Kanal4.az

Xəbərlərin ünvanı

Kanal4.az

SİYASƏT
Konstitusiya – insan hüquqları və ədalətin ali təminatı
SİYASƏT
Konstitusiya tariximizin mühüm mərhələləri
SİYASƏT
Sabitlik və inkişafın hüquqi əsasları
SİYASƏT
Konstitusiya müstəqil dövlətçiliyin möhkəm hüquqi təməlidir
SİYASƏT
Günay Ağamalı: Üçrəngli bayrağımız qalib xalqın qüruru, müstəqil dövlətimizin əzəmətidir – ŞƏRH
SİYASƏT
8 Noyabr xalqımızın milli qürurunun, dövlətçilik iradəsinin və tarixi ədalətin təntənəsidir
SİYASƏT
Günay Ağamalı: Şuşa Zəfəri Azərbaycanın milli qürurunun və dövlətçilik qüdrətinin təcəssümüdür
SİYASƏT
8 Noyabr – Şuşa şəhəri günü: Zəfərin zirvəsi, qürurun ünvanı
CƏMİYYƏT
Salyan Rayon Mərkəzi Xəstəxanasında 8 Noyabr – Zəfər Gününə həsr olunmuş tədbir keçirilib!
SİYASƏT
Mavi göylərdə dalğalanan milli qürurumuz
SİYASƏT
Ucalan bayrağımız, güclənən dövlətimiz
SİYASƏT
Dövlətçiliyimizin ideoloji təməli və milli birliyimizin rəmzi
SİYASƏT
Dövlət bayrağımız milli dəyərimizdir
SİYASƏT
Zəfər Yolunun Aparıcı Zirvəsi
SİYASƏT
Qalib Azərbaycanın Qürur Zirvəsi – Şuşa
SİYASƏT
8 Noyabr- Şuşanın Əbədi Ruhunun Qayıdışı
SİYASƏT
8 NOYABR – ZƏFƏR GÜNÜ: MİLLİ QÜRURUMUZUN, DÖVLƏTÇİLİYİMİZİN VƏ DÖNÜŞMƏZ İRADƏMİZİN TƏNTƏNƏSİ
SİYASƏT
Salyanda Zəfər Gününə həsr olunmuş tədbir keçirilib
SİYASƏT
Səhiyyə işçiləri ümumrayon ağacəkmə aksiyasında fəal iştirak ediblər
SİYASƏT
8 NOYABR – ZƏFƏR GÜNÜ: MİLLİ QÜRURUMUZUN, BİRLİYİMİZİN VƏ QƏHRƏMANLIĞIMIZIN TƏNTƏNƏSİ*
SİYASƏT
Zəfərin yaratdığı yeni reallıqlar və Azərbaycanın gələcək hədəfləri
SİYASƏT
Güclü iqtisadiyyat, müasir ordu və tarixi Qələbə
SİYASƏT
44 günə sığan qəhrəmanlıq və əsrlərə yazılan Zəfər
SİYASƏT
Şuşa Azərbaycan xalqının rəşadətinin, əyilməz iradəsinin simvoludur
SİYASƏT
Ana Vətən Partiyasından Tarixi Zəfərin Altıncı İldönümü İlə Bağlı BƏYANAT
SİYASƏT
Deputat: Bütün nailiyyətlər uzaqgörən siyasətin məntiqi nəticəsidir
SİYASƏT
Şuşanın azadlığı Azərbaycanın tarixi Zəfərinin və milli qürurunun təntənəsidir
SİYASƏT
Azad Şuşa dövlətimizin quruculuq əzminin və Böyük Qayıdışın rəmzidir
SİYASƏT
Şuşa Zəfəri milli qürurumuzun ən uca zirvəsidir
SİYASƏT
8 Noyabr: təqvimin qızıl hərflərlə yazılmış tarixi

Təqvimimizin yeni əlamətdar günləri-şəhər günləri yeni tariximizin qürur dolu səhifələridir.

