Kanal4.az

Xəbərlərin ünvanı

Kanal4.az

SİYASƏT
Konstitusiya – insan hüquqları və ədalətin ali təminatı
SİYASƏT
Konstitusiya tariximizin mühüm mərhələləri
SİYASƏT
Sabitlik və inkişafın hüquqi əsasları
SİYASƏT
Konstitusiya müstəqil dövlətçiliyin möhkəm hüquqi təməlidir
SİYASƏT
Günay Ağamalı: Üçrəngli bayrağımız qalib xalqın qüruru, müstəqil dövlətimizin əzəmətidir – ŞƏRH
SİYASƏT
8 Noyabr xalqımızın milli qürurunun, dövlətçilik iradəsinin və tarixi ədalətin təntənəsidir
SİYASƏT
Günay Ağamalı: Şuşa Zəfəri Azərbaycanın milli qürurunun və dövlətçilik qüdrətinin təcəssümüdür
SİYASƏT
8 Noyabr – Şuşa şəhəri günü: Zəfərin zirvəsi, qürurun ünvanı
CƏMİYYƏT
Salyan Rayon Mərkəzi Xəstəxanasında 8 Noyabr – Zəfər Gününə həsr olunmuş tədbir keçirilib!
SİYASƏT
Mavi göylərdə dalğalanan milli qürurumuz
SİYASƏT
Ucalan bayrağımız, güclənən dövlətimiz
SİYASƏT
Dövlətçiliyimizin ideoloji təməli və milli birliyimizin rəmzi
SİYASƏT
Dövlət bayrağımız milli dəyərimizdir
SİYASƏT
Zəfər Yolunun Aparıcı Zirvəsi
SİYASƏT
Qalib Azərbaycanın Qürur Zirvəsi – Şuşa
SİYASƏT
8 Noyabr- Şuşanın Əbədi Ruhunun Qayıdışı
SİYASƏT
8 NOYABR – ZƏFƏR GÜNÜ: MİLLİ QÜRURUMUZUN, DÖVLƏTÇİLİYİMİZİN VƏ DÖNÜŞMƏZ İRADƏMİZİN TƏNTƏNƏSİ
SİYASƏT
Salyanda Zəfər Gününə həsr olunmuş tədbir keçirilib
SİYASƏT
Səhiyyə işçiləri ümumrayon ağacəkmə aksiyasında fəal iştirak ediblər
SİYASƏT
8 NOYABR – ZƏFƏR GÜNÜ: MİLLİ QÜRURUMUZUN, BİRLİYİMİZİN VƏ QƏHRƏMANLIĞIMIZIN TƏNTƏNƏSİ*
SİYASƏT
Zəfərin yaratdığı yeni reallıqlar və Azərbaycanın gələcək hədəfləri
SİYASƏT
Güclü iqtisadiyyat, müasir ordu və tarixi Qələbə
SİYASƏT
44 günə sığan qəhrəmanlıq və əsrlərə yazılan Zəfər
SİYASƏT
Şuşa Azərbaycan xalqının rəşadətinin, əyilməz iradəsinin simvoludur
SİYASƏT
Ana Vətən Partiyasından Tarixi Zəfərin Altıncı İldönümü İlə Bağlı BƏYANAT
SİYASƏT
Deputat: Bütün nailiyyətlər uzaqgörən siyasətin məntiqi nəticəsidir
SİYASƏT
Şuşanın azadlığı Azərbaycanın tarixi Zəfərinin və milli qürurunun təntənəsidir
SİYASƏT
Azad Şuşa dövlətimizin quruculuq əzminin və Böyük Qayıdışın rəmzidir
SİYASƏT
Şuşa Zəfəri milli qürurumuzun ən uca zirvəsidir
SİYASƏT
8 Noyabr: təqvimin qızıl hərflərlə yazılmış tarixi

Tarixi köklərə və möhkəm təmələ əsaslanan Türkiyə–Azərbaycan birliyi sarsılmazdır

