Kanal4.az

Xəbərlərin ünvanı

Kanal4.az

SİYASƏT
Konstitusiya – insan hüquqları və ədalətin ali təminatı
SİYASƏT
Konstitusiya tariximizin mühüm mərhələləri
SİYASƏT
Sabitlik və inkişafın hüquqi əsasları
SİYASƏT
Konstitusiya müstəqil dövlətçiliyin möhkəm hüquqi təməlidir
SİYASƏT
Günay Ağamalı: Üçrəngli bayrağımız qalib xalqın qüruru, müstəqil dövlətimizin əzəmətidir – ŞƏRH
SİYASƏT
8 Noyabr xalqımızın milli qürurunun, dövlətçilik iradəsinin və tarixi ədalətin təntənəsidir
SİYASƏT
Günay Ağamalı: Şuşa Zəfəri Azərbaycanın milli qürurunun və dövlətçilik qüdrətinin təcəssümüdür
SİYASƏT
8 Noyabr – Şuşa şəhəri günü: Zəfərin zirvəsi, qürurun ünvanı
CƏMİYYƏT
Salyan Rayon Mərkəzi Xəstəxanasında 8 Noyabr – Zəfər Gününə həsr olunmuş tədbir keçirilib!
SİYASƏT
Mavi göylərdə dalğalanan milli qürurumuz
SİYASƏT
Ucalan bayrağımız, güclənən dövlətimiz
SİYASƏT
Dövlətçiliyimizin ideoloji təməli və milli birliyimizin rəmzi
SİYASƏT
Dövlət bayrağımız milli dəyərimizdir
SİYASƏT
Zəfər Yolunun Aparıcı Zirvəsi
SİYASƏT
Qalib Azərbaycanın Qürur Zirvəsi – Şuşa
SİYASƏT
8 Noyabr- Şuşanın Əbədi Ruhunun Qayıdışı
SİYASƏT
8 NOYABR – ZƏFƏR GÜNÜ: MİLLİ QÜRURUMUZUN, DÖVLƏTÇİLİYİMİZİN VƏ DÖNÜŞMƏZ İRADƏMİZİN TƏNTƏNƏSİ
SİYASƏT
Salyanda Zəfər Gününə həsr olunmuş tədbir keçirilib
SİYASƏT
Səhiyyə işçiləri ümumrayon ağacəkmə aksiyasında fəal iştirak ediblər
SİYASƏT
8 NOYABR – ZƏFƏR GÜNÜ: MİLLİ QÜRURUMUZUN, BİRLİYİMİZİN VƏ QƏHRƏMANLIĞIMIZIN TƏNTƏNƏSİ*
SİYASƏT
Zəfərin yaratdığı yeni reallıqlar və Azərbaycanın gələcək hədəfləri
SİYASƏT
Güclü iqtisadiyyat, müasir ordu və tarixi Qələbə
SİYASƏT
44 günə sığan qəhrəmanlıq və əsrlərə yazılan Zəfər
SİYASƏT
Şuşa Azərbaycan xalqının rəşadətinin, əyilməz iradəsinin simvoludur
SİYASƏT
Ana Vətən Partiyasından Tarixi Zəfərin Altıncı İldönümü İlə Bağlı BƏYANAT
SİYASƏT
Deputat: Bütün nailiyyətlər uzaqgörən siyasətin məntiqi nəticəsidir
SİYASƏT
Şuşanın azadlığı Azərbaycanın tarixi Zəfərinin və milli qürurunun təntənəsidir
SİYASƏT
Azad Şuşa dövlətimizin quruculuq əzminin və Böyük Qayıdışın rəmzidir
SİYASƏT
Şuşa Zəfəri milli qürurumuzun ən uca zirvəsidir
SİYASƏT
8 Noyabr: təqvimin qızıl hərflərlə yazılmış tarixi

Azərbaycanın öz təhlükəsizliyini qorumaq və bütün xarici təhdidlərə layiqli cavab vermək gücünə sahib olduğunu artıq bütün dünya bilir