2024-10-03 09:28:10 200 baxış
Xəbər şəkil

Hər insanın həyatında olduğu kimi, şəhərlərin də əlamətdar tarixləri olur. Bu mənada, işğaldan azad olunmuş ərazilər üzrə şəhər günlərinin təsis olunması da olduqca əlamətdardır. 30 ilə yaxın yolumuzu gözləyən düşmən əsarətindəki ərazilərimizin işğaldan azad edildiyi günlərin təsis edilməsindən daha xoş heç nə ola bilməz. Hər bir şəhər gününün öz tarixçəsi var. 
2020-ci il 27 sentyabr tarixində başlanan müharibədə 27 il erməni işğalı altında qalan Cəbrayıl rayonunun  4 oktyabr tarixində işğaldan azad edilməsi müharibənin ilk böyük addımı olmuş və Azərbaycan xalqı 44 günlük Vətən müharibəsini qalibiyyətlə başa vuraraq öz tarixinə yeni şərəfli səhifə yazmışdır. Prezident İlham Əliyevin də qeyd etdiyi kimi, Azərbaycan əsla işğalla barışa bilməzdi, bu səbəbdən də öz haqq savaşında sonuna qədər mübarizə apararaq 30 illik həsrətə son qoydu. Cəbrayılın azad edilməsi Azərbaycan xalqında ruh yüksəkliyini, ordumuzda döyüş ruhunu, özünə inamı daha da artırdı. Cəbrayılın işğaldan azad edilməsi xüsusi əhəmiyyət daşımağında səbəb ondan ibarətdir ki, Cəbrayıl Vətən müharibəsində azad edilən ilk şəhərimizdir.
27 il əvvəl Cəbrayıl rayonu işğal olunduqdan sonra  ərazisində olan 100-ə yaxın kənd, məktəb, xəstəxana, mədəniyyət ocağı ermənilər tərəfindən vəhşicəsinə dağıdılmış, məcburi köçkünlər isə respublika ərazisində, o cümlədən qaçqın düşərgələrində, yataqxanalarda məskunlaşmışlar.
Mənfur düşmənin illərlə bitib tükənmək bilməyən təcavüzkar siyasəti və sentyabrın 27-də törətdiyi növbəti hərbi təxribatı Müzəffər Ali Baş Komandan İlham Əliyevin əmri ilə Azərbaycan Ordusunun əks hərbi əməliyyatlara başlamasına səbəb oldu. İlham Əliyevin yenilməz siyasi iradə və qətiyyəti, ordumuzun gücü və xalqımızın öz rəhbəri ətrafında bir amal uğrunda birləşməsi Vətən müharibəsində Azərbaycanın parlaq qələbəsini şərtləndirən əsas amillərdən oldu. Müharibənin davam etdiyi müddətdə bütün dünya Azərbaycanın gücünə və əzminə şahid oldu. 44 gün davam edən müharibəni əsgərlərimiz, zabitlərimiz, gizirlərimiz qazandılar. Hansı hərbi vasitələrdən istifadə etmələrindən asılı olmayaraq bu qələbə sevincini xalqımıza onlar yaşatdılar. Müharibə başlandığı gündən Cəbrayıl rayonunun ərazisində aparılan hərbi əməliyyatlar nəticəsində ümumilikdə 1 şəhər və 80 kənd işğaldan azad edildi, Xocavənd rayonunun kəndləri və strateji Hadrut qəsəbəsi istiqmətində hərbi əməliyyatlar keçirilməsi üçün geniş imkanlar yarandı.
Bu qələbə həm də həqiqətləri ortaya çıxardı. Belə ki, ordumuz döyüş meydanındakı əməliyyatları ilə dünyaya səs saldı. Bir çox ölkələr bu gün ordumuzun döyüş təcrübəsi ilə maraqlanırlar.Vətən müharibəsi onu da təsdiq etdi ki, Ermənistan  Azərbaycanla  mübarizə aparmaq gücündə deyil.
2020-ci ilin noyabr ayının 16-da ölkə Prezidenti cənab İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın Cəbrayıl rayonuna səfəri və Müzəffər Ali Baş Komandanımızın Xudafərin körpüsündə Azərbaycan bayrağını ucaltması böyük tarixi və siyasi əhəmiyyətə malikdir. Çünki Xudafərin xalqımızın Azərbaycan tarixində dərin iz buraxmış milli qürur məsələsidir.
2020-ci il noyabrın 26-da Prezident İlham Əliyev “Cəbrayılın azad olunmasına görə” medalını təsis edərək ordumuzun qəhrəmanlıq və şücaətini yüksək qiymətləndirdiyini bir daha sübut etdi. Cəbrayıl rayonunun işğaldan azad edilməsi uğrunda aparılmış döyüş əməliyyatlarında iştirak edərək şəxsi igidlik və şücaət nümayiş etdirmiş Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 22797 hərbi qulluqçusu “Cəbrayılın azad olunmasına görə” medalı ilə təltif edildi.
Bu böyük sevinci bütün xalqımıza bəxş edən başda Ali Baş Komandan İlham Əliyev olmaqla bütün igid, qəhrəman Azərbaycan Ordusuna minnətdarıq. Möhtəşəm qələbəmizdən ötən dövr ərzində Şərqi Zəngəzur və Qarabağ iqtisadi zonalarında aparılan yenidənqurma və bərpa işlərinə nəzər saldıqda görürük ki, bu yerlərdə tezliklə həyat öz axarına düşəcək. O cümlədən, Cəbrayıl camaatı öz ata-baba yurdlarına qayıdaraq yenidən xoşbəxt, firavan həyat sürəcək.
    Həyata keçirilən bütün bu işlər Azərbaycan dövlətinin iqtisadi, siyasi gücünün növbəti təzahürüdür. Bu gün bütün dünyanın gözü Azərbaycanın işğaldan azad olunan ərazilərdə gördüyü işləri heyranlıqla izləyir. İşğaldan azad olan ilk rayon mərkəzi kimi Cəbrayıl şəhəri tarixə düşdü.Cəbrayılın azad edilməsi uğrunda canlarını fəda etmiş şəhidlərimizə Allah rəhmət eləsin deyir, qazilərimizə Allahdan şəfa diləyirik.

