Kanal4.az

Xəbərlərin ünvanı

Kanal4.az

SİYASƏT
Konstitusiya – insan hüquqları və ədalətin ali təminatı
SİYASƏT
Konstitusiya tariximizin mühüm mərhələləri
SİYASƏT
Sabitlik və inkişafın hüquqi əsasları
SİYASƏT
Konstitusiya müstəqil dövlətçiliyin möhkəm hüquqi təməlidir
SİYASƏT
Günay Ağamalı: Üçrəngli bayrağımız qalib xalqın qüruru, müstəqil dövlətimizin əzəmətidir – ŞƏRH
SİYASƏT
8 Noyabr xalqımızın milli qürurunun, dövlətçilik iradəsinin və tarixi ədalətin təntənəsidir
SİYASƏT
Günay Ağamalı: Şuşa Zəfəri Azərbaycanın milli qürurunun və dövlətçilik qüdrətinin təcəssümüdür
SİYASƏT
8 Noyabr – Şuşa şəhəri günü: Zəfərin zirvəsi, qürurun ünvanı
CƏMİYYƏT
Salyan Rayon Mərkəzi Xəstəxanasında 8 Noyabr – Zəfər Gününə həsr olunmuş tədbir keçirilib!
SİYASƏT
Mavi göylərdə dalğalanan milli qürurumuz
SİYASƏT
Ucalan bayrağımız, güclənən dövlətimiz
SİYASƏT
Dövlətçiliyimizin ideoloji təməli və milli birliyimizin rəmzi
SİYASƏT
Dövlət bayrağımız milli dəyərimizdir
SİYASƏT
Zəfər Yolunun Aparıcı Zirvəsi
SİYASƏT
Qalib Azərbaycanın Qürur Zirvəsi – Şuşa
SİYASƏT
8 Noyabr- Şuşanın Əbədi Ruhunun Qayıdışı
SİYASƏT
8 NOYABR – ZƏFƏR GÜNÜ: MİLLİ QÜRURUMUZUN, DÖVLƏTÇİLİYİMİZİN VƏ DÖNÜŞMƏZ İRADƏMİZİN TƏNTƏNƏSİ
SİYASƏT
Salyanda Zəfər Gününə həsr olunmuş tədbir keçirilib
SİYASƏT
Səhiyyə işçiləri ümumrayon ağacəkmə aksiyasında fəal iştirak ediblər
SİYASƏT
8 NOYABR – ZƏFƏR GÜNÜ: MİLLİ QÜRURUMUZUN, BİRLİYİMİZİN VƏ QƏHRƏMANLIĞIMIZIN TƏNTƏNƏSİ*
SİYASƏT
Zəfərin yaratdığı yeni reallıqlar və Azərbaycanın gələcək hədəfləri
SİYASƏT
Güclü iqtisadiyyat, müasir ordu və tarixi Qələbə
SİYASƏT
44 günə sığan qəhrəmanlıq və əsrlərə yazılan Zəfər
SİYASƏT
Şuşa Azərbaycan xalqının rəşadətinin, əyilməz iradəsinin simvoludur
SİYASƏT
Ana Vətən Partiyasından Tarixi Zəfərin Altıncı İldönümü İlə Bağlı BƏYANAT
SİYASƏT
Deputat: Bütün nailiyyətlər uzaqgörən siyasətin məntiqi nəticəsidir
SİYASƏT
Şuşanın azadlığı Azərbaycanın tarixi Zəfərinin və milli qürurunun təntənəsidir
SİYASƏT
Azad Şuşa dövlətimizin quruculuq əzminin və Böyük Qayıdışın rəmzidir
SİYASƏT
Şuşa Zəfəri milli qürurumuzun ən uca zirvəsidir
SİYASƏT
8 Noyabr: təqvimin qızıl hərflərlə yazılmış tarixi

Azərbaycan COP29-la bağlı üzərinə hansı öhdəlikləri götürüb? – Komitə sədri saziş layihəsini təqdim etdi

2024-10-08 16:46:18 238 baxış
Xəbər şəkil

“Bu qanun layihəsinin qəbulu Azərbaycanın BMT ilə əməkdaşlıq səylərini gücləndirmək və iqlim dəyişikliyi ilə mübarizədə qlobal öhdəliklərini yerinə yetirmək məqsədi daşıyır”.

