Kanal4.az

Xəbərlərin ünvanı

Kanal4.az

SİYASƏT
Konstitusiya – insan hüquqları və ədalətin ali təminatı
SİYASƏT
Konstitusiya tariximizin mühüm mərhələləri
SİYASƏT
Sabitlik və inkişafın hüquqi əsasları
SİYASƏT
Konstitusiya müstəqil dövlətçiliyin möhkəm hüquqi təməlidir
SİYASƏT
Günay Ağamalı: Üçrəngli bayrağımız qalib xalqın qüruru, müstəqil dövlətimizin əzəmətidir – ŞƏRH
SİYASƏT
8 Noyabr xalqımızın milli qürurunun, dövlətçilik iradəsinin və tarixi ədalətin təntənəsidir
SİYASƏT
Günay Ağamalı: Şuşa Zəfəri Azərbaycanın milli qürurunun və dövlətçilik qüdrətinin təcəssümüdür
SİYASƏT
8 Noyabr – Şuşa şəhəri günü: Zəfərin zirvəsi, qürurun ünvanı
CƏMİYYƏT
Salyan Rayon Mərkəzi Xəstəxanasında 8 Noyabr – Zəfər Gününə həsr olunmuş tədbir keçirilib!
SİYASƏT
Mavi göylərdə dalğalanan milli qürurumuz
SİYASƏT
Ucalan bayrağımız, güclənən dövlətimiz
SİYASƏT
Dövlətçiliyimizin ideoloji təməli və milli birliyimizin rəmzi
SİYASƏT
Dövlət bayrağımız milli dəyərimizdir
SİYASƏT
Zəfər Yolunun Aparıcı Zirvəsi
SİYASƏT
Qalib Azərbaycanın Qürur Zirvəsi – Şuşa
SİYASƏT
8 Noyabr- Şuşanın Əbədi Ruhunun Qayıdışı
SİYASƏT
8 NOYABR – ZƏFƏR GÜNÜ: MİLLİ QÜRURUMUZUN, DÖVLƏTÇİLİYİMİZİN VƏ DÖNÜŞMƏZ İRADƏMİZİN TƏNTƏNƏSİ
SİYASƏT
Salyanda Zəfər Gününə həsr olunmuş tədbir keçirilib
SİYASƏT
Səhiyyə işçiləri ümumrayon ağacəkmə aksiyasında fəal iştirak ediblər
SİYASƏT
8 NOYABR – ZƏFƏR GÜNÜ: MİLLİ QÜRURUMUZUN, BİRLİYİMİZİN VƏ QƏHRƏMANLIĞIMIZIN TƏNTƏNƏSİ*
SİYASƏT
Zəfərin yaratdığı yeni reallıqlar və Azərbaycanın gələcək hədəfləri
SİYASƏT
Güclü iqtisadiyyat, müasir ordu və tarixi Qələbə
SİYASƏT
44 günə sığan qəhrəmanlıq və əsrlərə yazılan Zəfər
SİYASƏT
Şuşa Azərbaycan xalqının rəşadətinin, əyilməz iradəsinin simvoludur
SİYASƏT
Ana Vətən Partiyasından Tarixi Zəfərin Altıncı İldönümü İlə Bağlı BƏYANAT
SİYASƏT
Deputat: Bütün nailiyyətlər uzaqgörən siyasətin məntiqi nəticəsidir
SİYASƏT
Şuşanın azadlığı Azərbaycanın tarixi Zəfərinin və milli qürurunun təntənəsidir
SİYASƏT
Azad Şuşa dövlətimizin quruculuq əzminin və Böyük Qayıdışın rəmzidir
SİYASƏT
Şuşa Zəfəri milli qürurumuzun ən uca zirvəsidir
SİYASƏT
8 Noyabr: təqvimin qızıl hərflərlə yazılmış tarixi

Azərbaycan-Tacikistan əlaqələri qardaş dövlətlərin və xalqların maraqları çərçivəsində dinamik inkişaf edir

