Kanal4.az

Xəbərlərin ünvanı

Kanal4.az

SİYASƏT
Konstitusiya – insan hüquqları və ədalətin ali təminatı
SİYASƏT
Konstitusiya tariximizin mühüm mərhələləri
SİYASƏT
Sabitlik və inkişafın hüquqi əsasları
SİYASƏT
Konstitusiya müstəqil dövlətçiliyin möhkəm hüquqi təməlidir
SİYASƏT
Günay Ağamalı: Üçrəngli bayrağımız qalib xalqın qüruru, müstəqil dövlətimizin əzəmətidir – ŞƏRH
SİYASƏT
8 Noyabr xalqımızın milli qürurunun, dövlətçilik iradəsinin və tarixi ədalətin təntənəsidir
SİYASƏT
Günay Ağamalı: Şuşa Zəfəri Azərbaycanın milli qürurunun və dövlətçilik qüdrətinin təcəssümüdür
SİYASƏT
8 Noyabr – Şuşa şəhəri günü: Zəfərin zirvəsi, qürurun ünvanı
CƏMİYYƏT
Salyan Rayon Mərkəzi Xəstəxanasında 8 Noyabr – Zəfər Gününə həsr olunmuş tədbir keçirilib!
SİYASƏT
Mavi göylərdə dalğalanan milli qürurumuz
SİYASƏT
Ucalan bayrağımız, güclənən dövlətimiz
SİYASƏT
Dövlətçiliyimizin ideoloji təməli və milli birliyimizin rəmzi
SİYASƏT
Dövlət bayrağımız milli dəyərimizdir
SİYASƏT
Zəfər Yolunun Aparıcı Zirvəsi
SİYASƏT
Qalib Azərbaycanın Qürur Zirvəsi – Şuşa
SİYASƏT
8 Noyabr- Şuşanın Əbədi Ruhunun Qayıdışı
SİYASƏT
8 NOYABR – ZƏFƏR GÜNÜ: MİLLİ QÜRURUMUZUN, DÖVLƏTÇİLİYİMİZİN VƏ DÖNÜŞMƏZ İRADƏMİZİN TƏNTƏNƏSİ
SİYASƏT
Salyanda Zəfər Gününə həsr olunmuş tədbir keçirilib
SİYASƏT
Səhiyyə işçiləri ümumrayon ağacəkmə aksiyasında fəal iştirak ediblər
SİYASƏT
8 NOYABR – ZƏFƏR GÜNÜ: MİLLİ QÜRURUMUZUN, BİRLİYİMİZİN VƏ QƏHRƏMANLIĞIMIZIN TƏNTƏNƏSİ*
SİYASƏT
Zəfərin yaratdığı yeni reallıqlar və Azərbaycanın gələcək hədəfləri
SİYASƏT
Güclü iqtisadiyyat, müasir ordu və tarixi Qələbə
SİYASƏT
44 günə sığan qəhrəmanlıq və əsrlərə yazılan Zəfər
SİYASƏT
Şuşa Azərbaycan xalqının rəşadətinin, əyilməz iradəsinin simvoludur
SİYASƏT
Ana Vətən Partiyasından Tarixi Zəfərin Altıncı İldönümü İlə Bağlı BƏYANAT
SİYASƏT
Deputat: Bütün nailiyyətlər uzaqgörən siyasətin məntiqi nəticəsidir
SİYASƏT
Şuşanın azadlığı Azərbaycanın tarixi Zəfərinin və milli qürurunun təntənəsidir
SİYASƏT
Azad Şuşa dövlətimizin quruculuq əzminin və Böyük Qayıdışın rəmzidir
SİYASƏT
Şuşa Zəfəri milli qürurumuzun ən uca zirvəsidir
SİYASƏT
8 Noyabr: təqvimin qızıl hərflərlə yazılmış tarixi

Bu gün Ulu Öndərin və bizim Qələbəmizi görməyən bütün həyatdan gedənlərin ruhları şaddır

