Kanal4.az

Xəbərlərin ünvanı

Kanal4.az

SİYASƏT
Konstitusiya – insan hüquqları və ədalətin ali təminatı
SİYASƏT
Konstitusiya tariximizin mühüm mərhələləri
SİYASƏT
Sabitlik və inkişafın hüquqi əsasları
SİYASƏT
Konstitusiya müstəqil dövlətçiliyin möhkəm hüquqi təməlidir
SİYASƏT
Günay Ağamalı: Üçrəngli bayrağımız qalib xalqın qüruru, müstəqil dövlətimizin əzəmətidir – ŞƏRH
SİYASƏT
8 Noyabr xalqımızın milli qürurunun, dövlətçilik iradəsinin və tarixi ədalətin təntənəsidir
SİYASƏT
Günay Ağamalı: Şuşa Zəfəri Azərbaycanın milli qürurunun və dövlətçilik qüdrətinin təcəssümüdür
SİYASƏT
8 Noyabr – Şuşa şəhəri günü: Zəfərin zirvəsi, qürurun ünvanı
CƏMİYYƏT
Salyan Rayon Mərkəzi Xəstəxanasında 8 Noyabr – Zəfər Gününə həsr olunmuş tədbir keçirilib!
SİYASƏT
Mavi göylərdə dalğalanan milli qürurumuz
SİYASƏT
Ucalan bayrağımız, güclənən dövlətimiz
SİYASƏT
Dövlətçiliyimizin ideoloji təməli və milli birliyimizin rəmzi
SİYASƏT
Dövlət bayrağımız milli dəyərimizdir
SİYASƏT
Zəfər Yolunun Aparıcı Zirvəsi
SİYASƏT
Qalib Azərbaycanın Qürur Zirvəsi – Şuşa
SİYASƏT
8 Noyabr- Şuşanın Əbədi Ruhunun Qayıdışı
SİYASƏT
8 NOYABR – ZƏFƏR GÜNÜ: MİLLİ QÜRURUMUZUN, DÖVLƏTÇİLİYİMİZİN VƏ DÖNÜŞMƏZ İRADƏMİZİN TƏNTƏNƏSİ
SİYASƏT
Salyanda Zəfər Gününə həsr olunmuş tədbir keçirilib
SİYASƏT
Səhiyyə işçiləri ümumrayon ağacəkmə aksiyasında fəal iştirak ediblər
SİYASƏT
8 NOYABR – ZƏFƏR GÜNÜ: MİLLİ QÜRURUMUZUN, BİRLİYİMİZİN VƏ QƏHRƏMANLIĞIMIZIN TƏNTƏNƏSİ*
SİYASƏT
Zəfərin yaratdığı yeni reallıqlar və Azərbaycanın gələcək hədəfləri
SİYASƏT
Güclü iqtisadiyyat, müasir ordu və tarixi Qələbə
SİYASƏT
44 günə sığan qəhrəmanlıq və əsrlərə yazılan Zəfər
SİYASƏT
Şuşa Azərbaycan xalqının rəşadətinin, əyilməz iradəsinin simvoludur
SİYASƏT
Ana Vətən Partiyasından Tarixi Zəfərin Altıncı İldönümü İlə Bağlı BƏYANAT
SİYASƏT
Deputat: Bütün nailiyyətlər uzaqgörən siyasətin məntiqi nəticəsidir
SİYASƏT
Şuşanın azadlığı Azərbaycanın tarixi Zəfərinin və milli qürurunun təntənəsidir
SİYASƏT
Azad Şuşa dövlətimizin quruculuq əzminin və Böyük Qayıdışın rəmzidir
SİYASƏT
Şuşa Zəfəri milli qürurumuzun ən uca zirvəsidir
SİYASƏT
8 Noyabr: təqvimin qızıl hərflərlə yazılmış tarixi