2024-10-08 10:05:33 178 baxış
Xəbər şəkil

Qalib, bütövləşən və yeni dövrə qədəm qoyan Azərbaycan tarixi Zəfərinin, ərazi bütövlüyünün və suverenliyinin tam bərpasının yaratdığı reallıqlar əsasında sözünün imzası qədər əhəmiyyətli olduğunu atdığı addımları, səsləndirdiyi çağırışları ilə təsdiqləyir. Müzəffər Ali Baş Komandan İlham Əliyevin  azad Qarabağa və Şərqi Zəngəzura davamlı səfərləri bu torpaqlara Böyük Qayıdışın daha da sürətləndirilməsi  məqsədilə atılan addımların ardıcıllığı ilə yanaşı, buradan verdiyi mesajlarla da zəngin olur. 
Prezident İlham Əliyev 4 oktyabr tarixində Cəbrayıl şəhərində inşa olunan yaşayış kompleksinin açılış mərasimdəki çıxışında da mövcud reallıqlar geniş təhlil edildi və bu məkandan Ermənistana, onun yeni dəstəkçilərinə çiddi mesajlar ünvanlandı. Prezident İlham Əliyev Ermənistana qarşı 30 il ərzində bir dənə də sanksiyanın tətbiq edilməməsini xüsusi vurğuladı. “Biz bütün beynəlxalq platformalarda öz haqq səsimizi ucaldanda bizə deyirdilər ki, sizin sözləriniz çox kəskindir” söyləyən Prezident İlham Əliyev onu da diqqətə çatdırdı  ki, Ermənistanın havadarları müharibəni uduzduğumuzu, bununla barışmalı olduğumuzu bildirirdilər. Bu işğalı əbədi etmək üçün Fransa və onun kimi bəzi Qərb dövlətləri əllərindən gələni edirdilər. Qərb dövlətləri, ilk növbədə, bizi məğlubiyyətlə barışdırmaq üçün bütün çirkin əməllərdən istifadə edirdilər ki, təki biz torpaqları işğaldan azad etməyək. Azərbaycanın isə mövqeyi birmənalı, qətiyyətli  və dəyişməz idi: bir qarış torpaq işğal altında qala bilməz! Məsələ sülh yolu ilə həllini tapmasa, məsələni müharibə yolu ilə həll edəcəyik. 
Cənab Prezident hər zaman olduğu kimi, bu çıxışında da prinsipial mövqe nümayiş etdirərək bəzi dünya güclərinin öz hərbi və iqtisadi potensiallarına arxalanaraq daha kiçik ölkələrin hüquqlarını pozmaq cəhdlərini sərt şəkildə tənqid etdi. Dövlətimizin başçısı Ermənistana bu gün də dəstək verən, onların işğalçılıq siyasətinə bəraət qazandıran bəzi Qərb dövlətlərini gözlərini geniş açmağa və erməni vandalizminin vəhşi əməllərinə diqqətlə baxmağa çağırdı. Bu gün Azərbaycan öz ərazilərini işğaldan azad etdiyi üçün, tarixi ədaləti və beynəlxalq hüququ bərpa etdiyi üçün, BMT qətnamələrinin icrasını təmin etdiyinə görə sanksiyalara məruz qoyulur. 30 il ərzində torpaqlarımızı işğalda saxlamış və bu ərazilərdə olmazın cinayətlər törətmiş, beynəlxalq hüququn bütün norma və prinsiplərini pozmuş, etnik təmizləmə siyasəti aparmış, Xocalı soyqırımını törətmiş, bütün şəhər-kəndlərimizi viran qoymuş Ermənistana isə milyard dollarlarla yardımlar edilir, bu ölkə yenidən silahlandırılır. Bu davranışlar əlbəttə ki, bütün işğal dövründə Qərb ölkələri tərəfindən yürüdülən ikili standartlar siyasətinin davamıdır. Əgər o dövrdə də ermənipərəst qüvvələr öz istəklərinə nail ola bilmədilərsə, bundan sonra artıq onların hansısa nəticə əldə edə bilmək ehtimalı yoxdur. Azərbaycanın öz maraqlarını, öz təhlükəsizliyini qorumaq və bütün xarici təhdidlərə dərhal layiqli cavab vermək gücünə sahib olduğunu artıq bütün dünya bilir.
Azərbaycan güclü, müstəqil dövlətdir. Hər bir addımını öz gücünə, imkanlarına arxalanaraq atır. Heç bir dövlətin diktəsi ilə oturub-durmur. Ölkəmizin ayrı-ayrı dövlətlərlə istər ikitərəfli, istərsə də beynəlxalq təşkilatlar çərçivəsində  əməkdaşlığı  qarşılıqlı hörmətə və maraqlara əsaslanır. 44 günlük İkinci Qarabağ müharibəsi, bir günlük antiterror tədbirləri ölkəmizin imkanlarının təqdimatıdır. Prezident İlham Əliyev Ermənistanın  təhlükəli oyunlara qoşulduğunu əsaslı şəkildə diqqətə çatdıraraq vurğuladı ki, İkinci Qarabağ müharibəsinin tarixçəsi, antiterror əməliyyatı onların yadından çıxmasın. Heç kimə, heç nəyə baxmadan cəmi bir neçə saat ərzində separatçılığın kökünü kəsmişik. Əgər Cəbrayılı, şəhəri azad etmək üçün bizə bir həftə lazım idisə, Qarabağı 44 günə azad etmişiksə, separatçıların yuvası olan o bölgələri cəmi bir neçə saat ərzində azad etmişiksə bizimlə heç kim zarafat etməsin və səbrimizlə də oynamasın: “Mən bu sözləri istənilən yerdə deyə bilərdim… Ancaq hesab etdim ki, mən bu sözləri bax, bu dağıntılar və bu gözəl binalar arasında deməliydim ki, onu həm Azərbaycan xalqı eşitsin, həm bizim dostlarımız eşitsin və bir daha bizim Qələbəmizə sevinsin, düşmənlərimiz də eşitsin və düzgün nəticə çıxarsın.”