2024-10-15 10:39:39 229 baxış
Xəbər şəkil

Ulu Öndər Heydər Əliyevin və Prezident İlham Əliyevin 25 illik vaxt aralığı ilə böyük inam və qürurla söylədiklərindən gətirdiyimiz bu nümunələrdən də göründüyü kimi, Azərbaycan xalqı milli hədəflərinə doğru qət etdiyi birqərinəlik çətin, sınaq və məsuliyyətlərlə dolu uzun yolu Zəfər zirvəsinə yetirib. Üçrəngli, ay-ulduzlu bayrağını Qarabağ və Şərqi Zəngəzurun ən uca zirvələrində, Şuşada, Xocalıda, Xankəndidə dalğalandıraraq milli mücadiləsini məntiqi sonluğuna çatdırıb. 
Bu gün Qarabağ və Şərqi Zəngəzur dünyada misli bərabərinə rastlanmayan quruculuq meydanına çevrilib. Bir yanda yollar çəkilir, körpülər salınır, hava limanları tikilib istifadəyə verilir. Bir yanda da müasir yaşayış məskənləri salınır, qayıdış karvanları ilə yurdlarına dönən keçmiş məcburi köçkünlərimiz isti od-ocaqlarına qovuşdurulur. O torpaqlarda doğulan körpələrin hayqırtıları bir daha dünyaya "Qarabağ Azərbaycandır!" ismarışı verir. Bütün bunlar isə Azərbaycan xalqının, dövlətinin dahi xilaskarı Ulu Öndər Heydər Əliyevin vaxtilə cani-könüldən dilədiyi Qarabağ, Şərqi Zəngəzur arzularının çin olduğu müqəddəs məqamdır.  
Vaxtilə Ulu Öndər Heydər Əliyevin təməlini qoyduğu və Prezident İlham Əliyev tərəfindən qətiyyətlə əldə olunan bu milli qalibiyyətlərə yetməyimizə qədər isə xeyli mübarizələr aparmalı, çətinliklərlə savaşmalı olmuşduq. İllər boyu Azərbaycan torpaqlarına ərazi iddiası ilə çıxış edən ermənilər 1980-ci illərin sonunda mənfur niyyətlərini gerçəkləşdirməyə, azərbaycanlılara qarşı deportasiyaya, qətliama, soyqırımına başladılar. Çünki Azərbaycanın milli maraqlarını qətiyyətlə, böyük səylə qoruyan sədd - Ulu Öndər Heydər Əliyev məkrli yollarla hakimiyyətdən uzaqlaşdırılmış, bununla da ərazilərimizə göz dikən ermənilərin, separatçıların əl-qolu açılmış, Qarabağda at oynatmağa başlamışdılar. 
1987-ci ildə Heydər Əliyevin siyasi hakimiyyətdən getməsi ilə Azərbayan xalqının faciələri başladı, olmazın müsibətlərlə rastlaşdıq. Bu fürsətdən istifadə edən erməni millətçiləri sovet iqtidarının mərkəzi idarəetmə orqanlarında olan himayədarlarının köməyi ilə Qarabağı Azərbaycandan qoparmaq üçün mənfur iddialarını qaldırdılar. Gerçəklikdir ki, əgər o zaman Ulu Öndər hakimiyyətdə olsaydı, düşmənlərimiz buna qətiyyən cürət edə bilməzdilər. Amma Azərbaycanda antimilli qüvvələrin, siyasi səriştəsizlərin hakimiyyətdə olması erməni millətçilərini daha da azğınlaşdırdı və xalqımız soyqırımlarına, işğala məruz qaldı.
Bir milyondan çox qaçqın və məcburi köçkün problemi ilə üzləşən, əraziləri qəsb olunan Azərbaycan parçalanma, dövlət olaraq yoxolma qarşısında qaldı. Həmin ümidsiz günlərdə xalqın təkidli tələbi ilə Ulu Öndər Heydər Əliyevin ikinci dəfə ölkəmizdə siyasi hakimiyyətə qayıdışı Azərbaycanın qurtuluşu oldu. Ulu Öndər Heydər Əliyev 1994-cü ildə atəşkəs razılaşmasına nail oldu. Hakimiyyətdə olduğu 10 il ərzində titan siyasətçi Qarabağ probleminin siyasi gündəlikdən düşməsinə imkan vermədi. Etdiyi bütün xarici səfərlərdə, çıxış etdiyi bütün mötəbər tribunalarda Azərbaycanın üzləşdiyi işğalı, qaçqın və məcburi köçkün problemlərini dünyaya çatdırdı.
Heydər Əliyev bütün nitqlərində, çıxışlarında hər zaman bir gün mütləq işğal altındakı torpaqlarımızın azad olunacağına və məcburi köçkünlərimizin öz yurd-yuvalarına qayıdacağına əminliyini bildirirdi. 1994-cü ildə Ulu Öndər Heydər Əliyevin Ali Baş Komandanlığı altında aparılan uğurlu Horadiz əməliyyatı sayəsində torpaqlarımızın bir qisminin işğaldan azad olunması və Böyük qayıdışa illər əvvəl uğurlu start verilməsi ilə düşmən tapdağında olan digər ərazilərimizin də azadlığının və insanlarımızın dədə-baba yurdlarına qayıdışının tezliklə gerçəkləşdiriləcəyinin ilk müjdəsi verildi. 
Ötən 20 il ərzində Heydər Əliyev siyasi yolunu uğurla davam etdirən Prezident İlham Əliyev Azərbaycanı hərtərəfli inkişaf mərhələsnə yüksəltdi, dünyanın sayılıb-seçilən ölkəsinə çevirdi. Xüsusilə ordu quruculuğunda mühüm irəliləyişlər əldə edildi, Silahlı Qüvvələrimizin arsenalı müasir silah və sursatlarla, hərbi texnika ilə zənginləşdirildi, peşəkar hərbi kadrların yetişdirilməsinə xüsusi önəm verildi. Eyni zamanda gənclərimizin vətənpərvər ruhda böyüməsi milli məqsəd kimi qarşıya qoyuldu. 
2016-cı ilin aprelində rəşadətli Azərbaycan Ordusu Ermənistan tərəfinin növbəti təxribatından sonra Lələtəpə yüksəkliyini azad edərək tezliklə işğal altndakı torpaqlarımızın hamısının azad olunacağına böyük inam yaratdı. 2020-ci il sentyabrın 27-də Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında şanlı Azərbaycan Ordusunun çıxdığı haqq yürüşü cəmi 44 günə Zəfərlə nəticələndi, bayrağımız vətən qibləmiz Şuşada dalğalandırıldı. Vətən müharibəsində qazanılan zəfərin möhtəşəm nəticəsi olaraq 2023-cü ilin payızında suverenliyimizin tam bərpası, Xankəndidə Müzəffər Ali Baş Komandan İlham Əliyev tərəfindən Azərbaycan bayrağının dalğalandırılması parlaq Zəfərimizin üçüncü ildönümünə ən böyük töhfə, həm də Ulu Öndər Heydər Əliyevin 100 illiyinə möhtəşəm ərmağan oldu. "Dəmir yumruq" Qarabağda separatizmin kökünü kəsdi, sərsəm "Miatsum" ideyası tarixin zibilliyinə gömüldü.
"Bu gün Ulu Öndərin, bizim bu günü görməyən bütün həyatdan gedənlərin ruhları şaddır. Onların ruhlarını şad edən biz olmuşuq, Azərbaycan xalqı olub, onların davamçıları olub", - deyə oktyabrın 15-də Xankəndidə bayrağımızı ucaldan zaman Prezident İlham Əliyev bir daha vurğuladı ki, Ulu Öndərin 100 illiyini qeyd etdiyimiz vaxtda bu gün burada olmaq böyük rəmzi məna daşıyır. Milli mənafelərimizin təmini istiqamətində ardıcıl qələbələr qazanan Qalib Lider İlham Əliyev 2020-ci il Şuşa, 2023-cü il Xankəndi zəfərləri ilə həm də bir oğul kimi ata vəsiyyətini layiqincə yerinə yetirdi.

