Kanal4.az

Xəbərlərin ünvanı

Kanal4.az

SİYASƏT
Konstitusiya – insan hüquqları və ədalətin ali təminatı
SİYASƏT
Konstitusiya tariximizin mühüm mərhələləri
SİYASƏT
Sabitlik və inkişafın hüquqi əsasları
SİYASƏT
Konstitusiya müstəqil dövlətçiliyin möhkəm hüquqi təməlidir
SİYASƏT
Günay Ağamalı: Üçrəngli bayrağımız qalib xalqın qüruru, müstəqil dövlətimizin əzəmətidir – ŞƏRH
SİYASƏT
8 Noyabr xalqımızın milli qürurunun, dövlətçilik iradəsinin və tarixi ədalətin təntənəsidir
SİYASƏT
Günay Ağamalı: Şuşa Zəfəri Azərbaycanın milli qürurunun və dövlətçilik qüdrətinin təcəssümüdür
SİYASƏT
8 Noyabr – Şuşa şəhəri günü: Zəfərin zirvəsi, qürurun ünvanı
CƏMİYYƏT
Salyan Rayon Mərkəzi Xəstəxanasında 8 Noyabr – Zəfər Gününə həsr olunmuş tədbir keçirilib!
SİYASƏT
Mavi göylərdə dalğalanan milli qürurumuz
SİYASƏT
Ucalan bayrağımız, güclənən dövlətimiz
SİYASƏT
Dövlətçiliyimizin ideoloji təməli və milli birliyimizin rəmzi
SİYASƏT
Dövlət bayrağımız milli dəyərimizdir
SİYASƏT
Zəfər Yolunun Aparıcı Zirvəsi
SİYASƏT
Qalib Azərbaycanın Qürur Zirvəsi – Şuşa
SİYASƏT
8 Noyabr- Şuşanın Əbədi Ruhunun Qayıdışı
SİYASƏT
8 NOYABR – ZƏFƏR GÜNÜ: MİLLİ QÜRURUMUZUN, DÖVLƏTÇİLİYİMİZİN VƏ DÖNÜŞMƏZ İRADƏMİZİN TƏNTƏNƏSİ
SİYASƏT
Salyanda Zəfər Gününə həsr olunmuş tədbir keçirilib
SİYASƏT
Səhiyyə işçiləri ümumrayon ağacəkmə aksiyasında fəal iştirak ediblər
SİYASƏT
8 NOYABR – ZƏFƏR GÜNÜ: MİLLİ QÜRURUMUZUN, BİRLİYİMİZİN VƏ QƏHRƏMANLIĞIMIZIN TƏNTƏNƏSİ*
SİYASƏT
Zəfərin yaratdığı yeni reallıqlar və Azərbaycanın gələcək hədəfləri
SİYASƏT
Güclü iqtisadiyyat, müasir ordu və tarixi Qələbə
SİYASƏT
44 günə sığan qəhrəmanlıq və əsrlərə yazılan Zəfər
SİYASƏT
Şuşa Azərbaycan xalqının rəşadətinin, əyilməz iradəsinin simvoludur
SİYASƏT
Ana Vətən Partiyasından Tarixi Zəfərin Altıncı İldönümü İlə Bağlı BƏYANAT
SİYASƏT
Deputat: Bütün nailiyyətlər uzaqgörən siyasətin məntiqi nəticəsidir
SİYASƏT
Şuşanın azadlığı Azərbaycanın tarixi Zəfərinin və milli qürurunun təntənəsidir
SİYASƏT
Azad Şuşa dövlətimizin quruculuq əzminin və Böyük Qayıdışın rəmzidir
SİYASƏT
Şuşa Zəfəri milli qürurumuzun ən uca zirvəsidir
SİYASƏT
8 Noyabr: təqvimin qızıl hərflərlə yazılmış tarixi

