Kanal4.az

Xəbərlərin ünvanı

Kanal4.az

SİYASƏT
Konstitusiya – insan hüquqları və ədalətin ali təminatı
SİYASƏT
Konstitusiya tariximizin mühüm mərhələləri
SİYASƏT
Sabitlik və inkişafın hüquqi əsasları
SİYASƏT
Konstitusiya müstəqil dövlətçiliyin möhkəm hüquqi təməlidir
SİYASƏT
Günay Ağamalı: Üçrəngli bayrağımız qalib xalqın qüruru, müstəqil dövlətimizin əzəmətidir – ŞƏRH
SİYASƏT
8 Noyabr xalqımızın milli qürurunun, dövlətçilik iradəsinin və tarixi ədalətin təntənəsidir
SİYASƏT
Günay Ağamalı: Şuşa Zəfəri Azərbaycanın milli qürurunun və dövlətçilik qüdrətinin təcəssümüdür
SİYASƏT
8 Noyabr – Şuşa şəhəri günü: Zəfərin zirvəsi, qürurun ünvanı
CƏMİYYƏT
Salyan Rayon Mərkəzi Xəstəxanasında 8 Noyabr – Zəfər Gününə həsr olunmuş tədbir keçirilib!
SİYASƏT
Mavi göylərdə dalğalanan milli qürurumuz
SİYASƏT
Ucalan bayrağımız, güclənən dövlətimiz
SİYASƏT
Dövlətçiliyimizin ideoloji təməli və milli birliyimizin rəmzi
SİYASƏT
Dövlət bayrağımız milli dəyərimizdir
SİYASƏT
Zəfər Yolunun Aparıcı Zirvəsi
SİYASƏT
Qalib Azərbaycanın Qürur Zirvəsi – Şuşa
SİYASƏT
8 Noyabr- Şuşanın Əbədi Ruhunun Qayıdışı
SİYASƏT
8 NOYABR – ZƏFƏR GÜNÜ: MİLLİ QÜRURUMUZUN, DÖVLƏTÇİLİYİMİZİN VƏ DÖNÜŞMƏZ İRADƏMİZİN TƏNTƏNƏSİ
SİYASƏT
Salyanda Zəfər Gününə həsr olunmuş tədbir keçirilib
SİYASƏT
Səhiyyə işçiləri ümumrayon ağacəkmə aksiyasında fəal iştirak ediblər
SİYASƏT
8 NOYABR – ZƏFƏR GÜNÜ: MİLLİ QÜRURUMUZUN, BİRLİYİMİZİN VƏ QƏHRƏMANLIĞIMIZIN TƏNTƏNƏSİ*
SİYASƏT
Zəfərin yaratdığı yeni reallıqlar və Azərbaycanın gələcək hədəfləri
SİYASƏT
Güclü iqtisadiyyat, müasir ordu və tarixi Qələbə
SİYASƏT
44 günə sığan qəhrəmanlıq və əsrlərə yazılan Zəfər
SİYASƏT
Şuşa Azərbaycan xalqının rəşadətinin, əyilməz iradəsinin simvoludur
SİYASƏT
Ana Vətən Partiyasından Tarixi Zəfərin Altıncı İldönümü İlə Bağlı BƏYANAT
SİYASƏT
Deputat: Bütün nailiyyətlər uzaqgörən siyasətin məntiqi nəticəsidir
SİYASƏT
Şuşanın azadlığı Azərbaycanın tarixi Zəfərinin və milli qürurunun təntənəsidir
SİYASƏT
Azad Şuşa dövlətimizin quruculuq əzminin və Böyük Qayıdışın rəmzidir
SİYASƏT
Şuşa Zəfəri milli qürurumuzun ən uca zirvəsidir
SİYASƏT
8 Noyabr: təqvimin qızıl hərflərlə yazılmış tarixi

İsmayıl Nadirxanlı: "Azərbayacana qarşı aparılan siyasətin pərdəarxasında böyük güclər dayanır"

2024-10-08 21:06:57 531 baxış
Xəbər şəkil

"Azərbaycana qarşı son dövrlər bir çox dövlətlərin təzyiq və riyakarlığının intensivləşdiyi müşahidə olunur. Əslində, bu, təəccüblü də deyil. Əksinə, gözləniləndir. Çünki əvvəllər də oxşar hadisələr olub: Azərbaycan hər dəfə beynəlxalq əhəmiyyətli tədbirə ev sahibliyi etməyə hazırlaşanda müxtəlif aktorlar provokasiya yolunu tutur, prosesə mane olmağa çalışırlar. Rəsmi Bakıda artıq belə cəhdlərə qarşı immunitet də formalaşıb."

