Kanal4.az

Xəbərlərin ünvanı

Kanal4.az

SİYASƏT
Konstitusiya – insan hüquqları və ədalətin ali təminatı
SİYASƏT
Konstitusiya tariximizin mühüm mərhələləri
SİYASƏT
Sabitlik və inkişafın hüquqi əsasları
SİYASƏT
Konstitusiya müstəqil dövlətçiliyin möhkəm hüquqi təməlidir
SİYASƏT
Günay Ağamalı: Üçrəngli bayrağımız qalib xalqın qüruru, müstəqil dövlətimizin əzəmətidir – ŞƏRH
SİYASƏT
8 Noyabr xalqımızın milli qürurunun, dövlətçilik iradəsinin və tarixi ədalətin təntənəsidir
SİYASƏT
Günay Ağamalı: Şuşa Zəfəri Azərbaycanın milli qürurunun və dövlətçilik qüdrətinin təcəssümüdür
SİYASƏT
8 Noyabr – Şuşa şəhəri günü: Zəfərin zirvəsi, qürurun ünvanı
CƏMİYYƏT
Salyan Rayon Mərkəzi Xəstəxanasında 8 Noyabr – Zəfər Gününə həsr olunmuş tədbir keçirilib!
SİYASƏT
Mavi göylərdə dalğalanan milli qürurumuz
SİYASƏT
Ucalan bayrağımız, güclənən dövlətimiz
SİYASƏT
Dövlətçiliyimizin ideoloji təməli və milli birliyimizin rəmzi
SİYASƏT
Dövlət bayrağımız milli dəyərimizdir
SİYASƏT
Zəfər Yolunun Aparıcı Zirvəsi
SİYASƏT
Qalib Azərbaycanın Qürur Zirvəsi – Şuşa
SİYASƏT
8 Noyabr- Şuşanın Əbədi Ruhunun Qayıdışı
SİYASƏT
8 NOYABR – ZƏFƏR GÜNÜ: MİLLİ QÜRURUMUZUN, DÖVLƏTÇİLİYİMİZİN VƏ DÖNÜŞMƏZ İRADƏMİZİN TƏNTƏNƏSİ
SİYASƏT
Salyanda Zəfər Gününə həsr olunmuş tədbir keçirilib
SİYASƏT
Səhiyyə işçiləri ümumrayon ağacəkmə aksiyasında fəal iştirak ediblər
SİYASƏT
8 NOYABR – ZƏFƏR GÜNÜ: MİLLİ QÜRURUMUZUN, BİRLİYİMİZİN VƏ QƏHRƏMANLIĞIMIZIN TƏNTƏNƏSİ*
SİYASƏT
Zəfərin yaratdığı yeni reallıqlar və Azərbaycanın gələcək hədəfləri
SİYASƏT
Güclü iqtisadiyyat, müasir ordu və tarixi Qələbə
SİYASƏT
44 günə sığan qəhrəmanlıq və əsrlərə yazılan Zəfər
SİYASƏT
Şuşa Azərbaycan xalqının rəşadətinin, əyilməz iradəsinin simvoludur
SİYASƏT
Ana Vətən Partiyasından Tarixi Zəfərin Altıncı İldönümü İlə Bağlı BƏYANAT
SİYASƏT
Deputat: Bütün nailiyyətlər uzaqgörən siyasətin məntiqi nəticəsidir
SİYASƏT
Şuşanın azadlığı Azərbaycanın tarixi Zəfərinin və milli qürurunun təntənəsidir
SİYASƏT
Azad Şuşa dövlətimizin quruculuq əzminin və Böyük Qayıdışın rəmzidir
SİYASƏT
Şuşa Zəfəri milli qürurumuzun ən uca zirvəsidir
SİYASƏT
8 Noyabr: təqvimin qızıl hərflərlə yazılmış tarixi

AŞPA seçkiyə dəvət olunmayıb. Səbəbləri nədir?

2024-07-31 11:29:53 153824 baxış
Xəbər şəkil

Azərbaycandan Avropa Şurasının Parlament Assambleyasına (AŞPA) ölkədə sentyabrın 1-də keçiriləcək parlament seçkilərini müşahidə etmək üçün rəsmi dəvət göndərilməyib.

Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) sözçüsü Ayxan Hacızadə deyib ki, onlar 7 beynəlxalq təşkilata dəvət göndəriblər: “ATƏT Demokratik Təsisatlar və İnsan Haqları Bürosu, Müstəqil Dövlətlər Birliyi, İslam Əməkdaşlıq Təşkilatı, GUAM, Qoşulmama Hərəkatı Gənclər Təşkilatı, Şanxay Əməkdaşlıq Təşkilatı, Türk Dövlətləri Təşkilatı XİN-in dəvət etdiyi təşkilatlardır”.

Amma, hələlik, AŞPA-ya dəvətin göndərilməməsinin səbəbləri ilə bağlı rəsmi izahat verilmir.

Bu ilin fevralında Azərbaycanda keçirilən növbədənkənar Prezident seçkiləri ilə də bağlı da AŞPA-ya dəvət göndərilməmişdi. Bu il AŞPA ilə Azərbaycan arasında müəyyən gərginlik də yaşanıb. Qurumun yanvar sessiyasında Azərbaycan nümayəndə heyətinin səsvermə hüququ tanınmayıb. Buna səbəb kimi əməkdaşlıqda problemlərin yaşanması və Azərbaycanın insan hüquqları ilə bağlı üzərinə götürdüyü öhdəliklərə əməl etməməsi göstərilib.

Azərbaycan da iradları qəbul etməyib, onun nümayəndə heyəti AŞPA-da iştirakını qeyri-müəyyən müddətə dayandırmaq qərarını verib.

Amma Milli Məclisin VI çağırış deputatı, “Ana Vətən” Partiyasının sədri Fəzail Ağamalı Turana bildirib ki, Milli Məclisin VI çağırış deputatı, “Ana Vətən” Partiyasının sədri Fəzail Ağamalı Turana bildirib ki, Azərbaycanın AŞPA-ya parlament seçkilərini müşahidə etmək üçün dəvət göndərmədiyinin səbəbləri aydındır: “Azərbaycan 44 günlük Vətən müharibəsində, eyni zamanda ötən ilin sentyabrında aparılan xüsusi antiterror əməliyyatında separatçı xunta rejimini darmadağın etdikdən sonra Avropa Şurası və ora daxil olan ölkələrin əksəriyyəti Azərbaycana qarşı qərəzli mövqeyini ortaya qoydu. Onlar Azərbaycan qələbəsini heç cür həzm edə bilmirdilər”.

F.Ağamalının fikrincə, ona görə də AŞPA heç bir əsas olmadan, absurd bəhanələrlə qurumdakı Azərbaycanın nümayəndə heyətinin mandatını qəbul etmədi: “Azərbaycan buna cavab olaraq məsuliyyətli və ciddi dövlət kimi adekvat addımları atmalı idi. O gündən bu günə qədər də Avropa Şurası ilə Azərbaycan arasında hər hansı bir kommunikasiya yoxdur”.
O, qeyd edib ki, prezident seçkilərində olduğu kimi parlament seçkilərində də AŞPA-nın müşahidəçilik üçün gəlməyə heç bir mənəvi haqqı və əsası yoxdur: “Çünki onlar qərəzli mövqedən əl çəkməyən bir xristian klubudur. Gəlsə də Azərbaycanda neqativ hallar olmasa belə, onu dünya ictimaiyyətinə çatdırmağa çalışacaq, bəyanatlarında xüsusi bir pafosla verəcək”.
Deputatın sözlərinə görə, Avropa Şurası ilə Azərbaycan arasında hazırda heç bir kontaktı yoxdur: “Nə qədər ki  Avropa Şurası Azərbaycana qarşı ədalətsiz və qərəzli mövqeyindən imtina etməyib bu təsisatla hər hansı bir normal münasibət sadəcə olaraq mümkün deyil”. 

Siyasi Menecment İnstitutunun rəhbəri Azər Qasımlı isə Azadlıq Radiosuna bildirib ki, AŞPA-nın dəvət edilməməsi iki səbəbdən ola bilər: “AŞPA ilə Azərbaycan arasında münasibətləri yaxşı deyil. Həmçinin, başa düşürlər ki, ölkədə hazırda seçki prosesi yoxdur. Ona görə kimlərinsə gəlib burada rəyini bildirməsini, tənqid etməsini istəmirlər. AŞPA ilə münasibətlər yaxşı deyil deyə, bilirlər ki, bu rəy də çox radikal olacaq. Ona görə də Avropa Şurasının Parlament Assambleyasının missiyasını bura buraxmırlar”.