Kanal4.az xəbər verir ki, bunu Milli Məclisin pelnar iclasında Təbii ehtiyatlar, energetika və eklologiya komitəsinin sədri Sadiq Qurbanov “Azərbaycan Respublikası Höküməti ilə birgə Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişimləri üzrə Çərşivə Konvensiyasının, Kioto Protokolunun və Paris Sazişinin Katibliyi arasında Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfrasının on doqquzuncu sessiyası, Paris Sazişinin Tərəflər Görüşünün altıncı sessiyası və Köməkçi Orqanların sessiyaları haqqında Saziş” layihəsinin təqdimatında deyib.

Layihəni təqdim edən komitə sədri qeyd edib ki, BMT Baş Assambleyasının 1985-ci ildə qəbul etdiyi A/RES/40/243 saylı qətnaməyə uyğun olaraq, ev sahibi ölkələrin beynəlxalq konfransların keçirilməsi zamanı məsuliyyətlər müəyyən edilib: “Azərbaycan Hökuməti də bu tələblərə uyğun olaraq, COP29 tədbirinin keçirilməsi ilə əlaqədar təşkilati və təhlükəsizlik məsələlərini yüksək səviyyədə təmin edəcək. Sazişdə Azərbaycan Respublikası, ən az inkişaf etmiş ölkələrin, inkişaf etməkdə olan kiçik ada dövlətlərinin, Afrika Qrupunun, 77-lər Qrupunun və Çinin sessiyaqabağı görüşlərinin keçirilməsi və əlavə razılaşdırılmış görüşlərə ev sahibliyi etmək öhdəliyini qəbul edib. Hökumətimiz, iştirakçıların insan hüquqlarını və bərabər hüquqlarını qorumağa sadiq olduğunu bir daha təsdiqləyib”.

S.Qurbanov əlavə edib ki, Sazişə əlavə edilmiş öhdəliklər çərçivəsində konfransın təşkilində müxtəlif xidmətlər, o cümlədən, media, maliyyə, iaşə, tərcümə və nəqliyyat xidmətləri də təmin olunacaq. “Bu tədbir Azərbaycan üçün iqtisadi, diplomatik və ekoloji sahələrdə yeni imkanlar yaradacaq və ölkəmizin nüfuzunu daha da artıracaq”, - deputat vurğulayıb.

Komitə sədrinin sözlərinə görə, COP29 konfransı Azərbaycan üçün yalnız bir beynəlxalq tədbir deyil, həm də davamlı inkişaf strategiyamızın bir hissəsi və iqlim dəyişikliyi ilə mübarizədə lider ölkələrdən biri olmaq üçün bir platformadır: “Biz, ev sahibi ölkə kimi, bu tədbirin yüksək səviyyədə keçirilməsini təmin edəcək və qlobal səviyyədə iqlim dəyişiklikləri ilə mübarizəyə öz töhfəmizi verəcəyik. Bütün dünyanın diqqəti bu dövrdə Bakıya yönələcək və ölkəmiz, ekoloji problemlər və iqlim dəyişiklikləri ilə bağlı müzakirələrin mərkəzində dayanacaq”.

Millət vəkili daha sonra bildirib ki, sessiyaqabağı görüşlər 5-10 noyabrda, COP29 Konfransı isə 11-22 noyabr tarixində Bakı Mərkəzi Stadionunda keçiriləcək.

Sadiq Qurbanov daha sonra Sazişin əsas məqamları ilə bağlı danışıb: “Birinci növbədə, konfransın keçirilməsi üçün razılaşmaya əsasən, Azərbaycan Respublikası Hökuməti ilə BMT-nin İqlim Dəyişmələri üzrə Katibliyi arasında imzalanmış sazişin əhəmiyyətini vurğulayaraq bu razılaşmanın Azərbaycan Respublikasının beynəlxalq öhdəliklər çərçivəsində öz məsuliyyətlərini yerinə yetirdiyini göstərir.