Qüdrətli dövlətçiliyin təməlinin qoyulduğu gün

2024-10-02 09:35:44 230 baxış
Xəbər şəkil

Oktyabrın 3-də xalqımızın Ümummilli Lideri Heydər Əliyevin müstəqil Azərbaycana ilk dəfə Prezident seçilməsinin 31-ci ili tamam olur. Məhz həmin tarixdən respublikamızda qüdrətli dövlətçiliyin və inkişafın təməli qoyuldu. Həmin tarixdən başlanan yeni siyasi kurs və idarəetmə Azərbaycanın siyasi, sosial-iqtisadi və mədəni yüksəlişinə, müstəqilliyimizin möhkəmləndirilməsinə xidmət etdi, xalqımızın müasir dövlətçilik ənənələri formalaşdı.
Hər bir xalqın taleyində, hər bir dövlətin yüksəlişində lider amilinin böyük rol oynaması tarixi gerçəkliklərdən biridir. Tarixi təcrübə sübut edir ki, yalnız güclü siyasi lider yetişdirən xalqlar onların gücü, iradəsi sayəsində öz milli haqlarına layiqincə sahib olmaq imkanı qazanırlar. Məsələyə bu prizmadan yanaşdıqda görərik ki, Azərbaycanda 1991-ci ilin payızından 1993-cü ilin ortalarına qədər baş verən bütün siyasi təbəddülatların, iqtisadi böhranın, hərc-mərcliyin, anarxiyanın, cəbhədəki uğursuzluğun əsas səbəbi ölkə rəhbərliyində olan şəxslərin siyasi qətiyyətsizliyi idi. Xaotik proseslər və bunun fonunda hakimiyyətin öz fəaliyyətsizliyi ilə ölkəni uçuruma aparması təsdiq edirdi ki, yalnız qətiyyətli, güclü siyasi iradəsi olan rəhbər Azərbaycanı parçalanmaqdan qurtarmaq, dövlət müstəqilliyimizi yaşatmaq kimi ağır bir missiyanın öhdəsindən gələ bilər. Bu lider isə xalqın məhəbbətini hələ çox-çox illər əvvəl qazanmış Ulu Öndər Heydər Əliyev idi… Xalq, cəmiyyətin bütün zümrələri məhz Ulu Öndər Heydər Əliyevin ölkə rəhbərliyində təmsil olunmasını mövcud böhranlardan yeganə çıxış yolu kimi görürdü. Bu baxımdan o dövrdə görkəmli dövlət xadimini təkidlə Naxçıvandan Bakıya dəvət etməklə Azərbaycan xalqı tarixi və müdrik qərar qəbul etdi. Heydər Əliyevə ünvanlanan müraciətlər Azərbaycan dövlətçiliyinin yaşaması, hələ kövrək olan müstəqilliyimizin qorunması üçün zamanında atılan ümumxalq addımı idi. 
1993-cü ildə keçirilmiş prezident seçkiləri Azərbaycan xalqı üçün mühüm tarixi hadisə, müstəqil Azərbaycan dövləti üçün isə gələcək yüksəlişə gedən yolun başlanğıc mərhələsi oldu. Bu seçki həm də müstəqilliyini bərpa etmiş respublikamızda keçirilən ilk demokratik seçki və xalqın sərbəst siyasi iradəsinin şəffaf və parlaq təzahürü idi.
Xalq ən doğru seçimini edərək yüksək səs çoxluğu ilə öz böyük oğlunu, dahi siyasətçi Heydər Əliyevi Prezident seçdi. Səsvermədə iştirak edən 3 milyon 966 min 327 seçicinin 3 milyon 919 min 923 nəfərinin, yaxud 98,84 faizinin seçimi Heydər Əliyev oldu. Bununla Azərbaycan xalqı görkəmli siyasi və dövlət xadimi Heydər Əliyevə dərin etimadını bütün dünyaya nümayiş etdirdi. 1993-cü ildən sonra Azərbaycanda baş verən keyfiyyət dəyişiklikləri, tənəzzülə son qoyulması, bütün sahələrdə tərəqqiyə doğru dönüşün baş verməsi, siyasi böhranlara birdəfəlik son qoyulması  ilk növbədə ölkəyə qətiyyətli və müdrik liderin rəhbərlik etməsindən xəbər verirdi. Heydər Əliyev canı qədər sevdiyi Azərbaycanı qorudu, müstəqilliyimizin əbədi olmasını təmin etdi. Məhz Ulu Öndərin qətiyyəti, xalqın öz rəhbərinin ətrafında sıx səfərbər olmasının nəticəsində antiazərbaycançı şəbəkələrin planları iflasa uğradı. Məhz Ulu Öndərin sayəsində Azərbaycanın yüksəlişinin ilk qədəmlərindən olan "Əsrin müqaviləsi" imzalandı, hüquqi və demokratik dövlətçiliyin əsası qoyuldu, mütərəqqi islahatlar, ordu quruculuğu həyata keçirildi.
1993-cü il  oktyabrın 3-də keçirilmiş prezident seçkiləri Azərbaycanda yeni bir dövrün başlanğıc tarixidir. Başqa cür desək, həmin gün Azərbaycanda qüdrətli dövlətçiliyin və inkişafın təməlinin qoyulduğu gündür.Sonrakı illərin inkişaf prosesləri həmin günün tariximizdə nə qədər əlamətdar olduğunu təsdiqləyir. Xalq-Heydər Əliyev birliyinin sarsılmazlığı isə bütün mərhələlərdə yüksələn xətlə inkişaf etdi. Bu sarsılmazlıq həm də Prezident İlham Əliyevə olan  yüksək xalq etimadında özünü göstərir.  Prezident İlham Əliyevin müdrik rəhbərliyi ilə Azərbaycan tarixinin ən qüdrətli dövrünü yaşayır. Bütün sahələrdə qazandığımız möhtəşəm uğurlar ölkədə həyata keçirilən siyasətin dövlətimizin və xalqımızın milli maraqlarını layiqincə təmin etdiyini göstərir.
1993-cü il oktyabrın 10-da keçirilən andiçmə mərasimində Ulu Öndər Heydər Əliyev demişdi: "Mən bu gün bəyan edirəm ki, şəhidlərimizin qanı yerdə qalmayacaq, onların xatirəsi qəlbimizdə əbədi yaşayacaq, gənclərimiz və gələcək nəsillər onların qəhrəmanlıqlarından nümunə götürəcəklər. Azərbaycan xalqı öz qamətini düzəldəcək, ayağa qalxacaq, gücünü birləşdirəcək, müasir ordusunu yaradacaq və müstəqil dövlətini, öz ərazisini bundan sonra göz bəbəyi kimi qoruyacaqdır".
Ümummilli Liderin ordu quruculuğu sahəsində yaratdığı möhkəm təməl rəşadətli Silahlı Qüvvələrimizin 44 gündə 30 ilin işğalına son qoymasını, 27 il tətbiqini gözləyən BMT qətnamələrinin icrasını təmin etdi. Tarixi Zəfərimizdən sonrakı dövrdə Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə imza atdığımız hər bir uğur son nəticədə Ümummilli Lider Heydər Əliyevin görmək istədiyi Azərbaycanın formalaşmasına gətirib çıxardı. Sentyabrın 19-da Ermənistan silahlı birləşmələrinin törətdiyi terror aktına cavab olaraq Azərbaycan Ordusunun bir sutka ərzində həyata keçirdiyi lokal xarakterli antiterror tədbirləri nəticəsində bu gün Azərbaycanın bütün ərazilərində suverenliyinin tam təmin olunmasını böyük qürur hissi ilə qeyd edirik. 
 Bəli, Heydər Əliyevin qoruduğu, qurduğu Azərbaycan indi tarixinin ən qüdrətli dövlətinə çevrilib, regionda və qlobal miqyasda söz sahibi kimi çıxış edir. Ona görə Ulu Öndərin ruhu da rahatdır.

