Kanal4.az

Xəbərlərin ünvanı

Kanal4.az

SİYASƏT
Konstitusiya – insan hüquqları və ədalətin ali təminatı
SİYASƏT
Konstitusiya tariximizin mühüm mərhələləri
SİYASƏT
Sabitlik və inkişafın hüquqi əsasları
SİYASƏT
Konstitusiya müstəqil dövlətçiliyin möhkəm hüquqi təməlidir
SİYASƏT
Günay Ağamalı: Üçrəngli bayrağımız qalib xalqın qüruru, müstəqil dövlətimizin əzəmətidir – ŞƏRH
SİYASƏT
8 Noyabr xalqımızın milli qürurunun, dövlətçilik iradəsinin və tarixi ədalətin təntənəsidir
SİYASƏT
Günay Ağamalı: Şuşa Zəfəri Azərbaycanın milli qürurunun və dövlətçilik qüdrətinin təcəssümüdür
SİYASƏT
8 Noyabr – Şuşa şəhəri günü: Zəfərin zirvəsi, qürurun ünvanı
CƏMİYYƏT
Salyan Rayon Mərkəzi Xəstəxanasında 8 Noyabr – Zəfər Gününə həsr olunmuş tədbir keçirilib!
SİYASƏT
Mavi göylərdə dalğalanan milli qürurumuz
SİYASƏT
Ucalan bayrağımız, güclənən dövlətimiz
SİYASƏT
Dövlətçiliyimizin ideoloji təməli və milli birliyimizin rəmzi
SİYASƏT
Dövlət bayrağımız milli dəyərimizdir
SİYASƏT
Zəfər Yolunun Aparıcı Zirvəsi
SİYASƏT
Qalib Azərbaycanın Qürur Zirvəsi – Şuşa
SİYASƏT
8 Noyabr- Şuşanın Əbədi Ruhunun Qayıdışı
SİYASƏT
8 NOYABR – ZƏFƏR GÜNÜ: MİLLİ QÜRURUMUZUN, DÖVLƏTÇİLİYİMİZİN VƏ DÖNÜŞMƏZ İRADƏMİZİN TƏNTƏNƏSİ
SİYASƏT
Salyanda Zəfər Gününə həsr olunmuş tədbir keçirilib
SİYASƏT
Səhiyyə işçiləri ümumrayon ağacəkmə aksiyasında fəal iştirak ediblər
SİYASƏT
8 NOYABR – ZƏFƏR GÜNÜ: MİLLİ QÜRURUMUZUN, BİRLİYİMİZİN VƏ QƏHRƏMANLIĞIMIZIN TƏNTƏNƏSİ*
SİYASƏT
Zəfərin yaratdığı yeni reallıqlar və Azərbaycanın gələcək hədəfləri
SİYASƏT
Güclü iqtisadiyyat, müasir ordu və tarixi Qələbə
SİYASƏT
44 günə sığan qəhrəmanlıq və əsrlərə yazılan Zəfər
SİYASƏT
Şuşa Azərbaycan xalqının rəşadətinin, əyilməz iradəsinin simvoludur
SİYASƏT
Ana Vətən Partiyasından Tarixi Zəfərin Altıncı İldönümü İlə Bağlı BƏYANAT
SİYASƏT
Deputat: Bütün nailiyyətlər uzaqgörən siyasətin məntiqi nəticəsidir
SİYASƏT
Şuşanın azadlığı Azərbaycanın tarixi Zəfərinin və milli qürurunun təntənəsidir
SİYASƏT
Azad Şuşa dövlətimizin quruculuq əzminin və Böyük Qayıdışın rəmzidir
SİYASƏT
Şuşa Zəfəri milli qürurumuzun ən uca zirvəsidir
SİYASƏT
8 Noyabr: təqvimin qızıl hərflərlə yazılmış tarixi

Millət vəkiləri ABŞ ilə bağlı XİN-ə MÜARACİƏT ETDİ

2024-10-06 01:15:08 470 baxış
Xəbər şəkil

 

Azərbaycan Respublikası VII çağırış Milli Məclisinin bir qrup depuatı xarici işlər naziri Ceyhun Bayramova müraciət edib.

