Kanal4.az

Xəbərlərin ünvanı

Kanal4.az

SİYASƏT
Konstitusiya – insan hüquqları və ədalətin ali təminatı
SİYASƏT
Konstitusiya tariximizin mühüm mərhələləri
SİYASƏT
Sabitlik və inkişafın hüquqi əsasları
SİYASƏT
Konstitusiya müstəqil dövlətçiliyin möhkəm hüquqi təməlidir
SİYASƏT
Günay Ağamalı: Üçrəngli bayrağımız qalib xalqın qüruru, müstəqil dövlətimizin əzəmətidir – ŞƏRH
SİYASƏT
8 Noyabr xalqımızın milli qürurunun, dövlətçilik iradəsinin və tarixi ədalətin təntənəsidir
SİYASƏT
Günay Ağamalı: Şuşa Zəfəri Azərbaycanın milli qürurunun və dövlətçilik qüdrətinin təcəssümüdür
SİYASƏT
8 Noyabr – Şuşa şəhəri günü: Zəfərin zirvəsi, qürurun ünvanı
CƏMİYYƏT
Salyan Rayon Mərkəzi Xəstəxanasında 8 Noyabr – Zəfər Gününə həsr olunmuş tədbir keçirilib!
SİYASƏT
Mavi göylərdə dalğalanan milli qürurumuz
SİYASƏT
Ucalan bayrağımız, güclənən dövlətimiz
SİYASƏT
Dövlətçiliyimizin ideoloji təməli və milli birliyimizin rəmzi
SİYASƏT
Dövlət bayrağımız milli dəyərimizdir
SİYASƏT
Zəfər Yolunun Aparıcı Zirvəsi
SİYASƏT
Qalib Azərbaycanın Qürur Zirvəsi – Şuşa
SİYASƏT
8 Noyabr- Şuşanın Əbədi Ruhunun Qayıdışı
SİYASƏT
8 NOYABR – ZƏFƏR GÜNÜ: MİLLİ QÜRURUMUZUN, DÖVLƏTÇİLİYİMİZİN VƏ DÖNÜŞMƏZ İRADƏMİZİN TƏNTƏNƏSİ
SİYASƏT
Salyanda Zəfər Gününə həsr olunmuş tədbir keçirilib
SİYASƏT
Səhiyyə işçiləri ümumrayon ağacəkmə aksiyasında fəal iştirak ediblər
SİYASƏT
8 NOYABR – ZƏFƏR GÜNÜ: MİLLİ QÜRURUMUZUN, BİRLİYİMİZİN VƏ QƏHRƏMANLIĞIMIZIN TƏNTƏNƏSİ*
SİYASƏT
Zəfərin yaratdığı yeni reallıqlar və Azərbaycanın gələcək hədəfləri
SİYASƏT
Güclü iqtisadiyyat, müasir ordu və tarixi Qələbə
SİYASƏT
44 günə sığan qəhrəmanlıq və əsrlərə yazılan Zəfər
SİYASƏT
Şuşa Azərbaycan xalqının rəşadətinin, əyilməz iradəsinin simvoludur
SİYASƏT
Ana Vətən Partiyasından Tarixi Zəfərin Altıncı İldönümü İlə Bağlı BƏYANAT
SİYASƏT
Deputat: Bütün nailiyyətlər uzaqgörən siyasətin məntiqi nəticəsidir
SİYASƏT
Şuşanın azadlığı Azərbaycanın tarixi Zəfərinin və milli qürurunun təntənəsidir
SİYASƏT
Azad Şuşa dövlətimizin quruculuq əzminin və Böyük Qayıdışın rəmzidir
SİYASƏT
Şuşa Zəfəri milli qürurumuzun ən uca zirvəsidir
SİYASƏT
8 Noyabr: təqvimin qızıl hərflərlə yazılmış tarixi