Fərqanə Cəbrayılova,
Salyan rayonu, Əməkdar müəllim

Oxşar xəbərlər

Xəbər lenti
Konstitusiya – insan hüquqları və ədalətin ali təminatı
2026-11-11
Konstitusiya tariximizin mühüm mərhələləri
2026-11-11
Sabitlik və inkişafın hüquqi əsasları
2026-11-11
Konstitusiya müstəqil dövlətçiliyin möhkəm hüquqi təməlidir
2026-11-11
Günay Ağamalı: Üçrəngli bayrağımız qalib xalqın qüruru, müstəqil dövlətimizin əzəmətidir – ŞƏRH
2026-11-09
8 Noyabr xalqımızın milli qürurunun, dövlətçilik iradəsinin və tarixi ədalətin təntənəsidir
2026-11-09
Günay Ağamalı: Şuşa Zəfəri Azərbaycanın milli qürurunun və dövlətçilik qüdrətinin təcəssümüdür
2026-11-09
8 Noyabr – Şuşa şəhəri günü: Zəfərin zirvəsi, qürurun ünvanı
2026-11-07
Salyan Rayon Mərkəzi Xəstəxanasında 8 Noyabr – Zəfər Gününə həsr olunmuş tədbir keçirilib!
2026-11-06
Mavi göylərdə dalğalanan milli qürurumuz
2026-11-06
Ucalan bayrağımız, güclənən dövlətimiz
2026-11-06
Dövlətçiliyimizin ideoloji təməli və milli birliyimizin rəmzi
2026-11-06
Dövlət bayrağımız milli dəyərimizdir
2026-11-06
Zəfər Yolunun Aparıcı Zirvəsi
2026-11-06
Qalib Azərbaycanın Qürur Zirvəsi – Şuşa
2026-11-06
8 Noyabr- Şuşanın Əbədi Ruhunun Qayıdışı
2026-11-06
8 NOYABR – ZƏFƏR GÜNÜ: MİLLİ QÜRURUMUZUN, DÖVLƏTÇİLİYİMİZİN VƏ DÖNÜŞMƏZ İRADƏMİZİN TƏNTƏNƏSİ
2026-11-05
Salyanda Zəfər Gününə həsr olunmuş tədbir keçirilib
2026-11-05
Səhiyyə işçiləri ümumrayon ağacəkmə aksiyasında fəal iştirak ediblər
2026-11-05
8 NOYABR – ZƏFƏR GÜNÜ: MİLLİ QÜRURUMUZUN, BİRLİYİMİZİN VƏ QƏHRƏMANLIĞIMIZIN TƏNTƏNƏSİ*
2026-11-05
Zəfərin yaratdığı yeni reallıqlar və Azərbaycanın gələcək hədəfləri
2026-11-05
Güclü iqtisadiyyat, müasir ordu və tarixi Qələbə
2026-11-05
44 günə sığan qəhrəmanlıq və əsrlərə yazılan Zəfər
2026-11-05
Şuşa Azərbaycan xalqının rəşadətinin, əyilməz iradəsinin simvoludur
2026-11-04

2026-11-03