Kanal4.az

Xəbərlərin ünvanı

Kanal4.az

SİYASƏT
Konstitusiya – insan hüquqları və ədalətin ali təminatı
SİYASƏT
Konstitusiya tariximizin mühüm mərhələləri
SİYASƏT
Sabitlik və inkişafın hüquqi əsasları
SİYASƏT
Konstitusiya müstəqil dövlətçiliyin möhkəm hüquqi təməlidir
SİYASƏT
Günay Ağamalı: Üçrəngli bayrağımız qalib xalqın qüruru, müstəqil dövlətimizin əzəmətidir – ŞƏRH
SİYASƏT
8 Noyabr xalqımızın milli qürurunun, dövlətçilik iradəsinin və tarixi ədalətin təntənəsidir
SİYASƏT
Günay Ağamalı: Şuşa Zəfəri Azərbaycanın milli qürurunun və dövlətçilik qüdrətinin təcəssümüdür
SİYASƏT
8 Noyabr – Şuşa şəhəri günü: Zəfərin zirvəsi, qürurun ünvanı
CƏMİYYƏT
Salyan Rayon Mərkəzi Xəstəxanasında 8 Noyabr – Zəfər Gününə həsr olunmuş tədbir keçirilib!
SİYASƏT
Mavi göylərdə dalğalanan milli qürurumuz
SİYASƏT
Ucalan bayrağımız, güclənən dövlətimiz
SİYASƏT
Dövlətçiliyimizin ideoloji təməli və milli birliyimizin rəmzi
SİYASƏT
Dövlət bayrağımız milli dəyərimizdir
SİYASƏT
Zəfər Yolunun Aparıcı Zirvəsi
SİYASƏT
Qalib Azərbaycanın Qürur Zirvəsi – Şuşa
SİYASƏT
8 Noyabr- Şuşanın Əbədi Ruhunun Qayıdışı
SİYASƏT
8 NOYABR – ZƏFƏR GÜNÜ: MİLLİ QÜRURUMUZUN, DÖVLƏTÇİLİYİMİZİN VƏ DÖNÜŞMƏZ İRADƏMİZİN TƏNTƏNƏSİ
SİYASƏT
Salyanda Zəfər Gününə həsr olunmuş tədbir keçirilib
SİYASƏT
Səhiyyə işçiləri ümumrayon ağacəkmə aksiyasında fəal iştirak ediblər
SİYASƏT
8 NOYABR – ZƏFƏR GÜNÜ: MİLLİ QÜRURUMUZUN, BİRLİYİMİZİN VƏ QƏHRƏMANLIĞIMIZIN TƏNTƏNƏSİ*
SİYASƏT
Zəfərin yaratdığı yeni reallıqlar və Azərbaycanın gələcək hədəfləri
SİYASƏT
Güclü iqtisadiyyat, müasir ordu və tarixi Qələbə
SİYASƏT
44 günə sığan qəhrəmanlıq və əsrlərə yazılan Zəfər
SİYASƏT
Şuşa Azərbaycan xalqının rəşadətinin, əyilməz iradəsinin simvoludur
SİYASƏT
Ana Vətən Partiyasından Tarixi Zəfərin Altıncı İldönümü İlə Bağlı BƏYANAT
SİYASƏT
Deputat: Bütün nailiyyətlər uzaqgörən siyasətin məntiqi nəticəsidir
SİYASƏT
Şuşanın azadlığı Azərbaycanın tarixi Zəfərinin və milli qürurunun təntənəsidir
SİYASƏT
Azad Şuşa dövlətimizin quruculuq əzminin və Böyük Qayıdışın rəmzidir
SİYASƏT
Şuşa Zəfəri milli qürurumuzun ən uca zirvəsidir
SİYASƏT
8 Noyabr: təqvimin qızıl hərflərlə yazılmış tarixi

Vardanyan haqda yalanla dolu “hind filmi”

2024-06-14 12:57:56 214 baxış
Xəbər şəkil

 

Ekspertlər hesab edir ki, Ruben barədə mifik hekayələrin motivləri əsasında tez-tələsik film çəkməkdə məqsəd onu “humanist missiya daşıyıcısı” kimi qələmə verməkdir

Qarabağdakı keçmiş qondarma qurumun “dövlət naziri”, törətdiyi çoxsaylı cinayətlərə görə hazırda Bakıda həbsdə olan milyarder Ruben Vardanyan barədə Ermənistanda filmin təqdimatı olub. Film “İnsan olmaq: Ruben Vardanyanın manifesti” adlanır.

