) ərəfəsində də bu hal yaşanır. Avropa Parlamentinin 2024-cü il oktyabrın 24-də qəbul etdiyi qətnamə əsassız və anti-demokratik ittihamlardır. Qətnamə Fransanın, Ermənistanın və erməni lobbisinin yalanları üzərində qurulmuş bir qətnamədir. Eyni zamanda şovinist, irqçi və müstəmləkəçi təfəkkür bu qətnamədə geniş yer almışdır.Bu qətnamədə ölkəmizə qarşı nifrət, onun tarixinə və beynəlxalq səviyyədə tanınmış ərazilərinin 20%-nin 30 ilə yaxın davam edən işğalının doğurduğu ağrı-acıya, etnik təmizləmələrə, Xocalı soyqırımına, 1 milyondan artıq qaçqın və məcburi köçkünün taleyinə, tamamilə yerlə-yeksan edilmiş şəhər və kəndlərə, dağıdılmış tarixi, mədəni və dini irsə münasibətdə etinasızlıq qətnamədə özünü büruzə verir.Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən müstəqil, uğurlu siyasət ermənipərəst qüvvələri ciddi narahat edir. Ermənipərəst qüvvələr bilməlidirlər ki, Azərbaycanla təzyiq və ultimatum dilində danışmaq olmaz. Bu qətnamə ilə onlar yalnız öz maraqlarını sobataj etmiş olacaq"