Faiq Zərbalıyev,
Salyan rayon Peyk kənd tam orta məktəbin direktoru, YAP fəalı
 
Oxşar xəbərlər

Xəbər lenti
Konstitusiya – insan hüquqları və ədalətin ali təminatı
2026-11-11
Konstitusiya tariximizin mühüm mərhələləri
2026-11-11
Sabitlik və inkişafın hüquqi əsasları
2026-11-11
Konstitusiya müstəqil dövlətçiliyin möhkəm hüquqi təməlidir
2026-11-11
Günay Ağamalı: Üçrəngli bayrağımız qalib xalqın qüruru, müstəqil dövlətimizin əzəmətidir – ŞƏRH
2026-11-09
8 Noyabr xalqımızın milli qürurunun, dövlətçilik iradəsinin və tarixi ədalətin təntənəsidir
2026-11-09
Günay Ağamalı: Şuşa Zəfəri Azərbaycanın milli qürurunun və dövlətçilik qüdrətinin təcəssümüdür
2026-11-09
8 Noyabr – Şuşa şəhəri günü: Zəfərin zirvəsi, qürurun ünvanı
2026-11-07
Salyan Rayon Mərkəzi Xəstəxanasında 8 Noyabr – Zəfər Gününə həsr olunmuş tədbir keçirilib!
2026-11-06
Mavi göylərdə dalğalanan milli qürurumuz
2026-11-06
Ucalan bayrağımız, güclənən dövlətimiz
2026-11-06
Dövlətçiliyimizin ideoloji təməli və milli birliyimizin rəmzi
2026-11-06
Dövlət bayrağımız milli dəyərimizdir
2026-11-06
Zəfər Yolunun Aparıcı Zirvəsi
2026-11-06
Qalib Azərbaycanın Qürur Zirvəsi – Şuşa
2026-11-06
8 Noyabr- Şuşanın Əbədi Ruhunun Qayıdışı
2026-11-06
8 NOYABR – ZƏFƏR GÜNÜ: MİLLİ QÜRURUMUZUN, DÖVLƏTÇİLİYİMİZİN VƏ DÖNÜŞMƏZ İRADƏMİZİN TƏNTƏNƏSİ
2026-11-05
Salyanda Zəfər Gününə həsr olunmuş tədbir keçirilib
2026-11-05
Səhiyyə işçiləri ümumrayon ağacəkmə aksiyasında fəal iştirak ediblər
2026-11-05
8 NOYABR – ZƏFƏR GÜNÜ: MİLLİ QÜRURUMUZUN, BİRLİYİMİZİN VƏ QƏHRƏMANLIĞIMIZIN TƏNTƏNƏSİ*
2026-11-05
Zəfərin yaratdığı yeni reallıqlar və Azərbaycanın gələcək hədəfləri
2026-11-05
Güclü iqtisadiyyat, müasir ordu və tarixi Qələbə
2026-11-05
44 günə sığan qəhrəmanlıq və əsrlərə yazılan Zəfər
2026-11-05
Şuşa Azərbaycan xalqının rəşadətinin, əyilməz iradəsinin simvoludur
2026-11-04

2026-11-03