Bu sözləri Kanal4 ə açıqlamasında siyasi şərhçi, Səs Media qrupun analitik şöbəsinin rəhbəri İsmayıl Nadirxanlı son prosesləri şərh edərkən  bildirib. Daha sonra o qeyd edib: 

Məsələn, 2015-ci ildə Azərbaycanda keçirilən Birinci Avropa Oyunları, 2017-ci ildə Bakının ev sahibliyi etdiyi IV İslam Həmrəyliyi Oyunları, həmçinin "Formula 1" yarışları, Avroviziya musiqi yarışması kimi mühüm tədbirlər ərəfəsində də oxşar cəhdlərin şahidi olmuşduq.

Maraqlıdır ki, adətən belə tədbirlər ərəfəsində beynəlxalq güclər öz oyunlarını oynamaqla yanaşı, həm də Ermənistan “kartından” istifadə edirlər.

Fransa Azərbaycanın COP29-a ev sahibliyini qəbul edə bilməyən dövlətlər arasında başdadır və bu, açıq-aydın hiss olunur. Bir müddət əvvəl Parisdə keçirilən növbəti Yay Olimpiya Oyunlarında sözün əsl mənasında biabır olan Yelisey Sarayı indi Azərbaycanın COP29-u uğurlu, layiqli şəkildə keçirəcəyindən əmindir. Ona görə də indidən beynəlxalq ictimaiyyət arasında mənfi rəy yaratmağa çalışır.
COP29 yaxınlaşdıqca məlum anti-Azərbaycan qüvvələr "insan hüquqları" bəhanəsi ilə Azərbaycana qarşı hücumlarını intensivləşdiriblər. Erməni lobbisi ilə sıx əlaqəli olan "Freedom House", "Human Rights Watch" və digərləri əvvəllər ermənipərəst motivlərini gizlətməyə çalışırdılarsa, artıq bunu açıq şəkildə edirlər. Bu hücumları həmin təşkilatların erməni mənşəli əməkdaşlarının özləri həyata keçirir. Eyni zamanda, bu təşkilatlar irqçi düşüncəyə malik digər erməni aktivistlərin bütün hücumlarını dəstəkləyirlər. Buna son nümunə isə "Freedom House"un erməni millətçisi Şeyla Paylan tərəfindən "Newsweek"də yayımlanan böhtan dolu məqaləni dəstəkləməsidir.

Görünən odur ki, nə Ermənistan, nə də ondan alət kimi istifadə edən havadarları Azərbaycanın beynəlxalq əhəmiyyətli tədbirlərə, o cümlədən COP29-a ev sahibliyi etməsini qəbul edə bilmirlər. Çünki bu, rəsmi Bakının beynəlxalq aləmdə artan nüfuzundan, etimadından xəbər verir. Erməni lobbisi ilə sıx əlaqəli olan "Freedom House", "Human Rights Watch" kimi təşkilatlar isə bunu həzm edə bilmir, Azərbaycanın uğurlarına kölgə salmağa cəhd edirlər.

Daha sonra o bildirib ki, Rəsmi Bakı baş verənlərin, qurulan oyunların fərqindədir. Azərbaycan Xarici İşlər Nazirliyinin bu yaxınlarda yaydığı bəyanatda bildirilib ki, Ermənistanın Azərbaycana COP29-la bağlı səfər etməkdən çəkinməyə çağıran yalan dolu təbliğatı təəssüf doğurur.

"Daha əvvəl Qərbi Azərbaycan İcması da (QAİ) Fransa və Ermənistanın riyakarlığı barədə bəyanat yaymışdı.

Ölkələrində insan haqları kobud şəkildə pozulur, söz və mətbuat azadlığına əməl olunmur. Ancaq əvəzində digər ölkələri hədəfə alırlar. Məsələn, Fransa və ABŞ-də dini ayrı-seçkilik, o cümlədən islamofobik meyillər getdikcə güclənir. Polislər, demək olar, toplaşmağa icazə vermirlər. Adıçəkilən Qərb ölkələrində hüquq-mühafizə orqanlarının zorakılıqları fərqli ölkə KİV-inin manşetlərindən düşmür. Bu, o deməkdir ki, Qərb ölkələri öz standartlarından yalnız digər ölkələri idarə etmək, başqa sözlə desək, manipulyasiya məqsədilə istifadə edirlər.