Müasir Azərbaycan Ulu Öndər Heydər Əliyevin görmək istədiyi azad, müstəqil, ərazi bütövlüyü təmin olunmuş Azərbaycandır

2024-06-19 11:51:10 455 baxış
Xəbər şəkil

Azərbaycan xalqı 1991-ci ildə müstəqilliyini bərpa etdikdən sonra ölkədə yaranmış vəziyyətdən istifadə edərək bəzi qüvvələrin hakimiyyəti ələ alması, eyni zamanda, digər bir qrup vəzifə xülyasında olanların ölkədə canfəşanlıq etməkləri gündən-günə ictimai-siyasi vəziyyəti gərginləşdirir, ciddi və ağır problemlərin ortaya çıxmasına səbəb olurdu. Xüsusilə də, AXC-Müsavat cütlüyünün hakimiyyətə gəlməsi ilə Azərbaycanda siyasi-iqtisadi böhran daha da dərinləşdi. Hakimiyyətin başında duran insanların səriştəsizliyi, dövlət idarəçiliyi sisteminin olmaması nəticəsində Azərbaycanda qanunsuz silahlı dəstələr yarandı. Məhz bu səriştəsizliyin və ölkədə baş alıb gedən hərc-mərcliyin nəticəsində regionlarda separatçılıq, parçalanma meyilləri baş qaldırdı. Ölkəmizdə vəziyyət qarşısıalınmaz bir həddə gəlib çıxmışdır. Respublikamızda vətəndaş müharibəsi təhlükəsi yaranmış və qardaş qırğını törədilmişdir. Hakimiyyətdə olan AXC-Müsavat cütlüyü baş verən bu hadisələrin qarşısında acizlik göstərirdi, yalnız hakimiyyətdə qalmaq haqqında düşünürdülər. Xalq acınacaqlı vəziyyətə düşmüşdü. Xarici siyasətdə də böyük uğursuzluqlar hökm sürürdü.Dünya dövlətləri ilə iqtisadi-siyasi əlaqələr tamamilə dağıdılmışdır. AXC-Müsavat cütlüyünün bir illik hakimiyyəti dövründə Azərbaycanda baş alıb gedən anarxiya, xaos, özbaşınalıq nəticəsində iqtisadiyyat tamamilə çökmüş, torpaqlarımız ermənilər tərəfindən işğal edilirdi.Azərbaycan xalqının erməni təcavüzünə son qoyacaq, əhalinin sosial vəziyyətini yaxşılaşdıracaq, ölkəni vətəndaş müharibəsindən xilas edəcək, öz xalqını, dövlətini sevən bir Liderə ehtiyacı var idi. Xalq inanırdı ki, ölkəni bu ağır günlərdən xilas edəcək və dövlətin suverenliyini bərpa edə biləcək yeganə şəxsiyyət Heydər Əliyevdir. Xalqımız güclü bir dövlət qurmaq üçün dahi şəxsiyyət olan Heydər Əliyevin ətrafında sıx birləşməyin vacib olması barədə müdrik bir qərar verdi. 1993-ci il iyunun 9-da Ulu öndər Heydər Əliyev Azərbaycan xalqının çağırışına səs verərək Bakıya qayıtdı. Ulu öndər Heydər Əliyev Azərbaycan xalqını yaşanacaq daha böyük bəlalardan xilas etdi. Ümummilli lider Heydər Əliyevin qayıdışı ölkəmizin, xalqımızın taleyində dönüş günü oldu, böyük inkişafa, gözəl gələcəyə doğru addım atıldı. 1993-cü il iyunun 15-də ulu öndər Heydər Əliyevin hakimiyyətə qayıdışı ilə müstəqil Azərbaycan dövləti böhrandan xilas oldu. 1993-cü il iyunun 15-də Heydər Əliyev Azərbaycan Respublikası Ali Sovetinin sədri seçildi. İyunun 24-də isə Milli Şuranın qərarı ilə Azərbaycan Respublikası Prezidentinin səlahiyyətləri Ali Sovetin sədri Heydər Əliyevə verildi. 