Kanal4.az

Xəbərlərin ünvanı

Kanal4.az

SİYASƏT
Konstitusiya – insan hüquqları və ədalətin ali təminatı
SİYASƏT
Konstitusiya tariximizin mühüm mərhələləri
SİYASƏT
Sabitlik və inkişafın hüquqi əsasları
SİYASƏT
Konstitusiya müstəqil dövlətçiliyin möhkəm hüquqi təməlidir
SİYASƏT
Günay Ağamalı: Üçrəngli bayrağımız qalib xalqın qüruru, müstəqil dövlətimizin əzəmətidir – ŞƏRH
SİYASƏT
8 Noyabr xalqımızın milli qürurunun, dövlətçilik iradəsinin və tarixi ədalətin təntənəsidir
SİYASƏT
Günay Ağamalı: Şuşa Zəfəri Azərbaycanın milli qürurunun və dövlətçilik qüdrətinin təcəssümüdür
SİYASƏT
8 Noyabr – Şuşa şəhəri günü: Zəfərin zirvəsi, qürurun ünvanı
CƏMİYYƏT
Salyan Rayon Mərkəzi Xəstəxanasında 8 Noyabr – Zəfər Gününə həsr olunmuş tədbir keçirilib!
SİYASƏT
Mavi göylərdə dalğalanan milli qürurumuz
SİYASƏT
Ucalan bayrağımız, güclənən dövlətimiz
SİYASƏT
Dövlətçiliyimizin ideoloji təməli və milli birliyimizin rəmzi
SİYASƏT
Dövlət bayrağımız milli dəyərimizdir
SİYASƏT
Zəfər Yolunun Aparıcı Zirvəsi
SİYASƏT
Qalib Azərbaycanın Qürur Zirvəsi – Şuşa
SİYASƏT
8 Noyabr- Şuşanın Əbədi Ruhunun Qayıdışı
SİYASƏT
8 NOYABR – ZƏFƏR GÜNÜ: MİLLİ QÜRURUMUZUN, DÖVLƏTÇİLİYİMİZİN VƏ DÖNÜŞMƏZ İRADƏMİZİN TƏNTƏNƏSİ
SİYASƏT
Salyanda Zəfər Gününə həsr olunmuş tədbir keçirilib
SİYASƏT
Səhiyyə işçiləri ümumrayon ağacəkmə aksiyasında fəal iştirak ediblər
SİYASƏT
8 NOYABR – ZƏFƏR GÜNÜ: MİLLİ QÜRURUMUZUN, BİRLİYİMİZİN VƏ QƏHRƏMANLIĞIMIZIN TƏNTƏNƏSİ*
SİYASƏT
Zəfərin yaratdığı yeni reallıqlar və Azərbaycanın gələcək hədəfləri
SİYASƏT
Güclü iqtisadiyyat, müasir ordu və tarixi Qələbə
SİYASƏT
44 günə sığan qəhrəmanlıq və əsrlərə yazılan Zəfər
SİYASƏT
Şuşa Azərbaycan xalqının rəşadətinin, əyilməz iradəsinin simvoludur
SİYASƏT
Ana Vətən Partiyasından Tarixi Zəfərin Altıncı İldönümü İlə Bağlı BƏYANAT
SİYASƏT
Deputat: Bütün nailiyyətlər uzaqgörən siyasətin məntiqi nəticəsidir
SİYASƏT
Şuşanın azadlığı Azərbaycanın tarixi Zəfərinin və milli qürurunun təntənəsidir
SİYASƏT
Azad Şuşa dövlətimizin quruculuq əzminin və Böyük Qayıdışın rəmzidir
SİYASƏT
Şuşa Zəfəri milli qürurumuzun ən uca zirvəsidir
SİYASƏT
8 Noyabr: təqvimin qızıl hərflərlə yazılmış tarixi

Azərbaycan Ordusu şərəfli missiyasını uğurla yerinə yetirir.