 

 Kanal4.az müraciəti təqdim edir

Azarbaycan Respublikasinin xarici islar naziri
canab Ceyhun Bayramova

Hörmatli cənab Nazir,

Ilk önce qeyd etmak istərdik ki, Azarbaycan Respublikasinin Prezidenti cənab İlham Əliyevin rəhbarliyi altında ölkamizin ərazi bütövlüyünü va suverenliyini bərpa etməsi ilə regionda uzunmüddətli sülh və sabitlik üçün əsas yaranmişdir. Otuz illik işğala ve haqsızlığa son qoymuş Azərbaycan təkca öz milli maraqlarını deyil, həm də beynalxalq hüququn aliliyini təmin etmişdir.

Yaranmış bu vəziyyət ölkəmizi ümumbəşəri problemlərin həllinə töhfələrini daha fəal şəkildə həyata keçirməyə imkan yaradır. 2023-cü il sentyabrin 20-də Azərbaycanın öz suverenliyini bərpa etməsindən az sonra həmin il dekabrin 9-da BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəf Dövlatlerinin 29-cu görüşünə (COP29) Azərbaycanın ev sahibliyi etməsi barədə qərarın yekdilliklə dəstəklənməsi dünya dövlətlərinin Azərbaycanın beynəxalq sülh va inkişaf məsələlərinə dair baxışına böyük dəstək verməsinin sübutudur.

Azarbaycan tərəfinin COP29-a yüksək səviyyədə davam edən hazırlığı, bütövlükdə, bəşəriyyəti narahat edən iqlim dəyişmələri üzrə fundamental məsələlərin həllinə nə dərəcədə ciddi yanaşmasının göstəricisidir.

Təəssüflə qeyd etmək istərdik ki, bir sira dairələr Azərbaycanın COP29-a ev sahibliyi edəcəyindən istifadə edərək, Azerbaycana hansısa məsələni qəbul etdirmək fikrinə düşüblər. ABŞ Senatının və Nümayəndələr Palatasının bir qrup üzvünün 2024-cü il oktyabrin 3-də bu ölkənin dövlət katibi Entoni Blinkenə göndardiyi müraciət də bu qəbildəndir.

Açıq şəkildə bildirmək lazımdır ki, sözügedən müraciətin Dövlət Departamenti tərəfindən təşkil edildiyinə dair şübhəmiz yoxdur. Prezident İlham Əliyevin oktyabrın 4-də Cəbrayıl şəhərində vurğuladığı kimi, Dövlət Departamentində Azərbaycanı hədələmək üçün özləri özlərinə məktub yazırlar.

Azərbaycana qarşı irgi ayrı-seçkiliyi ehtiva edən, böhtanla dolu, dialoq ruhuna zidd olan, müharibə cinayətkarlarının azadlığa buraxılmasına və Ermənistanın hərbiləşdirilməsinə çağırış edən bu müraciət qəbuledilməzdir, beynəxalq hüquqa ziddir və ABŞ-nin ikitərəfli münasibətlərin rəvan şəkildə davam etdirilməsində maraqlı olmadığını göstərir.

Saxta əsaslarla insan hüquqları və beynəxalq humanitar hüquqa riayət edilməsi sahəsində Azərbaycana iradlar irəli sürən müraciətin müəlliflərinə ABŞ-nin İraq, Əfqanıstan və dünyanın digər müxtəlif bölgələrində törətdiyi müharibələr zamanı milyonlarla dinc insanın həlak olduğunu, çoxlu sayda insanın işgəncəyə məruz qalmasını və hüquqi proses olmadan onlara cəza verilməsini xatırlatmaq istərdik. İnsan hüquqlarından dəm vuran ABŞ ən mühüm insan hüquqları konvensiyalarına qoşulmamışdır. BMT-nin İşgəncələrə qarşı xüsusi məruzəçisini uzun illər Quantanamoya buraxmayan həmin ABŞ-dir.

