Kanal4.az

Xəbərlərin ünvanı

Kanal4.az

SİYASƏT
Konstitusiya – insan hüquqları və ədalətin ali təminatı
SİYASƏT
Konstitusiya tariximizin mühüm mərhələləri
SİYASƏT
Sabitlik və inkişafın hüquqi əsasları
SİYASƏT
Konstitusiya müstəqil dövlətçiliyin möhkəm hüquqi təməlidir
SİYASƏT
Günay Ağamalı: Üçrəngli bayrağımız qalib xalqın qüruru, müstəqil dövlətimizin əzəmətidir – ŞƏRH
SİYASƏT
8 Noyabr xalqımızın milli qürurunun, dövlətçilik iradəsinin və tarixi ədalətin təntənəsidir
SİYASƏT
Günay Ağamalı: Şuşa Zəfəri Azərbaycanın milli qürurunun və dövlətçilik qüdrətinin təcəssümüdür
SİYASƏT
8 Noyabr – Şuşa şəhəri günü: Zəfərin zirvəsi, qürurun ünvanı
CƏMİYYƏT
Salyan Rayon Mərkəzi Xəstəxanasında 8 Noyabr – Zəfər Gününə həsr olunmuş tədbir keçirilib!
SİYASƏT
Mavi göylərdə dalğalanan milli qürurumuz
SİYASƏT
Ucalan bayrağımız, güclənən dövlətimiz
SİYASƏT
Dövlətçiliyimizin ideoloji təməli və milli birliyimizin rəmzi
SİYASƏT
Dövlət bayrağımız milli dəyərimizdir
SİYASƏT
Zəfər Yolunun Aparıcı Zirvəsi
SİYASƏT
Qalib Azərbaycanın Qürur Zirvəsi – Şuşa
SİYASƏT
8 Noyabr- Şuşanın Əbədi Ruhunun Qayıdışı
SİYASƏT
8 NOYABR – ZƏFƏR GÜNÜ: MİLLİ QÜRURUMUZUN, DÖVLƏTÇİLİYİMİZİN VƏ DÖNÜŞMƏZ İRADƏMİZİN TƏNTƏNƏSİ
SİYASƏT
Salyanda Zəfər Gününə həsr olunmuş tədbir keçirilib
SİYASƏT
Səhiyyə işçiləri ümumrayon ağacəkmə aksiyasında fəal iştirak ediblər
SİYASƏT
8 NOYABR – ZƏFƏR GÜNÜ: MİLLİ QÜRURUMUZUN, BİRLİYİMİZİN VƏ QƏHRƏMANLIĞIMIZIN TƏNTƏNƏSİ*
SİYASƏT
Zəfərin yaratdığı yeni reallıqlar və Azərbaycanın gələcək hədəfləri
SİYASƏT
Güclü iqtisadiyyat, müasir ordu və tarixi Qələbə
SİYASƏT
44 günə sığan qəhrəmanlıq və əsrlərə yazılan Zəfər
SİYASƏT
Şuşa Azərbaycan xalqının rəşadətinin, əyilməz iradəsinin simvoludur
SİYASƏT
Ana Vətən Partiyasından Tarixi Zəfərin Altıncı İldönümü İlə Bağlı BƏYANAT
SİYASƏT
Deputat: Bütün nailiyyətlər uzaqgörən siyasətin məntiqi nəticəsidir
SİYASƏT
Şuşanın azadlığı Azərbaycanın tarixi Zəfərinin və milli qürurunun təntənəsidir
SİYASƏT
Azad Şuşa dövlətimizin quruculuq əzminin və Böyük Qayıdışın rəmzidir
SİYASƏT
Şuşa Zəfəri milli qürurumuzun ən uca zirvəsidir
SİYASƏT
8 Noyabr: təqvimin qızıl hərflərlə yazılmış tarixi

