Kanal4.az

Xəbərlərin ünvanı

Kanal4.az

SİYASƏT
Konstitusiya – insan hüquqları və ədalətin ali təminatı
SİYASƏT
Konstitusiya tariximizin mühüm mərhələləri
SİYASƏT
Sabitlik və inkişafın hüquqi əsasları
SİYASƏT
Konstitusiya müstəqil dövlətçiliyin möhkəm hüquqi təməlidir
SİYASƏT
Günay Ağamalı: Üçrəngli bayrağımız qalib xalqın qüruru, müstəqil dövlətimizin əzəmətidir – ŞƏRH
SİYASƏT
8 Noyabr xalqımızın milli qürurunun, dövlətçilik iradəsinin və tarixi ədalətin təntənəsidir
SİYASƏT
Günay Ağamalı: Şuşa Zəfəri Azərbaycanın milli qürurunun və dövlətçilik qüdrətinin təcəssümüdür
SİYASƏT
8 Noyabr – Şuşa şəhəri günü: Zəfərin zirvəsi, qürurun ünvanı
CƏMİYYƏT
Salyan Rayon Mərkəzi Xəstəxanasında 8 Noyabr – Zəfər Gününə həsr olunmuş tədbir keçirilib!
SİYASƏT
Mavi göylərdə dalğalanan milli qürurumuz
SİYASƏT
Ucalan bayrağımız, güclənən dövlətimiz
SİYASƏT
Dövlətçiliyimizin ideoloji təməli və milli birliyimizin rəmzi
SİYASƏT
Dövlət bayrağımız milli dəyərimizdir
SİYASƏT
Zəfər Yolunun Aparıcı Zirvəsi
SİYASƏT
Qalib Azərbaycanın Qürur Zirvəsi – Şuşa
SİYASƏT
8 Noyabr- Şuşanın Əbədi Ruhunun Qayıdışı
SİYASƏT
8 NOYABR – ZƏFƏR GÜNÜ: MİLLİ QÜRURUMUZUN, DÖVLƏTÇİLİYİMİZİN VƏ DÖNÜŞMƏZ İRADƏMİZİN TƏNTƏNƏSİ
SİYASƏT
Salyanda Zəfər Gününə həsr olunmuş tədbir keçirilib
SİYASƏT
Səhiyyə işçiləri ümumrayon ağacəkmə aksiyasında fəal iştirak ediblər
SİYASƏT
8 NOYABR – ZƏFƏR GÜNÜ: MİLLİ QÜRURUMUZUN, BİRLİYİMİZİN VƏ QƏHRƏMANLIĞIMIZIN TƏNTƏNƏSİ*
SİYASƏT
Zəfərin yaratdığı yeni reallıqlar və Azərbaycanın gələcək hədəfləri
SİYASƏT
Güclü iqtisadiyyat, müasir ordu və tarixi Qələbə
SİYASƏT
44 günə sığan qəhrəmanlıq və əsrlərə yazılan Zəfər
SİYASƏT
Şuşa Azərbaycan xalqının rəşadətinin, əyilməz iradəsinin simvoludur
SİYASƏT
Ana Vətən Partiyasından Tarixi Zəfərin Altıncı İldönümü İlə Bağlı BƏYANAT
SİYASƏT
Deputat: Bütün nailiyyətlər uzaqgörən siyasətin məntiqi nəticəsidir
SİYASƏT
Şuşanın azadlığı Azərbaycanın tarixi Zəfərinin və milli qürurunun təntənəsidir
SİYASƏT
Azad Şuşa dövlətimizin quruculuq əzminin və Böyük Qayıdışın rəmzidir
SİYASƏT
Şuşa Zəfəri milli qürurumuzun ən uca zirvəsidir
SİYASƏT
8 Noyabr: təqvimin qızıl hərflərlə yazılmış tarixi

Amerikanın Azərbaycana qarşı sanksiyaları qeyri-qanuni və tamamilə əsassız, habelə selektiv şəkildə tətbiq edilir.

