Kanal4.az

Xəbərlərin ünvanı

Kanal4.az

SİYASƏT
Konstitusiya – insan hüquqları və ədalətin ali təminatı
SİYASƏT
Konstitusiya tariximizin mühüm mərhələləri
SİYASƏT
Sabitlik və inkişafın hüquqi əsasları
SİYASƏT
Konstitusiya müstəqil dövlətçiliyin möhkəm hüquqi təməlidir
SİYASƏT
Günay Ağamalı: Üçrəngli bayrağımız qalib xalqın qüruru, müstəqil dövlətimizin əzəmətidir – ŞƏRH
SİYASƏT
8 Noyabr xalqımızın milli qürurunun, dövlətçilik iradəsinin və tarixi ədalətin təntənəsidir
SİYASƏT
Günay Ağamalı: Şuşa Zəfəri Azərbaycanın milli qürurunun və dövlətçilik qüdrətinin təcəssümüdür
SİYASƏT
8 Noyabr – Şuşa şəhəri günü: Zəfərin zirvəsi, qürurun ünvanı
CƏMİYYƏT
Salyan Rayon Mərkəzi Xəstəxanasında 8 Noyabr – Zəfər Gününə həsr olunmuş tədbir keçirilib!
SİYASƏT
Mavi göylərdə dalğalanan milli qürurumuz
SİYASƏT
Ucalan bayrağımız, güclənən dövlətimiz
SİYASƏT
Dövlətçiliyimizin ideoloji təməli və milli birliyimizin rəmzi
SİYASƏT
Dövlət bayrağımız milli dəyərimizdir
SİYASƏT
Zəfər Yolunun Aparıcı Zirvəsi
SİYASƏT
Qalib Azərbaycanın Qürur Zirvəsi – Şuşa
SİYASƏT
8 Noyabr- Şuşanın Əbədi Ruhunun Qayıdışı
SİYASƏT
8 NOYABR – ZƏFƏR GÜNÜ: MİLLİ QÜRURUMUZUN, DÖVLƏTÇİLİYİMİZİN VƏ DÖNÜŞMƏZ İRADƏMİZİN TƏNTƏNƏSİ
SİYASƏT
Salyanda Zəfər Gününə həsr olunmuş tədbir keçirilib
SİYASƏT
Səhiyyə işçiləri ümumrayon ağacəkmə aksiyasında fəal iştirak ediblər
SİYASƏT
8 NOYABR – ZƏFƏR GÜNÜ: MİLLİ QÜRURUMUZUN, BİRLİYİMİZİN VƏ QƏHRƏMANLIĞIMIZIN TƏNTƏNƏSİ*
SİYASƏT
Zəfərin yaratdığı yeni reallıqlar və Azərbaycanın gələcək hədəfləri
SİYASƏT
Güclü iqtisadiyyat, müasir ordu və tarixi Qələbə
SİYASƏT
44 günə sığan qəhrəmanlıq və əsrlərə yazılan Zəfər
SİYASƏT
Şuşa Azərbaycan xalqının rəşadətinin, əyilməz iradəsinin simvoludur
SİYASƏT
Ana Vətən Partiyasından Tarixi Zəfərin Altıncı İldönümü İlə Bağlı BƏYANAT
SİYASƏT
Deputat: Bütün nailiyyətlər uzaqgörən siyasətin məntiqi nəticəsidir
SİYASƏT
Şuşanın azadlığı Azərbaycanın tarixi Zəfərinin və milli qürurunun təntənəsidir
SİYASƏT
Azad Şuşa dövlətimizin quruculuq əzminin və Böyük Qayıdışın rəmzidir
SİYASƏT
Şuşa Zəfəri milli qürurumuzun ən uca zirvəsidir
SİYASƏT
8 Noyabr: təqvimin qızıl hərflərlə yazılmış tarixi

Olimpiya Oyunlarında yüksək nəticələrin qazanılması bu sahəyə göstərilən diqqət və qayğının nəticəsidir