Hökumətimiz bu tədbir çərçivəsində zəruri infrastrukturun, texnologiyanın və təhlükəsizlik tədbirlərinin təmin edilməsi üçün məsuliyyət daşıyır. Konfrans zamanı iştirakçıların hər cür ehtiyacı, o cümlədən rabitə, media və digər təşkilati məsələlər yüksək səviyyədə təmin olunacaqdır”.

Komitə sədri qeyd edib ki, bu beynəlxalq tədbirdə dünyanın müxtəlif ölkələrindən dövlət nümayəndələri, müşahidəçi təşkilatlar, beynəlxalq media, qeyri-hökumət təşkilatları, özəl sektor və digər beynəlxalq nümayəndələr iştirak edəcəklər. “Azərbaycan bu tədbir vasitəsilə iqlim dəyişikliyi ilə mübarizədə fəal rol oynadığını bir daha sübut edəcək”, - o əlavə edib.

“Ekoloji Davamlılıq və Təbii Sərvətlərin Qorunması ilə bağlı onu deyə bilərik ki, Azərbaycan hökuməti bu konfransın dayanıqlılığını təmin etmək və ətraf mühitə mənfi təsirlərin qarşısını almaq üçün xüsusi tədbirlər həyata keçirəcək. İstixana qazlarının emissiyalarının azaldılması, resursların səmərəli istifadəsi və davamlı inkişaf prinsipləri ilə bu tədbir təşkil ediləcəkdir. Biz həmçinin, beynəlxalq iqlim hədəflərinə töhfə verməklə yanaşı, ətraf mühitin qorunması istiqamətində yeni layihələrə dəstək verəcəyik”, - millət vəkili vurğulayıb.

S.Qurbanov bildirib ki, Sazişə əsasən, Azərbaycan tədbir zamanı tibbi yardım və təhlükəsizlik təminatını yüksək səviyyədə təşkil edəcək. Onun sözlərinə görə, pandemiya və ya digər qlobal sağlamlıq problemləri üçün əlavə tədbirlər nəzərdə tutulub və hər hansı fövqəladə vəziyyətə cavab verilməsi üçün bütün hazırlıqlar görüləcək.

Deputat qeyd edib ki, Azərbaycan hökuməti tərəfindən COP29-da iştirak üçün qeydiyyatdan keçmiş tərəflərə UNFCC onlayn qeydiyyat sistemi vasitəsilə ödənişsiz “COP29 xüsusi viza” xidmətləri təklif olunur: “COP29 xüsusi vizanı həm rəsmi elektron viza portalı, həm də Azərbaycan Respublikasının xaricdəki diplomatik nümayəndəlikləri və konsulluqları vasitəsilə əldə etmək mümkündür”.

Sadiq Qurbanov onu da deyib ki, konfrans iştirakçıları üçün münasib qiymətli otellər və nəqliyyat xidmətləri təşkil ediləcək: “İnkişaf etməkdə olan ölkələrdən gələn nümayəndələrə xüsusi güzəştlər tətbiq olunacaq. Həmçinin, konfrans məkanı ilə otellər arasında nəqliyyat xidmətləri fasiləsiz olaraq təmin ediləcək”.

Komitə sədri çıxışının sonunda vurğulayıb ki, COP29 konfransının Azərbaycanda keçirilməsi, iqlim dəyişikliklərinə qarşı qlobal mübarizədə ölkəmizin liderliyini nümayiş etdirmək üçün əvəzsiz bir imkandır. “Biz, bir tərəfdən iqlim siyasətimizi dünyaya nümayiş etdirəcək, digər tərəfdən isə, qlobal iqlim məsələləri ilə bağlı yeni təşəbbüslərə imza atacağıq. Eyni zamanda, bu tədbir Azərbaycan iqtisadiyyatına və turizminə müsbət təsir göstərəcək və ölkəmizə beynəlxalq diqqət cəlb edəcək”, - o əlavə edib.

