Xankəndi şəhərində Qarabağ universitetinin yaradılması tarixi hadisədir
Vaxtilə Qarabağda mövcud olmuş güclü təhsil ənənələrinin, intellektual potensialımızın yenidən gücləndirilməsi, insan kapitalının inkişaf etdirilməsi baxımından önəmlidir. Prezident İlham Əliyevin sərəncamı ilə Xankəndidə yenidən ali təhsil müəssisəsinin - Qarabağ Universitetinin yaradılması həm keçmişdə olan güclü təhsil ənənələrimizin bərpası, həm Qarabağda olan intellektual, insan kapitalının irəliyə aparılması, inkişaf etdirilməsi baxımından çox önəmlidir.
Qarabağ Azərbaycan xalqının tarixinə böyük mütəfəkkirləri, ədibləri, ədəbiyyatşünasları, filosofları, yazıçıları və digər tanınmış şəxsləri ilə töhfələr verib. Bu baxımdan Qarabağ Universitetinin yaradılması ilə bu ənənələrimiz yenidən bərpa ediləcək. Yenidən dağıdılmış, Ermənistan tərəfindən az qala məhv edilmiş irsimiz çiçəklənəcək. Biz həm də ölkə rəhbərliyi, Prezident İlham Əliyev tərəfindən Qarabağda infrastrukturun bərpası, kəndlər, qəsəbələr və şəhərlərin tikilməsi, yenidən qurulması ilə yanaşı intellektual potensialımızın bərpa məsələsinə də xüsusi diqqət yetirildiyinin şahidi oluruq. Bərpa və quruculuq təkcə gözəl binaların, gözəl infrastruktur sisteminin, yolların, körpülərin, tunellərin tikilməsindən ibarət deyil. Eyni zamanda biz insan kapitalımızın əvvəl mövcud olan potensialının yenidən bərpasını hədəfləyirik və bunu həyata keçiririk.
Vüsal Rzayev
Gəncə-Daşkəsən Regional Mədəniyyət İdarəsinin
Göygöl rayonu üzrə nümayəndəsi