Kanal4.az

Xəbərlərin ünvanı

Kanal4.az

SİYASƏT
Günay Ağamalı: Üçrəngli bayrağımız qalib xalqın qüruru, müstəqil dövlətimizin əzəmətidir – ŞƏRH
SİYASƏT
8 Noyabr xalqımızın milli qürurunun, dövlətçilik iradəsinin və tarixi ədalətin təntənəsidir
SİYASƏT
Günay Ağamalı: Şuşa Zəfəri Azərbaycanın milli qürurunun və dövlətçilik qüdrətinin təcəssümüdür
SİYASƏT
8 Noyabr – Şuşa şəhəri günü: Zəfərin zirvəsi, qürurun ünvanı
CƏMİYYƏT
Salyan Rayon Mərkəzi Xəstəxanasında 8 Noyabr – Zəfər Gününə həsr olunmuş tədbir keçirilib!
SİYASƏT
Mavi göylərdə dalğalanan milli qürurumuz
SİYASƏT
Ucalan bayrağımız, güclənən dövlətimiz
SİYASƏT
Dövlətçiliyimizin ideoloji təməli və milli birliyimizin rəmzi
SİYASƏT
Dövlət bayrağımız milli dəyərimizdir
SİYASƏT
Zəfər Yolunun Aparıcı Zirvəsi
SİYASƏT
Qalib Azərbaycanın Qürur Zirvəsi – Şuşa
SİYASƏT
8 Noyabr- Şuşanın Əbədi Ruhunun Qayıdışı
SİYASƏT
8 NOYABR – ZƏFƏR GÜNÜ: MİLLİ QÜRURUMUZUN, DÖVLƏTÇİLİYİMİZİN VƏ DÖNÜŞMƏZ İRADƏMİZİN TƏNTƏNƏSİ
SİYASƏT
Salyanda Zəfər Gününə həsr olunmuş tədbir keçirilib
SİYASƏT
Səhiyyə işçiləri ümumrayon ağacəkmə aksiyasında fəal iştirak ediblər
SİYASƏT
8 NOYABR – ZƏFƏR GÜNÜ: MİLLİ QÜRURUMUZUN, BİRLİYİMİZİN VƏ QƏHRƏMANLIĞIMIZIN TƏNTƏNƏSİ*
SİYASƏT
Zəfərin yaratdığı yeni reallıqlar və Azərbaycanın gələcək hədəfləri
SİYASƏT
Güclü iqtisadiyyat, müasir ordu və tarixi Qələbə
SİYASƏT
44 günə sığan qəhrəmanlıq və əsrlərə yazılan Zəfər
SİYASƏT
Şuşa Azərbaycan xalqının rəşadətinin, əyilməz iradəsinin simvoludur
SİYASƏT
Ana Vətən Partiyasından Tarixi Zəfərin Altıncı İldönümü İlə Bağlı BƏYANAT
SİYASƏT
Deputat: Bütün nailiyyətlər uzaqgörən siyasətin məntiqi nəticəsidir
SİYASƏT
Şuşanın azadlığı Azərbaycanın tarixi Zəfərinin və milli qürurunun təntənəsidir
SİYASƏT
Azad Şuşa dövlətimizin quruculuq əzminin və Böyük Qayıdışın rəmzidir
SİYASƏT
Şuşa Zəfəri milli qürurumuzun ən uca zirvəsidir
SİYASƏT
8 Noyabr: təqvimin qızıl hərflərlə yazılmış tarixi
SİYASƏT
BİZ SİYASƏTDƏ İKİLİ STANDARTLARA QARŞI HƏMİŞƏ MÜBARİZƏ APARMIŞIQ VƏ BUNDAN SONRA DA MÜBARİZƏ APARACAĞIQ
GÜNDƏM
ANA DİLİ MƏDƏNİ İRSİN YADDAŞIDIR: ONUN QORUNMASI BÜTÜN BƏŞƏRİYYƏTİN ORTAQ MƏSULİYYƏTİDİR
SİYASƏT
Azərbaycan–Laos münasibətləri Siyasi etimaddan strateji əməkdaşlığa doğru yüksəlir - RƏY
SİYASƏT
Biləsuvarda patronaj xidmətlərinin əhatə dairəsi genişləndirilib