Bakıxeber.com yazır ki, Vardanyan haqda film çəkənlərin də məqsədi gizli deyil, onu - insanlığın üz qarasını qəhrəmanlaşdırmaq və “sülh quşu” kimi təqdim etmək istəyirlər. Filmdə Vardanyanı bütün həyatını “elmə, təhsilə, maarifə həsr edib, bu sahələrə maliyyə vəsaiti xərcləyən” biri kimi təqdim edirlər. Vardanyanın “həyat hekayəsi”nə həsr olunan filmə erməni və ingiliscə subtitrlərlə baxmaq mümkündür. Filmdə Vardanyanın ayrı-ayrı dövrlərdə verdiyi müsahibələrdən parçalar yer alıb.

Bir sıra ekspertlər hesab edir ki, ermənilərin Ruben barədə mifik hekayələrin motivləri əsasında tez-tələsik film çəkməsinin səbəbi başqadır, onlar bu filmi dünyaya yaymaqla onu “humanist missiya daşıyıcısı” kimi qələmə vermək istəyirlər. Guya o, ancaq “humanitar layihələrə dəstək olub, sülh tərəfdarı kimi tanınıb” və sair kimi rəy yaratmaq istəyirlər.

Kamran Bayramov: Azərbaycan enerji sahəsində Bolqarıstanın, eləcə də,  Avropa İttifaqının etibarlı tərəfdaşıdır - "İki sahil"

Kamran Bayramov

Deputat Kamran Bayramov dedi ki, cinayətkarı qəhrəmanlaşdırmaq, cani ilə öyünmək yalnız erməni cəmiyyətinə xasdır: “Çünki onlar həmişə cinayət törədən, terrorçuluqla məşğul olan, terrora, revanşizmə maliyyə ayıran şəxsləri "insanlıq etalonu" kimi təqdim etməyə davam edirlər. 2023-cü ilin payızında antiterror əməliyyatlarından sonra Azərbaycanın hüquq-mühafizə orqanlarının əməkdaşları cinayətkar separatçı rejimin keçmiş rəhbərlərini və nümayəndələrini, xüsusilə Ruben Vardanyan, Arkadi Qukasyan, Bako Saakyan, Araik Arutyunyan, David İşxanyan, David Manukyan, Levon Mnatsakanyan, David Babayanı həbs edib. Həbs olunanlarla bağlı Ermənistan hakimiyyətindən çox erməni lobbisi canfəşanlıq göstərir. Erməni lobbisi və onun havadarları anlamaq istəmirlər ki, separatçılıqda ittiham olunan şəxslərin taleyini Azərbaycan rəhbərliyi həll edəcək. İstəyirlər cinayətkarlar haqqında yüz film çəksinlər və yaxud “Nobel” sülh mükafatına təqdim etsinlər, heç bir xeyri yoxdur. Vardanyan haqqında film çəkənlərin onu “sülh quşu” kimi təqdim etmələrində məqsədləri gizli deyil. Erməni lobbisi cinayətkardan yeni bir qəhrəman düzəltmək, onu xalqa “sırımaq” və beləliklə də ikili siyasəti ilə onlarla hesablaşmayan Paşinyandan canını qurtarmaq istəyir. Onlar filmdə separatçıların pul kisəsi olan cinayətkar Rubeni elə qələmə verirlər ki, guya o, aydan arı, sudan duru bir insan olub, bütün həyatını “elmə, təhsilə, maarifə həsr edib, bu sahələrə maliyyə vəsaiti xərcləyib”.

Millət vəkili vurğulayıb ki, filmdə Rubenlə yaxından-uzaqdan əlaqəsi olmayan mifik məsələlərdən bəhs ediblər: “Vardanyan missiyası cinayətdir, canilikdir, fırıldaqçılıqdır, başqa heç nə. O, sahib olduğu milyardları düzgün yox, əyri yollarla, qaranlıq və kriminal işlərlə qazanıb. Vardanyan Azərbaycan xalqına və dövlətinə qarşı dövləti cinayətlərdə iştirak edib, ağır cinayətlərin iştirakçısı olub”.