Prezident İlham Əliyevin Qarabağ Universitetində etdiyi çıxış

2024-09-23 09:09:23 400 baxış
Xəbər şəkil

 Azərbaycan xalqının qələbəsini və gələcəyə baxışını əks etdirir.
     Bildiyimiz kimi, 20 sentyabr 2024-cü ildə Prezident İlham Əliyev Xankəndidə, yenicə yaradılmış Qarabağ Universitetində etdiyi çıxışında Azərbaycan xalqının tarixi zəfərindən, Vətən müharibəsi və antiterror əməliyyatlarının əhəmiyyətindən danışaraq, dövlətin suverenliyini tam bərpa etməsinin, xalqın iradəsi və əzmi ilə əldə olunmuş tarixi ədalətin bərpasının vacibliyini vurğuladı. Çıxışda həm tarixi perspektivlər, həm də gələcəyə dair strateji baxışlar önə çıxarıldı.
     Prezident Əliyev çıxışında Azərbaycan Ordusunun 2020-ci ildə qazandığı İkinci Qarabağ müharibəsindəki qələbənin və bir il əvvəl baş vermiş antiterror əməliyyatının milli suverenlik və ərazi bütövlüyü baxımından fundamental dönüş nöqtəsi olduğunu vurğuladı. O bildirdi ki, 44 günlük Vətən müharibəsi dövründə Ordumuz hər gün irəli gedərək işğal altındakı əraziləri bir-bir azad etmişdir. Bu, nəinki hərbi bir uğur, həm də Azərbaycan xalqının milli qürurunun bərpası idi. Dövlət başçısının sözlərinə görə, Ermənistan ordusunun acınacaqlı duruma düşdüyü və Ermənistanın 12 mindən çox fərarisinin olduğu bir vaxtda, Azərbaycan Ordusunda bir nəfər belə döyüş meydanını tərk etməmişdi. Bu, Azərbaycan xalqının mənəvi və psixoloji üstünlüyünü göstərirdi.
     Prezident cənab İlham Əliyev həmçinin qeyd etdi ki, İkinci Qarabağ müharibəsində 90 mindən çox azərbaycanlı gənc iştirak edib və 3200-dən çox qəhrəmanımız şəhid olub. Onların əziz xatirəsi daim qəlblərdə yaşayacaq və bu qələbə Azərbaycan xalqının milli şüurunda əbədi yer tutacaq.
     Çıxışında Qarabağın tarixi haqqında geniş məlumat verən ölkə rəhbəri  vurğuladı ki, XIX əsrin əvvəlində bağlanmış Kürəkçay, Gülüstan və Türkmənçay müqavilələri erməni əhalisinin Qarabağa köçürülməsi ilə nəticələndi və bu, Azərbaycan torpaqlarının işğalına təkan verdi. XX əsrin əvvəllərində isə “Dağlıq Qarabağ Muxtar Vilayəti”nin yaradılması ilə separatizmin təməli qoyuldu və bu addım Azərbaycan torpaqlarının daha da parçalanmasına xidmət etdi. Ulu Öndər Heydər Əliyev 1969-cu ildə hakimiyyətə gəldikdən sonra separatçı hərəkətlərə son qoyulsa da, 1987-ci ildə onun istefasından sonra separatizm yenidən baş qaldırdı. 
     Prezident İlham Əliyev beynəlxalq hüququn Azərbaycanın ərazi bütövlüyünün və suverenliyinin bərpasında əsas rol oynadığını qeyd etdi. O, Azərbaycan Ordusunun Vətən müharibəsi dövründə bir neçə müdafiə xəttini keçərək düşmənin mövqelərini darmadağın etdiyini və bu zaman Ermənistanın 15 mindən çox hərbi kontingentinin iflic vəziyyətinə düşdüyünü vurğuladı. Antiterror əməliyyatı zamanı əldə olunan qələbə də bir neçə saat ərzində erməni separatçı qüvvələrinin məğlub olması ilə nəticələndi. Azərbaycan öz gücünü və iradəsini nümayiş etdirərək bir daha göstərdi ki, beynəlxalq hüququn bərpası yalnız güclü dövlətlər tərəfindən təmin edilə bilər. Azərbaycan bu qələbəsi ilə təkcə öz ərazi bütövlüyünü təmin etmədi, həm də dünya xalqlarına ədalətin necə əldə olunacağını göstərdi. Prezident İlham Əliyev çıxışında qeyd etdi ki, işğaldan əziyyət çəkən xalqlar üçün Azərbaycanın nümunəsi ümid işığıdır. İnam və ədalət uğrunda mübarizə aparmadan heç bir haqq əldə edilə bilməz.
     Çıxışın ən vacib məqamlarından biri Prezident Əliyevin Azərbaycanın gələcək nəsillərinə etdiyi çağırış idi. O, milli birliyin və vətənpərvərlik ruhunun önəmini vurğulayaraq gənclərin milli ruhda tərbiyə olunmasının vacibliyini qeyd etdi. Azərbaycan xalqı 44 günlük Vətən müharibəsində bütün cəmiyyət olaraq vahid məqsədə xidmət edərək mütləq birlik nümayiş etdirdi. Gənclər öz mədəniyyətlərinə, ənənələrinə, mənəvi dəyərlərinə sadiq qalmalı, xarici təsirlərə qarşı ayıq olmalıdırlar. Prezident həmçinin təhsilin və müəllimlərin rolunu yüksək qiymətləndirdi. Müəllimlərin gənc nəslin həm bilik, həm də milli şüurda tərbiyəsində fəal rol oynamalı olduğunu vurğuladı. Qarabağ Universitetinin yaradılmasını isə tarixi hadisə adlandırdı və bu təhsil ocağının Qarabağın inkişafında mühüm rol oynayacağını bildirdi.
     Prezident İlham Əliyevin Qarabağ Universitetində etdiyi çıxış Azərbaycan xalqının qələbəsini və gələcəyə baxışını əks etdirir. Tarixi ədalətin bərpası beynəlxalq hüququn zəfəri, milli birlik və vətənpərvərlik ruhu bu çıxışın əsas mövzuları oldu. Qarabağda yeni tikilən məktəblər, universitetlər və infrastruktur layihələri ilə regionun inkişafı sürətlə davam edəcək və bu, Azərbaycanın tarixi zəfərinin möhkəmlənməsinə töhfə verəcəkdir.
 