2024-06-25 09:18:23 510 baxış
Xəbər şəkil

     Qüdrətli Azərbaycan Ordusu ümummilli lider Heydər Əliyevin dövlətçilik məsələlərində yaratdığı şah əsəridir. Müzəffər Ali Baş Komandan İlham Əliyev ötən dövrdə bu ordunu dünyanın ən mütəşəkkil Silahlı Qüvvələri sırasına yüksəltməklə Azərbaycanı nurlu bir yola çıxara bildi. 26 iyun - Azərbaycan Respublikası Silahlı Qüvvələri Gününü Zəfərlə qeyd etməyimizin təməlində məhz yüksək ordu quruculuğu siyasəti dayanır. Əcdadlarımızın 106 il əvvəl yaratdığı Azərbaycan Silahlı Qüvvələri hər birimizin qürur yeri, iftixar mənbəyidir. 
     Müstəqilliyin əvvəllərində nizami ordunun olmaması, respublika rəhbərliyinin səriştəsizliyi nəticəsində torpaqlarımız işğal olundu, ölkə parçalanmaq təhlükəsi ilə üzləşdi. 1993-cü ilin iyununda xalqın tələbi ilə hakimiyyətə qayıdan ulu öndər Heydər Əliyev bütün sahələrdə olduğu kimi, ordu quruculuğu işində də əsaslı addımlar atmağa başladı. Qısa müddətdə formalaşdırılan Azərbaycan Ordusu elə ilk qələbəsini də ümummilli lider Heydər Əliyevin rəhbərliyi ilə keçirilən Horadiz əməliyyatında qazandı. Bu əməliyyat nəticəsində 20-dən çox kənd və Horadiz qəsəbəsi işğaldan azad olundu. Məhz Ulu Öndərin müstəsna fəaliyyəti nəticəsində Azərbaycanda ordu quruculuğu prosesi çox sürətlə aparıldı. Aparılan islahatlar nəticəsində Azərbaycan Silahlı Qüvvələrini özünümüdafiə dəstələrindən beynəlxalq standartlara cavab verən, vahid komandanlıqdan idarə olunan qüdrətli hərbi struktura çevirdi. Orduda vəziyyət köklü surətdə dəyişdi. Yalnız ulu öndər Heydər Əliyevin 1969-cu ildə hakimiyyətə gəlişindən sonra onun müstəsna xidmətləri sayəsində ölkəmizdə hərbi kadrların hazırlanması prosesi başlandı. Heydər Əliyev 1971-ci ildə böyük zəhmətlər bahasına Azərbaycanda hərbi kadrlar hazırlayan məktəbin – görkəmli sərkərdə Cəmşid Naxçıvanskinin adını daşıyan Hərbi Liseyin yaradılmasına nail oldu. Azərbaycan müstəqilliyini bərpa edəndən məhz bu məktəb ordu quruculuğunda əsas bazalardan birinə çevrildi. Ulu Öndərin sayəsində azərbaycanlı gənclərin Bakı Ali Birləşmiş Komandanlıq və Bakı Ali Hərbi Dənizçilik məktəblərində oxuması, eləcə də SSRİ-nin digər hərbi məktəblərinə güzəştli şərtlərlə qəbul edilməsi mümkün oldu. 1990-cı illərin ortalarından başlayaraq Azərbaycanın NATO ilə sıx və səmərəli əməkdaşlığı ordu quruculuğu prosesinin təkmilləşdirilməsinə, Silahlı Qüvvələrimizin modernləşdirilməsinə, müasir standartlara uyğunlaşdırılmasına gətirib çıxardı. Azərbaycan Respublikası ilə NATO arasında fərdi əlaqələndirmə proqramı əsasında Silahlı Qüvvələrimizin nümayəndələrinin NATO-nun hərbi məktəbləri, kollecləri və başqa strukturlarında keçirilən sülhməramlı kurslarda, Avropada təhlükəsizlik sahəsində əməkdaşlıq, inteqrasiya proseslərinin genişləndirilməsi və digər tədbirlərdə iştirakı Milli Ordumuzun peşəkarlığını daha da artırıb. 
     Ümummilli Liderin ideyalarını layiqincə həyata keçirən Prezident İlham Əliyev ordu quruculuğu prosesini daha da sürətləndirdi. Ordunun güclənməsi üçün lazım olan bütün imkanlardan səmərəli istifadə olundu. Dövlətimizin başçısı mütəmadi olaraq cəbhə bölgələrində dayanan əsgərlərlə səngərlərdə görüşür, Azərbaycan Ordusunun hansı səviyyədə olmasını şəxsən müşahidə edir. Milli Ordumuzun maddi-texniki bazasının möhkəmləndirilməsi də ciddi nəzarətdə saxlanılırdı. Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın hərbi potensialının gücləndirilməsi, beynəlxalq standartlara cavab verən müasir ordunun yaranması və Milli Ordumuzun daha da qüdrətlənməsi üçün xeyli iş görülüb. Bütün bu görülən islahatların nəticəsində Ordumuz işğal altındakı torpaqlarımızı azad etməyə qadir oldu. Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusunun beynəlxalq standartlar, xüsusilə NATO səviyyəsində inkişafı üçün bütün zəruri addımlar atılır. Ordu quruculuğunun, hərbçilərin peşəkarlığın daha da artırılması üçün mühüm əhəmiyyət kəsb edən tədbirlər müvəffəqiyyətlə, ardıcıl surətdə həyata keçirilir. Hazırda Azərbaycan Silahlı Qüvvələri müasir texnika ilə təchiz edilmiş, vətənin müdafiəsinə daim hazır vəziyyətdə olan yüksək nizam-intizama malik bir ordudur. Bu gün Azərbaycan Ordusu sözün həqiqi mənasında bölgədə ən güclü ordudur. Güclü ordu güclü dövlət deməkdir. Azərbaycan Ordusu qarşıda duran bütün vəzifələri həll etməyə qadir bir ordudur. 27 Sentyabr 2020-ci ildə başlayan Vətən müharibəsində rəşadətli Azərbaycan Ordusu torpaqlarımızı işğaldan azad edərək böyük tarixi missiyanın öhdəsindən uğurla gəldi. Azərbaycan Ordusu bu qələbə ilə ölkəmizin ərazi bütövlüyünü bərpa etməklə yanaşı, hərbi qüdrətini və xalqımızın sarsılmaz vətənpərvərlik əzmini bütün dünyaya nümayiş etdirdi. 