2024-05-29 09:44:14 188 baxış
Xəbər şəkil

Dünyanın siyasi arenasında yerini və çəkisini möhkəmləndirən Azərbaycan əksər dövlətlərlə münasibətlərini inkişaf etdirməkdədir. Tam müstəqil xarici siyasət həyata keçirən Prezident İlham Əliyevin uğurlu diplomatiyası ilə Azərbaycan əksər dövlətlərin Cənubi Qafqaz regionundakı ən etibarlı tərəfdaşı hesab olunur. Azərbaycanın bir çox dövlətlərlə strateji tərəfdaşlq, səmimi dostluq-qardaşlıq münasibətləri mövcuddur. Azərbaycanın xarici siyasətində Mərkəzi Asiya ölkələri ilə münasibətlər isə xüsusi yer tutur. Belə ölkələrdən biri də Tacikistandır. 
Tacikistan elə Mərkəzi Asiya dövlətlərindən biridir ki, ölkəmizlə ikitərəfli əlaqələri yüksək səviyyədədir. Tarixi əsrlərə dayanan xalqlarımız arasındakı ortaq dostluq münasibətləri dövlətlərimiz arasındakı bugünkü əlaqələrin bazasını təşkil edir. Hər iki ölkənin Liderlərinin səmimi münasibətləri hesabına dövlətlər arasındakı əməkdaşlıq daha da artaraq bugünkü səviyyəyə yüksəlib. 
Bu baxımdan qeyd etmək olar ki, Tacikistan Prezidenti Emoməli Rəhmonun mayın 22-də Azərbaycana dövlət səfəri iki dost ölkə arasındakı hərtərəfli münasibətlərin daha da inkişafına mühüm töhfə verəcək. Əlbəttə ki, dövlət səfərinin xüsusi statusu var və bu, Prezident İlham Əliyevin söylədiyi kimi, münasibətlərin bugünkü yüksək səviyyəsinin təzahürüdür. Bu səfər çərçivəsində dövlət başçılarının keçirdikləri görüşlərdə müzakirə edilən məsələlər, qəbul edilən qərarlar, verilən tapşırıqlar onu deməyə əsas verir ki, artıq ölkələrarası münasibətlərdə yeni yüksəliş dövrü başlayır. 
İki ölkə arasında münasibətlər parlamentlər səviyyəsində də uğurla davam etdirilir. Azərbaycan Respublikası Milli Məclisində Azərbaycan-Tacikistan parlamentlərarası əlaqələr üzrə işçi qrupu fəaliyyət göstərir. Tacikistan Respublikasının Ali Məclisinin hər iki palatasında Azərbaycan Milli Məclisi ilə parlamentlərarası dostluq və əməkdaşlıq qrupu mövcuddur.
Ölkələrimizi tarixi dostluq əlaqələri, siyasi, humanitar və digər sahələrdə münasibətlər də birləşdirir. Azərbaycan və tacik xalqları arasında tarixi, mədəni və dini bağlılıqlar iki ölkə arasındakı əlaqələrin əsasını təşkil edir. Həmçinin, iki ölkə arasında elm və təhsil sahəsində münasibətlər də mühüm əhəmiyyətə malikdir. 2014-cü ildə Prezident İlham Əliyevə Tacikistan Milli Universitetinin fəxri doktoru diplomu təqdim olunub. 2018-ci il avqustun 11-də Azərbaycanda rəsmi səfərdə olan Tacikistan Respublikasının Prezidenti Emoməli Rəhmona ADA Universitetinin fəxri doktoru diplomu təqdim edilib. 
Azərbaycanın nəqliyyat-logistika imkanlarının genişlənməsi, Zəngəzur dəhlizinin reallaşdırılması məsələsi ölkəmizi Şərqlə Qərb arasında mühüm nəqliyyat qovşağına çevirib. Təsadüfi deyil ki, bu gün Mərkəzi Asiya ölkələrindən, bir qədər də uzağa getsək, Çindən Avropaya gedən ən qısa və təhlükəsiz tranzit daşımalar məhz ölkəmizin ərazisindən həyata keçirilir ki, bu da Azərbaycana marağı getdikcə artırır. Prezidentlərin görüşündə də Orta dəhliz və onun bir hissəsi olan Trans-Xəzər Nəqliyyat Dəhlizini Tacikistandan yükgöndərənlər üçün daha cəlbedici etmək məqsədilə logistika əlaqələrinə dair məsələlər ətraflı nəzərdən keçirildi. İlham Əliyev diqqətə çatdırdı ki, Azərbaycan öz ərazisində bütün iri nəqliyyat və logistika layihələrini praktiki olaraq başa çatdırıb və bu gün müxtəlif istiqamətlərdə - şərqdən qərbə və əks-istiqamətdə, şimaldan cənuba və əks istiqamətdə böyük həcmdə yükləri qəbul etməyə hazırdır.
Səfər çərçivəsində ən mühüm hadisə isə iki dost ölkə arasında "Azərbaycan Respublikası ilə Tacikistan Respublikası arasında strateji tərəfdaşlıq haqqında Bəyannamə"nin imzalanması oldu. Prezidentlər bu sənədi tarixi hadisə adlandıraraq əhəmiyyətini çox yüksək dəyərləndirdilər.
Bir sözlə, bu səfər zamanı imzalanan müqavilələr ölkələrimiz arasında münasibətlərin qarşıdakı dövr üçün əsas istiqamətlərini səciyyələndirir. Əlbəttə ki, münasibətlərin strateji tərəfdaşlıq səviyyəsinə yüksəlməsində İlham Əliyevin və Emoməli Rəhmonun şəxsi dostluq münasibətləri mühüm rol oynayır. Əminliklə deyə bilərik ki, Prezident Emoməli Rəhmonun budəfəki dövlət səfəri ölkələrimiz arasında münasibətlərin inkişafında mühüm rol oynayacaq. İki ölkənin rəhbərlərinin iştirakı ilə keçirilən görüşlərdə sənaye kooperasiyasının, humanitar sahədə əməkdaşlıq üzrə iqtisadi xarakterli bir çox layihənin reallaşdırılmasına dair hökumət üzvlərinə konkret tapşırıqlar verilib. İlin sonunda Tacikistan Prezidenti yenidən ölkəmizə səfər edəcək. Çünki Prezident İlham Əliyev dost və həmkarını noyabrda Azərbaycanda keçiriləcək COP29 sammitinə dəvət edib. Bütün bunlar onu deməyə əsas verir ki, Azərbaycan-Tacikistan əlaqələri qardaş dövlətlərin və xalqların maraqları çərçivəsində dinamik inkişaf edir. Tacikistan Prezidentinin bu səfərindən sonra isə bütün sahələrdə əməkdaşlığımız nəzərəçarpacaq dərəcədə artacaq.

