Kanal4.az

Xəbərlərin ünvanı

Kanal4.az

SİYASƏT
Konstitusiya – insan hüquqları və ədalətin ali təminatı
SİYASƏT
Konstitusiya tariximizin mühüm mərhələləri
SİYASƏT
Sabitlik və inkişafın hüquqi əsasları
SİYASƏT
Konstitusiya müstəqil dövlətçiliyin möhkəm hüquqi təməlidir
SİYASƏT
Günay Ağamalı: Üçrəngli bayrağımız qalib xalqın qüruru, müstəqil dövlətimizin əzəmətidir – ŞƏRH
SİYASƏT
8 Noyabr xalqımızın milli qürurunun, dövlətçilik iradəsinin və tarixi ədalətin təntənəsidir
SİYASƏT
Günay Ağamalı: Şuşa Zəfəri Azərbaycanın milli qürurunun və dövlətçilik qüdrətinin təcəssümüdür
SİYASƏT
8 Noyabr – Şuşa şəhəri günü: Zəfərin zirvəsi, qürurun ünvanı
CƏMİYYƏT
Salyan Rayon Mərkəzi Xəstəxanasında 8 Noyabr – Zəfər Gününə həsr olunmuş tədbir keçirilib!
SİYASƏT
Mavi göylərdə dalğalanan milli qürurumuz
SİYASƏT
Ucalan bayrağımız, güclənən dövlətimiz
SİYASƏT
Dövlətçiliyimizin ideoloji təməli və milli birliyimizin rəmzi
SİYASƏT
Dövlət bayrağımız milli dəyərimizdir
SİYASƏT
Zəfər Yolunun Aparıcı Zirvəsi
SİYASƏT
Qalib Azərbaycanın Qürur Zirvəsi – Şuşa
SİYASƏT
8 Noyabr- Şuşanın Əbədi Ruhunun Qayıdışı
SİYASƏT
8 NOYABR – ZƏFƏR GÜNÜ: MİLLİ QÜRURUMUZUN, DÖVLƏTÇİLİYİMİZİN VƏ DÖNÜŞMƏZ İRADƏMİZİN TƏNTƏNƏSİ
SİYASƏT
Salyanda Zəfər Gününə həsr olunmuş tədbir keçirilib
SİYASƏT
Səhiyyə işçiləri ümumrayon ağacəkmə aksiyasında fəal iştirak ediblər
SİYASƏT
8 NOYABR – ZƏFƏR GÜNÜ: MİLLİ QÜRURUMUZUN, BİRLİYİMİZİN VƏ QƏHRƏMANLIĞIMIZIN TƏNTƏNƏSİ*
SİYASƏT
Zəfərin yaratdığı yeni reallıqlar və Azərbaycanın gələcək hədəfləri
SİYASƏT
Güclü iqtisadiyyat, müasir ordu və tarixi Qələbə
SİYASƏT
44 günə sığan qəhrəmanlıq və əsrlərə yazılan Zəfər
SİYASƏT
Şuşa Azərbaycan xalqının rəşadətinin, əyilməz iradəsinin simvoludur
SİYASƏT
Ana Vətən Partiyasından Tarixi Zəfərin Altıncı İldönümü İlə Bağlı BƏYANAT
SİYASƏT
Deputat: Bütün nailiyyətlər uzaqgörən siyasətin məntiqi nəticəsidir
SİYASƏT
Şuşanın azadlığı Azərbaycanın tarixi Zəfərinin və milli qürurunun təntənəsidir
SİYASƏT
Azad Şuşa dövlətimizin quruculuq əzminin və Böyük Qayıdışın rəmzidir
SİYASƏT
Şuşa Zəfəri milli qürurumuzun ən uca zirvəsidir
SİYASƏT
8 Noyabr: təqvimin qızıl hərflərlə yazılmış tarixi

