“Masdar” Azərbaycanın bərpaolunan enerji sahəsində strateji tərəfdaşıdır
Bu gün Azərbaycan dünya birliyində artıq təkcə əsas enerji ixrac edən ölkə, ən müxtəlif sivilizasiyaların qovuşduğu etibarlı məkan kimi tanınmır. Həm də ölkəmiz artıq yaşıl enerji siyasəti üçün ən təşəbbüskar ölkə kimi də dünya gündəmindədir. Bu yaxınlarda Bakı Enerji Həftəsi çərçivəsində keçirilən 29-cu Beynəlxalq Xəzər Neft və Qaz - “Caspian Oil&Gas” və 12-ci Xəzər Beynəlxalq Energetika və Yaşıl Enerji “Caspian Power” sərgiləri Azərbaycanın bu istiqamətdəki mühüm addımlarından xəbər verir. Prezident İlham Əliyevin həyata keçirdiyi enerji siyasəti dünya ictimaiyyəti tərəfindən böyük rəğbətlə qarşılanır. Bu siyasət milli maraqlara xidmət etməklə yanaşı, bəşəriyyətin sağlam gələcəyinə xidmət edir. Ölkəmiz yaşıl enerji istehsalı sahəsində böyük layihələrə imza atıb və bu istiqamətdə işlər davam etdirilir.Prezident İlham Əliyev 21 iyun tarixində Euronews televiziya kanalına müsahibəsində Azərbaycanın neft-qaz ixrac edən ölkə olmaqla yanaşı yaxın gələcəkdə yaşıl enerji ixrac edən dövlət olacağını və bu sahədə dünyanın nəhəng enerji şirkətləri ilə yüksək səviyyədə əməkdaşlıq edildiyini vurğuladı.Azərbaycan ənənəvi enerji mənbələri ilə yanaşı yaşıl enerjiyə sərmayə yatıran xarici şirkətlər üçün cəlb edici dövlətdir. Birləşmiş Ərəb Əmirliklərinin “Masdar” şirkəti Azərbaycanın bərpaolunan enerji sahəsində strateji tərəfdaşıdır.2023-cü ildə dünyanın nəhəng enerji şirkətlərindən olan "Masdar" ölkəmizdə günəş elektrik stansiyası inşa etdi. Son illər Azərbaycan ənənəvi enerjidən əldə etdiyi gəlirləri bərpa olunan enerji istehsalına yönəldir. COP-29-a ev sahibliyi edən Azərbaycanın yaşıl enerjiyə keçid prosesində öndə gedən dövlətlərdən olması dünya ölkələrinə bir nümunədir. Azərbaycan bərpa olunan enerji istehsalı ilə əlaqədar "Masdar" şirkəti ilə yanaşı "ACW Power" və "BP" şirkətləri ilə də sıx əməkdaşlıq edir. Eyni zamanda bir çox dövlətlərin şirkətləri də ölkəmizlə əməkdaşlıq etməyə maraqlıdırlar. Azərbaycanın yaşıl enerji istehsalı və ixracı təbii qaza da böyük həcmdə qənaət etmiş olur ki, bu da Avropa dövlətlərinə təbii qazın nəqlinin artırılmasına səbəb olacaq. Artıq Azərbaycan neft, qaz sahəsində olduğu kimi yaşıl enerji sahəsində də böyük uğurlar qazanıb. Azərbaycanın enerji siyasətinin əsasını bəşəriyyətin sağlam gələcəyinin qorunmasında və bu məqsəd naminə bütün dövlətlərin birlik və həmrəylik nümayiş etdirilməsində vacibliyini təşkil edir. Energetika sektorunda aparılan siyasət, görülən işlər və qazanılan uğurlar Ulu Öndər Heydər Əliyevin müəyyən etdiyi strateji inkişaf kursuna sədaqətlə xidmət edən Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin adı ilə bağlıdır.
Zamir Güvəndiyev
YAP Şəmkir rayon təşkilatının sədr müavini