Dil siyasətinin əsaslarını yaradan Ümummilli Lider Heydər Əliyevdi
Dil siyasətinin əsaslarını yaradan Ümummilli Lider Heydər Əliyev 2001 - ci il 9 avqustda imzaladığı fərmana əsasən 1 Avqust Azərbaycan Respublikasında Azərbaycan Əlifbası və Azərbaycan dili Günü elan edilmişdir.
Ulu Öndər Heydər Əliyevin hakimiyyətdə olduğu dövrdə həm siyasi, ictimai, həm də mədəni aspektdə dilin mövqeyinin möhkəmləndirilməsi üçün bir çox islahatlar həyata keçirilmişdir.
Dövlət başçısı Cənab İlham Əliyev bu ənənəni uğurla davam etdirməkdədir. Ölkə prezidentinin “Azərbaycan dilində latın qrafikası ilə kütləvi nəşrlərin həyata keçirilməsi haqqında”, “Azərbaycan Milli ensiklopediyasının hazırlanması haqqında”, “Azərbaycan dilinin elektron məkanda daha geniş istifadəsinin təmin edilməsi ilə bağlı bir sıra tədbirlər haqqında” imzaladığı sərəncamlar və bu sahədə görülən işlər Ana dilimizin inkişafında xüsusi əhəmiyyət kəsb edir.
Milli sərvətimiz olan dilimizi qoruyub, nəsildən-nəsilə ötürmək hər birimizin müqəddəs amalıdır.
Günay Ağamalı,
Ana Vətən Partiyası sədrinin müavini