Heydər Əliyev və Azərbaycan mətbuatı

2024-07-22 17:08:37 164 baxış
Xəbər şəkil

Azərbaycan mətbuatı yarandığı gündən zəngin və şərəfli inkişaf yolu keçib, bütün dövrlərdə mütərəqqi ictimai ideaların carçısı kimi çıxış edib. Zəngin tarixi ənənələrə malik olan xalqımızın azadlıq istəyinin, müstəqillik amalının güclənməsində, mənəvi  dəyərlərinin tərəqqisində, milli şüurun, mənəviyyatın, mədəniyyətin formalaşmasında mətbuatımız həmişə önəmli rol oynayıb. 
Ölkəmizdə bütün sahələrdə olduğu kimi, mətbuatın inkişafında da xalqımızın böyük oğlu, ümummilli lider Heydər Əliyevin əvəzsiz xidmətləri olmuşdur. Müstəqilliyimizin ilk illərində təsadüf nəticəsində hakimiyyətə gəlmiş iqtidarın hərbi və siyasi senzurasında boğulan Azərbaycan mətbuatı yalnız Ümummilli lider Heydər Əliyevin siyasi hakimiyyətə qayıdışından sonra xilas oldu, inkişaf etdi. Mətbuat və söz azadlığının təmin edilməsi mümkün oldu, milli mətbuatımız siyasi həmlələrdən, təzyiqlərdən, buxovlardan qurtuldu. Ulu öndər Heydər Əliyevin başlatdığı dövlət quruculuğu, demokratik islahatlar nəticəsində cəmiyyətimizin “güzgüsü” olan, ictimai-siyasi düşüncə tərzini formalaşdıran, Azərbaycan xalqının milli kimliyini dünya xalqlarına nümayiş etdirə biləcək medianın əsasları yarandı. Mətbuat orqanlarının azad fəaliyyətinə yaradılan şərait, qanunvericilik bazasının təkmilləşdirilməsi istiqamətində görülən tədbirlər müstəqil mətbuatın inkişafında yeni dönəmin başlanğıcını qoydu. 
Demokratik, hüquqi dövlət quruculuğunda azad mətbuatın rolunu yüksək qiymətləndirən ulu öndər Heydər Əliyevin  6 avqust 1998-ci il tarixdə  imzaladığı  “Azərbaycan Respublikasında söz, fikir və məlumat azadlığının təmin edilməsi sahəsində əlavə tədbirlər haqqında” Fərman ilə  ölkəmizdə mətbuat üzərində senzura ləğv edildi. Bu mühüm addım KİV-in sərbəst fəaliyyəti, inkişafı və azad sözün təmin edilməsi istiqamətində mühüm addım oldu.  Məhz bu Fərmanla Mətbuatda və digər Kütləvi İnformasiya Vasitələrində Dövlət Sirlərini Mühafizə edən Baş İdarə ləğv edildi, hərbi senzura yaradılması haqqında 16 aprel 1992-ci il tarixli fərman və bütün informasiya yayımı üzərində nəzarət tətbiq edilməsi ilə bağlı 15 aprel 1993-cü il tarixli sərəncam qüvvədən düşdü. 1999-cu ildə  qəbul olunan “Kütləvi informasiya vasitələri haqqında”  qanun mətbuatda demokratik prinsiplərin daha da möhkəmləndirilməsinə xidmət etdi. Bu sənəd Azərbaycanda mətbuatın inkişafına mane olan bir sıra bürokratik əngəllərin aradan qaldırılmasına yol açdı. Dövlət qeydiyyatı ləğv olundu və yeni mətbuat orqanlarının təsis olunması proseduru  asanlaşdırıldı. 
2000-ci ildə ümummilli lider Heydər Əliyevin  Sərəncamı ilə “2000-2001-ci illərdə kütləvi informasiya vasitələrinin maddi-texniki şəraitinin yaxşılaşdırılması üzrə tədbirlər Proqamı” təsdiq olundu. KİV-in madddi-texniki bazasının möhkəmləndirilməsi istiqamətində atılan davamlı addımlar uğurlu nəticələri şərtləndirdi. Güzəştlər tətbiq edildi. Bir sıra qəzetlərin “Azərbaycan” nəşriyyatına olan borclarının dondurulması  və sonradan bu borcların ləğv edilməsi mətbuatın iqtisadi müstəqilliyinin təmin edilməsinə, malliyə bazasının möhkəmləndirilməsinə öz müsbət təsirini göstərdi.
Ulu Öndər Heydər Əliyevin  mətbuat nümayəndələri ilə görüşlərinin  ənənəsinin yaradılması bu sahədə mövcud problemlərin həllində öz sözünü dedi. Belə ki, Ümummilli Lider həmin görüşlərdə media nümayəndələrini narahat edən məsələləri  onların özündən eşidir, həlli istiqamətində mühüm tapşırıqlarını verir, qərarlar qəbul edirdi. Ulu Öndərin hər addımı özündə Onun  jurnalistlərin dostu olduğunu aydın şəkildə nümayiş etdirirdi. Ümummilli Lider Heydər Əliyevin  2002-ci ildə  Azərbaycan jurnalistləri arasında keçirilmiş sorğu nəticəsində “Jurnalistlərin dostu” seçilməsi demokratiyanın mühüm prinsiplərindən olan söz və məlumat azadlığının, medianın inkişafına diqqət və qayğısının məntiqi nəticəsi oldu.
2003-cü ildən başlanan Böyük Yolun davamı fonunda əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulan mətbuatın inkişafına dövlət qayğısı siyasəti Prezident cənab İlham Əliyev tərəfindən yeni müstəvidə uğurla davam etdirilir. Dövlət başçısı cənab İlham Əliyevin 2008-ci il 31 iyul tarixli Sərəncamı ilə  kütləvi informasiya vasitələrinin inkişafına dövlət dəstəyi Konsepsiyasının təsdiq edilməsi  mətbuatın inkişafında yeni mərhələnin başlanğıcı oldu. Jurnalistlərin mənzil-məişət şəraitinin yaxşılaşdırılması ilə bağlı Prezident Sərəncamları, media nümayəndələrinin mənzillə təmin edilməsi önəmli hadisələr sırasındadır. Cənab İlham Əliyevin 20 ilə yaxın Prezidentliyi dövründə 3 dəfə “Jurnalistlərin dostu” mükafatına layiq görülməsi bu sahədə gördüyü işlərin, biri-birindən önəmli addımların, qəbul etdiyi qərarların və irəli sürdüyü təşəbbüslərin ümumiləşdirilmiş ifadəsidir. 
Azərbaycan Respublikasının Prezident İlham Əliyevin 2021-ci il «Azərbaycan Respublikasında media sahəsində islahatların dərinləşdirilməsi haqqında» 12 yanvar tarixli Fərmanı əsasında Medianın İnkişafı Agentliyinin yaradılması   Azərbaycan mətbuatının qarşısında yeni imkanlar açır. 2022-ci ilin fevral ayının 8-də “Media haqqında” qanunun tətbiqi və bundan irəli gələn bir sıra məsələlərin tənzimlənməsi barədə imzaladığı Fərman isə jurnalistlərin qarşısında mühüm vəzifələr qoyur.
Aparılan məqsədyönlü siyasətin nəticəsidir ki, bu gün hər bir mətbuat işçisi jurnalist peşəsinin çox ağır zəhmət tələb edən, çətin, lakin şərəfli bir iş olduğunu anlayır. Onu da bilirlər ki, özlərini buna həsr edən insanlar gərək birinci növbədə istedadları olduğunu dərk etsinlər. Mədəniyyətimizin müxtəlif sahələrində uğur qazanan insanlar kimi, jurnalistlər də istedadlı olmalıdırlar. Çünki, bu da bizim mədəniyyətimizin bir hissəsidir. 