Reyhanə Axundova,
Salyan rayon Heydər Əliyev Mərkəzinin əməkdaşı, YAP fəalı

Oxşar xəbərlər

Xəbər lenti
Konstitusiya – insan hüquqları və ədalətin ali təminatı
2026-11-11
Konstitusiya tariximizin mühüm mərhələləri
2026-11-11
Sabitlik və inkişafın hüquqi əsasları
2026-11-11
Konstitusiya müstəqil dövlətçiliyin möhkəm hüquqi təməlidir
2026-11-11
Günay Ağamalı: Üçrəngli bayrağımız qalib xalqın qüruru, müstəqil dövlətimizin əzəmətidir – ŞƏRH
2026-11-09
8 Noyabr xalqımızın milli qürurunun, dövlətçilik iradəsinin və tarixi ədalətin təntənəsidir
2026-11-09
Günay Ağamalı: Şuşa Zəfəri Azərbaycanın milli qürurunun və dövlətçilik qüdrətinin təcəssümüdür
2026-11-09
8 Noyabr – Şuşa şəhəri günü: Zəfərin zirvəsi, qürurun ünvanı
2026-11-07
Salyan Rayon Mərkəzi Xəstəxanasında 8 Noyabr – Zəfər Gününə həsr olunmuş tədbir keçirilib!
2026-11-06
Mavi göylərdə dalğalanan milli qürurumuz
2026-11-06
Ucalan bayrağımız, güclənən dövlətimiz
2026-11-06
Dövlətçiliyimizin ideoloji təməli və milli birliyimizin rəmzi
2026-11-06
Dövlət bayrağımız milli dəyərimizdir
2026-11-06
Zəfər Yolunun Aparıcı Zirvəsi
2026-11-06
Qalib Azərbaycanın Qürur Zirvəsi – Şuşa
2026-11-06
8 Noyabr- Şuşanın Əbədi Ruhunun Qayıdışı
2026-11-06
8 NOYABR – ZƏFƏR GÜNÜ: MİLLİ QÜRURUMUZUN, DÖVLƏTÇİLİYİMİZİN VƏ DÖNÜŞMƏZ İRADƏMİZİN TƏNTƏNƏSİ
2026-11-05
Salyanda Zəfər Gününə həsr olunmuş tədbir keçirilib
2026-11-05
Səhiyyə işçiləri ümumrayon ağacəkmə aksiyasında fəal iştirak ediblər
2026-11-05
8 NOYABR – ZƏFƏR GÜNÜ: MİLLİ QÜRURUMUZUN, BİRLİYİMİZİN VƏ QƏHRƏMANLIĞIMIZIN TƏNTƏNƏSİ*
2026-11-05
Zəfərin yaratdığı yeni reallıqlar və Azərbaycanın gələcək hədəfləri
2026-11-05
Güclü iqtisadiyyat, müasir ordu və tarixi Qələbə
2026-11-05
44 günə sığan qəhrəmanlıq və əsrlərə yazılan Zəfər
2026-11-05
Şuşa Azərbaycan xalqının rəşadətinin, əyilməz iradəsinin simvoludur
2026-11-04

2026-11-03