Dünya ÇİNdən TƏZMİNAT istəyəcək

2020-03-26 15:36:57 371 baxış
Xəbər şəkil

Elxan Şahinoğlu: “Tramp artıq indidən ona işarə edir ki, virusla mübarizə bitdikdən sonra Çinə qarşı ciddi ittihamlar irəli sürüləcək”

Koronovirus pandemiyası dünyanın beynəlxalq ictimai-siyasi xəritəsini az qala iflic edib. Dünya ağalığı uğrunda mübarizə aparan güclər sözün həqiqi mənasında KORONAvirusun qarşısında aciz qalıb. Çindən başlayan virus, bu gün güc dövlətlərinin bu ölkəyə qarşı  maddi tələblər irəli sürməsi ideyasını ortaya atıb. Belə ki, dünyanı lərziyə salan virusa görə Çini təqsirli bilənlərin sonrakı addımlarının nədən ibarət olacağı birmənalı qarşıalanmır.

Baxar.az məsələyə “Atlas” Araşdırmalar Mərkəzinin prizamasında aydınlıq gətirməyə çalışıb.

Elxan Şahinoğu bildirib ki, Antarktida istisna olmaqla dünyanın demək olar ki, bütün bölgələrində və ölkələrində koronavirus yayılıb.

“Virusun mənbəyi Çin idi. Təsadüfi deyil ki, ABŞ prezidenti Donald Tramp xəstəliyi “koronavirus” deyil, “Çin virusu” adlandırıb. Jurnalistlər Ağ Ev sahibindən xəstəliyi niyə belə adlandırdığını soruşduqda Trampın cavabı sadə olub: “Çünki virus Çindən yayılıb””.

Politoloq hesab edir ki, məhz bu ifadənin arxasında siyasi məna var və virusa görə bu ölkəni təqsirli biləcək bir çox nüanslar qeyd olunur.

“Çində xəstəlik 7 dekabr 2019-cu ildə qeydə alınıb. Ancaq Çin Ümumdünya Səhiyyə Təşkilatına (ÜST) sirli sətəlcəm xəstəsi olan vətəndaşları haqqında məlumatı yalnız 31 dekabrda göndərib. Vacib olan 14 gün itirilib. Sürətlə yayılan koronavirusla mübarizədə 14 gün çox böyük müddətdir. Yanvar ayı boyunca xəstəliyin miqyası xeyli artıb. Buna baxmayaraq, yanvarın 18-də xəstəliyin yayıldığı Uhan şəhərində möhtəşəm ziyafət təşkil edilib, təşkilatçılar tədbirdə hazırldıqları yeməklərlə dünya rekordunu qırmağa çalışıblar. Ziyafətdə təxminən 40 min nəfər iştirak edib. Halbuki, həmin ərəfədə bölgədə nəinki zifayət keçirmək, həyəcan təbili çalmaq lazım idi. Məsələ burasındadır ki, çinlilər dünyada ən çox səyahət edən millətlərdəndir. Çinlilər dünyanın bütün ölkələrinə səyahət edirlər. Misal üçün virusun baş qaldırdığı yanvar ayında Hubey əyalətində və Uhanda yaşayan 7 milyon çinli müxtəlif dövlətlərə, o cümlədən Amerika Birləşmiş Ştatlarına və Avropa dövlətlərinə səyahət ediblər. Halbuki, Çinin mərkəzi hakimiyyəti virusu müəyyənləşdirən həkimləri cəzalandırmaq əvəzinə dünyanı virus haqqında xəbərdar etsəydi, həm vəziyyəti nəzarət altına almaq olardı, həm də vaxt itirmədən qarşılıqlı səfərlərə qadağa qoyulardı”.

