Kanal4.az

Xəbərlərin ünvanı

Kanal4.az

SİYASƏT
Konstitusiya – insan hüquqları və ədalətin ali təminatı
SİYASƏT
Konstitusiya tariximizin mühüm mərhələləri
SİYASƏT
Sabitlik və inkişafın hüquqi əsasları
SİYASƏT
Konstitusiya müstəqil dövlətçiliyin möhkəm hüquqi təməlidir
SİYASƏT
Günay Ağamalı: Üçrəngli bayrağımız qalib xalqın qüruru, müstəqil dövlətimizin əzəmətidir – ŞƏRH
SİYASƏT
8 Noyabr xalqımızın milli qürurunun, dövlətçilik iradəsinin və tarixi ədalətin təntənəsidir
SİYASƏT
Günay Ağamalı: Şuşa Zəfəri Azərbaycanın milli qürurunun və dövlətçilik qüdrətinin təcəssümüdür
SİYASƏT
8 Noyabr – Şuşa şəhəri günü: Zəfərin zirvəsi, qürurun ünvanı
CƏMİYYƏT
Salyan Rayon Mərkəzi Xəstəxanasında 8 Noyabr – Zəfər Gününə həsr olunmuş tədbir keçirilib!
SİYASƏT
Mavi göylərdə dalğalanan milli qürurumuz
SİYASƏT
Ucalan bayrağımız, güclənən dövlətimiz
SİYASƏT
Dövlətçiliyimizin ideoloji təməli və milli birliyimizin rəmzi
SİYASƏT
Dövlət bayrağımız milli dəyərimizdir
SİYASƏT
Zəfər Yolunun Aparıcı Zirvəsi
SİYASƏT
Qalib Azərbaycanın Qürur Zirvəsi – Şuşa
SİYASƏT
8 Noyabr- Şuşanın Əbədi Ruhunun Qayıdışı
SİYASƏT
8 NOYABR – ZƏFƏR GÜNÜ: MİLLİ QÜRURUMUZUN, DÖVLƏTÇİLİYİMİZİN VƏ DÖNÜŞMƏZ İRADƏMİZİN TƏNTƏNƏSİ
SİYASƏT
Salyanda Zəfər Gününə həsr olunmuş tədbir keçirilib
SİYASƏT
Səhiyyə işçiləri ümumrayon ağacəkmə aksiyasında fəal iştirak ediblər
SİYASƏT
8 NOYABR – ZƏFƏR GÜNÜ: MİLLİ QÜRURUMUZUN, BİRLİYİMİZİN VƏ QƏHRƏMANLIĞIMIZIN TƏNTƏNƏSİ*
SİYASƏT
Zəfərin yaratdığı yeni reallıqlar və Azərbaycanın gələcək hədəfləri
SİYASƏT
Güclü iqtisadiyyat, müasir ordu və tarixi Qələbə
SİYASƏT
44 günə sığan qəhrəmanlıq və əsrlərə yazılan Zəfər
SİYASƏT
Şuşa Azərbaycan xalqının rəşadətinin, əyilməz iradəsinin simvoludur
SİYASƏT
Ana Vətən Partiyasından Tarixi Zəfərin Altıncı İldönümü İlə Bağlı BƏYANAT
SİYASƏT
Deputat: Bütün nailiyyətlər uzaqgörən siyasətin məntiqi nəticəsidir
SİYASƏT
Şuşanın azadlığı Azərbaycanın tarixi Zəfərinin və milli qürurunun təntənəsidir
SİYASƏT
Azad Şuşa dövlətimizin quruculuq əzminin və Böyük Qayıdışın rəmzidir
SİYASƏT
Şuşa Zəfəri milli qürurumuzun ən uca zirvəsidir
SİYASƏT
8 Noyabr: təqvimin qızıl hərflərlə yazılmış tarixi

Böyük Qayıdışın ilk addımı

2024-10-23 11:55:22 171 baxış
Xəbər şəkil

 