2024-10-16 09:47:31 246 baxış
Xəbər şəkil

     Azərbaycan regionda hər keçən gün nüfuzunu daha da artırır, iqtisadi və diplomatik sahədə böyük uğurlar qazanır. Bu da bəzi dairələri, xüsusilə də ermənipərəst qüvvələri narahat edir. Ona görə də erməni lobbiləri Azərbaycanın beynəlxalq aləmdə təsirini azaltmaq və ölkəmizə qarşı siyasi təzyiq yaratmaq üçün müxtəlif yollara əl atır. Qarabağ məsələsində Azərbaycanın haqlı mövqeyi beynəlxalq miqyasda daha geniş dəstək qazanmağa başlayıb. Bu prosesdə Ermənistanın mövqeyi zəiflədikcə ermənipərəst qüvvələr ABŞ-da siyasi dairələrə təsir göstərməklə ölkəmizin artan nüfuzuna qarşı çıxmağa çalışır.
     ABŞ-ın məkrli siyasətinin əsas hədəflərindən biri regionda Rusiyanı sıxışdırmaqdır. Bu səbəbdən ABŞ Ermənistanla yaxın dostluq edərək öz mövqeyini bərkitməyə çalışır, Azərbaycana qarşı sanksiyalar tətbiq edir. Cari ilin 8 oktyabr tarixində Rusiya səfəri zamanı "Rossiya-1" telekanalına müsahibəsində Prezident İlham Əliyev ABŞ-ın sanksiyaları ilə bağlı bildirib: "Bizə sanksiyalar 1992-ci ildə, Azərbaycan ərazilərinin Ermənistanın işğalı altında olduğu bir vaxtda ölkəmizin "Ermənistanı blokadada saxlaması" barədə qondarma ittihamla tətbiq edilmişdi. Bu sanksiyalar 2001-ci ildə, ABŞ-ın öz yüklərini hava, quru və dəniz yolu ilə Azərbaycan ərazisindən Əfqanıstana tranzit daşımalı olduğu vaxt aradan qaldırılmışdı. Partiya mənsubiyyətindən asılı olmayaraq, Birləşmiş Ştatların Prezidenti ABŞ Əfqanıstandan qaçana qədər hər il bu sanksiyaları öz qərarı ilə ləğv edirdi".
     SSRİ-nin dağılmasından sonra ABŞ Konqresi tərəfindən 6 avqust 1992-ci il tarixində Rusiya və yeni müstəqil digər dövlətlərdə demokratik idarəetmə və azad bazar iqtisadiyyatının formalaşdırılmasına yardım etməyi nəzərdə tutan “Azadlığa Dəstək Aktı” adlı sənəd qəbul olundu. İllərdir müzakirələrə səbəb olan və adı "907-ci düzəliş" olaraq adlandırılan bu sənəddə ABŞ-ın Azərbaycana yardım göstərməsi qadağan edilib. Bu sənəd senator Con Makkeyn tərəfindən, daha sonra isə senator Con Kerrinin və erməni lobbi təşkilatlarının dəstəyilə guya Azərbaycanın Qarabağı işğal etməyi dayandırması və Ermənistanı sıxışdırmaması məqsədilə hazırlanıb. Keçmiş sovet respublikaları arasında isə ABŞ dövlət dəstəyindən xaric edilən tək ölkə Azərbaycan olub. 2001-ci il 11 sentyabr hadisələrindən sonra Azərbaycanın beynəlxalq terrorizmlə mübarizəsini təşkil etmək məqsədilə ABŞ Konqresi Prezidentə düzəlişin hüquqi qüvvəsini dayandırmaq səlahiyyətini verib. Elə o zamandan bəri ABŞ rəsmiləri bu hüquqdan davamlı olaraq istifadə edirlər. Son dəfə isə 2022-ci ildə bu düzəlişi dayandırmaqla bağlı qərar qəbul edilib. Heç vaxt ləğv edilməmiş, sadəcə zaman-zaman dondurulmuş bu sənəd ilk dəfə 2002-ci ildə ABŞ-ın Əfqanıstandakı hərbi əməliyyatlarda Azərbaycana ehtiyacı yaranması ilə bir müddətlik dondurulub. Belə ki, 20 noyabr 2002-ci il tarixindən Azərbaycan Ordusunun ümumilikdə 120 nəfərlik sülhməramlı taqımı Əfqanıstan İslam Respublikasında Beynəlxalq Təhlükəsizliyə Yardım Qüvvələrinin tərkibində fəaliyyət göstərməyə başlayıb.
     2023-cü ildə Azərbaycan dövlət suverenliyini bərpa etdikdən sonra bu məsələ yenidən gündəmə gətirilməyə başlanılıb. Belə ki, antiterror tədbirlərindən sonra suverenliyimizi gözü götürməyən rəsmi Vaşinqton "907-ci düzəlişi" gündəmə gətirib, Ermənistanın ruhdan düşmüş ordusuna dəstəyini nümayiş etdirib. Hətta 2023-cü ildə ABŞ Konqresinin yuxarı palatasında "Erməniləri Müdafiə Aktı" adlı sənəd qəbul olunub və onun prezident tərəfindən dondurulması qadağan edilib.
     ABŞ regionda yalnız öz maraqlarını güdür. Belə ki, artıq Qarabağ münaqişəsinin həll olunmasına baxmayaraq, yenə də "907-ci düzəliş" sıradan çıxarılmayıb. Azərbaycan və Ermənistan sülh prosesini nəticələndirməyə çalışsalar da, Qərb dairələri buna icazə verməmək siyasətlərini davam etdirir. Ölkəmizin Ermənistanı COP29-a dəvət etməsi də sülh prosesinə töhfə verəcək amillərdən biridir, lakin öz maraqlarını güdən ABŞ Ermənistanın başını qarışdırmağa çalışır və regionu yenidən müharibə ocağına çevirmək istəyir. Davamlı olaraq işğalçı ölkəni silahla təmin edir, ərazisində təlimlər keçirir. Ümumilikdə isə Qərb dövlətləri Ermənistanı silahlandırmaq, onları müharibəyə sövq etmək üçün əllərindən gələni edirlər.
     Azərbaycanın Avropa və Asiya qitəsi ilə daha sıx əlaqələr qurması, beynəlxalq təşkilatlarla əməkdaşlığı genişləndirməsi də Qərb dairələrində narahatlıq yaradır. Xüsusilə ABŞ-da mövcud olan ermənipərəst lobbi qrupları Azərbaycanın strateji əhəmiyyətini və qlobal aləmdə güclənən mövqeyini zəiflətmək üçün müxtəlif təbliğat və təzyiq kampaniyaları təşkil edirlər. Lakin Azərbaycanın regional və qlobal aləmdə artan nüfuzu, iqtisadi inkişafı və diplomatik uğurları bu cür təzyiqlərə qarşı davamlı olacaq, ölkəmiz beynəlxalq hüquqa əsaslanan ədalətli mövqeyini müdafiə etməyə davam edəcək.

