Kanal4.az

Xəbərlərin ünvanı

Kanal4.az

SİYASƏT
Konstitusiya – insan hüquqları və ədalətin ali təminatı
SİYASƏT
Konstitusiya tariximizin mühüm mərhələləri
SİYASƏT
Sabitlik və inkişafın hüquqi əsasları
SİYASƏT
Konstitusiya müstəqil dövlətçiliyin möhkəm hüquqi təməlidir
SİYASƏT
Günay Ağamalı: Üçrəngli bayrağımız qalib xalqın qüruru, müstəqil dövlətimizin əzəmətidir – ŞƏRH
SİYASƏT
8 Noyabr xalqımızın milli qürurunun, dövlətçilik iradəsinin və tarixi ədalətin təntənəsidir
SİYASƏT
Günay Ağamalı: Şuşa Zəfəri Azərbaycanın milli qürurunun və dövlətçilik qüdrətinin təcəssümüdür
SİYASƏT
8 Noyabr – Şuşa şəhəri günü: Zəfərin zirvəsi, qürurun ünvanı
CƏMİYYƏT
Salyan Rayon Mərkəzi Xəstəxanasında 8 Noyabr – Zəfər Gününə həsr olunmuş tədbir keçirilib!
SİYASƏT
Mavi göylərdə dalğalanan milli qürurumuz
SİYASƏT
Ucalan bayrağımız, güclənən dövlətimiz
SİYASƏT
Dövlətçiliyimizin ideoloji təməli və milli birliyimizin rəmzi
SİYASƏT
Dövlət bayrağımız milli dəyərimizdir
SİYASƏT
Zəfər Yolunun Aparıcı Zirvəsi
SİYASƏT
Qalib Azərbaycanın Qürur Zirvəsi – Şuşa
SİYASƏT
8 Noyabr- Şuşanın Əbədi Ruhunun Qayıdışı
SİYASƏT
8 NOYABR – ZƏFƏR GÜNÜ: MİLLİ QÜRURUMUZUN, DÖVLƏTÇİLİYİMİZİN VƏ DÖNÜŞMƏZ İRADƏMİZİN TƏNTƏNƏSİ
SİYASƏT
Salyanda Zəfər Gününə həsr olunmuş tədbir keçirilib
SİYASƏT
Səhiyyə işçiləri ümumrayon ağacəkmə aksiyasında fəal iştirak ediblər
SİYASƏT
8 NOYABR – ZƏFƏR GÜNÜ: MİLLİ QÜRURUMUZUN, BİRLİYİMİZİN VƏ QƏHRƏMANLIĞIMIZIN TƏNTƏNƏSİ*
SİYASƏT
Zəfərin yaratdığı yeni reallıqlar və Azərbaycanın gələcək hədəfləri
SİYASƏT
Güclü iqtisadiyyat, müasir ordu və tarixi Qələbə
SİYASƏT
44 günə sığan qəhrəmanlıq və əsrlərə yazılan Zəfər
SİYASƏT
Şuşa Azərbaycan xalqının rəşadətinin, əyilməz iradəsinin simvoludur
SİYASƏT
Ana Vətən Partiyasından Tarixi Zəfərin Altıncı İldönümü İlə Bağlı BƏYANAT
SİYASƏT
Deputat: Bütün nailiyyətlər uzaqgörən siyasətin məntiqi nəticəsidir
SİYASƏT
Şuşanın azadlığı Azərbaycanın tarixi Zəfərinin və milli qürurunun təntənəsidir
SİYASƏT
Azad Şuşa dövlətimizin quruculuq əzminin və Böyük Qayıdışın rəmzidir
SİYASƏT
Şuşa Zəfəri milli qürurumuzun ən uca zirvəsidir
SİYASƏT
8 Noyabr: təqvimin qızıl hərflərlə yazılmış tarixi

Türk dünyasının gücləndirilməsi, birləşməsi türk dünyasını, Türk Dövlətləri Təşkilatını dünya miqyasında böyük bir güc mərkəzinə çevirəcək