Tarixi Zəfərimizin reallıqları fonunda işğaldan azad edilmiş torpaqlarımızda genişmiqyaslı bərpa-quruculuq işləri aparılır. Günümüzün əsas hədəflərindən biri Böyük Qayıdış Proqramının icrasını uğurla başa çatdırmaq, soydaşlarımızın bu torpaqlarda yüksək yaşayışını təmin etməkdir. Dövlət başçısı İlham Əliyevin işğaldan azad edilmiş ərazilərimiz üzrə şəhər günlərinin təsis edilməsi haqqında Sərəncamına əsasən qeyd etdiyimiz günlər bir hesabat xarakteri daşıyır. Ötən dövr ərzində bu torpaqlarda görülən işlərə və qarşıda dayanan hədəflərə bir daha diqqət yönəldilir.
Oktyabarın 20-də Zəngilan Şəhəri Gününü qeyd etdik.  Zəngilanın ərazisi şərqdən Həkəri çayından Mehri dağ silsiləsinə qədər olan ərazini əhatə edir. Şimaldan Qubadlı, Şərqdən Cəbrayıl rayonu, cənubdan Araz çayı boyunca İran İslam Respublikası, qərbdən isə Ermənistanın Mehri və Qafan rayonları ilə həmsərhəddir. Rayon respublikanın dağətəyi ərazisində yerləşməklə iqtisadi cəhətdən əsasən kənd təsərrüfatı istiqamətli olmuş, 29 kolxoz-sovxozu, 1 arıçılıq təsərrüfatını, 4 kooperativi və 3 kəndli-fermer təsərrüfatını əhatə etmişdir. Ərazisində 21 dəmiryol müəssisəsi və 6 dəmir yol vağzalı fəaliyyət göstərirdi.
Füzuli və Cəbrayıl rayonları işğal olunduqdan sonra zəngilanlılar 67 gün tam mühasirə şəraitində ermənilərlə vuruşdu. 25-29 oktyabr 1993-cü ildə Zəngilan rayonunun əhalisi son anadək vuruşaraq, 235 nəfər şəhid və itkin verərək Araz çayını keçmiş, İran İslam Respublikasının ərazisi ilə keçərək Azərbaycanın 43 rayonunda müvəqqəti məskunlaşmışlar.
Zəngilan şəhərinin işğaldan azad edilməsinin 4-cü ili tamam oldu. Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Ordumuzun  sentyabrın 27-də başladığı əks-hücum nəticəsində Zəngilan şəhəri oktyabrın 20-də erməni işğalından azad edildi. Həmin gün həm xalqımızın, həm də zəngilanlıların yaddaşına əbədi həkk olunub. Bu günləri səbirsizliklə gözləyən xalqımız arzularının reallığa çevrilməsindən sevinclidirlər. Onu da qeyd edək ki, Zəngilan rayonunun Ağalı kəndi ilk «ağıllı kənd» oldu. İlk pilot layihə məhz bu kənddə həyata keçirildi. Bütün işlər müasir tələblər səviyyəsində yenidən quruldu, soydaşlarımızın rahat yaşayışı üçün bütün zəruri işlər görülüb. Zəngilanlıların doğma yurd-yuvalarına qayıtmaları Böyük Qayıdışın ilk addımları idi. “Ağıllı kənd” layihəsi yeni təcrübədir. Daim ilklərə imza atan Azərbaycan «ağıllı şəhər» və «ağıllı kənd» layihləri ilə dünyanın diqqətindədir. Ötən il Zəngilan şəhərində keçirilən 2-ci Azərbaycan Milli Şəhərsalma Forumunda bütün bu məqamlara bir daha aydınlıq gətirildi. Həmin tədbirdəki çıxışında «Biz Zəngilanı mühüm nəqliyyat qovşağı hesab edirik, çünki onun coğrafi mövqeyi bunu labüd edir. Zəngilan nəqliyyat dəhlizləri üzərində yerləşir və ona görə Zəngilan Beynəlxalq Hava Limanının inşası da bu bölgənin inkişafı baxımından mühüm faktor olmuşdur. O, insanlar