15 iyun tarixi Azərbaycanın tarixinə qızıl hərflərlə yazılmış bir gün oldu - Milli Qurtuluş Günü. 1997-ci ilin iyun ayında Milli Məclis 15 iyun gününü bayram günü elan etmişdir. Heydər Əliyevin adı Azərbaycan tarixinə Vətəninin, xalqının xilaskarı kimi yazıldı. Məhz ulu öndər Heydər Əliyev Azərbaycanda vətəndaş həmrəyliyini yaratdı, eləcə də dövlətimizdə sabitliyin, əmin-amanlığın bərqərar olmasına nail oldu. Ulu öndər Heydər Əliyevin arzusu Azərbaycan dövlətini bütöv görmək idi.Ulu öndərin yeritdiyi siyasi-iqtisadi siyasətin başında işğal altında olan torpaqlarımızın işğaldan azad edilməsi dururdu. Ulu öndər Heydər Əliyev hər zaman "Biz bu torpaqlarsız yaşaya bilmərik"-deyirdi. Azərbaycan xalqının Heydər Əliyevə olan tükənməz inamı, Heydər Əliyev şəxsiyyətinin qüdrəti, əzəməti, ulu öndərin öz xalqına sevgisi və məhəbbəti nəticəsində bugünkü güclü Azərbaycan dövləti formalaşmışdır. Ulu öndər Azərbaycanı parçalanmaqdan xilas etdi, ölkədə qayda-qanun bərpa olundu, güclü ordu quruculuğunun təməlini qoydu. Ölkəmizdə qanunsuz silahlı birləşmələrin dövlət çevrilişi cəhdlərinə son qoyuldu. İlk parlament seçkiləri keçirildi, Konstitusiya qəbul edildi. Azərbaycanın dünyaya inteqrasiya olunmasına, eləcə də ölkədə iqtisadi və siyasi islahatlara başlanıldı və çoxpartiyalı bir sistem yaradıldı. Ulu öndər Heydər Əliyevin sayəsində Qarabağ müharibəsində atəşkəsə nail olundu. Azərbaycanın iqtisadi inkişafının əsası qoyuldu və qələcəkdə böyük Qələbəmizin qazanılması üçün şərait yaradıldı. Neft konkraktlarının imzalanması ilə Azərbaycan dövləti sürətli və dayanıqlı iqtisadi inkişaf yoluna qədəm qoydu. Məhz ulu öndər Heydər Əliyevin ordu quruculuğu istiqamətində gördüyü işlərin nəticəsidir ki, Azərbaycan Ordusu dünyanın ən güclü əlli ordu sırasında yer alır. Vətən müharibəsində Azərbaycan Ordusunun göstərdiyi şücaət, xüsusilə Şuşanın işğaldan azad edilməsi uğrunda həyata keçirilən hərbi əməliyyat bir çox dünya ölkələrinin ordularında öyrənilir. Əminliklə söyləyirik ki, ulu öndər Heydər Əliyev müasir müstəqil Azərbaycanın banisi və memarıdır. Ümummilli lider Heydər Əliyev bütün həyatını canından çox sevdiyi Vətəninə, xalqına həsr etmişdir. Bu gün Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev dövlətimizin inkişafı və tərəqqisi üçün alternativi olmayan Heydər Əliyev siyasi kursunu layiqincə davam etdirir. Bu siyasətin nəticəsidir ki, Azərbaycan dünyada öz gücünü və nüfuzunu durmadan artırmaqdadır. Azərbaycan Respublikasının Prezidenti Müzəffər Ali Baş Komandan cənab İlham Əliyev bütün dünyaya Azərbaycanı Qalib bir dövlət, Azərbaycan xalqını isə qəhrəman bir xalq kimi tanıtmaqla yanaşı ulu öndər Heydər Əliyevin vəsiyyətini yerinə yetirdi. Müasir Azərbaycan Ulu Öndər Heydər Əliyevin görmək istədiyi azad, müstəqil, ərazi bütövlüyü təmin olunmuş Azərbaycandır.Artıq işğaldan azad edilmiş bu torpaqlarımızda misli görünməmiş quruculuq və abadlıq işləri aparılır. İşğaldan azad edilmiş bu torpaqlarımıza Böyük Qayıdış prosesi başlamışdır. Keçmiş məcburi köçkünlərimizin bir hissəsi öz doğma ocaqlarına geri qayıdıblar. Xalqımız əmindir ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə daha uca zirvələr fəth ediləcək, düşmənin yerlə-yeksan etdiyi Qarabağ dünyanın ən gözəl guşələrindən birinə çevriləcək.