Minsk Qrupunun həmsədri olan ABŞ heç vaxt öz məsuliyyətini dərk etməmiş, Fransa ilə birlikdə Azərbaycan torpaqlarının işğal altında qalmasına çalışmışdır. ABŞ-nin gözü qarşısında vaxtilə işğal edilmiş ərazilərdə Azərbaycan xalqının mədəni irsi, məscidləri, tarixi abidələri dağıdılmış, təhqir edilmiş, bütöv şəhərlər və kəndlər yer üzündən silinmişdir. ABŞ Ermənistanın bu barbarlıq əməllərini heç vaxt pisləməmişdir.

2020-ci il  Vətən Müharibəsindən sonra başlanan ve ötən ildən intensivləşən bu hücumlar, ABŞ-nin Azərbaycan Respublikasının ərazi bütövlüyünü və suverenliyini bərpa etməsini qəbul etməməsindən, Azərbaycan xalqına qarşı dini və etnik ayrı-seçkilik göstərməsindən və regionda yenidən münaqişə yaratmaq niyyətindən irəli qalır. Saxta ittihamlarla dünyanın müxtəlif ölkələrini işğal etmiş ABŞ nəyə görə Azərbaycanın öz ərazisini işğaldan azad etmək, separatizmə son qoymaq üçün həyata keçirdiyi əməliyyatı "hərbi təcavüz" kimi dəyərləndirir? Daim Ermənistanın suverenliyi və ərazi bütövlüyündən dəm  vuran konqresmenlər bircə dəfə olsun Azərbaycanın suverenliyi və ərazi bütövlüyündən danışmamışlar..

Azərbaycanı "etnik təmizləmə"də ittiham edən konqresmenlər nədən Ermənistandan bütün azərbaycanlıların deportasiya edilməsinə, Qərbi Azərbaycan İcmasının elə həmin Entoni Blinkenə ünvanladığı müraciətlərə heç bir reaksiya vermir?

Konqresmenlər o səviyyəyə eniblər ki, erməni müəllifi məqaləsini Azərbaycana qarşı "sübut" kimi istifadə edirlər. Azərbaycanı sülh müqavilasini imzalamağı istəməməkdə ittiham edən konqresmenlər nədən sülh müqavilasi təşəbbüsünün məhz Azərbaycandan gəldiyini, elə onun mətnin  də məhz Azərbaycan tərəfindən tərtib edildiyini "yaddan" çıxarır, Ermənistan Konstitusiyasında hələ də ölkəmizə qarşı arazi iddiasının yer almasını pisləmirlər?

"Azerbaycanda həll olunmamış ərazi münaqişələri" dedikdə konqresmenlər nəyi nəzərdə tutur? Qarabağ münaqişəsi həll olunmuşdur. Azərbaycan xalqı, Azərbaycan dövləti Qarabağ münaqişəsini həll etmişdir və Azarbaycandan min kilometrlərlə uzaqlarda oturanların fərqli fikirləri reallığı dəyişmir. Azərbaycan xalqı əbədi olaraq Qarabağ va Şərqi Zəngəzura dönmüsdür və reallıq bu gün Cabrayılda keçmiş məcburi köçkünlər üçün inşa edilmiş evlərdir, öz dədə-baba yurdlarına qayıdan azərbaycanlılardır.

Məgər konqresmenlər bilmir ki, onların "Dağlıq Qarabağın siyasi liderləri" kimi təqdim etdikləri şəxslər müharibə caniləridir, Xocalı cəlladlarıdır, silah dəllalları, maliyyə fırıldaqçıları, əli hər cür çirkin işlərə bulaşmış oliqarxlardır?! Niyə ABŞ Xocalı soyqırımını törətməklə qürrələnənləri müdafiə edir, separatçılara viza verir, onlara qucaq açır?! Bu caniləri azad etməyə çağıranlar bircə dəfə olsun 30 ildən artıqdır ki taleyi bilinməyən 4 min azərbaycanlı itkinlə bağlı səsini çıxardırmı?!