2024-06-14 11:35:18 183 baxış
Xəbər şəkil

 Regional təhlükəsizliyə, sülhə, müttəfiqliyə və əməkdaşlığın inkişafına əsaslanan “Şuşa Bəyannaməsi”nin üç il öncə Azərbaycanın Milli Qurtuluş Günündə işğaldan azad edilən Şuşada imzalanması iki ölkə arasında olan dostluğun və qardaşlığın ən yüksək səviyyədə təqdimatı oldu. Bu təqdimat həm də dünyaya Azərbaycan-Türkiyə birliyinin sarsılmaz və əbədi olduğunu göstərməklə, iki qardaş ölkənin dünya miqyasında daha güclü mərkəzə və regionda söz sahibinə çevrilməsini təmin etdi.
        44 günlük Vətən müharibəsi zamanı qardaş Türkiyənin Azərbaycana  güclü siyasi və mənəvi dəstək verməsi, savaş dövrünün ilk günlərdən etibarən Türkiyə Prezidentinin “Azərbaycan yalnız deyil, Türkiyə Azərbaycanın yanındadır” kimi ardıcıl açıqlamalar verməsi  əslində, bir çox ölkələr və beynəlxalq təşkilatlar üçün ciddi bir mesaj idi. 
     “Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında müttəfiqlik münasibətləri haqqın­da Şuşa Bəyannaməsi”nin imzalanması tarixi köklərə, möhkəm təmələ əsaslanan Türkiyə–Azərbaycan birliyinin sar­sılmaz olduğunu bir daha göstərdi. Eyni zamanda, bu tarixi sənəd hər iki qardaş ölkənin ümumi maraqla­rının qorunmasında imkanların birləşdirilməsinin, regional və beynəlxalq strateji məsələlərdə fəaliyyətin qarşılıqlı şəkildə əlaqələndirilməsinin bundan sonra da diqqətdə saxlanılacağı əminliyi yaratdı. Buna görə də bəyannamə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və dövlətimizin başçısı İlham Əliyev tərəfindən “iki ölkə arasında əməkdaşlıq əlaqələrinin inkişaf etdirilməsinin yol xəritəsi” kimi yüksək dəyərləndirildi. “Şuşa Bəyannaməsi”ndə Azərbaycan və Türkiyə arasındakı ikitərəfli münasibətlərin daha da genişləndirilməsi perspektivləri diqqət mərkəzində saxlanılaraq, siyasi, müdafiə, mədəni, hu­manitar, səhiyyə, təhsil, sosial, gənclər, idman sahələrində imkan və potensiallarının birləşdirilməsi, dərinləşdirilməsi xüsusi yer tutur. Eyni zamanda, bu sırada iqtisadi əməkdaşlığın gücləndirilməsi, müştərək maraq daşıyan regional və beynəlxalq strateji məsələlərdə fəaliyyətlərin qarşılıqlı şəkildə əlaqələndirilməsi də önəmli vəzifələrdən biri kimi qarşıya qoyulmuşdur.
       Şuşa Bəyannaməsində Türkiyə ilə Azərbaycanın dost­luq və qardaşlıq münasibətlərini daha da gücləndirmək, region­da sülhü və sabitliyi qorumaq, möhkəmləndirmək məqsədi daşı­yan bir sıra önəmli vəzifələr diqqət çəkir. Həmin vəzifələr Vətən müharibəsindən sonra bölgədə yara­nan yeni əməkdaşlıq imkanlarını reallaşdırmaq istiqamətində önəmli addımlar atan iki qardaş ölkənin sülhə, əmin-amanlığa sa­diq qaldığını göstərməklə bərabər, Cənubi Qafqazı sülh regionuna çevirmək məqsədi daşıdığından xəbər verir. 
       Bəyannamədə müdafiə sahəsində əməkdaşlıq və qarşı­lıqlı hərbi yardım məsələləri də xüsusi diqqət çəkir. Başqa sözlə, sənəddə ordumuzun yeni çağırış­lara uyğun olaraq yenidən formalaşdırılması, modernləşdirilməsi və hərbi təhlükəsizliyin möhkəmləndirilməsində mühüm önəm daşıyır. İki qardaş ölkənin silahlı qüvvələrinin birlikdə fəaliyyət qabiliyyətinin artırılması, müasir texnologiyalara əsaslanan silah və sursatların idarə olunması istiqamətində sıx əməkdaşlığı da nəzərdə tutulur.
      Tarixi sənəddə Azərbaycan və türk diasporları arasında əməkdaşlığın daha da inkişaf etdirilməsi, milli iqtisadiyyatla­rın və ixracın şaxələndirilməsi üzrə səylərin artırılması, Cənub Qaz Dəhlizinin səmərəli şəkildə istifadəsi, Azərbaycan ilə Türkiyəni birləşdirən Zəngəzur dəhlizinin açılması, region­da nəqliyyat-kommunikasiya əlaqələrinin bərpası, beynəlxalq nəqliyyat dəhlizlərinin inkişafının təşviqi kimi aktual məsələlərin yer alması xüsusi önəm kəsb edir.
      Bu bəyannamə iki xalqın tarix, soy-kök, din, dil, mədəniyyət birliyinə söykəndiyini bir daha təsdiqləməklə yanaşı, ölkələrimiz arasında dostluq və qardaşlığın nümunəvi xarakterindən xəbər verir.  Prezident İlham Əliyevin təbirincə desək, dünyanın heç bir yerində Azərbaycan-Türkiyə qardaşlıq münasibətlərinin alternativi yoxdur və bu münasibət ümummilli lider Heydər Əliyevin “Biz bir millət, iki dövlətik” fəlsəfəsinə uyğun olaraq inkişaf edir.   Bu gün hər iki ölkə xoş gündə də, dar gündə də bir-birinin yanındadır. Bu birlik həm də düşmənlərə göz dağıdır. Artıq Azərbaycan-Türkiyə qardaşlıq münasibətləri tam mənası ilə özünü sübut etmişdir. Üstəlik, bu prosesə digər türk dövlətləri də sürətlə qoşulmaqda, siyasi, iqti­sadi, mədəni əlaqələrimizdə birliyə, bərabərliyə doğru bir axın müşahidə olunmaqdadır.
      Monolit birliyin nəticəsidir ki, işğaldan azad edilmiş ərazilərimizdə bərpa və quruculuq işlərinə start verilən ilk gündən dövlətimizin başçısı İlham Əliyevin “dost, qardaş ölkələr quruculuq proseslərdə də fəal iştirak edə bilərlər və onları yanımızda görmək istəyirik” çağırışına qardaş münasibətinin nəticəsi olaraq, hazırda Qarabağın və Şərqi Zəngəzurun bərpası işində ən başlıca rolu Türkiyə şirkətləri oynayırlar. Birgə reallaşdırılan enerji və nəqliyyat layihələri dövlətləri, xalqları birləşdirir, əlaqələrin inkişafı fonunda çoxtərəfli əməkdaşlığa geniş imkanlar açır.
      Bu gün Azərbaycanla Türkiyə ara­sında əlaqələrin yüksək səviyyədə inkişafı təkcə bu dövlətlərin deyil, həm də bütöv bir regionun ümumi tərəqqisinə, Cənubi Qafqazda sabitliyin bərqərar olmasına mühüm töhfələr verir. Əminliklə deyə bilərik ki, bu monolit birlik regionda sabitliyin, təhlükəsizliyin qarantıdır. 
 