Rahib Kərimov,
  Salyan rayon Yolüstü kənd tam orta məktəbin direktoru

Oxşar xəbərlər

Xəbər lenti
Konstitusiya – insan hüquqları və ədalətin ali təminatı
2026-11-11
Konstitusiya tariximizin mühüm mərhələləri
2026-11-11
Sabitlik və inkişafın hüquqi əsasları
2026-11-11
Konstitusiya müstəqil dövlətçiliyin möhkəm hüquqi təməlidir
2026-11-11
Günay Ağamalı: Üçrəngli bayrağımız qalib xalqın qüruru, müstəqil dövlətimizin əzəmətidir – ŞƏRH
2026-11-09
8 Noyabr xalqımızın milli qürurunun, dövlətçilik iradəsinin və tarixi ədalətin təntənəsidir
2026-11-09
Günay Ağamalı: Şuşa Zəfəri Azərbaycanın milli qürurunun və dövlətçilik qüdrətinin təcəssümüdür
2026-11-09
8 Noyabr – Şuşa şəhəri günü: Zəfərin zirvəsi, qürurun ünvanı
2026-11-07
Salyan Rayon Mərkəzi Xəstəxanasında 8 Noyabr – Zəfər Gününə həsr olunmuş tədbir keçirilib!
2026-11-06
Mavi göylərdə dalğalanan milli qürurumuz
2026-11-06
Ucalan bayrağımız, güclənən dövlətimiz
2026-11-06
Dövlətçiliyimizin ideoloji təməli və milli birliyimizin rəmzi
2026-11-06
Dövlət bayrağımız milli dəyərimizdir
2026-11-06
Zəfər Yolunun Aparıcı Zirvəsi
2026-11-06
Qalib Azərbaycanın Qürur Zirvəsi – Şuşa
2026-11-06
8 Noyabr- Şuşanın Əbədi Ruhunun Qayıdışı
2026-11-06
8 NOYABR – ZƏFƏR GÜNÜ: MİLLİ QÜRURUMUZUN, DÖVLƏTÇİLİYİMİZİN VƏ DÖNÜŞMƏZ İRADƏMİZİN TƏNTƏNƏSİ
2026-11-05
Salyanda Zəfər Gününə həsr olunmuş tədbir keçirilib
2026-11-05
Səhiyyə işçiləri ümumrayon ağacəkmə aksiyasında fəal iştirak ediblər
2026-11-05
8 NOYABR – ZƏFƏR GÜNÜ: MİLLİ QÜRURUMUZUN, BİRLİYİMİZİN VƏ QƏHRƏMANLIĞIMIZIN TƏNTƏNƏSİ*
2026-11-05
Zəfərin yaratdığı yeni reallıqlar və Azərbaycanın gələcək hədəfləri
2026-11-05
Güclü iqtisadiyyat, müasir ordu və tarixi Qələbə
2026-11-05
44 günə sığan qəhrəmanlıq və əsrlərə yazılan Zəfər
2026-11-05
Şuşa Azərbaycan xalqının rəşadətinin, əyilməz iradəsinin simvoludur
2026-11-04

2026-11-03