Konqresmenlərin "demokratik" ölkə hesab etdiyi Ermanistan 30 il başqa ölkənin ərazisini işğalda saxlamış, etnik təmizləmə törətmiş, mili müstəsnalıq xəstəliyinə tutulmuş, indinin özündə də hərbi caniləri mühakimə etməmiş, əksinə onlar qəhrəmanlaşdırmış bir ölkadir.

Bir daha xatırladaq ki, Azərbaycan tərəfi həmişə ikitərəfli münasibətlərin irəli aparılması üçun səbr ve təmkin nümayiş etdirərək, iki ölkə arasında qarşılıqlı maraq doğuran məsələlər üzrə tərəfdaşlığı davam etdirmək və inkisaf etdirmək xəttini tutmuşdur. Azərbaycan daha çox ABŞ-ni maraqlandıran beynəlxalq təhlükəsizlik məsələləri üzrə əməkdaşlıqda fəal iştirak etmiş, ABŞ-nin xahişi ilə NATO-nun əməliyyatlarına töhfə vermiş ve həmin əməliyyatlarda ləyaqətlə iştirak etmişdir. Bir sözlə, Azərbaycan tərəfi ABŞ ilə iki ölkə xalqlarının maraqlarına və BMT Nizamnaməsinin məqsəd və prinsiplərinə uyğun olaraq mehriban münasibətlər qurmag və inkisaf etdirmək üçün məsuliyyətli və konstruktiv şəkildə davranmışdır.

Təəssüflə qeyd etmək lazımdır ki, Azərbaycanın məsuliyyətli və təmkinli davranışlarının müqabilində ABŞ müstəqilliyimizi bərpa etdiyimiz ilk gündən etibarən qeyri-konstruktiv davranmışdır. Bədnam 907-ci düzəlişin qəbul edilməsi ilə başlayan anti-Azərbaycan tədbirlərinin ardı-arası kəsilmir. Bu həmin ABÇ-dir ki, Xocalı soyqırımının törədilməsindən, Şuşanın, Laçının işğal edilməsindən sonra Ermənistana deyil, Azərbaycana qarşı sanksiya tətbiq etdi. ABŞ son 30 ildə Azərbaycan xalqına qarşı Ermənistan tərəfindən törədilən müsibətlərə, Azərbaycan ərazilərinin işğalına, Ermənistan ərazisindən və işğal olunmuş Azərbaycan torpaqlarından bir milyondan çox azərbaycanlının qovulmasına, Azərbaycanın mədəni irsinin kütləvi şəkildə dağıdılmasına, Azərbaycanın yüzlərlə şəhər ve kəndinin viran qoyulmasına və ərazilərimizdə milyonlarla minanın basdırılmasına göz yummuşdur. ABŞ faktiki olaraq Ermənistanı işğal və etnik təmizləməni davam etdirməyə təşviq etmişdir.

Azərbaycan öz ərazilərini Ermənistanın işğalından azad edərək münaqişəni həll etdikdən sonra isə ABŞ münaqişəni yenidən alovlandırmaq üçün hərəkətə keçmişdir. ABŞ və onun təşəbbüsü ilə bir sira digər dövlətlər Ermənistana böyük məbləğdə maliyyə yardımı ayırmış, bunun sayəsində Ermənistanın yenidən silahlanması təmin edilmiş və bu ölkəni sülh danışıqlarında qeyri-konstruktiv mövqe tutmağa cəsarətləndirmişdir. ABŞ, Avropa İttifaqı ve Ermənistanın 5 aprel 2024-cü ildə Brüsseldə keçirdiyi görüşdə faktiki olaraq Ermənistana yeni mühariba tapşırığı verilmişdir. Bununla da ABŞ Cənubi Qafqaza geosiyasi rəqabət gətirir, regionda ayirici xəttlər yaradır.

