Kanal4.az

Xəbərlərin ünvanı

Kanal4.az

SİYASƏT
Konstitusiya – insan hüquqları və ədalətin ali təminatı
SİYASƏT
Konstitusiya tariximizin mühüm mərhələləri
SİYASƏT
Sabitlik və inkişafın hüquqi əsasları
SİYASƏT
Konstitusiya müstəqil dövlətçiliyin möhkəm hüquqi təməlidir
SİYASƏT
Günay Ağamalı: Üçrəngli bayrağımız qalib xalqın qüruru, müstəqil dövlətimizin əzəmətidir – ŞƏRH
SİYASƏT
8 Noyabr xalqımızın milli qürurunun, dövlətçilik iradəsinin və tarixi ədalətin təntənəsidir
SİYASƏT
Günay Ağamalı: Şuşa Zəfəri Azərbaycanın milli qürurunun və dövlətçilik qüdrətinin təcəssümüdür
SİYASƏT
8 Noyabr – Şuşa şəhəri günü: Zəfərin zirvəsi, qürurun ünvanı
CƏMİYYƏT
Salyan Rayon Mərkəzi Xəstəxanasında 8 Noyabr – Zəfər Gününə həsr olunmuş tədbir keçirilib!
SİYASƏT
Mavi göylərdə dalğalanan milli qürurumuz
SİYASƏT
Ucalan bayrağımız, güclənən dövlətimiz
SİYASƏT
Dövlətçiliyimizin ideoloji təməli və milli birliyimizin rəmzi
SİYASƏT
Dövlət bayrağımız milli dəyərimizdir
SİYASƏT
Zəfər Yolunun Aparıcı Zirvəsi
SİYASƏT
Qalib Azərbaycanın Qürur Zirvəsi – Şuşa
SİYASƏT
8 Noyabr- Şuşanın Əbədi Ruhunun Qayıdışı
SİYASƏT
8 NOYABR – ZƏFƏR GÜNÜ: MİLLİ QÜRURUMUZUN, DÖVLƏTÇİLİYİMİZİN VƏ DÖNÜŞMƏZ İRADƏMİZİN TƏNTƏNƏSİ
SİYASƏT
Salyanda Zəfər Gününə həsr olunmuş tədbir keçirilib
SİYASƏT
Səhiyyə işçiləri ümumrayon ağacəkmə aksiyasında fəal iştirak ediblər
SİYASƏT
8 NOYABR – ZƏFƏR GÜNÜ: MİLLİ QÜRURUMUZUN, BİRLİYİMİZİN VƏ QƏHRƏMANLIĞIMIZIN TƏNTƏNƏSİ*
SİYASƏT
Zəfərin yaratdığı yeni reallıqlar və Azərbaycanın gələcək hədəfləri
SİYASƏT
Güclü iqtisadiyyat, müasir ordu və tarixi Qələbə
SİYASƏT
44 günə sığan qəhrəmanlıq və əsrlərə yazılan Zəfər
SİYASƏT
Şuşa Azərbaycan xalqının rəşadətinin, əyilməz iradəsinin simvoludur
SİYASƏT
Ana Vətən Partiyasından Tarixi Zəfərin Altıncı İldönümü İlə Bağlı BƏYANAT
SİYASƏT
Deputat: Bütün nailiyyətlər uzaqgörən siyasətin məntiqi nəticəsidir
SİYASƏT
Şuşanın azadlığı Azərbaycanın tarixi Zəfərinin və milli qürurunun təntənəsidir
SİYASƏT
Azad Şuşa dövlətimizin quruculuq əzminin və Böyük Qayıdışın rəmzidir
SİYASƏT
Şuşa Zəfəri milli qürurumuzun ən uca zirvəsidir
SİYASƏT
8 Noyabr: təqvimin qızıl hərflərlə yazılmış tarixi

Bakı-Pekin münasibətlərində yeni dönəm başlayır – Təhlil

2024-07-05 11:07:22 558 baxış
Xəbər şəkil

 

Zəngəzur dəhlizi Çinin Avropa ilə iqtisadi-ticari əlaqələrinə də çox geniş imkanlar açacaq
 