Yeri gəlmişkən, xatırladaq ki, COP29 ərəfəsində Ermənistanın hərbi təxribatları da intensivləşib. Bu da təsadüfi deyil. Qərb ölkələrinin təsiri altında olan Ermənistan bu yolla COP29 ərəfəsində bölgədə süni gərginlik yaratmaq, o cümlədən Bakıya gəlməsi gözlənilən rəsmi şəxsləri bu səfərdən çəkindirmək istəyirlər.

Beləliklə, görünən odur ki, Qərb dairələri və Ermənistan Azərbaycana qarşı çirkin kampaniya aparırlar.

Əlbəttə, bu cəhdlər heç bir nəticə verməyəcək. Necə deyərlər, sirkə nə qədər tünd olarsa, öz küpünü çatladar.

Rəsmi Bakıda belə təzyiqlərə qarşı artıq immunitet formalaşıb. Azərbaycan ona qarşı qurulan oyunlardan hər dəfə uğurla, daha güclü çıxır. Bu, onu deməyə əsas verir ki, bütün destruktiv səylərə baxmayaraq, Azərbaycan COP-29-a uğurla ev sahibliyi edəcək, daha da güclənəcək, inkişaf edəcək. Olan isə qarşı tərəflərin özlərinə olacaq. Onlar Cənubi Qafqazın ən güclü siyasi aktoru olan və beynəlxalq müstəvidə getdikcə nüfuzu artan Azərbaycanla əməkdaşlıq imkanlarını məhdudlaşdırmış olacaqlar"

Oxşar xəbərlər

Xəbər lenti
Konstitusiya – insan hüquqları və ədalətin ali təminatı
2026-11-11
Konstitusiya tariximizin mühüm mərhələləri
2026-11-11
Sabitlik və inkişafın hüquqi əsasları
2026-11-11
Konstitusiya müstəqil dövlətçiliyin möhkəm hüquqi təməlidir
2026-11-11
Günay Ağamalı: Üçrəngli bayrağımız qalib xalqın qüruru, müstəqil dövlətimizin əzəmətidir – ŞƏRH
2026-11-09
8 Noyabr xalqımızın milli qürurunun, dövlətçilik iradəsinin və tarixi ədalətin təntənəsidir
2026-11-09
Günay Ağamalı: Şuşa Zəfəri Azərbaycanın milli qürurunun və dövlətçilik qüdrətinin təcəssümüdür
2026-11-09
8 Noyabr – Şuşa şəhəri günü: Zəfərin zirvəsi, qürurun ünvanı
2026-11-07
Salyan Rayon Mərkəzi Xəstəxanasında 8 Noyabr – Zəfər Gününə həsr olunmuş tədbir keçirilib!
2026-11-06
Mavi göylərdə dalğalanan milli qürurumuz
2026-11-06
Ucalan bayrağımız, güclənən dövlətimiz
2026-11-06
Dövlətçiliyimizin ideoloji təməli və milli birliyimizin rəmzi
2026-11-06
Dövlət bayrağımız milli dəyərimizdir
2026-11-06
Zəfər Yolunun Aparıcı Zirvəsi
2026-11-06
Qalib Azərbaycanın Qürur Zirvəsi – Şuşa
2026-11-06
8 Noyabr- Şuşanın Əbədi Ruhunun Qayıdışı
2026-11-06
8 NOYABR – ZƏFƏR GÜNÜ: MİLLİ QÜRURUMUZUN, DÖVLƏTÇİLİYİMİZİN VƏ DÖNÜŞMƏZ İRADƏMİZİN TƏNTƏNƏSİ
2026-11-05
Salyanda Zəfər Gününə həsr olunmuş tədbir keçirilib
2026-11-05
Səhiyyə işçiləri ümumrayon ağacəkmə aksiyasında fəal iştirak ediblər
2026-11-05
8 NOYABR – ZƏFƏR GÜNÜ: MİLLİ QÜRURUMUZUN, BİRLİYİMİZİN VƏ QƏHRƏMANLIĞIMIZIN TƏNTƏNƏSİ*
2026-11-05
Zəfərin yaratdığı yeni reallıqlar və Azərbaycanın gələcək hədəfləri
2026-11-05
Güclü iqtisadiyyat, müasir ordu və tarixi Qələbə
2026-11-05
44 günə sığan qəhrəmanlıq və əsrlərə yazılan Zəfər
2026-11-05
Şuşa Azərbaycan xalqının rəşadətinin, əyilməz iradəsinin simvoludur
2026-11-04

2026-11-03