Zamanında müalicə xəstəliyin inkişafının qarşısını ala bilər
Ağciyər xəstəlikləri, əsasən, bronxial astma, xroniki bronxit, ağciyər vərəmi, ağciyər xərçəngi, plevrit, nəfəs darlığı, vərəm, ağciyər toxumasının iltihablaşması, pnevmoniya və s.-dən ibarətdir.
Yeni Klinikanın həkim-pulmonoloqu Aygül Abbasovanın sözlərinə görə, adətən iltihabi xarakter daşıyan ağciyər xəstəliklərinin yaranmasında ətraf mühitin mənfi faktorlarının, bununla yanaşı, düzgün olmayan həyat tərzi kimi amillərin böyük rolu var:
“İstehsalat tullantıları, orqanik və qeyri-orqanik tozlar, buxar və qazlar, aktiv və passiv siqaret çəkmək, uşaq yaşlarında təsadüf edilən və sonradan tez-tez müşahidə olunan tənəffüs yollarının xroniki iltihabı, allergiyalar, immun sistemindəki zəiflik, sanitar-gigiyenik qaydalara düzgün riayət olunmaması kimi faktorlar ağciyər xəstəliklərinin əmələ gəlməsinə səbəb olur. Bu zaman öskürək, halsızlıq, bədən temperaturunun artması, bəlğəmli öskürək kimi şikayətlərlə müraciətlər daha çox olur”.