Zamiq Əsgərov, 
Salyan şəhəri, Qarabağ qazisi

Oxşar xəbərlər

Xəbər lenti
Konstitusiya – insan hüquqları və ədalətin ali təminatı
2026-11-11
Konstitusiya tariximizin mühüm mərhələləri
2026-11-11
Sabitlik və inkişafın hüquqi əsasları
2026-11-11
Konstitusiya müstəqil dövlətçiliyin möhkəm hüquqi təməlidir
2026-11-11
Günay Ağamalı: Üçrəngli bayrağımız qalib xalqın qüruru, müstəqil dövlətimizin əzəmətidir – ŞƏRH
2026-11-09
8 Noyabr xalqımızın milli qürurunun, dövlətçilik iradəsinin və tarixi ədalətin təntənəsidir
2026-11-09
Günay Ağamalı: Şuşa Zəfəri Azərbaycanın milli qürurunun və dövlətçilik qüdrətinin təcəssümüdür
2026-11-09
8 Noyabr – Şuşa şəhəri günü: Zəfərin zirvəsi, qürurun ünvanı
2026-11-07
Salyan Rayon Mərkəzi Xəstəxanasında 8 Noyabr – Zəfər Gününə həsr olunmuş tədbir keçirilib!
2026-11-06
Mavi göylərdə dalğalanan milli qürurumuz
2026-11-06
Ucalan bayrağımız, güclənən dövlətimiz
2026-11-06
Dövlətçiliyimizin ideoloji təməli və milli birliyimizin rəmzi
2026-11-06
Dövlət bayrağımız milli dəyərimizdir
2026-11-06
Zəfər Yolunun Aparıcı Zirvəsi
2026-11-06
Qalib Azərbaycanın Qürur Zirvəsi – Şuşa
2026-11-06
8 Noyabr- Şuşanın Əbədi Ruhunun Qayıdışı
2026-11-06
8 NOYABR – ZƏFƏR GÜNÜ: MİLLİ QÜRURUMUZUN, DÖVLƏTÇİLİYİMİZİN VƏ DÖNÜŞMƏZ İRADƏMİZİN TƏNTƏNƏSİ
2026-11-05
Salyanda Zəfər Gününə həsr olunmuş tədbir keçirilib
2026-11-05
Səhiyyə işçiləri ümumrayon ağacəkmə aksiyasında fəal iştirak ediblər
2026-11-05
8 NOYABR – ZƏFƏR GÜNÜ: MİLLİ QÜRURUMUZUN, BİRLİYİMİZİN VƏ QƏHRƏMANLIĞIMIZIN TƏNTƏNƏSİ*
2026-11-05
Zəfərin yaratdığı yeni reallıqlar və Azərbaycanın gələcək hədəfləri
2026-11-05
Güclü iqtisadiyyat, müasir ordu və tarixi Qələbə
2026-11-05
44 günə sığan qəhrəmanlıq və əsrlərə yazılan Zəfər
2026-11-05
Şuşa Azərbaycan xalqının rəşadətinin, əyilməz iradəsinin simvoludur
2026-11-04

2026-11-03