Azərbaycan-İtaliya  arasındakı əməkdaşlıq

2024-09-10 10:11:03 305 baxış
Xəbər şəkil

Prezident İlham Əliyevin xarici ölkələrə səfərləri, səfərlər çərçivəsində keçirdiyi görüşlər, imzalanan sənədlər, həmçinin nüfuzlu beynəlxalq tədbirlərdə iştirakı, Azərbaycan haqqında həqiqətləri olduğu kimi dünyaya bəyan etməsi daim beynəlxalq aləmin, eləcə də aparıcı medianın diqqət mərkəzində olub. Azərbaycanın ikitərəfli münasibətlərinin dinamik inkişaf etdiyi ölkələr sırasında İtaliya xüsusi yer tutur.
Məlum olduğu kimi, Azərbaycanın dövlət başçısı İlham Əliyevin sentyabrın 6-da “Dünya, Avropa və İtaliya haqqında bilgilər” mövzusuna həsr olunmuş Beynəlxalq Çernobbio Forumunda “Yeni geosiyasi şəraitdə Azərbaycanın rolu” adlı sessiyada çıxış edib.
Azərbaycan-İtaliya  arasındakı əməkdaşlıq əsasən müstəqillik illərində dinamik inkişaf edib. Dövlətimizin başçısı səfər çərçivəsində mühüm əhəmiyyətli görüşlər keçirib. Görüş və müzakirələr zamanı bir daha ikitərəfli münasibətlərin strateji xarakteri öz təsdiqini tapdı. Müxtəlif sahələrdə çox ciddi əlaqələrin olduğu da qeyd edildi. İtaliya Avropa İttifaqına daxil olan ən mühüm dövlətlərdən biridir. İki ölkə arasında dostluq münasibətləri getdikcə daha da möhkəmlənir. Azərbaycanda çox sayda İtaliya şirkətinin fəaliyyəti daim yüksək qiymətləndirilir. İtaliya Azərbaycanı beynəlxalq səviyyədə dəstəkləyən mühüm dövlətlərdən biridir və ölkəmiz də Romaya eyni münasibəti göstərir. Azərbaycan və İtaliya uzun illərdir ki, strateji tərəfdaşlar kimi fəaliyyət göstərirlər. Bu barədə təqribən 10 il əvvəl müvafiq bəyannamə qəbul edilib. İki ölkə arasında əməkdaşlıq bir çox sahələri əhatə edir.
Azərbaycan Liderinin ölkəmizin ərazi bütövlüyünün və suverenliyinin bərpasının təkcə Qafqazda deyil, daha geniş regionda baş vermiş ən böyük geosiyasi dəyişiklik adlandırması xüsusi olaraq diqqətə çatdırılıb. Eyni zamanda, torpaqlarımızın işğaldan azad edilməsini hazırda ərazi bütövlüyünü və suverenliyini bərpa etməyə cəhd göstərən ölkələr üçün yaxşı nümunə olduğu vurğulanıb. Prezident İlham Əliyev iki ölkə arasında müntəzəm siyasi təmasların olduğunu da diqqətə çatdırıb. 
Bu, Azərbaycan Prezidentinin 2020-ci ildən bəri İtaliyaya 3-cü səfəri idi. Onu da qeyd edək ki, Prezident Mattarella 2018-ci ildə Azərbaycana səfər etmişdir. Dövlət başçıları arasındakı yüksək səviyyəli siyasi təmaslar Azərbaycanla İtaliyanın yaxın siyasi tərəfdaş olduğundan xəbər verir. Həmçinin çıxışda diqqətə çatdırıldı ki, İtaliya Azərbaycanın dünyada bir nömrəli ticarət tərəfdaşıdır. Ötən il ölkələrarası ticarət dövriyyəsi 16 milyard ABŞ dollarına çatıb. Əlaqələrin genişlənməsi üçün potensial yalnız enerji sektoru üzrə deyil, digər sektorlar üzrə də mövcuddur. Bütün bunlar təsdiqləyir ki, Azərbaycanla İtaliya çox yaxın tərəfdaş ölkələrdir.
Ölkə Prezidenti çıxışında qeyd etdi ki, enerji təhlükəsizliyi milli təhlükəsizliyin ayrılmaz parçasıdır. Azərbaycandan İtaliyayadək uzanan, Cənub Qaz Dəhlizi adlanan 3500 kilometrlik inteqrasiya edilmiş boru kəməri sistemi bu gün 10 ölkənin enerji təhlükəsizliyini təmin edir. Hazırda 10 ölkə Azərbaycandan qaz alır və onlardan 7-si Avropa İttifaqının üzvüdür. Bu səbəbdən Avropa Komissiyası Azərbaycanı ümumavropa qaz təchizatçısı və etibarlı tərəfdaş adlandırır. Boru kəmərinin başlanğıcı Azərbaycandadır və İtaliyaya qədər uzanır. Ancaq marşrut boyu mövcud olan əlavələr və interkonnektorlar sayəsində bu kəmər daha geniş coğrafiyanı əhatə edir. Burada da artım üçün güclü potensial var. Bu gün biz ən azı üç Avropa ölkəsi ilə qaz təchizatına dair danışıqlar aparırıq.
Nəzərə almaq lazımdır ki, İtaliya bizim bir nömrəli xarici ticarət tərəfdaşımızdır. Ötən ilin Azərbaycan və İtaliya arasındakı ticarət dövriyyəsinin 16 milyard dollara yaxın olması iki ölkənin nə qədər üstün səviyyədə əlaqələr qurduğunu göstərir. 
Həmçinin, bu gün İtaliya TAP (Trans-Adriatik boru kəməri) layihəsində də əsas ölkələrdən biridir. Azərbaycan İtaliyaya təxminən 10 milyard kubmetr qaz ixrac edib. 2027-ci ilə qədər isə İtaliyaya və bütövlükdə Avropaya ixrac etdiyimiz qazın həcmi 2 dəfə artaraq 20 milyard kubmetrə çatacaq. Əslində, bu fakt da bu onu nümayiş etdirir ki, Azərbaycan İtaliya başda olmaqla, Avropanın enerji təhlükəsizliyində nə qədər vacib əhəmiyyətə malikdir.
 İtaliya ilə münasibətlərimizin kökündə təkcə iqtisadi əlaqələr dayanmır ,həmçinin, siyasi, mədəni və digər əlaqələr baxımında da İtaliya ilə çox yaxın münasibətlərimiz mövcuddur. Azərbaycanın dahi şairi Nizami Gəncəvinin Romada heykəli var. Bundan başqa, Heydər Əliyev Fondu Vatikanda bir sıra quruculuq işləri aparıb, habelə İtaliyada Azərbaycan mədəniyyət günləri keçirilib. 
Bütün bunlar iki ölkə arasındakı münasibətlərdə perspektivi və potensialı göstərir. Tarixi əhəmiyyətinə görə önəmli ölkələrdən biri olan İtaliya ilə əlaqələrimizin belə üstün səviyyədə olması hər iki tərəfə də həm iqtisadi, həm də siyasi baxımdan mühüm dividentlər qazandırır.