 
Bu gün Azərbaycan Avropa, ABŞ-la yanaşı, həm də Çin, Rusiya, Mərkəzi Asiya ölkələri və s. ilə əlaqələrini inkişaf etdirir və möhkəmləndirir. Azərbaycan Prezidenti İlham Əliyevin Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) Zirvə toplantısına fəxri qonaq kimi dəvət edilməsi də Azərbaycanın artan nüfuzunun göstəricisidir. Dövlət başçısı Astanaya səfəri çərçivəsində Çin, Rusiya, Türkiyə, Pakistan və Qazaxıstan dövlət başçıları ilə ikitərəfli görüşlər keçirilib. Astanada keçirilən ŞƏT-innövbəti zirvə toplantısı çərçivəsində Prezident İlham Əliyevin Çin lideri Si Cinpin ilə görüşünün ikitərəfli münasibətlərin strateji tərəfdaşlıq səviyyəsinə yüksəlməsi və əməkdaşlığın yeni inkişaf perspektivlərini müəyyənləşdirilməsi baxımından mühüm əhəmiyyəti var. Görüşdə liderlər arasında ikili münasibətlərin inkişaf etdirilməsinə dair fikir mübadiləsi aparılıb. Çin Xalq Respublikasının Sədri Si Cinpin deyib ki, Çin-Azərbaycan əlaqələri səmimiyyətə və qarşılıqlı etimada əsaslanır. Onun sözlərinə görə, ölkələrimiz yaxşı dostlardır, bərabərlik və qarşılıqlı faydaya əsaslanan yaxşı tərəfdaşlardır: "Çin-Azərbaycan münasibətləri həmişə sağlam və sabit şəkildə inkişaf edib. İki ölkə arasında əməkdaşlıq səmərəli nəticələr verib və daha zəngin strateji məzmuna çatıb. Bu gün biz Birgə Bəyannamə qəbul edəcəyik. Bu sənədlə ikitərəfli əlaqələrimizi strateji tərəfdaşlıq səviyyəsinə yüksəldəcəyimizi bəyan edəcəyik. Bu, həm də yeni bir başlanğıc nöqtəsidir. Biz xalqlarımızın rifahı naminə qarşılıqlı dəstəyi artırmağa davam edəcəyik". Həqiqətən, Çin dünyanın ən böyük iqtisadiyyatı, əhalisi olan, dünya siyasətinə təsir gücünə malik ölkədir və Azərbaycanın da ən böyük idxalçılarından biridir. O baxımdan Çin ilə ikitərəfli münasibətlərin inkişaf etdirilməsi Azərbaycanın xarici siyasətinin əsas prioritetlərindən biridir. Azərbaycanla Çin arasında diplomatik münasibətlərin qurulduğu 1992-ci il aprelin 2-dən etibarən iki ölkə arasında əməkdaşlıq inkişaf edir və hazırda artıq strateji səviyyəyə yüksəlib. Prezident İlham Əliyev ilə Çin lideri Si Cinpinarasında qarşılıqlı inam və etimada əsaslanan yüksək səviyyəli dostluq münasibətləri yaranıb. Çin lideri Prezident İlham Əliyevi son prezident seçkilərində qələbə münasibətilə ilk təbrik edən dövlət başçılarından biri olub. İki ölkə lideri arasında indiyədək keçirilmiş səfərlər və görüşlər mühüm əhəmiyyət kəsb edir. 2019-cu ilin aprelində Si Cinpinin dəvəti ilə Prezident İlham Əliyev İkinci “Kəmər və Yol Forumu”nda iştirak edib.15 sentyabr 2022-ci ildə Səmərqənd şəhərində ŞƏT Sammiti çərçivəsində iki ölkənin dövlət başçıları arasında görüş keçirilib. Görüş zamanı iki ölkə arasında strateji tərəfdaşlıq münasibətlərinin qurulmasına dair qəbul edilmiş birgə Bəyannamə Azərbaycan-Çin münasibətlərini strateji tərəfdaşlıq səviyyəsinə yüksəldir. Birgə Bəyannamə, həmçinin iqtisadi sahədə digər sənədlərin imzalanması Azərbaycanın beynəlxalq miqyasda nüfuzunun və çəkisinin daha da yüksəldiyini nümayiş etdirir. Bu, Prezident İlham Əliyevin yürütdüyü siyasətə, onun şəxsiyyətinə olan hörmət və etibarın təzahürüdür. Çin Azərbaycanın ilk idxal mənbəyidir və ölkəmizin beş əsas ticarət tərəfdaşından biridir. 2023-cü ildə Azərbaycan ilə Çin arasında ticarət dövriyyəsi 3,1 milyard ABŞ dolları təşkil edib. Azərbaycanda 300-dən çox Çin şirkəti qeydiyyata alınıb və onlar sənaye, kənd təsərrüfatı, tikinti, ticarət, nəqliyyat və xidmət sahələrində aktiv fəaliyyət göstərirlər. Azərbaycan Çinin irəli sürdüyü “Kəmər və Yol təşəbbüsünü” ilk dəstəkləyən ölkələrdən biridir və Çinlə nəqliyyat–logistikaya dair qlobal təşəbbüslər müstəvisində sıx əməkdaşlıq qurub. Ölkəmiz bu istiqamətdə ciddi praktiki layihələr həyata keçirib və “Kəmər və Yol” layihəsinin mühüm hissəsi olan Orta Dəhlizin infrastrukturunun inkişafına əhəmiyyətli investisiyalar yatırıb.
 