Bu kontekstde, ABŞ Konqresi üzvlərinin dövlət katibi Entoni Blinkenə etdiyi müraciət bu ölkənin ikitərəfli münasibətlərin rəvan şəkildə davam etdirilməsində maraqlı olmadığını göstərir.

Azərbaycan tərəfinin ikitərəfli münasibətləri davam etdirmək əzmini qeyd etməklə barabar vurğulamaq istərdik ki, bu yalniz bir tərəfin səyləri ilə mümkün deyil. Qarşılıqlılıq prinsipini və ikitərəfli münasibətləri məntiqi müstəviyə qaytarmaq məqsədini əsas götürərək hesab edirik ki, ABŞ tərəfinin sözügedən addımlarına cavab verməyin vaxtı çatmışdır. Dövlət Departmentini Azərbaycana və onun Prezidentinə təzyiq göstərməyə çağıran konqresmenlərə xatırladırıq ki, xüsusilə 2020-ci ildən sonra baş verən hadisələr bir daha onu göstərdi ki, Azərbaycan heç vaxt hansısa təzyiqə, böhtana boyun əyməyib və heç bir iftira, heç bir hədə onun iradəsinə zərrə qədər belə təsir edə bilməz. Əksinə bu kim əməllərlə ABŞ Azərbaycan cəmiyyətində onsuz da dibə enən nüfuzunu daha da itirir. Bizim bu maktubumuz həm də Azərbaycan xalqının ABŞ-nin ikili standartlarına, yalançı dəyərlərinə olan hiddətini ifadə edir. Regionun ən güclü dövlətinə qarşı bəla ədalətsiz, gülünc ittihamlar, hədələr həm də məktuba imza atan konqresmenlərin səbatsızlığıni göstərir.

Bununla əlaqədar olaraq, Sizdan Azərbaycan və ABŞ arasında münasibətlərin yenidən nəzərdən keçirilməsi üçün aşağıdakı addımlar həyata keçirməyi xahiş edirik:

• Azarbaycan va ABŞ arasında qüvvədə olan müqavilələrə, ələlxüsus, 1997-ci ildə imzalanmış "Azərbaycan Respublikası: və ABŞ arasında gələcək hərbi və müdafiə əlaqələri haqqında" Birgə bəyanata və 2013-cü ildə imzalanmış "Azərbaycan Respublikasının Müdafiə Nazirliyi və Amerika Birləşmiş Ştatlarının Müdafiə Nazirliyi arasında avadanlığın alınması və qarşılıqlı xidmət haqqında" Sazişə xitam verilməsi; 

• Yeni müqavilələrin razılaşdırılması və qüvvədə olmuş müqavilələrin uzadılması üzrə danışıqların dərhal dayandırıIması;

• ABŞ-nin Beynəxalq İnkişafa Yardım Agentliyi (USAID) ve ABŞ-nin qeyri-hökumət təşkilatları tərəfindən Azərbaycanda həyata keçirilən bütün layihələrin dayandırılması və yeni layihələrə icazə verilməməsi, eləcə də USAID-in ölkəmizdəki fəaliyyətinə son qoyulması.

Hörmətlə, 

Qaya Məmmədov 

Kamran Bayramov 

Kamal Cəfərov 

Bəxtiyar Əliyev 

Cavanşir Feyziyev

Tural Gəncəliyev

Elçin Mirzəbəyli

Novruzəli Aslanov

Müşfiq Cəfərov 

Arzuxan Əli-zadə

Əziz Ələkbərov

Sevinc Fətəliyeva

Ramid Namazov

Pərvanə Vəliyeva 

İmamverdi İsmayılov 

Sevil Mikayılova

Rasim Musabəyov

Elşən Musayev

Ceyhun Məmmədov

Razi Nurullayev

Elmar Nəsirov

Fazil Mustafa

Zahid Oruc 

Mircəlil Qasımlı

Rövşən Muradov

Elşad Musayev 

Zaur Şükürov

Elman Məmmədov 

Rizvan Nəbiyev

Tənzilə Rüstəmxanlı 

Şahin İsmayılov 

Sadiq Qurbanov 

Arzu Nağıyev

Məlahət İbrahimqızı

Asim Mollazadə

Naqif Həmzəyev

Anar Məmmədov

Tahir Mirkişili

Səbinə Salmanova

Bəhruz Məhərrəmov 

Azər Karimli

Günay Ağamalı 

Səməd Seyidov

 