Vüqar İsayev,
Yeni Azərbaycan Partiyası Göygöl rayon təşkilatının sədri

Oxşar xəbərlər

Xəbər lenti
Konstitusiya – insan hüquqları və ədalətin ali təminatı
2026-11-11
Konstitusiya tariximizin mühüm mərhələləri
2026-11-11
Sabitlik və inkişafın hüquqi əsasları
2026-11-11
Konstitusiya müstəqil dövlətçiliyin möhkəm hüquqi təməlidir
2026-11-11
Günay Ağamalı: Üçrəngli bayrağımız qalib xalqın qüruru, müstəqil dövlətimizin əzəmətidir – ŞƏRH
2026-11-09
8 Noyabr xalqımızın milli qürurunun, dövlətçilik iradəsinin və tarixi ədalətin təntənəsidir
2026-11-09
Günay Ağamalı: Şuşa Zəfəri Azərbaycanın milli qürurunun və dövlətçilik qüdrətinin təcəssümüdür
2026-11-09
8 Noyabr – Şuşa şəhəri günü: Zəfərin zirvəsi, qürurun ünvanı
2026-11-07
Salyan Rayon Mərkəzi Xəstəxanasında 8 Noyabr – Zəfər Gününə həsr olunmuş tədbir keçirilib!
2026-11-06
Mavi göylərdə dalğalanan milli qürurumuz
2026-11-06
Ucalan bayrağımız, güclənən dövlətimiz
2026-11-06
Dövlətçiliyimizin ideoloji təməli və milli birliyimizin rəmzi
2026-11-06
Dövlət bayrağımız milli dəyərimizdir
2026-11-06
Zəfər Yolunun Aparıcı Zirvəsi
2026-11-06
Qalib Azərbaycanın Qürur Zirvəsi – Şuşa
2026-11-06
8 Noyabr- Şuşanın Əbədi Ruhunun Qayıdışı
2026-11-06
8 NOYABR – ZƏFƏR GÜNÜ: MİLLİ QÜRURUMUZUN, DÖVLƏTÇİLİYİMİZİN VƏ DÖNÜŞMƏZ İRADƏMİZİN TƏNTƏNƏSİ
2026-11-05
Salyanda Zəfər Gününə həsr olunmuş tədbir keçirilib
2026-11-05
Səhiyyə işçiləri ümumrayon ağacəkmə aksiyasında fəal iştirak ediblər
2026-11-05
8 NOYABR – ZƏFƏR GÜNÜ: MİLLİ QÜRURUMUZUN, BİRLİYİMİZİN VƏ QƏHRƏMANLIĞIMIZIN TƏNTƏNƏSİ*
2026-11-05
Zəfərin yaratdığı yeni reallıqlar və Azərbaycanın gələcək hədəfləri
2026-11-05
Güclü iqtisadiyyat, müasir ordu və tarixi Qələbə
2026-11-05
44 günə sığan qəhrəmanlıq və əsrlərə yazılan Zəfər
2026-11-05
Şuşa Azərbaycan xalqının rəşadətinin, əyilməz iradəsinin simvoludur
2026-11-04

2026-11-03