Kanal4.az

Xəbərlərin ünvanı

Kanal4.az

SİYASƏT
Konstitusiya – insan hüquqları və ədalətin ali təminatı
SİYASƏT
Konstitusiya tariximizin mühüm mərhələləri
SİYASƏT
Sabitlik və inkişafın hüquqi əsasları
SİYASƏT
Konstitusiya müstəqil dövlətçiliyin möhkəm hüquqi təməlidir
SİYASƏT
Günay Ağamalı: Üçrəngli bayrağımız qalib xalqın qüruru, müstəqil dövlətimizin əzəmətidir – ŞƏRH
SİYASƏT
8 Noyabr xalqımızın milli qürurunun, dövlətçilik iradəsinin və tarixi ədalətin təntənəsidir
SİYASƏT
Günay Ağamalı: Şuşa Zəfəri Azərbaycanın milli qürurunun və dövlətçilik qüdrətinin təcəssümüdür
SİYASƏT
8 Noyabr – Şuşa şəhəri günü: Zəfərin zirvəsi, qürurun ünvanı
CƏMİYYƏT
Salyan Rayon Mərkəzi Xəstəxanasında 8 Noyabr – Zəfər Gününə həsr olunmuş tədbir keçirilib!
SİYASƏT
Mavi göylərdə dalğalanan milli qürurumuz
SİYASƏT
Ucalan bayrağımız, güclənən dövlətimiz
SİYASƏT
Dövlətçiliyimizin ideoloji təməli və milli birliyimizin rəmzi
SİYASƏT
Dövlət bayrağımız milli dəyərimizdir
SİYASƏT
Zəfər Yolunun Aparıcı Zirvəsi
SİYASƏT
Qalib Azərbaycanın Qürur Zirvəsi – Şuşa
SİYASƏT
8 Noyabr- Şuşanın Əbədi Ruhunun Qayıdışı
SİYASƏT
8 NOYABR – ZƏFƏR GÜNÜ: MİLLİ QÜRURUMUZUN, DÖVLƏTÇİLİYİMİZİN VƏ DÖNÜŞMƏZ İRADƏMİZİN TƏNTƏNƏSİ
SİYASƏT
Salyanda Zəfər Gününə həsr olunmuş tədbir keçirilib
SİYASƏT
Səhiyyə işçiləri ümumrayon ağacəkmə aksiyasında fəal iştirak ediblər
SİYASƏT
8 NOYABR – ZƏFƏR GÜNÜ: MİLLİ QÜRURUMUZUN, BİRLİYİMİZİN VƏ QƏHRƏMANLIĞIMIZIN TƏNTƏNƏSİ*
SİYASƏT
Zəfərin yaratdığı yeni reallıqlar və Azərbaycanın gələcək hədəfləri
SİYASƏT
Güclü iqtisadiyyat, müasir ordu və tarixi Qələbə
SİYASƏT
44 günə sığan qəhrəmanlıq və əsrlərə yazılan Zəfər
SİYASƏT
Şuşa Azərbaycan xalqının rəşadətinin, əyilməz iradəsinin simvoludur
SİYASƏT
Ana Vətən Partiyasından Tarixi Zəfərin Altıncı İldönümü İlə Bağlı BƏYANAT
SİYASƏT
Deputat: Bütün nailiyyətlər uzaqgörən siyasətin məntiqi nəticəsidir
SİYASƏT
Şuşanın azadlığı Azərbaycanın tarixi Zəfərinin və milli qürurunun təntənəsidir
SİYASƏT
Azad Şuşa dövlətimizin quruculuq əzminin və Böyük Qayıdışın rəmzidir
SİYASƏT
Şuşa Zəfəri milli qürurumuzun ən uca zirvəsidir
SİYASƏT
8 Noyabr: təqvimin qızıl hərflərlə yazılmış tarixi

Yeni Klinikada “Hər yaşda sağlam ol” tədbiri baş tutub

2024-10-02 19:19:19 210 baxış
Xəbər şəkil

1 Oktyabr - Beynəlxalq Ahıllar Günü münasibətilə Yeni Klinika və Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin birgə təşkilatçılığı ilə “Hər yaşda sağlam ol” bədii-musiqili tədbiri baş tutub. 

