Kanal4.az

Xəbərlərin ünvanı

Kanal4.az

SİYASƏT
Konstitusiya – insan hüquqları və ədalətin ali təminatı
SİYASƏT
Konstitusiya tariximizin mühüm mərhələləri
SİYASƏT
Sabitlik və inkişafın hüquqi əsasları
SİYASƏT
Konstitusiya müstəqil dövlətçiliyin möhkəm hüquqi təməlidir
SİYASƏT
Günay Ağamalı: Üçrəngli bayrağımız qalib xalqın qüruru, müstəqil dövlətimizin əzəmətidir – ŞƏRH
SİYASƏT
8 Noyabr xalqımızın milli qürurunun, dövlətçilik iradəsinin və tarixi ədalətin təntənəsidir
SİYASƏT
Günay Ağamalı: Şuşa Zəfəri Azərbaycanın milli qürurunun və dövlətçilik qüdrətinin təcəssümüdür
SİYASƏT
8 Noyabr – Şuşa şəhəri günü: Zəfərin zirvəsi, qürurun ünvanı
CƏMİYYƏT
Salyan Rayon Mərkəzi Xəstəxanasında 8 Noyabr – Zəfər Gününə həsr olunmuş tədbir keçirilib!
SİYASƏT
Mavi göylərdə dalğalanan milli qürurumuz
SİYASƏT
Ucalan bayrağımız, güclənən dövlətimiz
SİYASƏT
Dövlətçiliyimizin ideoloji təməli və milli birliyimizin rəmzi
SİYASƏT
Dövlət bayrağımız milli dəyərimizdir
SİYASƏT
Zəfər Yolunun Aparıcı Zirvəsi
SİYASƏT
Qalib Azərbaycanın Qürur Zirvəsi – Şuşa
SİYASƏT
8 Noyabr- Şuşanın Əbədi Ruhunun Qayıdışı
SİYASƏT
8 NOYABR – ZƏFƏR GÜNÜ: MİLLİ QÜRURUMUZUN, DÖVLƏTÇİLİYİMİZİN VƏ DÖNÜŞMƏZ İRADƏMİZİN TƏNTƏNƏSİ
SİYASƏT
Salyanda Zəfər Gününə həsr olunmuş tədbir keçirilib
SİYASƏT
Səhiyyə işçiləri ümumrayon ağacəkmə aksiyasında fəal iştirak ediblər
SİYASƏT
8 NOYABR – ZƏFƏR GÜNÜ: MİLLİ QÜRURUMUZUN, BİRLİYİMİZİN VƏ QƏHRƏMANLIĞIMIZIN TƏNTƏNƏSİ*
SİYASƏT
Zəfərin yaratdığı yeni reallıqlar və Azərbaycanın gələcək hədəfləri
SİYASƏT
Güclü iqtisadiyyat, müasir ordu və tarixi Qələbə
SİYASƏT
44 günə sığan qəhrəmanlıq və əsrlərə yazılan Zəfər
SİYASƏT
Şuşa Azərbaycan xalqının rəşadətinin, əyilməz iradəsinin simvoludur
SİYASƏT
Ana Vətən Partiyasından Tarixi Zəfərin Altıncı İldönümü İlə Bağlı BƏYANAT
SİYASƏT
Deputat: Bütün nailiyyətlər uzaqgörən siyasətin məntiqi nəticəsidir
SİYASƏT
Şuşanın azadlığı Azərbaycanın tarixi Zəfərinin və milli qürurunun təntənəsidir
SİYASƏT
Azad Şuşa dövlətimizin quruculuq əzminin və Böyük Qayıdışın rəmzidir
SİYASƏT
Şuşa Zəfəri milli qürurumuzun ən uca zirvəsidir
SİYASƏT
8 Noyabr: təqvimin qızıl hərflərlə yazılmış tarixi