üçün asan çıxışı təmin edəcəkdir. Gələcəkdə isə, əminəm ki, Zəngilanda xarici turistlərin sayı çox olacaqdır. Çünki bu bölgə Azərbaycanın ən gözəl guşələrindəndir. Meşələri, çayları, gölləri və misilsiz ekosistemi olan Zəngilan bizim ən böyük sərvətimizdən biridir. Əminəm ki, vaxt keçdikcə bu, turistlər tərəfindən ən çox sevilən bölgə olacaq» söyləyən dövlət başçısı İlham Əliyev onu da əlavə etdi ki, biz Zəngilanda təkcə pilot yaşayış layihəsi deyil, həmçinin pilot kənd təsərrüfatı layihəsi həyata keçiririk. “Dost Aqropark” adlanan bu layihə Azərbaycan və Türkiyə şirkətlərinin birgə müəssisəsidir və həmin aqropark artıq fəaliyyətdədir. Bu gün isə bu torpağın  əsl sahibləri qayıdıb, sürətli inkişaf baş verir. Böyük Qayıdış Proqramı bütün azad olunmuş ərazilərin bərpasını əhatə edir. Təkcə bərpa etmək deyil,  burada müasir texnologiyalar tətbiq edilir, “ağıllı şəhər” və “ağıllı kənd”lər inşa olunur. Burada ən müasir şəhərsalma nümunələri istifadə edilir.
Böyük Qayıdış Proqramı və onun uğurlu icrası keçmiş məcburi köçkürlərin öz doğma yurd-yuvlarına qayıdışı daha da sürətləndirir. Qayıdış ünvanlarının sayı artır. Gələn il bu sıraya Zəngilan şəhərinin də daxil olması nəzərdə tutulub.
Zəngilan şəhərinin ardınca Qubadlı şəhəri öz gününü qeyd edəcək. Oktyabrın 25-i Qubadlı Şəhəri Günüdür.  «Qubadlının işğaldan azad edilməsi tarixi hadisə idi. Oktyabrın 25-də Qubadlı şəhərinin azad edilməsi bizim qələbəmizi yaxınlaşdırdı.» Dövlət başçısı, Müzəffər Ali Baş Komandan İlham Əliyevin tarixi Zəfərimizdən sonra 2020-ci ilin dekabr ayında Qubadlıya ilk səfəri zamanı Azərbaycan Bayrağının ucaldılmasından sonra səsələndirdiyi bu fikirlər sahibinə qovuşan torpaqlarımızın sevincli günlərini yaşadığının nümayişi oldu.
Qubadlı rayonunun və Qubadlı şəhərinin azad edilməsi  böyük strateji üstünlüyü təmin etdi. Çünki Qubadlıdan sonra növbəti istiqamət Laçın rayonu idi.  Qubadlıdan Laçın rayonunun cənub hissəsinə gedən yol daim atəş altında idi. Çünki Laçın rayonuna gedən yol  Ermənistanın dövlət sərhədinin yanı ilə keçir. Ona görə hərbi birləşmələrimiz digər müxtəlif yollarla, cığırlarla dağları aşaraq Laçın rayonunun strateji yüksəkliklərində yerləşmişdir. Beləliklə, Laçın rayonunun cənub hissəsində yerləşən Güləbird , Səfiyan və  Türklər kəndi azad edildi və eyni zamanda, strateji yüksəkliklər ələ keçirildi.
Düşmən bilirdi ki, Şuşa azad edilmədən  müharibə dayana bilməz. Dövlət başçısı İlham Əliyev sözügedən çıxışında bu məqamı da xüsusi qeyd etmişdir ki, erməni silahlı qüvvələri  Laçın rayonunun cənub hissəsini götürəndən sonra bu tərəfdən Şuşaya gedəcəyimizi düşünürdülər. Azərbaycan Ordusu  Şuşaya başqa yolla getdi. Bu günə qədər də onlar inana bilmirlər ki,  qəhrəman əsgər və zabitlərimiz o dağlardan, dərələrdən, meşələrdən necə keçərək Şuşaya yaxınlaşıb və Şuşanı işğaldan azad ediblər. Bu baxımdan  Qubadlı əməliyyatının çox böyük əhəmiyyəti var idi. Çünki Qubadlıdan sonra  Şuşa şəhərini işğaldan azad etdik. Oktyabrın 25-də Qubadlı azad olundu və noyabrın 8-də Şuşa şəhəri azad edildi. Beləliklə, düşmən təslim olmağa məcbur oldu.