Siyasi şərhçi hesab edir ki, missiyanın dəvət edilməməsi irəlidə münasibətlərə mənfi təsir göstərəcək: “Görünən də odur ki, uzun müddət bu münasibətlər belə qalacaq. Məntiqlə, bu parlament seçkilərində missiya iştirak etməyibsə, AŞPA seçkiləri legitim hesab etməməlidir. Legitim hesab etməyəcəklərsə, gələn il AŞPA-nın qış sessiyasında da yeni parlamentin nümayəndə heyətinin mandatını qəbul etməməlidilər”.

Onun fikrincə, Azərbaycan istəyərdi ki, eyni şərtlər qala-qala Avropa Şurası onun nümayəndə heyətinin mandatını qəbul etsin: “Amma indi legitimlik məsələsi var. Ya AŞPA geri çəkilməlidir, ya da Azərbaycan iqtidarı. Başqa yol yoxdur”.

Oxşar xəbərlər

Xəbər lenti
Konstitusiya – insan hüquqları və ədalətin ali təminatı
2026-11-11
Konstitusiya tariximizin mühüm mərhələləri
2026-11-11
Sabitlik və inkişafın hüquqi əsasları
2026-11-11
Konstitusiya müstəqil dövlətçiliyin möhkəm hüquqi təməlidir
2026-11-11
Günay Ağamalı: Üçrəngli bayrağımız qalib xalqın qüruru, müstəqil dövlətimizin əzəmətidir – ŞƏRH
2026-11-09
8 Noyabr xalqımızın milli qürurunun, dövlətçilik iradəsinin və tarixi ədalətin təntənəsidir
2026-11-09
Günay Ağamalı: Şuşa Zəfəri Azərbaycanın milli qürurunun və dövlətçilik qüdrətinin təcəssümüdür
2026-11-09
8 Noyabr – Şuşa şəhəri günü: Zəfərin zirvəsi, qürurun ünvanı
2026-11-07
Salyan Rayon Mərkəzi Xəstəxanasında 8 Noyabr – Zəfər Gününə həsr olunmuş tədbir keçirilib!
2026-11-06
Mavi göylərdə dalğalanan milli qürurumuz
2026-11-06
Ucalan bayrağımız, güclənən dövlətimiz
2026-11-06
Dövlətçiliyimizin ideoloji təməli və milli birliyimizin rəmzi
2026-11-06
Dövlət bayrağımız milli dəyərimizdir
2026-11-06
Zəfər Yolunun Aparıcı Zirvəsi
2026-11-06
Qalib Azərbaycanın Qürur Zirvəsi – Şuşa
2026-11-06
8 Noyabr- Şuşanın Əbədi Ruhunun Qayıdışı
2026-11-06
8 NOYABR – ZƏFƏR GÜNÜ: MİLLİ QÜRURUMUZUN, DÖVLƏTÇİLİYİMİZİN VƏ DÖNÜŞMƏZ İRADƏMİZİN TƏNTƏNƏSİ
2026-11-05
Salyanda Zəfər Gününə həsr olunmuş tədbir keçirilib
2026-11-05
Səhiyyə işçiləri ümumrayon ağacəkmə aksiyasında fəal iştirak ediblər
2026-11-05
8 NOYABR – ZƏFƏR GÜNÜ: MİLLİ QÜRURUMUZUN, BİRLİYİMİZİN VƏ QƏHRƏMANLIĞIMIZIN TƏNTƏNƏSİ*
2026-11-05
Zəfərin yaratdığı yeni reallıqlar və Azərbaycanın gələcək hədəfləri
2026-11-05
Güclü iqtisadiyyat, müasir ordu və tarixi Qələbə
2026-11-05
44 günə sığan qəhrəmanlıq və əsrlərə yazılan Zəfər
2026-11-05
Şuşa Azərbaycan xalqının rəşadətinin, əyilməz iradəsinin simvoludur
2026-11-04

2026-11-03