Yolda qəfil halı pisləşərək Respublika Klinik Xəstəxanasına gətirilən qazi xəstəxana həkimlərinə təşəkkürünü bildirib
“Mən, 3-cü qrup Qarabağ qazisi Qorçiyev Əli Bədir oğlu rayondan Bakı şəhərinə gələrkən qəfil vəziyyətim pisləşdiyi üçün Təcili və Təxirəsalınmaz Tibbi Yardım maşını ilə Respublika Klinik Xəstəxanasının Təcili Yardım şöbəsinə gətirildim.
Yolda gətirilərkən təcili yardım maşınında ilkin yardım olunmasına baxmayaraq davam edən tutmalarım xəstəxanaya çatdırıldıqdan sonra da bir müddət davam etdiyi üçün qeyri-iradi hərəkətlər etmişəm.
Bunlara baxmayaraq Təcili və Təxirəsalınmaz Tibbi Yardım şöbəsinin həkimləri, personalı mənimlə çox yaxşı və peşəkarcasına davrandılar, lazımi yardımı göstərib, vəziyyətimin stabilləşməsinə nail oldular.
Artıq özümü yaxşı hiss edirəm.
Göstərilən tibbi xidmət, diqqət və qayğıya görə Respublika Klinik Xəstəxanasının Təcili Yardım şöbəsinin bütün personalına öz dərin təşəkkürümü bildirirəm” deyə qazi təşəkkür məktubunda qeyd edib.
#TƏBİB #RKX #təşəkkür