Kamran Bayramov onu da diqqətə çatdırıb ki, 2023-cü il 19-20 sentyabr tarixlərində həyata keçirilmiş antiterror tədbirləri də məhz Vardanyanın və onun kimilərin Qarabağda apardığı fəaliyyətin məntiqli nəticəsi idi: “Vardanyan Qarabağın erməni sakinlərində düşmənçilik əhval-ruhiyyəsini möhkəmləndirməyə davam edirdi. 2022-ci ilin sentyabrında Rusiya vətəndaşlığından imtina edərək qanunsuz olaraq Qarabağa gəlməsi ilə bu, daha qabarıq şəkildə özünü göstərdi. Heç bir ölkə tərəfindən tanınmayan, dünyanın Azərbaycanın ayrılmaz parçası kimi qəbul etdiyi Qarabağa qeyri-qanuni gəlib, burada qondarma "dövlət naziri" vəzifəsini tutmaq idi sülh təşəbbüsü? Əksinə, 2022-ci ilin noyabrından 2023-cü ilin fevral ayına qədər - 4 aydan çox Qarabağdakı qondarma rejimin “dövlət naziri” kimi çalışan Vardanyan Qarabağ məsələsinin nizamlanma prosesinə mənfi dinamika gətirdi. O, Laçın yolunda Azərbaycanın öz gömrük və sərhəd nəzarətini bərpa etməsindən sonra Qarabağda süni şəkildə yaradılmış “humanitar fəlakət”, “blokada şou”sunun əsas müəlliflərindən də biri oldu. Ruben Vardanyanın Qarabağ məsələsi kontekstində verdiyi müsahibə və açıqlamalarında “sülh təşəbbüslərinin inkişaf etdirilməsi” ilə bağlı demək olar ki, heç bir sitata rast gəlmək mümkün deyil. Vardanyan insanlıq adına ləkə olan bir cinayətkar ünsürdür. Onun kriminal keçmişi var, terrorizmi maliyyələşdirib, çirkli pulların yuyulması kimi cinayət əməllərinə sahibdir. Terrorizimə, separatizmə dəstək verən, bütün mənfi əməllərin sahibi olan şəxsə “İnsan olmaq: Ruben Vardanyanın manifesti” adlı film çəkilməsi gülüncdür. Gördüyümüz kimi, erməni xisləti heç zaman dəyişməyib, dəyişməyəcək də".

Bəhruz Məhərrəmov: Prezident yeni dövr üzrə prioritetlərimizi müəyyən etdi

Bəhruz Məhərrəmov

Deputat Bəhruz Məhərrəmov hesab edir ki, belə filmlərin çəkilməsi reallıqlara heç bir halda təsir edə bilməz: “Ruben Vardanyan barəsində konkret ittihamlar üzrə cinayət təqibi davam edən, terror bağlarına dair səhih informasiyaları olan, eyni zamanda törətdiyi pozuntular, o cümlədən terrorçuluğun maliyyələşdirilməsinə dair istintaqa qəti etiraflar etmiş şəxsdir. Eyni zamanda Vətən müharibəsinə və antiterror tədbirlərinə qədər vəziyyətin gərginləşməsində o, xüsusi rol oynayıb. Bu gün onun barəsində hər hansı formada təbliğatın aparılması, filmlər çəkilməsi bu reallıqlara təsir edə bilməz. Onun varidatı ailəsinə Vardanyan barədə miflər uydurmağa və bu uydurma hekayələrin filmlərlə və digər formada sənədləşdirilməsinə geniş imkanlar yaradır. Sirr deyil ki, ödənişini etməklə bu kimi "sənədli filmlərin" hazırlanması bu günün reallığında çətin məsələ deyil. Bu mənada, sənədli filmin hazırlanması, Vardanyanın xüsusi intellektə və humanist dəyərlərə malik insan kimi təqdim olunmasını onun ailəsinin təşəbbüsü kimi qiymətləndirmək olardı, lakin indiki həssas məqamda Ermənistanda bu filmin yüksək səviyyədə təqdimatına icazənin verilməsi ümumilikdə bölgədə sülh və sabitliyə unikal imkanın yarandığı bir situasiyada proseslərin gedişatına yaxşı heç nə vəd etmir. Görünən odur ki, Ermənistan dövləti Vardanyan kartından beynəlxalq miqyasda Azərbaycana qarşı əlavə təsir rıçağı kimi istifadə etmək niyyətindədir. Lakin Azərbaycanın mövqeyi aydın və qətidir. Möhtərəm Prezidentin də ifadə etdiyi kimi, əli azərbaycanlıların qanına batmış, Azərbaycan dövləti və xalqının maraq və mənafelərinə qarşı cinayətlər törətmiş hər bir cinayətkar Azərbaycan qanunları qarşısında cavab verəcək. Vətən müharibəsindən və antiterror tədbirlərindən sonra həyata keçirilən çoxsaylı əməliyyatlar nəticəsində əli azərbaycanlıların qanına batmış çoxsaylı cinayətkarların, o cümlədən Vardanyanın özü də daxil olmaqla separatçıların keçmiş “liderlərinin” yaxalanması, ədalət mühakiməsinə təhvil verilməsi göstərir ki, Azərbaycan bu prosesdə nə qədər ciddi və israrlıdır. Vardanyan barədə sənədli filmin çəkilməsi və onun xarici ölkələrdə yayılması üçün hazırlıqlara başlanmasına gəlincə, bu, ümumilikdə Azərbaycan dövlətinin qeyd olunan istiqamətdə iradəsinə təsir edə bilməz. Hər kəs bilməlidir ki, Azərbaycan müstəqil iradə sahibi kimi daxili işlərinə heç bir formada müdaxiləyə imkan vermir və bu çərçivədə Vardanyanın, eləcə də digər cinayətkarların ifşa edilməsi və barələrində aidiyyəti tədbirlərin görülməsi prosesi heç bir formada ləngiyə bilməz. Əksinə, nə Vardanyan, nə də saxlanılan digər təqsirləndirilən şəxslər Azərbaycan məhkəmələri qarşısında cavab verəcək sonuncu ermənilər deyil".





