Azərsu" su iddialarına cavab verdi:Bizim problemimiz deyil.
Biz tam rejimdə çalışır və vətəndaşları içməli su ilə təmin edirik.
Bu sözləri Azadinfo.az-a açıqlaması zamanı "Azərsu" (ASC)-nin mətbuat katibi Anar Cəbrayıllı deyib. O bildirib ki, bəzi vətəndaşların evi həyət evidi və su xəttini torpağın üstü ilə çəkib, izolyasiya etməyib bu səbəbdən də su xətti donub:
"Hazırda bəzi yerlərdə suyun olmaması "Azərsu"luq problem deyil. "Azərsu" ASC-nin mənbələrində iri texniki qurğuları, nasos stansiyaları, anbarları, magistral xətləri tam rejimdə çalışır. Biz əhalini içməli su ilə təmin edirik. Bəzi yerlərdə lokal qəzalarımız oldu və qəza xidmətimiz onların aradan qaldırılması ilə məşğuldur”.
Anar Cəbrayıllı onlara suların donması ilə bağlı müraciətlərin gəldiyini deyib:
“ Bizim 955 çağrı mərkəzimizə su xətlərinin və su sayağaclarının donması ilə bağlı yüzdən artıq müraciət daxil olub”.
Qeyd edək ki, Yasamal 2-ci Alatava, Binəqədi, Xırdalanın bəzi yerləri, Xətai rayonun sakinləri yaşadıqları ərazidə saatlarıdır suyun olmadığını bildirir.