Politoloq tədqiqatçıların hesablamalarına əsasən bildirib ki,  dünya ölkələrinə virusu məhz səyahət edən 7 milyon çinli yayıb. Fevralın 3-də Çinin lideri Si Tszinpin Kommunist Partiyasının tədbirində nitq söyləyib. Həmin nitqdə virus barədə heç bir cümlə olmayıb. Həmin partiya tədbirində çıxış edən Hubey vilayətinin rəhbəri də virus barədə fikir söyləməyib. Halbuki, həmin rəhbərin mövcud vəziyyət barədə artıq məlumatlı idi. Yəni hadisələrin inkişafı göstərir ki, Çinin vilayət rəhbəri virusun yayıldığı ilk günlərdə prosesi gizli saxlamağa çalışıb. Çinin mərkəzi hakimiyyəti isə bir müddət prosesə ciddi yanaşmayıb. Yalnız ölənlərin sayı artdıqda və bunu gizlətmək mümkün olmadıqda Çin həyəcan təbili çalıb. Ancaq artıq gec idi. Çünki, virus yayılına qədər Uhanda yaşayan çinlilər dünyanın bütün ölkələrini gəziblər, başqa ölkələrin insanları da eyni zamanda həmin şəhərdə olublar. Bunların hamısı virus daşıyıcılarına çevriliblər.

E.Şahinoğlu hesab edir ki, virusun dünyaya yayılmasında Çinin məsuliyyətsizliyi haqqında informasiyalar çoxdur. Bu haqda dünya mətbuatı müxtəlif yazılar yayınlayırlar. Hələ ki, dünya dövlətlərinin rəsmiləri bu mövzunu xüsusi qabartmırlar.

“Yalnız Donald Tramp əsəbi şəkildə xəstəliyi “Çin virusu”adlandırır. Tramp artıq indidən ona işarə edir ki, virusla mübarizə bitdikdən sonra Çinə qarşı ciddi ittihamlar irəli sürüləcək. Bəziləri hətta Çinə qarşı maddi təzminat məsələsini gündəmə gətirirlər. Həqiqətən dövlətlər həm vətəndaşlarını itirirlər, həm də iqtisadiyyatları dağılır. Müxtəlif iqtisadi mexanizmləri bərpa etmək üçün dövlətlərə trilyonlarla dollar vəsait lazım gələcək. Kimsə kimsəyə kömək etməyəcək, çünki hamının köməyə ehtiyacı var”.

E.Şahinoğlu  bildirib ki, Çin hakimiyyəti hələ ki, baş verənlərə görə özünü müqəssir saymır. Əksinə virusun yayılma miqyasını azaldan Çin normal həyata qayıdır. Çin normal həyata qayıdarkən, Qərb ölkələrinin itkiləri artmaqda davam edir, virusun yayılma sürəti hələ pik nöqtəsinə çatmayıb. Misal üçün 1 milyard 300 milyon əhalisi olan Çində koronavirusdan təxminən 3 min insan vəfat etdisə, 60 milyon əhalisi olan İtaliyada ölənlərin sayı Çindəkindən iki dəfə artıqdır və ağır proses hələ davam edir. İspaniyada da durum ağırdır. Amerika vurisun növbəti mərkəzinə çevrilir.

“Çinin qonşuluğunda da vəziyyət ürək açan deyil. Hindistanda da karantin elan edilib. Əhalisi 1 milyarddan çox olan Hindistan virusdan qorunmaq məcburiyyətindədir. Pakistanda da virusa yoluxanları sayı artır. Pakistanın səhiyyəsi artan virusla mübarizə aparmaqda çətinlik çəkir. Pakistanın kasıb bölgələrindən olan Pəncabda və bir hissəsinə nəzarət etdiyi Kəşmirdə virusdan ölənlər haqqında müxtəlif məlumatlar var, əyalətlər arasında yollar bağlanıb, bu da insanlarda narazılıq yaradır. Pakistanda vəziyyət nəzarətdən çıxarsa, İslamabad yardım üçün başqa dövlətlərə və maliyyə təşkilatlarına müraciət edə bilər. Pakistandan fərqli olaraq Cənubi Koreya virusla mübarizə aparmaq gücündədir. İlk başda virus Çindən sonra Cənubi Kareyaya yayıldı. Ancaq Cənubi Koreyanın müasir xəstəxanaları və tibbi ləvazimatları virusla mübarizə aparmağa imkan verdi. Asiya ölkələrindən Yaponiyada da durum nəzarət altındadır”

