Salyanda “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində ağacəkmə aksiyası keçirilmişdir
18 oktyabr 2024-cü il tarixində Salyanda “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində ağacəkmə aksiyası keçirilmişdir. Aksiyada Salyan Rayon İcra Hakimiyyətinin başçısı Rüstəm Xəlilov, YAP Salyan rayon təşkilatının sədri Elmar Əhmədov, idarə və müəssisələrin kollektivləri, YAP fəalları və rayon ictimaiyyətinin nümayəndələri iştirak etmişdir. Aksiya zamanı Ələt-Astara-İran İslam Respublikası ilə dövlət sərhədi avtomobil yolunun Salyan rayonunun Aşağı Noxudlu kəndi ərazisindən keçən 57-ci km-də yol kənarlarına 1500 ədəd ağac - eldar şamı, sərv və dekorativ bəzək kolları əkilərək suvarılmış və onlara aqrotexniki qulluq göstərilmişdir.
Aksiyanın keçirilməsində məqsəd ekoloji vəziyyətin sağlamlaşdırılması, cəmiyyətdə təbiətə qayğını təbliğ etmək, yaşıllıqların çoxaldılmasını təşviq edərək ətraf mühitin qorunmasına, ən əsası da ölkədə keçirilən ekoloji tədbirlərə və ekoloji maarifləndirmə işlərinə töhfə verməkdən ibarətdir.