Oxşar xəbərlər


Xəbər lenti
Konstitusiya – insan hüquqları və ədalətin ali təminatı
2026-11-11
Konstitusiya tariximizin mühüm mərhələləri
2026-11-11
Sabitlik və inkişafın hüquqi əsasları
2026-11-11
Konstitusiya müstəqil dövlətçiliyin möhkəm hüquqi təməlidir
2026-11-11
Günay Ağamalı: Üçrəngli bayrağımız qalib xalqın qüruru, müstəqil dövlətimizin əzəmətidir – ŞƏRH
2026-11-09
8 Noyabr xalqımızın milli qürurunun, dövlətçilik iradəsinin və tarixi ədalətin təntənəsidir
2026-11-09
Günay Ağamalı: Şuşa Zəfəri Azərbaycanın milli qürurunun və dövlətçilik qüdrətinin təcəssümüdür
2026-11-09
8 Noyabr – Şuşa şəhəri günü: Zəfərin zirvəsi, qürurun ünvanı
2026-11-07
Salyan Rayon Mərkəzi Xəstəxanasında 8 Noyabr – Zəfər Gününə həsr olunmuş tədbir keçirilib!
2026-11-06
Mavi göylərdə dalğalanan milli qürurumuz
2026-11-06
Ucalan bayrağımız, güclənən dövlətimiz
2026-11-06
Dövlətçiliyimizin ideoloji təməli və milli birliyimizin rəmzi
2026-11-06
Dövlət bayrağımız milli dəyərimizdir
2026-11-06
Zəfər Yolunun Aparıcı Zirvəsi
2026-11-06
Qalib Azərbaycanın Qürur Zirvəsi – Şuşa
2026-11-06
8 Noyabr- Şuşanın Əbədi Ruhunun Qayıdışı
2026-11-06
8 NOYABR – ZƏFƏR GÜNÜ: MİLLİ QÜRURUMUZUN, DÖVLƏTÇİLİYİMİZİN VƏ DÖNÜŞMƏZ İRADƏMİZİN TƏNTƏNƏSİ
2026-11-05
Salyanda Zəfər Gününə həsr olunmuş tədbir keçirilib
2026-11-05
Səhiyyə işçiləri ümumrayon ağacəkmə aksiyasında fəal iştirak ediblər
2026-11-05
8 NOYABR – ZƏFƏR GÜNÜ: MİLLİ QÜRURUMUZUN, BİRLİYİMİZİN VƏ QƏHRƏMANLIĞIMIZIN TƏNTƏNƏSİ*
2026-11-05
Zəfərin yaratdığı yeni reallıqlar və Azərbaycanın gələcək hədəfləri
2026-11-05
Güclü iqtisadiyyat, müasir ordu və tarixi Qələbə
2026-11-05
44 günə sığan qəhrəmanlıq və əsrlərə yazılan Zəfər
2026-11-05
Şuşa Azərbaycan xalqının rəşadətinin, əyilməz iradəsinin simvoludur
2026-11-04
Ana Vətən Partiyasından Tarixi Zəfərin Altıncı İldönümü İlə Bağlı BƏYANAT
2026-11-04
Deputat: Bütün nailiyyətlər uzaqgörən siyasətin məntiqi nəticəsidir
2026-11-04
Şuşanın azadlığı Azərbaycanın tarixi Zəfərinin və milli qürurunun təntənəsidir
2026-11-04
Azad Şuşa dövlətimizin quruculuq əzminin və Böyük Qayıdışın rəmzidir
2026-11-04
Şuşa Zəfəri milli qürurumuzun ən uca zirvəsidir
2026-11-04
8 Noyabr: təqvimin qızıl hərflərlə yazılmış tarixi
2026-11-03