2024-08-19 17:46:45 248 baxış
Xəbər şəkil

Tarixinin ən qüdrətli dövrünü yaşayan Azərbaycan bu gün həm də dünyada idman ölkəsi kimi tanınır. Ölkəmizdə idmana göstərilən qayğı qazanılan uğurlarda özünü büruzə verir. Dövlətimizin iqtisadi qüdrətinin ildən-ilə artması idmanın tərəqqisinə də müsbət təsir göstərib. Hazırda nəinki paytaxtımızda, eləcə də regionlarda Olimpiya kompleksləri, müasir idman qurğuları istifadəyə verilib, maddi-texniki baza möhkəmləndirilib. Bütün bu işlər, əlbəttə ki, idmançılarımızın yerli və beynəlxalq turnirlərdə uğur qazan-malarında mühüm rol oynayır.
Əlbəttə, ölkəmizdə bir çox mötəbər idman tədbirlərinin keçirilməsi, dünya və Avropa çempionatlarında, Olimpiya Oyunlarında yüksək nəticələrin qazanılması bu sahəyə göstərilən diqqət və qayğının nəticəsidir. Ölkəmiz birinci Avropa Oyunlarına, İslam Həmrəyliyi Oyunlarına və bir çox digər beynəlxalq yarışlara ev sahibliyi edib. Bu idman yarışlarında qazanılan nailiyyətlər göstərdi ki, ölkəmizdə perspektivli, güclü idmançılar nəsli yetişməkdədir.
Əlbəttə, yüksək nailiyyətlər qazanılan yarışlar içərisində ən nüfuzlusu isə dünyanın məşhur və 4 ildən bir keçirilən kütləvi idman müsabiqəsi - Yay Olimpiya Oyunlarıdır. Dünyada müxtəlif millətlərin nümayəndələrini bir araya toplayaraq onların ədalətli oyun prinsipləri əsasında idman mübarizəsinə qoşulmasını təmin etməsi ilə seçilən Olimpiya Oyunları ən mötəbər beynəlxalq tədbir kimi maraqla izlənilir. Azərbaycanda Olimpiya hərəkatının inkişafı birbaşa Prezident İlham Əliyevlə bağlıdır. Çünki məhz İlham Əliyevin Azərbaycanda Milli Olimpiya Komitəsinin Prezidenti seçilməsindən sonra idman sahəsinə diqqət və qayğı artaraq ən yüksək səviyyəyə çatdı. Azərbaycan idmançılarının dünya və Avropa çempionatlarında, Olimpiya Oyunlarında əldə etdikləri zəfərlər də bunu təsdiqləyən reallıqdır.
Bir neçə gün əvvəl başa çatmış XXXIII Paris Yay Olimpiya Oyunlarında idmançılarımız bir daha ölkəmizi ləyaqətlə təmsil edərək 2 qızıl, 2 gümüş və 3 bürünc medal qazanıb. Ölkəmiz bu oyunlarda dünyanın ən güclü 30 ölkəsinin arasında yer alıb. Həmçinin Olimpiadada iştirak edən və 57 dövlətin üzv olduğu İslam Əməkdaşlıq Təşkilatı ölkələri arasında Azərbaycan üçüncü yerdə qərarlaşıb. Bu yüksək nəticə kimi qiymətləndirilir.
Avqustun 14-də dövlət başçısı, Milli Olimpiya Komitəsinin Prezidenti İlham Əliyev medal qazanmış Azərbaycan idmançılarını və onların məşqçilərini qəbul edərkən ölkəmizdə  idmanın inkişafı istiqamətində atılan addımlara və uğurlu nəticələrə bir daha toxunaraq bildirdi ki, Olimpiya Oyunlarındakı uğurlarımız əvvəlki illərdə də, son oyunlarda da Azərbaycanın güclü idman dövləti olduğunu bir daha göstərdi. Dövlət başçısı Parisdə keçirilən Yay Olimpiya Oyunlarında idmançılarımızın zəhməti, istedadı, peşəkarlığı sayəsində qazandıqları qələbənin bütün xalqımıza sevinc bəxş etdiyini deyərək qeyd etdi ki, xüsusilə Olimpiya Oyunlarında qazanılan qələbə idmanda da, məişətdə də, həyatda da idmançının üzərinə böyük məsuliyyət qoyur. İdmançılarımızın yalnız məharətləri ilə deyil, həm də yarış zamanı layiqli davranışları ilə seçildiklərini vurğulayan Prezident dedi ki, bu, onların yüksək mənəvi keyfiyyətlərini bütün dünyaya nümayiş etdirdi. 
Təbii ki, qazanılan uğurlar hər bir idmançıya növbəti beynəlxalq yarışlara yüksək səviyyədə hazırlaşmaq üçün həm motivasiya verir, həm də onların üzərinə böyük məsuliyyət qoyur. Ona görə də idmançılarımız Prezidentin etimadını davamlı şəkildə doğrultmaq üçün daha çox çalışmalıdırlar. Dövlət başçısı da idmançılarımıza bunu tövsiyə edərək dedi ki,  bu nailiyyətlər eyni zamanda medal qazanmış idmançıların məsuliyyətini artırır: "Mən şadam ki, bizim idmançılarımız həm yarışlarda, eyni zamanda həyatda nümunəvi davranış qaydaları göstərirlər. Yəni siz gənclər üçün nümunəsiniz. Gənclər sizə baxıb sizin kimi olmaq istəyəcəklər və bu qələbənin vacib olan tərəflərindən biri məhz bundan ibarətdir".
Əminliklə deyə bilərik ki, Prezidentin tövsiyə və tapşırıqları idmançılarımıza növbəti yarışlara daha yüksək səviyyədə hazırlaşmaları üçün müsbət impuls verəcək və məsuliyyət hisslərini daha da artıracaq.