Zamir Güvəndiyev
YAP Şəmkir rayon təşkilatının sədr müavini

Oxşar xəbərlər

Xəbər lenti
Konstitusiya – insan hüquqları və ədalətin ali təminatı
2026-11-11
Konstitusiya tariximizin mühüm mərhələləri
2026-11-11
Sabitlik və inkişafın hüquqi əsasları
2026-11-11
Konstitusiya müstəqil dövlətçiliyin möhkəm hüquqi təməlidir
2026-11-11
Günay Ağamalı: Üçrəngli bayrağımız qalib xalqın qüruru, müstəqil dövlətimizin əzəmətidir – ŞƏRH
2026-11-09
8 Noyabr xalqımızın milli qürurunun, dövlətçilik iradəsinin və tarixi ədalətin təntənəsidir
2026-11-09
Günay Ağamalı: Şuşa Zəfəri Azərbaycanın milli qürurunun və dövlətçilik qüdrətinin təcəssümüdür
2026-11-09
8 Noyabr – Şuşa şəhəri günü: Zəfərin zirvəsi, qürurun ünvanı
2026-11-07
Salyan Rayon Mərkəzi Xəstəxanasında 8 Noyabr – Zəfər Gününə həsr olunmuş tədbir keçirilib!
2026-11-06
Mavi göylərdə dalğalanan milli qürurumuz
2026-11-06
Ucalan bayrağımız, güclənən dövlətimiz
2026-11-06
Dövlətçiliyimizin ideoloji təməli və milli birliyimizin rəmzi
2026-11-06
Dövlət bayrağımız milli dəyərimizdir
2026-11-06
Zəfər Yolunun Aparıcı Zirvəsi
2026-11-06
Qalib Azərbaycanın Qürur Zirvəsi – Şuşa
2026-11-06
8 Noyabr- Şuşanın Əbədi Ruhunun Qayıdışı
2026-11-06
8 NOYABR – ZƏFƏR GÜNÜ: MİLLİ QÜRURUMUZUN, DÖVLƏTÇİLİYİMİZİN VƏ DÖNÜŞMƏZ İRADƏMİZİN TƏNTƏNƏSİ
2026-11-05
Salyanda Zəfər Gününə həsr olunmuş tədbir keçirilib
2026-11-05
Səhiyyə işçiləri ümumrayon ağacəkmə aksiyasında fəal iştirak ediblər
2026-11-05
8 NOYABR – ZƏFƏR GÜNÜ: MİLLİ QÜRURUMUZUN, BİRLİYİMİZİN VƏ QƏHRƏMANLIĞIMIZIN TƏNTƏNƏSİ*
2026-11-05
Zəfərin yaratdığı yeni reallıqlar və Azərbaycanın gələcək hədəfləri
2026-11-05
Güclü iqtisadiyyat, müasir ordu və tarixi Qələbə
2026-11-05
44 günə sığan qəhrəmanlıq və əsrlərə yazılan Zəfər
2026-11-05
Şuşa Azərbaycan xalqının rəşadətinin, əyilməz iradəsinin simvoludur
2026-11-04

2026-11-03