Oxşar xəbərlər


Xəbər lenti
Konstitusiya – insan hüquqları və ədalətin ali təminatı
2026-11-11
Konstitusiya tariximizin mühüm mərhələləri
2026-11-11
Sabitlik və inkişafın hüquqi əsasları
2026-11-11
Konstitusiya müstəqil dövlətçiliyin möhkəm hüquqi təməlidir
2026-11-11
Günay Ağamalı: Üçrəngli bayrağımız qalib xalqın qüruru, müstəqil dövlətimizin əzəmətidir – ŞƏRH
2026-11-09
8 Noyabr xalqımızın milli qürurunun, dövlətçilik iradəsinin və tarixi ədalətin təntənəsidir
2026-11-09
Günay Ağamalı: Şuşa Zəfəri Azərbaycanın milli qürurunun və dövlətçilik qüdrətinin təcəssümüdür
2026-11-09
8 Noyabr – Şuşa şəhəri günü: Zəfərin zirvəsi, qürurun ünvanı
2026-11-07
Salyan Rayon Mərkəzi Xəstəxanasında 8 Noyabr – Zəfər Gününə həsr olunmuş tədbir keçirilib!
2026-11-06
Mavi göylərdə dalğalanan milli qürurumuz
2026-11-06
Ucalan bayrağımız, güclənən dövlətimiz
2026-11-06
Dövlətçiliyimizin ideoloji təməli və milli birliyimizin rəmzi
2026-11-06
Dövlət bayrağımız milli dəyərimizdir
2026-11-06
Zəfər Yolunun Aparıcı Zirvəsi
2026-11-06
Qalib Azərbaycanın Qürur Zirvəsi – Şuşa
2026-11-06
8 Noyabr- Şuşanın Əbədi Ruhunun Qayıdışı
2026-11-06
8 NOYABR – ZƏFƏR GÜNÜ: MİLLİ QÜRURUMUZUN, DÖVLƏTÇİLİYİMİZİN VƏ DÖNÜŞMƏZ İRADƏMİZİN TƏNTƏNƏSİ
2026-11-05
Salyanda Zəfər Gününə həsr olunmuş tədbir keçirilib
2026-11-05
Səhiyyə işçiləri ümumrayon ağacəkmə aksiyasında fəal iştirak ediblər
2026-11-05
8 NOYABR – ZƏFƏR GÜNÜ: MİLLİ QÜRURUMUZUN, BİRLİYİMİZİN VƏ QƏHRƏMANLIĞIMIZIN TƏNTƏNƏSİ*
2026-11-05
Zəfərin yaratdığı yeni reallıqlar və Azərbaycanın gələcək hədəfləri
2026-11-05
Güclü iqtisadiyyat, müasir ordu və tarixi Qələbə
2026-11-05
44 günə sığan qəhrəmanlıq və əsrlərə yazılan Zəfər
2026-11-05
Şuşa Azərbaycan xalqının rəşadətinin, əyilməz iradəsinin simvoludur
2026-11-04
Ana Vətən Partiyasından Tarixi Zəfərin Altıncı İldönümü İlə Bağlı BƏYANAT
2026-11-04
Deputat: Bütün nailiyyətlər uzaqgörən siyasətin məntiqi nəticəsidir
2026-11-04
Şuşanın azadlığı Azərbaycanın tarixi Zəfərinin və milli qürurunun təntənəsidir
2026-11-04
Azad Şuşa dövlətimizin quruculuq əzminin və Böyük Qayıdışın rəmzidir
2026-11-04
Şuşa Zəfəri milli qürurumuzun ən uca zirvəsidir
2026-11-04
8 Noyabr: təqvimin qızıl hərflərlə yazılmış tarixi
2026-11-03