Qubadlı rayonu 31 avqust 1993-cü il tarixində Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunub. İşğal nəticəsində rayondan 29997 nəfər məcburi köçkün respublikanın müxtəlif yaşayış məntəqələrində müvəqqəti yerləşdirilmişdi. 94 yaşayış məntəqəsi, 7278 fərdi yaşayış evi, 64 inzibati bina, 148 sosial obyekti, 161 mədəniyyət obyekti, 7 məscid, 16 körpü dağıdılmış və yararsız vəziyyətə salınmışdı.
Azərbaycan Ordusunun yazdığı Zəfər tarixi ölkəmizin gücünü, qüdrətini, dövlətimizin qətiyyətini, dəyişməz mövqeyini bir daha dünyaya çatdırdı. 44 günlük İkinci Qarabağ müharibəsində  5 şəhər, 4 qəsəbə, 286 kənd işğaldan azad edilib. 44 günün hər günü tariximizin zəfər səhifələri ilə zəngindir.  Çünki elə bir gün yox idi ki, hansısa şəhər və kəndin işğaldan azad edilməsi müjdəsi verilməsin. Cəbrayl, Füzuli, Zəngilan şəhərlərinin ardınca  Qubadlı şəhəri  azadlığına qovuşdu. Vətən müharibəsinin gedişi dövründə Qubadlı şəhəri daxil olmaqla  rayonun 41 kəndi işğaldan azad edildi.
2020-ci il noyabrın 26-da “Qubadlının azad olunmasına görə” medalı təsis edildi. Qubadlı rayonunun işğaldan azad edilməsi uğrunda aparılmış döyüş əməliyyatlarında iştirak edərək şəxsi igidlik və şücaət nümayiş etdirmiş Azərbaycan Silahlı Qüvvələrinin 15209 hərbi qulluqçusu Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamları ilə “Qubadlının azad olunmasına görə” medalı ilə təltif edilmişdi.
Dövlət başçısı İlham Əliyev tarixi Zəfərimizdən bəhs edərkən   hazırkı dövrün əsas çağırışının məhz işğaldan azad edilmiş torpaqlarımızın bərpası və yenidən qurulması olduğunu bildirir.  Bu prosesdə yeganə rəqib zamandır. Bu baxımdan ki, mənfur düşmən 30 ildə bu torpaqlarımızı tamamilə dağıdıb, yerlə-yeksan edib, həmçinin minalar basırıb. Minaların təmizlənməsi böyük vaxt itkisidir. Bunun ardınca bərpa-quruculuq işlərinin də aparılması  üçün xeyli zaman gərəkdir. Ermənilər bu ərazilərdən izimizi silmək üçün  bütün tikililəri tamamilə dağıdıblar. Tarixi və dini abidələrimiz yerlə-yeksan edilib. Hazırda bütün işğaldan azad edilmiş torpaqlarımız erməni vəhşiliklərinin şahidləridir.
Bütün bunlara baxmayaraq torpaqlarımızın öz sahibində olmasından sevincliyik. Milli kimliyimiz, qürurumuz özümüzə qayıdıb. Dünya Azərbaycan xalqının yenilməz, məğrur xalq olduğunun bir daha şahidi oldu.
Bu gün bütün torpaqlarımızda bərpa-quruculuq işləri həyata keçirilir. İşlərin sistemliliyini təmin etmək üçün  şəhərlərin Baş planları təqdim edilir. Atılan hər bir addım Böyük Qayıdışın davamlı olacağına inamı daha da artırır. Soydaşlarımız, o cümlədən qubadlılar öz yurd-yuvalarına qayıdacaqları günü gözləyirlər.
 