Millət vəkili, Ana Vətən Partiyasının sədri Fəzail Ağamalı "Sherg.az"a açıqlamasında deyib ki, Azərbaycan ənənəvi olaraq beynəlxalq münasibətlər sisteminə kifayət qədər böyük təsiri Şanxay Əməkdaşlıq Təşkilatına yüksək səviyyəli dəvət olunur. Deputatın sözlərinə görə, ölkəmizin bu tipli yığıncaqlarda iştirak etməsi hər şeydən öncə Azərbaycana verilən diqqətin, önəmin, dövlətimizin gücünün, imkanlarının göstəricisidir: 
"İyulun 3-də Şanxay Əməkdaşlıq Təşkilatının sammitinə dəvət alan cənab Prezident İlham Əliyev Qazaxıstanda çox yüksək səviyyədə qarşılandı. Dövlət başçısı sammit çərçivəsində liderlərlə əhəmiyyətli görüşlər keçirdi. Prezidentin Rusiya, Pakistan, Türkiyə, Qazaxıstan və Çin rəhbərləri ilə görüşləri həmin ölkələrlə mövcud əməkdaşlığın imkanları və gələcək hədəflərin geniş müzakirəsi predmetinə çevrildi. Xüsusi olaraq Azərbaycanla Çin arasında strateji əməkdaşlıq haqqında imzalanmış bəyanat çox böyük əhəmiyyət kəsb edir. Bu bəyanatda Azərbaycanla Çin arasında indiyədək mövcud olan əməkdaşlığın əhəmiyyəti qeyd edilməklə bütün sahələrdə şaxələnməsi və gələcək hədəflər öz əksini tapdı. Siyasi-iqtisadi, mədəni-humanitar sahələrdə əməkdaşlığın yüksək səviyyədə qurulması hər iki lider tərəfindən təsdiqləndi. Azərbaycan və Çin dövlət başçılarının görüşü iki ölkə arasında yüksək səviyyəli əlaqələrin olmasından və qarşılıqlı etimadın konkret nəticələri kimi təsdiqini tapdı. Çin hər zaman Azərbaycanın ərazi bütövlüyünü birmənalı dəstəkləyib. Azərbaycan da eyni şəkildə Çinin ərazi bütövlüyünə dəstək ifadə edib, Tayvanı Çin ərazisinin tərkib hissəsi kimi tanıdığını bildirib, orada keçirilən qondarma seçkini qəbul etməyini açıqlayıb". 
 
Parlament üzvü vurğulayıb ki, “Kəmər və Yol” layihəsinin mühüm hissəsi olan Orta Dəhlizin infrastrukturunun önəmli bir hissəsi Azərbaycandan keçir: 
"Həm Bakı-Tbilisi-Qars layihəsi, həm də açılması nəzərdə tutulan Zəngəzur dəhlizi Çinin Avropa ilə iqtisadi-ticari əlaqələrinə də çox geniş imkanlar açacaq. Bu, Çinin geostrateji və geopolitik maraqlarına birbaşa cavab verir. O baxımdan Çin Azərbaycana xüsusi diqqət göstərir. Əlbəttə, bu əməkdaşlıq Azərbaycanın da maraqlarına tamamilə uyğundur. Maraqlarımızın üst-üstə düşməsi Pekin-Bakı münasibətlərinin ən yüksək səviyyədə qurulmasına imkan yaradır. Bütün bunlar həm ikitərəfli görüşdə, həm də bəyannamədə öz əksini tapdı. Mühüm məqamlardan biri də Azərbaycan və Çin dövlət başçılarının bir-birini qarşılıqlı olaraq öz ölkələrinə dəvət etməsidir. Bunlar Azərbaycan-Çin münasibətlərinin inkişafına yeni imkanlar, yeni təkanlar verəcək. Bir sözlə, cənab Prezidentin ŞƏT-in sammitində iştirakı çox böyük siyasi-tarixi əhəmiyyət kəsb edir". 