2024-06-10 11:08:58 338 baxış
Xəbər şəkil

Yaşadığımız əsrdə dünyada mövcud regional təşkilatların sıralarına yeniləri  qoşulur. Bunlardan biri də getdikcə güclənən Türk Dövlətləri Təşkilatıdır. Yaranmasının tarixi qısa olsa da, ona beynəlxalq aləmdə maraq böyükdür. Ancaq bu təşkilatın güclənməsini istəməyən qüvvələr də var. Səbəb indiyədək formalaşmış təşkilatlarda söz sahibi olan dövlətlərin yeni təşkilatın yaranmasını qəbul etmək istəməmələridir. Lakin, bütün maneələrə baxmayaraq, Türk Dövlətləri Təşkilatı turan ideyası ətrafında sıx birləşərək dünya tarix səhnəsinə yenidən parlayan ulduz kimi qayıdır. Türk birliyinin yaranması, onun güclü ittifaqa çevrilməsi üçün mövcud olan şərtlər genişdir. Prezident İlham Əliyevin vurğuladığı kimi, bu, böyük coğrafiyadır, artan və gənc əhalidir, təbii sərvətlərdir, həmçinin qlobal əhəmiyyətli nəqliyyat yollarının kəsişdiyi ərazilərdir. Üstəlik, bu xalqlar onları birləşdirən eyni kökə və mədəniyyətə sahibdirlər. Qısa desək, yeni birliyin yaranması üçün birləşdirici amillər çoxdur.
Hazırda dünyada gedən geosiyasi mübarizədə dünya əhəmiyyətli nəqliyyat marşrutlarına nəzarət əsas faktora çevrilib. Xoşbəxtlikdən bu yollara nəzarət də türk dünyasına məxsusdur. Orta dəhliz Çinin "Bir kəmər, bir yol" layihəsinin davamı olsa da, türk nəqliyyat marşrutudur. Çindən sonra bu dəhlizin keçdiyi ölkələr Gürcüstan xaric, hamısı türk dövlətləridir. Üstəlik, dünya üçün böyük əhəmiyyət daşıyacaq İraqdan başlanıb Avropaya gedəcək marşrutda da söz sahibi türk ölkəsi - Türkiyədir. Bunlarsa o deməkdir ki, dünyadakı güc sahibləri tezliklə türk dünyasına möhtac durumda olacaqlar.
Türk dövlətləri arasında getdikcə artan və yeni inkişaf mərhələsinə qədəm qoyan çoxşaxəli əlaqələr Türk Dövlətləri Təşkilatının (TDT) dünyada söz sahibi olan güc mərkəzinə çevrilməsinə birbaşa rəvac verib. Milli köklərimizlə, ortaq dəyərlərimizlə, mədəniyyətimizlə, dilimizin, dinimizin birgəliyi ilə sıx bağlı olduğumuz türk xalqlarının, dövlətlərinin həmrəyliyində, birliyində, sıx əməkdaşlığında Azərbaycan xüsusi yer tutur. Prezident İlham Əliyevin birbaşa təşəbbüsləri TDT-nin qlobal güc kimi müəyyənləşdirilməsində əsas rol oynayır. 
İyunun 6-da dövlət başçısı cənab İlham Əliyev TÜRKPA-nın nümayəndə heyətini qəbul etdiyi zaman məhz bu məqamı xüsusi vurğuladı: "Azərbaycan olaraq bütün bu 20 il və ondan əvvəl rəhmətlik atamın dövründə Azərbaycan bu qurumun möhkəmləndirilməsi, birləşməsi və təşkilata çevrilməsi işində çox fəal idi. Təsadüfi deyil ki, bugünkü Türk Dövlətləri Təşkilatının təşkilata çevrilməsi prosesi də Naxçıvanda başladı. Mənim təşəbbüsümlə Zirvə görüşünün qədim türk dünyası olan Naxçıvanda keçirilməsi böyük məna daşıyırdı. Orada əldə edilmiş qərarlar əsasında biz inkişaf edirik..." 
2009-cu ildə qədim türk diyarı Naxçıvanda təməli qoyulan Türk Şurasının (indiki Türk Dövlətləri Təşkilatı) qarşısına qoyduğu məqsəd və hədəflərə çatması üçün ötən dövr ərzində ölkəmiz xüsusi səylər göstərib. Təşkilata sədrliyi dövründə Azərbaycan türk dövlətləri arasında əlaqələrin daha da genişlənməsi üçün yeni təşəbbüslərlə çıxış edib. Azərbaycanın Qarabağ zəfəri ümumilikdə türkdilli xalqlar adına qazanılan parlaq qələbə oldu. Bu həm də türk dünyasının tarixən var olan etnosiyasi coğrafiyasını bərpa etdi, türk birliyinin daha da güclənməsinə təkan verdi. Türk Dövlətləri Təşkilatına üzv ölkələrin liderlərinin - Türkiyə, Özbəkistan, Qazaxıstan, Qırğızıstan prezidentlərinin Qarabağ və Şərqi Zəngəzura səfər etmələrinin özü də bu baxımdan mühüm əhəmiyyət kəsb edir. 
Onu da xüsusi qeyd edək ki, türkdilli ölkələr işğaldan azad olunan torpaqlarımızda həyata keçirilən quruculuq işlərinə də dəstəklərini göstərirlər. Füzuli rayonunda Özbəkistan və Qazaxıstan tərəfindən məktəb və yaradıcılıq mərkəzi inşa edilərək istifadəyə verilib. Qırğızıstan tərəfindən isə Ağdamda bir məktəbin inşasına başlanılıb. Cəbrayıl rayonundakı bir məntəqədə isə Macarıstanın maliyyə dəstəyi ilə bir məktəb inşa ediləcək. Bunlar dost ölkələrin Azərbaycan xalqına hədiyyəsidir və türk birliyinə nümunələrdir. 
Hazırda dünyada gedən qütbləşmələr, geosiyasi proseslər, dünyanın dörd bir yanını bürümüş müharibələrin fonunda da görürük ki, türk dövlətlərinin güclərini birləşdirməsi olduqca vacib əhəmiyyət kəsb edir. Əslində, Vətən müharibəsi zamanı türk birliyinin gücünün nələrə qadir olduğunu bütün dünya gördü. Hazırda qarşımızda duran ümdə çağırış bu birliyi daha da qüvvətləndirmək və dünya miqyasında güc mərkəzinə çevirməkdir. Qarşıdakı zamanda da Türk Dövlətləri Təşkilatı üzv dövlətlərin hər birinin səyi ilə daha da möhkəmlənəcək və “Türk dünyası ailəsi”nin həmrəyliyi daha da güclənəcək. Necə ki bu barədə Prezident İlham Əliyev deyib: “Türk dünyasının gücləndirilməsi, birləşməsi türk dünyasını, Türk Dövlətləri Təşkilatını dünya miqyasında böyük bir güc mərkəzinə çevirəcək...”