Əli Məmmədov,
 Salyan rayon ”Asan Xidmət” mərkəzinin əməkdaşı  

Oxşar xəbərlər

Xəbər lenti
Konstitusiya – insan hüquqları və ədalətin ali təminatı
2026-11-11
Konstitusiya tariximizin mühüm mərhələləri
2026-11-11
Sabitlik və inkişafın hüquqi əsasları
2026-11-11
Konstitusiya müstəqil dövlətçiliyin möhkəm hüquqi təməlidir
2026-11-11
Günay Ağamalı: Üçrəngli bayrağımız qalib xalqın qüruru, müstəqil dövlətimizin əzəmətidir – ŞƏRH
2026-11-09
8 Noyabr xalqımızın milli qürurunun, dövlətçilik iradəsinin və tarixi ədalətin təntənəsidir
2026-11-09
Günay Ağamalı: Şuşa Zəfəri Azərbaycanın milli qürurunun və dövlətçilik qüdrətinin təcəssümüdür
2026-11-09
8 Noyabr – Şuşa şəhəri günü: Zəfərin zirvəsi, qürurun ünvanı
2026-11-07
Salyan Rayon Mərkəzi Xəstəxanasında 8 Noyabr – Zəfər Gününə həsr olunmuş tədbir keçirilib!
2026-11-06
Mavi göylərdə dalğalanan milli qürurumuz
2026-11-06
Ucalan bayrağımız, güclənən dövlətimiz
2026-11-06
Dövlətçiliyimizin ideoloji təməli və milli birliyimizin rəmzi
2026-11-06
Dövlət bayrağımız milli dəyərimizdir
2026-11-06
Zəfər Yolunun Aparıcı Zirvəsi
2026-11-06
Qalib Azərbaycanın Qürur Zirvəsi – Şuşa
2026-11-06
8 Noyabr- Şuşanın Əbədi Ruhunun Qayıdışı
2026-11-06
8 NOYABR – ZƏFƏR GÜNÜ: MİLLİ QÜRURUMUZUN, DÖVLƏTÇİLİYİMİZİN VƏ DÖNÜŞMƏZ İRADƏMİZİN TƏNTƏNƏSİ
2026-11-05
Salyanda Zəfər Gününə həsr olunmuş tədbir keçirilib
2026-11-05
Səhiyyə işçiləri ümumrayon ağacəkmə aksiyasında fəal iştirak ediblər
2026-11-05
8 NOYABR – ZƏFƏR GÜNÜ: MİLLİ QÜRURUMUZUN, BİRLİYİMİZİN VƏ QƏHRƏMANLIĞIMIZIN TƏNTƏNƏSİ*
2026-11-05
Zəfərin yaratdığı yeni reallıqlar və Azərbaycanın gələcək hədəfləri
2026-11-05
Güclü iqtisadiyyat, müasir ordu və tarixi Qələbə
2026-11-05
44 günə sığan qəhrəmanlıq və əsrlərə yazılan Zəfər
2026-11-05
Şuşa Azərbaycan xalqının rəşadətinin, əyilməz iradəsinin simvoludur
2026-11-04

2026-11-03