Oxşar xəbərlər


Xəbər lenti
Konstitusiya – insan hüquqları və ədalətin ali təminatı
2026-11-11
Konstitusiya tariximizin mühüm mərhələləri
2026-11-11
Sabitlik və inkişafın hüquqi əsasları
2026-11-11
Konstitusiya müstəqil dövlətçiliyin möhkəm hüquqi təməlidir
2026-11-11
Günay Ağamalı: Üçrəngli bayrağımız qalib xalqın qüruru, müstəqil dövlətimizin əzəmətidir – ŞƏRH
2026-11-09
8 Noyabr xalqımızın milli qürurunun, dövlətçilik iradəsinin və tarixi ədalətin təntənəsidir
2026-11-09
Günay Ağamalı: Şuşa Zəfəri Azərbaycanın milli qürurunun və dövlətçilik qüdrətinin təcəssümüdür
2026-11-09
8 Noyabr – Şuşa şəhəri günü: Zəfərin zirvəsi, qürurun ünvanı
2026-11-07
Salyan Rayon Mərkəzi Xəstəxanasında 8 Noyabr – Zəfər Gününə həsr olunmuş tədbir keçirilib!
2026-11-06
Mavi göylərdə dalğalanan milli qürurumuz
2026-11-06
Ucalan bayrağımız, güclənən dövlətimiz
2026-11-06
Dövlətçiliyimizin ideoloji təməli və milli birliyimizin rəmzi
2026-11-06
Dövlət bayrağımız milli dəyərimizdir
2026-11-06
Zəfər Yolunun Aparıcı Zirvəsi
2026-11-06
Qalib Azərbaycanın Qürur Zirvəsi – Şuşa
2026-11-06
8 Noyabr- Şuşanın Əbədi Ruhunun Qayıdışı
2026-11-06
8 NOYABR – ZƏFƏR GÜNÜ: MİLLİ QÜRURUMUZUN, DÖVLƏTÇİLİYİMİZİN VƏ DÖNÜŞMƏZ İRADƏMİZİN TƏNTƏNƏSİ
2026-11-05
Salyanda Zəfər Gününə həsr olunmuş tədbir keçirilib
2026-11-05
Səhiyyə işçiləri ümumrayon ağacəkmə aksiyasında fəal iştirak ediblər
2026-11-05
8 NOYABR – ZƏFƏR GÜNÜ: MİLLİ QÜRURUMUZUN, BİRLİYİMİZİN VƏ QƏHRƏMANLIĞIMIZIN TƏNTƏNƏSİ*
2026-11-05
Zəfərin yaratdığı yeni reallıqlar və Azərbaycanın gələcək hədəfləri
2026-11-05
Güclü iqtisadiyyat, müasir ordu və tarixi Qələbə
2026-11-05
44 günə sığan qəhrəmanlıq və əsrlərə yazılan Zəfər
2026-11-05
Şuşa Azərbaycan xalqının rəşadətinin, əyilməz iradəsinin simvoludur
2026-11-04
Ana Vətən Partiyasından Tarixi Zəfərin Altıncı İldönümü İlə Bağlı BƏYANAT
2026-11-04
Deputat: Bütün nailiyyətlər uzaqgörən siyasətin məntiqi nəticəsidir
2026-11-04
Şuşanın azadlığı Azərbaycanın tarixi Zəfərinin və milli qürurunun təntənəsidir
2026-11-04
Azad Şuşa dövlətimizin quruculuq əzminin və Böyük Qayıdışın rəmzidir
2026-11-04
Şuşa Zəfəri milli qürurumuzun ən uca zirvəsidir
2026-11-04
8 Noyabr: təqvimin qızıl hərflərlə yazılmış tarixi
2026-11-03