TƏBİB-in əməkdaşları İspaniyada keçirilən beynəlxalq seminarda iştirak edib
Avropa Xəstəliklərin Profilaktikası və Nəzarəti Mərkəzi (European Centre for Disease Prevention and Control – ECDC) ilə əməkdaşlıq çərçivəsində 25-26.09.2024-cü il tarixləri arasında İspaniyanın Madrid şəhərində keçirilən “Yoluxucu xəstəliklər və riyazi modelləşdirmə” (Training workshop on Mathematical Modelling and Infectious Diseases) təlim seminarında TƏBİB-in Tibbi xidmətlərin inkişafı departamentinin Yoluxucu xəstəliklər və infeksion nəzarətin təşkili şöbəsinin baş məsləhətçisi Turan İbrahimova və Strateji inkişaf departamentinin Data analitika şöbəsinin baş məsləhətçisi Samir İsaqov iştirak edib.
Seminarın ümumi məqsədi iştirakçılara yoluxucu xəstəliklərə nəzarətin əsas komponentləri və riyazi modelləşdirmə konsepsiyalarını təqdim etmək, modelləşdirmə nəticələrini şərh etmək üçün ECDC modelləşdirmə nəticələrindən istifadə etmək və riyazi modelləşdirmənin siyasətin formalaşmasına necə faydalı olduğunu müzakirə etməkdir.