 Ceyhun Novruzov 
Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin 5 saylı Regional bölməsinin müdiri

Oxşar xəbərlər

Xəbər lenti
Konstitusiya – insan hüquqları və ədalətin ali təminatı
2026-11-11
Konstitusiya tariximizin mühüm mərhələləri
2026-11-11
Sabitlik və inkişafın hüquqi əsasları
2026-11-11
Konstitusiya müstəqil dövlətçiliyin möhkəm hüquqi təməlidir
2026-11-11
Günay Ağamalı: Üçrəngli bayrağımız qalib xalqın qüruru, müstəqil dövlətimizin əzəmətidir – ŞƏRH
2026-11-09
8 Noyabr xalqımızın milli qürurunun, dövlətçilik iradəsinin və tarixi ədalətin təntənəsidir
2026-11-09
Günay Ağamalı: Şuşa Zəfəri Azərbaycanın milli qürurunun və dövlətçilik qüdrətinin təcəssümüdür
2026-11-09
8 Noyabr – Şuşa şəhəri günü: Zəfərin zirvəsi, qürurun ünvanı
2026-11-07
Salyan Rayon Mərkəzi Xəstəxanasında 8 Noyabr – Zəfər Gününə həsr olunmuş tədbir keçirilib!
2026-11-06
Mavi göylərdə dalğalanan milli qürurumuz
2026-11-06
Ucalan bayrağımız, güclənən dövlətimiz
2026-11-06
Dövlətçiliyimizin ideoloji təməli və milli birliyimizin rəmzi
2026-11-06
Dövlət bayrağımız milli dəyərimizdir
2026-11-06
Zəfər Yolunun Aparıcı Zirvəsi
2026-11-06
Qalib Azərbaycanın Qürur Zirvəsi – Şuşa
2026-11-06
8 Noyabr- Şuşanın Əbədi Ruhunun Qayıdışı
2026-11-06
8 NOYABR – ZƏFƏR GÜNÜ: MİLLİ QÜRURUMUZUN, DÖVLƏTÇİLİYİMİZİN VƏ DÖNÜŞMƏZ İRADƏMİZİN TƏNTƏNƏSİ
2026-11-05
Salyanda Zəfər Gününə həsr olunmuş tədbir keçirilib
2026-11-05
Səhiyyə işçiləri ümumrayon ağacəkmə aksiyasında fəal iştirak ediblər
2026-11-05
8 NOYABR – ZƏFƏR GÜNÜ: MİLLİ QÜRURUMUZUN, BİRLİYİMİZİN VƏ QƏHRƏMANLIĞIMIZIN TƏNTƏNƏSİ*
2026-11-05
Zəfərin yaratdığı yeni reallıqlar və Azərbaycanın gələcək hədəfləri
2026-11-05
Güclü iqtisadiyyat, müasir ordu və tarixi Qələbə
2026-11-05
44 günə sığan qəhrəmanlıq və əsrlərə yazılan Zəfər
2026-11-05
Şuşa Azərbaycan xalqının rəşadətinin, əyilməz iradəsinin simvoludur
2026-11-04

2026-11-03