Tədbirdə Yeni Klinika tibb müəssisəsinin direktoru Barat Yusubov, TƏBİB-in İcraçı direktorunun müavini Anar İsrafilov, Milli Məclisin deputatı Müşfiq Məmmədli, Milli Məclisin deputatı Vüqar Rəhimzadə, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin monitorinq şöbəsinin müdiri Bəyalı Məmmədov, Nizami Rayon Yeni Azərbaycan Partiyasının sədri Ramil Vəlibəyov, Nizami Rayon İcra Hakimiyyətinin  İctimai siyasi və humanitar məsələlər üzrə şöbə müdiri Bəhman Hüseynov, Azərbaycan Respublikasının əməkdar artisti Dilarə Əliyeva, Nizami rayon ərazisində yaşayan ahıl şəxslər və Yeni Klinika heyəti iştirak ediblər. 

Ölkəmizdə vətəndaşların sosial rifah halının daim yaxşılaşdırması istiqamətində müxtəlif sosial yönümlü proqramların  hazırlanaraq həyata keçirildiyini qeyd edən Barat Yusubov Cənab Prezident İlham Əliyevin sərəncamı ilə qəbul olunan “Ahıl vətəndaşların sosial müdafiəsinin gücləndirilməsi üzrə Dövlət Proqramı”nın bu diqqətin ən bariz nümunələrindən biri olduğunu bildirib. O, İcabri Tibbi sığorta üzrə Dövlət Agentliyi və TƏBİB-in dəstəyi ilə Yeni Klinikada da dövlət proqramı siyasətini davam etdirilərək ahıl vətəndaşların sağlamlıqlarının qorunması istiqamətində sosial layihələrin həyata keçirildiyini vurğulayıb. 

Ümummilli Lider Heydər Əliyev və onun siyasi kursunun davamçısı Prezident İlham Əliyev tərəfindən ahıl insanlara, onların sosial müdafiəsinə daim xüsusi diqqət və qayğı göstərildiyini bildirən İcraçı direktorun müavini Anar İsrafilov ahıl vətəndaşların tibbi ehtiyaclarının ödənilməsinin ən həssas məsələlərindən biri olduğunu qeyd edib. O, TƏBİB-in tabeliyindəki tibb müəssisələrində bu koteqoriyadan olan vətəndaşlara xüsusi həssaslıqla yanaşıldığını, onların tibbi xidmət almaq hüquqlarının tam olaraq təmin edildiyini bildirib. 

Milli Məclisin deputatı Müşfiq Məmmədli ölkədə ahıl vətəndaşların təminatlarının artırılması üçün ardıcıl işlər görüldüyünü vurğulayaraq Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində fəaliyyət göstərən Sosial Xidmətlər Agentliyinin Ahıl şəxslər üçün sosial xidmət müəssisəsinin fəaliyyətindən bəhs edib. 

Bu günün təsis olunmasında əsas məqsədin bu kateqoriyadan olan insanların sosial-məişət problemlərini, tibbi ehtiyaclarını öyrənmək və ictimaiyyətin diqqətini bu məsələlərin həllinə yönəltmək olduğunu bildirən Milli Məclisin deputatı Vüqar Rəhimzadə ahıl şəxslərin dövlətin daima diqqət və qayğısı ilə əhatələndiyini qeyd edib. 

İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin monitorinq şöbəsinin müdiri Bəyalı Məmmədov ölkədə ahıl vətəndaşların sağlamlıqlarının qorunması istiqamətində mühüm tədbirlərin həyata keçirildiyini, məhz bu məqsədlə ahıl vətəndaşların icbari tibbi sığortadan rahatlıqla istifadə edərək müayinələrdən keçə bildiklərini bildirib. 

Nizami Rayon Yeni Azərbaycan Partiyasının sədri Ramil Vəlibəyov ölkədə ahıl insanlarımızın etibarlı sosial müdafiəsinə yönələn tədbirlərin ildən-ilə geniş miqyas aldığını qeyd edərək ahıl vətəndaşların özəl günlərini təbrik edib, cansağlığı arzulayıb. 