Azərbaycanın COP29-a ev sahibliyi etməsi ölkəmizin növbəti uğurlarından biridir

2024-05-30 14:41:10 427 baxış
Xəbər şəkil

Ölkə Prezidenti cənab İlham Əliyev bu il aprelin 26-da Almaniyanın paytaxtı Berlində “Euronews” telekanalına verdiyi müsahibəsində qlobal iqlim dəyişikliyi ilə bağlı məsələlərdə Azərbaycanın prinsipial mövqeyini bir daha ifadə etmişdir. Ölkəmizin noyabr ayında ev sahibliyi edəcəyi COP29-un gündəliyi hazırda dünyada ən çox müzakirə olunan mövzulardandır. Məsələ bundadır ki, iqlim dəyişikliyi ilə bağlı problemlər sadəcə ayrılıqda götürülmüş bir ölkə və ya region üçün deyil, bütün planetimiz üçün ciddi təhdidlər yaradır. Bu qlobal problemin həlli yolları da yalnız bütün dünya ölkələrinin birgə səyləri nəticəsində tapıla bilər.
Azərbaycanın zəngin karbohidrogen ehtiyatlarına malik olması faktı bir çoxlarında ölkəmizin COP29-a ev sahibliyi etməsinin məqsədəuyğunluğu ilə bağlı şübhələr yaratmışdı. Cənab Prezident İlham Əliyev bu məsələlərdə dövlətimizin qəti mövqeyini bir daha ortaya qoyaraq həmin yanaşmanın kökündən səhv olduğunu sübut etdi. Həm “15-ci Petersberq İqlim Dialoqu”nun Yüksək Səviyyəli Seqmentində etdiyi çıxışında, həm də öz müsahibəsində cənab Prezident birmənalı olaraq bildirdi ki, məhz qazıntı yanacağı ilə zəngin ölkələr yaşıl enerjiyə keçid və qlobal iqlim dəyişikliyinin fəsadları ilə mübarizə məsələlərində öndə getməlidirlər və bu ölkələr ilk növbədə öz sərvətlərini ölkənin inkişafına, yoxsulluğun və işsizliyin azaldılmasına, yaşıl gündəliklə bağlı tutulan hədəflərə necə yönəltmələrinə görə dəyərləndirilməlidirlər.
Cənab Prezidentin müsahibə  zamanı vurğuladığı məsələlərdən biri də, qlobal əhəmiyyətə malik məsələlərin tədbirdə müzakirə ediləcək əsas istiqamətlərdən biri olacağı ilə əlaqədardır. O xüsusilə iqlim dəyişikliyi  probleminin öhdəsindən gəlmək üçün həmrəyliyin, ortaq məsuliyyətin vacibliyinə diqqət çəkmiş, təbii sərvətləri olan ölkələri mühakimə etmək əvəzinə bu ölkələrin imkanlarından və maliyyə potensialından istifadə edərək məsələnin həllində daha mühim addımlar atmağın vacibliyini qeyd etmişdir. Eyni zamanda Azərbaycanın OPEK+ üzvü olan ölkə kimi bu işdə öz töhfəsini verməyə hər zaman hazır olduğunu bildirmiş, yaşıl dünyaya doğru əlavə və davamlı konkret addımlar atmağın bu böyük tədbirdən vacib miras olaraq qalacağını vurğulamışdır.
Qeyd edək ki, Azərbaycanda ətraf mühitin mühafizəsi, ekologiyanın qorunması  hər zaman xüsusi diqqət mərkəzində olmuşdur. Ötən dövr ərzində bu istiqamətdə dövlətimizin başçısı tərəfindən dövlət proqramları təsdiq edilmiş,  müvafiq fərman və sərəncamlar imzalanmışdır. Respublikamız iqlim dəyişiklikləri ilə bağlı BMT-nin çağırışlarına fəal şəkildə qoşulan ölkələr sırasında yer alır və hər zaman bu qlobal əhəmiyyətli məsələ ilə bağlı ən yüksək səviyyədə  təmsil olunaraq öz töhfələrini verməyə çalışır.
Şərq-Qərb nəqliyyat dəhlizi üzərində yerləşən Azərbaycan  öz coğrafi mövqeyinin verdiyi üstünlüklərdən faydalanaraq əməkdaşlıq edəcək ölkələrin hər biri üçün məqbul olacaq layihələr təklif edir. Ölkəmiz eyni zamanda regionun və özünün karbohidrogen məhsullarının Avropa bazarına çıxarılması imkanlarını genişləndirir. Təbii ehtiyyatlarla yanaşı Azərbaycanın alternativ enerji potensialı da yüksək dəyərləndirilir. Xüsusilə son illərdə günəş və külək enerjisinin istehsalı sahəsindəki uğurlar bu istiqamətdə əldə olunan nailiyyətlərin ən gözəl sübutudur. Bu baxımdan COP29-un ölkəmizin “yaşıl enerji” siyasətinə verdiyi töhfələr  çox önəmli olacaq. Belə geniş miqyaslı tədbirin Azərbaycanda keçirilməsi  həm də çox əhəmiyyətli siyasi hadisədir və ölkəmizin dünyada artan nüfuzuna müsbət təsir göstərəcək.
Bir sözlə, əminliklə qeyd edə bilərik ki, ölkəmiz COP29 kimi mühüm qlobal konfransa ev sahibliyi etməklə beynəlxalq aləmdə nüfuzunu daha da artıracaq, ekoloji gündəliyə sadiqliyini bir daha nümayiş etdirəcək və bununla da dünya siyasətində fəal və konstruktiv  mövqeyini yenidən  sübuta yetirmiş olacaqdır.