Xanım Qədirova,
YAP Salyan rayon təşkilatının fəalı

Oxşar xəbərlər

Xəbər lenti
Konstitusiya – insan hüquqları və ədalətin ali təminatı
2026-11-11
Konstitusiya tariximizin mühüm mərhələləri
2026-11-11
Sabitlik və inkişafın hüquqi əsasları
2026-11-11
Konstitusiya müstəqil dövlətçiliyin möhkəm hüquqi təməlidir
2026-11-11
Günay Ağamalı: Üçrəngli bayrağımız qalib xalqın qüruru, müstəqil dövlətimizin əzəmətidir – ŞƏRH
2026-11-09
8 Noyabr xalqımızın milli qürurunun, dövlətçilik iradəsinin və tarixi ədalətin təntənəsidir
2026-11-09
Günay Ağamalı: Şuşa Zəfəri Azərbaycanın milli qürurunun və dövlətçilik qüdrətinin təcəssümüdür
2026-11-09
8 Noyabr – Şuşa şəhəri günü: Zəfərin zirvəsi, qürurun ünvanı
2026-11-07
Salyan Rayon Mərkəzi Xəstəxanasında 8 Noyabr – Zəfər Gününə həsr olunmuş tədbir keçirilib!
2026-11-06
Mavi göylərdə dalğalanan milli qürurumuz
2026-11-06
Ucalan bayrağımız, güclənən dövlətimiz
2026-11-06
Dövlətçiliyimizin ideoloji təməli və milli birliyimizin rəmzi
2026-11-06
Dövlət bayrağımız milli dəyərimizdir
2026-11-06
Zəfər Yolunun Aparıcı Zirvəsi
2026-11-06
Qalib Azərbaycanın Qürur Zirvəsi – Şuşa
2026-11-06
8 Noyabr- Şuşanın Əbədi Ruhunun Qayıdışı
2026-11-06
8 NOYABR – ZƏFƏR GÜNÜ: MİLLİ QÜRURUMUZUN, DÖVLƏTÇİLİYİMİZİN VƏ DÖNÜŞMƏZ İRADƏMİZİN TƏNTƏNƏSİ
2026-11-05
Salyanda Zəfər Gününə həsr olunmuş tədbir keçirilib
2026-11-05
Səhiyyə işçiləri ümumrayon ağacəkmə aksiyasında fəal iştirak ediblər
2026-11-05
8 NOYABR – ZƏFƏR GÜNÜ: MİLLİ QÜRURUMUZUN, BİRLİYİMİZİN VƏ QƏHRƏMANLIĞIMIZIN TƏNTƏNƏSİ*
2026-11-05
Zəfərin yaratdığı yeni reallıqlar və Azərbaycanın gələcək hədəfləri
2026-11-05
Güclü iqtisadiyyat, müasir ordu və tarixi Qələbə
2026-11-05
44 günə sığan qəhrəmanlıq və əsrlərə yazılan Zəfər
2026-11-05
Şuşa Azərbaycan xalqının rəşadətinin, əyilməz iradəsinin simvoludur
2026-11-04

2026-11-03