Rauf Səfədov,
Salyan rayonu, Vətən Müharibəsi iştirakçısı

Oxşar xəbərlər

Xəbər lenti
Konstitusiya – insan hüquqları və ədalətin ali təminatı
2026-11-11
Konstitusiya tariximizin mühüm mərhələləri
2026-11-11
Sabitlik və inkişafın hüquqi əsasları
2026-11-11
Konstitusiya müstəqil dövlətçiliyin möhkəm hüquqi təməlidir
2026-11-11
Günay Ağamalı: Üçrəngli bayrağımız qalib xalqın qüruru, müstəqil dövlətimizin əzəmətidir – ŞƏRH
2026-11-09
8 Noyabr xalqımızın milli qürurunun, dövlətçilik iradəsinin və tarixi ədalətin təntənəsidir
2026-11-09
Günay Ağamalı: Şuşa Zəfəri Azərbaycanın milli qürurunun və dövlətçilik qüdrətinin təcəssümüdür
2026-11-09
8 Noyabr – Şuşa şəhəri günü: Zəfərin zirvəsi, qürurun ünvanı
2026-11-07
Salyan Rayon Mərkəzi Xəstəxanasında 8 Noyabr – Zəfər Gününə həsr olunmuş tədbir keçirilib!
2026-11-06
Mavi göylərdə dalğalanan milli qürurumuz
2026-11-06
Ucalan bayrağımız, güclənən dövlətimiz
2026-11-06
Dövlətçiliyimizin ideoloji təməli və milli birliyimizin rəmzi
2026-11-06
Dövlət bayrağımız milli dəyərimizdir
2026-11-06
Zəfər Yolunun Aparıcı Zirvəsi
2026-11-06
Qalib Azərbaycanın Qürur Zirvəsi – Şuşa
2026-11-06
8 Noyabr- Şuşanın Əbədi Ruhunun Qayıdışı
2026-11-06
8 NOYABR – ZƏFƏR GÜNÜ: MİLLİ QÜRURUMUZUN, DÖVLƏTÇİLİYİMİZİN VƏ DÖNÜŞMƏZ İRADƏMİZİN TƏNTƏNƏSİ
2026-11-05
Salyanda Zəfər Gününə həsr olunmuş tədbir keçirilib
2026-11-05
Səhiyyə işçiləri ümumrayon ağacəkmə aksiyasında fəal iştirak ediblər
2026-11-05
8 NOYABR – ZƏFƏR GÜNÜ: MİLLİ QÜRURUMUZUN, BİRLİYİMİZİN VƏ QƏHRƏMANLIĞIMIZIN TƏNTƏNƏSİ*
2026-11-05
Zəfərin yaratdığı yeni reallıqlar və Azərbaycanın gələcək hədəfləri
2026-11-05
Güclü iqtisadiyyat, müasir ordu və tarixi Qələbə
2026-11-05
44 günə sığan qəhrəmanlıq və əsrlərə yazılan Zəfər
2026-11-05
Şuşa Azərbaycan xalqının rəşadətinin, əyilməz iradəsinin simvoludur
2026-11-04

2026-11-03