Ləman

Baxar.az

Oxşar xəbərlər

Xəbər lenti
Günay Ağamalı: Üçrəngli bayrağımız qalib xalqın qüruru, müstəqil dövlətimizin əzəmətidir – ŞƏRH
2026-11-09
8 Noyabr xalqımızın milli qürurunun, dövlətçilik iradəsinin və tarixi ədalətin təntənəsidir
2026-11-09
Günay Ağamalı: Şuşa Zəfəri Azərbaycanın milli qürurunun və dövlətçilik qüdrətinin təcəssümüdür
2026-11-09
8 Noyabr – Şuşa şəhəri günü: Zəfərin zirvəsi, qürurun ünvanı
2026-11-07
Salyan Rayon Mərkəzi Xəstəxanasında 8 Noyabr – Zəfər Gününə həsr olunmuş tədbir keçirilib!
2026-11-06
Mavi göylərdə dalğalanan milli qürurumuz
2026-11-06
Ucalan bayrağımız, güclənən dövlətimiz
2026-11-06
Dövlətçiliyimizin ideoloji təməli və milli birliyimizin rəmzi
2026-11-06
Dövlət bayrağımız milli dəyərimizdir
2026-11-06
Zəfər Yolunun Aparıcı Zirvəsi
2026-11-06
Qalib Azərbaycanın Qürur Zirvəsi – Şuşa
2026-11-06
8 Noyabr- Şuşanın Əbədi Ruhunun Qayıdışı
2026-11-06
8 NOYABR – ZƏFƏR GÜNÜ: MİLLİ QÜRURUMUZUN, DÖVLƏTÇİLİYİMİZİN VƏ DÖNÜŞMƏZ İRADƏMİZİN TƏNTƏNƏSİ
2026-11-05
Salyanda Zəfər Gününə həsr olunmuş tədbir keçirilib
2026-11-05
Səhiyyə işçiləri ümumrayon ağacəkmə aksiyasında fəal iştirak ediblər
2026-11-05
8 NOYABR – ZƏFƏR GÜNÜ: MİLLİ QÜRURUMUZUN, BİRLİYİMİZİN VƏ QƏHRƏMANLIĞIMIZIN TƏNTƏNƏSİ*
2026-11-05
Zəfərin yaratdığı yeni reallıqlar və Azərbaycanın gələcək hədəfləri
2026-11-05
Güclü iqtisadiyyat, müasir ordu və tarixi Qələbə
2026-11-05
44 günə sığan qəhrəmanlıq və əsrlərə yazılan Zəfər
2026-11-05
Şuşa Azərbaycan xalqının rəşadətinin, əyilməz iradəsinin simvoludur
2026-11-04
Ana Vətən Partiyasından Tarixi Zəfərin Altıncı İldönümü İlə Bağlı BƏYANAT
2026-11-04
Deputat: Bütün nailiyyətlər uzaqgörən siyasətin məntiqi nəticəsidir
2026-11-04
Şuşanın azadlığı Azərbaycanın tarixi Zəfərinin və milli qürurunun təntənəsidir
2026-11-04
Azad Şuşa dövlətimizin quruculuq əzminin və Böyük Qayıdışın rəmzidir
2026-11-04
Şuşa Zəfəri milli qürurumuzun ən uca zirvəsidir
2026-11-04
8 Noyabr: təqvimin qızıl hərflərlə yazılmış tarixi
2026-11-03
BİZ SİYASƏTDƏ İKİLİ STANDARTLARA QARŞI HƏMİŞƏ MÜBARİZƏ APARMIŞIQ VƏ BUNDAN SONRA DA MÜBARİZƏ APARACAĞIQ
2026-11-02

2026-11-01