Nizami Rayon İcra Hakimiyyətinin  İctimai siyasi və humanitar məsələlər üzrə şöbə müdiri Bəhman Hüseynov 1993-cü ildən ölkəmizdə də hər il Beynəlxalq Ahıllar Gününün yüksək səviyyədə qeyd olunmaqla, bu kateqoriyadan olan vətəndaşların təminatlarının artırılması üçün ardıcıl işlər aparıldığını bildirib. 

Nizami Rayon Ağsaqqallar Şurasının sədri Mayıl Əliyev göstərilən diqqət və qayğıdan dolayı minnətdarlığını bildirərək onların sosial rifahının daim diqqətdə saxlanıldığını qeyd edib. 

Günay Firudinqızının aparıcılığı ilə baş tutan tədbirin bədii hissəsində Respublikanın əməkdar artisti Dilarə Əliyeva və müğənni Rəsul Əfəndi çıxış ediblər. 

Beynəlxalq Ahıllar Günü münasibətilə baş tutan tədbir xatirə şəklinin çəkdirilməsi ilə yekunlaşıb. 

Oxşar xəbərlər

Xəbər lenti
Konstitusiya – insan hüquqları və ədalətin ali təminatı
2026-11-11
Konstitusiya tariximizin mühüm mərhələləri
2026-11-11
Sabitlik və inkişafın hüquqi əsasları
2026-11-11
Konstitusiya müstəqil dövlətçiliyin möhkəm hüquqi təməlidir
2026-11-11
Günay Ağamalı: Üçrəngli bayrağımız qalib xalqın qüruru, müstəqil dövlətimizin əzəmətidir – ŞƏRH
2026-11-09
8 Noyabr xalqımızın milli qürurunun, dövlətçilik iradəsinin və tarixi ədalətin təntənəsidir
2026-11-09
Günay Ağamalı: Şuşa Zəfəri Azərbaycanın milli qürurunun və dövlətçilik qüdrətinin təcəssümüdür
2026-11-09
8 Noyabr – Şuşa şəhəri günü: Zəfərin zirvəsi, qürurun ünvanı
2026-11-07
Salyan Rayon Mərkəzi Xəstəxanasında 8 Noyabr – Zəfər Gününə həsr olunmuş tədbir keçirilib!
2026-11-06
Mavi göylərdə dalğalanan milli qürurumuz
2026-11-06
Ucalan bayrağımız, güclənən dövlətimiz
2026-11-06
Dövlətçiliyimizin ideoloji təməli və milli birliyimizin rəmzi
2026-11-06
Dövlət bayrağımız milli dəyərimizdir
2026-11-06
Zəfər Yolunun Aparıcı Zirvəsi
2026-11-06
Qalib Azərbaycanın Qürur Zirvəsi – Şuşa
2026-11-06
8 Noyabr- Şuşanın Əbədi Ruhunun Qayıdışı
2026-11-06
8 NOYABR – ZƏFƏR GÜNÜ: MİLLİ QÜRURUMUZUN, DÖVLƏTÇİLİYİMİZİN VƏ DÖNÜŞMƏZ İRADƏMİZİN TƏNTƏNƏSİ
2026-11-05
Salyanda Zəfər Gününə həsr olunmuş tədbir keçirilib
2026-11-05
Səhiyyə işçiləri ümumrayon ağacəkmə aksiyasında fəal iştirak ediblər
2026-11-05
8 NOYABR – ZƏFƏR GÜNÜ: MİLLİ QÜRURUMUZUN, BİRLİYİMİZİN VƏ QƏHRƏMANLIĞIMIZIN TƏNTƏNƏSİ*
2026-11-05
Zəfərin yaratdığı yeni reallıqlar və Azərbaycanın gələcək hədəfləri
2026-11-05
Güclü iqtisadiyyat, müasir ordu və tarixi Qələbə
2026-11-05
44 günə sığan qəhrəmanlıq və əsrlərə yazılan Zəfər
2026-11-05
Şuşa Azərbaycan xalqının rəşadətinin, əyilməz iradəsinin simvoludur
2026-11-04

2026-11-03