Elmar Əhmədov
YAP Salyan rayon təşkilatının sədri





Oxşar xəbərlər


Xəbər lenti
Konstitusiya – insan hüquqları və ədalətin ali təminatı
2026-11-11
Konstitusiya tariximizin mühüm mərhələləri
2026-11-11
Sabitlik və inkişafın hüquqi əsasları
2026-11-11
Konstitusiya müstəqil dövlətçiliyin möhkəm hüquqi təməlidir
2026-11-11
Günay Ağamalı: Üçrəngli bayrağımız qalib xalqın qüruru, müstəqil dövlətimizin əzəmətidir – ŞƏRH
2026-11-09
8 Noyabr xalqımızın milli qürurunun, dövlətçilik iradəsinin və tarixi ədalətin təntənəsidir
2026-11-09
Günay Ağamalı: Şuşa Zəfəri Azərbaycanın milli qürurunun və dövlətçilik qüdrətinin təcəssümüdür
2026-11-09
8 Noyabr – Şuşa şəhəri günü: Zəfərin zirvəsi, qürurun ünvanı
2026-11-07
Salyan Rayon Mərkəzi Xəstəxanasında 8 Noyabr – Zəfər Gününə həsr olunmuş tədbir keçirilib!
2026-11-06
Mavi göylərdə dalğalanan milli qürurumuz
2026-11-06
Ucalan bayrağımız, güclənən dövlətimiz
2026-11-06
Dövlətçiliyimizin ideoloji təməli və milli birliyimizin rəmzi
2026-11-06
Dövlət bayrağımız milli dəyərimizdir
2026-11-06
Zəfər Yolunun Aparıcı Zirvəsi
2026-11-06
Qalib Azərbaycanın Qürur Zirvəsi – Şuşa
2026-11-06
8 Noyabr- Şuşanın Əbədi Ruhunun Qayıdışı
2026-11-06
8 NOYABR – ZƏFƏR GÜNÜ: MİLLİ QÜRURUMUZUN, DÖVLƏTÇİLİYİMİZİN VƏ DÖNÜŞMƏZ İRADƏMİZİN TƏNTƏNƏSİ
2026-11-05
Salyanda Zəfər Gününə həsr olunmuş tədbir keçirilib
2026-11-05
Səhiyyə işçiləri ümumrayon ağacəkmə aksiyasında fəal iştirak ediblər
2026-11-05
8 NOYABR – ZƏFƏR GÜNÜ: MİLLİ QÜRURUMUZUN, BİRLİYİMİZİN VƏ QƏHRƏMANLIĞIMIZIN TƏNTƏNƏSİ*
2026-11-05
Zəfərin yaratdığı yeni reallıqlar və Azərbaycanın gələcək hədəfləri
2026-11-05
Güclü iqtisadiyyat, müasir ordu və tarixi Qələbə
2026-11-05
44 günə sığan qəhrəmanlıq və əsrlərə yazılan Zəfər
2026-11-05
Şuşa Azərbaycan xalqının rəşadətinin, əyilməz iradəsinin simvoludur
2026-11-04
Ana Vətən Partiyasından Tarixi Zəfərin Altıncı İldönümü İlə Bağlı BƏYANAT
2026-11-04
Deputat: Bütün nailiyyətlər uzaqgörən siyasətin məntiqi nəticəsidir
2026-11-04
Şuşanın azadlığı Azərbaycanın tarixi Zəfərinin və milli qürurunun təntənəsidir
2026-11-04
Azad Şuşa dövlətimizin quruculuq əzminin və Böyük Qayıdışın rəmzidir
2026-11-04
Şuşa Zəfəri milli qürurumuzun ən uca zirvəsidir
2026-11-04
8 Noyabr: təqvimin qızıl hərflərlə yazılmış tarixi
2026-11-03