Tural Kərimov,
Salyan Dövlət Aqrar İnkişaf Mərkəzinin hüquqşünası, YAP fəalı

Oxşar xəbərlər

Xəbər lenti
Konstitusiya – insan hüquqları və ədalətin ali təminatı
2026-11-11
Konstitusiya tariximizin mühüm mərhələləri
2026-11-11
Sabitlik və inkişafın hüquqi əsasları
2026-11-11
Konstitusiya müstəqil dövlətçiliyin möhkəm hüquqi təməlidir
2026-11-11
Günay Ağamalı: Üçrəngli bayrağımız qalib xalqın qüruru, müstəqil dövlətimizin əzəmətidir – ŞƏRH
2026-11-09
8 Noyabr xalqımızın milli qürurunun, dövlətçilik iradəsinin və tarixi ədalətin təntənəsidir
2026-11-09
Günay Ağamalı: Şuşa Zəfəri Azərbaycanın milli qürurunun və dövlətçilik qüdrətinin təcəssümüdür
2026-11-09
8 Noyabr – Şuşa şəhəri günü: Zəfərin zirvəsi, qürurun ünvanı
2026-11-07
Salyan Rayon Mərkəzi Xəstəxanasında 8 Noyabr – Zəfər Gününə həsr olunmuş tədbir keçirilib!
2026-11-06
Mavi göylərdə dalğalanan milli qürurumuz
2026-11-06
Ucalan bayrağımız, güclənən dövlətimiz
2026-11-06
Dövlətçiliyimizin ideoloji təməli və milli birliyimizin rəmzi
2026-11-06
Dövlət bayrağımız milli dəyərimizdir
2026-11-06
Zəfər Yolunun Aparıcı Zirvəsi
2026-11-06
Qalib Azərbaycanın Qürur Zirvəsi – Şuşa
2026-11-06
8 Noyabr- Şuşanın Əbədi Ruhunun Qayıdışı
2026-11-06
8 NOYABR – ZƏFƏR GÜNÜ: MİLLİ QÜRURUMUZUN, DÖVLƏTÇİLİYİMİZİN VƏ DÖNÜŞMƏZ İRADƏMİZİN TƏNTƏNƏSİ
2026-11-05
Salyanda Zəfər Gününə həsr olunmuş tədbir keçirilib
2026-11-05
Səhiyyə işçiləri ümumrayon ağacəkmə aksiyasında fəal iştirak ediblər
2026-11-05
8 NOYABR – ZƏFƏR GÜNÜ: MİLLİ QÜRURUMUZUN, BİRLİYİMİZİN VƏ QƏHRƏMANLIĞIMIZIN TƏNTƏNƏSİ*
2026-11-05
Zəfərin yaratdığı yeni reallıqlar və Azərbaycanın gələcək hədəfləri
2026-11-05
Güclü iqtisadiyyat, müasir ordu və tarixi Qələbə
2026-11-05
44 günə sığan qəhrəmanlıq və əsrlərə yazılan Zəfər
2026-11-05
Şuşa Azərbaycan xalqının rəşadətinin, əyilməz iradəsinin simvoludur
2026-11-04

2026-11-03