Könül Babayeva, 
Salyan rayonu Seyidsadıqlı kəndi, YAP fəalı 

Oxşar xəbərlər

Xəbər lenti
Konstitusiya – insan hüquqları və ədalətin ali təminatı
2026-11-11
Konstitusiya tariximizin mühüm mərhələləri
2026-11-11
Sabitlik və inkişafın hüquqi əsasları
2026-11-11
Konstitusiya müstəqil dövlətçiliyin möhkəm hüquqi təməlidir
2026-11-11
Günay Ağamalı: Üçrəngli bayrağımız qalib xalqın qüruru, müstəqil dövlətimizin əzəmətidir – ŞƏRH
2026-11-09
8 Noyabr xalqımızın milli qürurunun, dövlətçilik iradəsinin və tarixi ədalətin təntənəsidir
2026-11-09
Günay Ağamalı: Şuşa Zəfəri Azərbaycanın milli qürurunun və dövlətçilik qüdrətinin təcəssümüdür
2026-11-09
8 Noyabr – Şuşa şəhəri günü: Zəfərin zirvəsi, qürurun ünvanı
2026-11-07
Salyan Rayon Mərkəzi Xəstəxanasında 8 Noyabr – Zəfər Gününə həsr olunmuş tədbir keçirilib!
2026-11-06
Mavi göylərdə dalğalanan milli qürurumuz
2026-11-06
Ucalan bayrağımız, güclənən dövlətimiz
2026-11-06
Dövlətçiliyimizin ideoloji təməli və milli birliyimizin rəmzi
2026-11-06
Dövlət bayrağımız milli dəyərimizdir
2026-11-06
Zəfər Yolunun Aparıcı Zirvəsi
2026-11-06
Qalib Azərbaycanın Qürur Zirvəsi – Şuşa
2026-11-06
8 Noyabr- Şuşanın Əbədi Ruhunun Qayıdışı
2026-11-06
8 NOYABR – ZƏFƏR GÜNÜ: MİLLİ QÜRURUMUZUN, DÖVLƏTÇİLİYİMİZİN VƏ DÖNÜŞMƏZ İRADƏMİZİN TƏNTƏNƏSİ
2026-11-05
Salyanda Zəfər Gününə həsr olunmuş tədbir keçirilib
2026-11-05
Səhiyyə işçiləri ümumrayon ağacəkmə aksiyasında fəal iştirak ediblər
2026-11-05
8 NOYABR – ZƏFƏR GÜNÜ: MİLLİ QÜRURUMUZUN, BİRLİYİMİZİN VƏ QƏHRƏMANLIĞIMIZIN TƏNTƏNƏSİ*
2026-11-05
Zəfərin yaratdığı yeni reallıqlar və Azərbaycanın gələcək hədəfləri
2026-11-05
Güclü iqtisadiyyat, müasir ordu və tarixi Qələbə
2026-11-05
44 günə sığan qəhrəmanlıq və əsrlərə yazılan Zəfər
2026-11-05
Şuşa Azərbaycan xalqının rəşadətinin, əyilməz iradəsinin simvoludur
2026-11-04

2026-11-03