Bilal Ələkbərov,
Salyan Uşaq Gənclər İdman Şahmat Məktəbinin direktoru, YAP fəalı

Oxşar xəbərlər

Xəbər lenti
Konstitusiya – insan hüquqları və ədalətin ali təminatı
2026-11-11
Konstitusiya tariximizin mühüm mərhələləri
2026-11-11
Sabitlik və inkişafın hüquqi əsasları
2026-11-11
Konstitusiya müstəqil dövlətçiliyin möhkəm hüquqi təməlidir
2026-11-11
Günay Ağamalı: Üçrəngli bayrağımız qalib xalqın qüruru, müstəqil dövlətimizin əzəmətidir – ŞƏRH
2026-11-09
8 Noyabr xalqımızın milli qürurunun, dövlətçilik iradəsinin və tarixi ədalətin təntənəsidir
2026-11-09
Günay Ağamalı: Şuşa Zəfəri Azərbaycanın milli qürurunun və dövlətçilik qüdrətinin təcəssümüdür
2026-11-09
8 Noyabr – Şuşa şəhəri günü: Zəfərin zirvəsi, qürurun ünvanı
2026-11-07
Salyan Rayon Mərkəzi Xəstəxanasında 8 Noyabr – Zəfər Gününə həsr olunmuş tədbir keçirilib!
2026-11-06
Mavi göylərdə dalğalanan milli qürurumuz
2026-11-06
Ucalan bayrağımız, güclənən dövlətimiz
2026-11-06
Dövlətçiliyimizin ideoloji təməli və milli birliyimizin rəmzi
2026-11-06
Dövlət bayrağımız milli dəyərimizdir
2026-11-06
Zəfər Yolunun Aparıcı Zirvəsi
2026-11-06
Qalib Azərbaycanın Qürur Zirvəsi – Şuşa
2026-11-06
8 Noyabr- Şuşanın Əbədi Ruhunun Qayıdışı
2026-11-06
8 NOYABR – ZƏFƏR GÜNÜ: MİLLİ QÜRURUMUZUN, DÖVLƏTÇİLİYİMİZİN VƏ DÖNÜŞMƏZ İRADƏMİZİN TƏNTƏNƏSİ
2026-11-05
Salyanda Zəfər Gününə həsr olunmuş tədbir keçirilib
2026-11-05
Səhiyyə işçiləri ümumrayon ağacəkmə aksiyasında fəal iştirak ediblər
2026-11-05
8 NOYABR – ZƏFƏR GÜNÜ: MİLLİ QÜRURUMUZUN, BİRLİYİMİZİN VƏ QƏHRƏMANLIĞIMIZIN TƏNTƏNƏSİ*
2026-11-05
Zəfərin yaratdığı yeni reallıqlar və Azərbaycanın gələcək hədəfləri
2026-11-05
Güclü iqtisadiyyat, müasir ordu və tarixi Qələbə
2026-11-05
44 günə sığan qəhrəmanlıq və əsrlərə yazılan Zəfər
2026-11-05
Şuşa Azərbaycan xalqının rəşadətinin, əyilməz iradəsinin simvoludur
2026-11-04

2026-11-03