Sadiq Qurbanovun sözlərinə görə, bu konfrans Azərbaycanın ekoloji siyasətində əhəmiyyətli bir mərhələdir: “Biz, dövlət olaraq, bu məsuliyyəti layiqincə yerinə yetirməliyik. İqlim dəyişikliyi ilə mübarizədə beynəlxalq əməkdaşlığı daha da möhkəmləndirmək və ekoloji davamlı inkişafı təmin etmək üçün bu tədbir bizim üçün yeni imkanlar yaradacaq. Sonda isə vurğulamaq istərdim ki, COP29 konfransı Azərbaycana yeni iqtisadi və diplomatik imkanlar açacaq, qlobal səviyyədə ölkəmizin nüfuzunu daha da artıracaqdır. Biz, parlament olaraq, bu konfransın müvəffəqiyyətlə keçirilməsi üçün lazım ola

Oxşar xəbərlər

Xəbər lenti
Konstitusiya – insan hüquqları və ədalətin ali təminatı
2026-11-11
Konstitusiya tariximizin mühüm mərhələləri
2026-11-11
Sabitlik və inkişafın hüquqi əsasları
2026-11-11
Konstitusiya müstəqil dövlətçiliyin möhkəm hüquqi təməlidir
2026-11-11
Günay Ağamalı: Üçrəngli bayrağımız qalib xalqın qüruru, müstəqil dövlətimizin əzəmətidir – ŞƏRH
2026-11-09
8 Noyabr xalqımızın milli qürurunun, dövlətçilik iradəsinin və tarixi ədalətin təntənəsidir
2026-11-09
Günay Ağamalı: Şuşa Zəfəri Azərbaycanın milli qürurunun və dövlətçilik qüdrətinin təcəssümüdür
2026-11-09
8 Noyabr – Şuşa şəhəri günü: Zəfərin zirvəsi, qürurun ünvanı
2026-11-07
Salyan Rayon Mərkəzi Xəstəxanasında 8 Noyabr – Zəfər Gününə həsr olunmuş tədbir keçirilib!
2026-11-06
Mavi göylərdə dalğalanan milli qürurumuz
2026-11-06
Ucalan bayrağımız, güclənən dövlətimiz
2026-11-06
Dövlətçiliyimizin ideoloji təməli və milli birliyimizin rəmzi
2026-11-06
Dövlət bayrağımız milli dəyərimizdir
2026-11-06
Zəfər Yolunun Aparıcı Zirvəsi
2026-11-06
Qalib Azərbaycanın Qürur Zirvəsi – Şuşa
2026-11-06
8 Noyabr- Şuşanın Əbədi Ruhunun Qayıdışı
2026-11-06
8 NOYABR – ZƏFƏR GÜNÜ: MİLLİ QÜRURUMUZUN, DÖVLƏTÇİLİYİMİZİN VƏ DÖNÜŞMƏZ İRADƏMİZİN TƏNTƏNƏSİ
2026-11-05
Salyanda Zəfər Gününə həsr olunmuş tədbir keçirilib
2026-11-05
Səhiyyə işçiləri ümumrayon ağacəkmə aksiyasında fəal iştirak ediblər
2026-11-05
8 NOYABR – ZƏFƏR GÜNÜ: MİLLİ QÜRURUMUZUN, BİRLİYİMİZİN VƏ QƏHRƏMANLIĞIMIZIN TƏNTƏNƏSİ*
2026-11-05
Zəfərin yaratdığı yeni reallıqlar və Azərbaycanın gələcək hədəfləri
2026-11-05
Güclü iqtisadiyyat, müasir ordu və tarixi Qələbə
2026-11-05
44 günə sığan qəhrəmanlıq və əsrlərə yazılan Zəfər
2026-11-05
Şuşa Azərbaycan xalqının rəşadətinin, əyilməz iradəsinin simvoludur
2026-11-04

2026-11-03