Aqşin Babayev,
YAP Salyan rayon təşkilatının sədr müavini
 
Oxşar xəbərlər

Xəbər lenti
Konstitusiya – insan hüquqları və ədalətin ali təminatı
2026-11-11
Konstitusiya tariximizin mühüm mərhələləri
2026-11-11
Sabitlik və inkişafın hüquqi əsasları
2026-11-11
Konstitusiya müstəqil dövlətçiliyin möhkəm hüquqi təməlidir
2026-11-11
Günay Ağamalı: Üçrəngli bayrağımız qalib xalqın qüruru, müstəqil dövlətimizin əzəmətidir – ŞƏRH
2026-11-09
8 Noyabr xalqımızın milli qürurunun, dövlətçilik iradəsinin və tarixi ədalətin təntənəsidir
2026-11-09
Günay Ağamalı: Şuşa Zəfəri Azərbaycanın milli qürurunun və dövlətçilik qüdrətinin təcəssümüdür
2026-11-09
8 Noyabr – Şuşa şəhəri günü: Zəfərin zirvəsi, qürurun ünvanı
2026-11-07
Salyan Rayon Mərkəzi Xəstəxanasında 8 Noyabr – Zəfər Gününə həsr olunmuş tədbir keçirilib!
2026-11-06
Mavi göylərdə dalğalanan milli qürurumuz
2026-11-06
Ucalan bayrağımız, güclənən dövlətimiz
2026-11-06
Dövlətçiliyimizin ideoloji təməli və milli birliyimizin rəmzi
2026-11-06
Dövlət bayrağımız milli dəyərimizdir
2026-11-06
Zəfər Yolunun Aparıcı Zirvəsi
2026-11-06
Qalib Azərbaycanın Qürur Zirvəsi – Şuşa
2026-11-06
8 Noyabr- Şuşanın Əbədi Ruhunun Qayıdışı
2026-11-06
8 NOYABR – ZƏFƏR GÜNÜ: MİLLİ QÜRURUMUZUN, DÖVLƏTÇİLİYİMİZİN VƏ DÖNÜŞMƏZ İRADƏMİZİN TƏNTƏNƏSİ
2026-11-05
Salyanda Zəfər Gününə həsr olunmuş tədbir keçirilib
2026-11-05
Səhiyyə işçiləri ümumrayon ağacəkmə aksiyasında fəal iştirak ediblər
2026-11-05
8 NOYABR – ZƏFƏR GÜNÜ: MİLLİ QÜRURUMUZUN, BİRLİYİMİZİN VƏ QƏHRƏMANLIĞIMIZIN TƏNTƏNƏSİ*
2026-11-05
Zəfərin yaratdığı yeni reallıqlar və Azərbaycanın gələcək hədəfləri
2026-11-05
Güclü iqtisadiyyat, müasir ordu və tarixi Qələbə
2026-11-05
44 günə sığan qəhrəmanlıq və əsrlərə yazılan Zəfər
2026-11-05
Şuşa Azərbaycan xalqının rəşadətinin, əyilməz iradəsinin simvoludur
2026-11-04

2026-11-03