Kanal4.az

Xəbərlərin ünvanı

Kanal4.az

SİYASƏT
Konstitusiya – insan hüquqları və ədalətin ali təminatı
SİYASƏT
Konstitusiya tariximizin mühüm mərhələləri
SİYASƏT
Sabitlik və inkişafın hüquqi əsasları
SİYASƏT
Konstitusiya müstəqil dövlətçiliyin möhkəm hüquqi təməlidir
SİYASƏT
Günay Ağamalı: Üçrəngli bayrağımız qalib xalqın qüruru, müstəqil dövlətimizin əzəmətidir – ŞƏRH
SİYASƏT
8 Noyabr xalqımızın milli qürurunun, dövlətçilik iradəsinin və tarixi ədalətin təntənəsidir
SİYASƏT
Günay Ağamalı: Şuşa Zəfəri Azərbaycanın milli qürurunun və dövlətçilik qüdrətinin təcəssümüdür
SİYASƏT
8 Noyabr – Şuşa şəhəri günü: Zəfərin zirvəsi, qürurun ünvanı
CƏMİYYƏT
Salyan Rayon Mərkəzi Xəstəxanasında 8 Noyabr – Zəfər Gününə həsr olunmuş tədbir keçirilib!
SİYASƏT
Mavi göylərdə dalğalanan milli qürurumuz
SİYASƏT
Ucalan bayrağımız, güclənən dövlətimiz
SİYASƏT
Dövlətçiliyimizin ideoloji təməli və milli birliyimizin rəmzi
SİYASƏT
Dövlət bayrağımız milli dəyərimizdir
SİYASƏT
Zəfər Yolunun Aparıcı Zirvəsi
SİYASƏT
Qalib Azərbaycanın Qürur Zirvəsi – Şuşa
SİYASƏT
8 Noyabr- Şuşanın Əbədi Ruhunun Qayıdışı
SİYASƏT
8 NOYABR – ZƏFƏR GÜNÜ: MİLLİ QÜRURUMUZUN, DÖVLƏTÇİLİYİMİZİN VƏ DÖNÜŞMƏZ İRADƏMİZİN TƏNTƏNƏSİ
SİYASƏT
Salyanda Zəfər Gününə həsr olunmuş tədbir keçirilib
SİYASƏT
Səhiyyə işçiləri ümumrayon ağacəkmə aksiyasında fəal iştirak ediblər
SİYASƏT
8 NOYABR – ZƏFƏR GÜNÜ: MİLLİ QÜRURUMUZUN, BİRLİYİMİZİN VƏ QƏHRƏMANLIĞIMIZIN TƏNTƏNƏSİ*
SİYASƏT
Zəfərin yaratdığı yeni reallıqlar və Azərbaycanın gələcək hədəfləri
SİYASƏT
Güclü iqtisadiyyat, müasir ordu və tarixi Qələbə
SİYASƏT
44 günə sığan qəhrəmanlıq və əsrlərə yazılan Zəfər
SİYASƏT
Şuşa Azərbaycan xalqının rəşadətinin, əyilməz iradəsinin simvoludur
SİYASƏT
Ana Vətən Partiyasından Tarixi Zəfərin Altıncı İldönümü İlə Bağlı BƏYANAT
SİYASƏT
Deputat: Bütün nailiyyətlər uzaqgörən siyasətin məntiqi nəticəsidir
SİYASƏT
Şuşanın azadlığı Azərbaycanın tarixi Zəfərinin və milli qürurunun təntənəsidir
SİYASƏT
Azad Şuşa dövlətimizin quruculuq əzminin və Böyük Qayıdışın rəmzidir
SİYASƏT
Şuşa Zəfəri milli qürurumuzun ən uca zirvəsidir
SİYASƏT
8 Noyabr: təqvimin qızıl hərflərlə yazılmış tarixi

Azərbaycanın Mərkəzi Asiya dövlətləri arasında Tacikistanla münasibətləri xüsusi əhəmiyyətə malikdir

2024-05-29 09:40:20 266 baxış
Xəbər şəkil

Azərbaycanın Mərkəzi Asiya ölkələri ilə münasibətlərinə nəzər salsaq, əlaqələrin son bir neçə ildə daha da möhkəmləndiyini görmək olar. Prezident İlham Əliyev Azərbaycana rəhbərliyi dövründə Mərkəzi Asiya regionu ilə münasibətlərin inkişaf etdirilməsini vacib amil hesab etmişdir. Buna müvafiq olaraq 20 il ərzində ölkə rəsmilərinin qarşılıqlı səfərləri, imzalanan sənədlər, həyata keçirilən layihələr də Azərbaycanın Mərkəzi Asiya dövlətləri ilə sıx əlaqələrini göstərir. Son illərdə daha da inkişaf etmiş Azərbaycan-Tacikistan uğurlu əlaqələri də bu siyasətin nəticəsidir. 
Azərbaycan ilə Tacikistan arasındakı münasibətlərin tarixi çox qədimdir. Tacikistanda Azərbaycan diasporu fəaliyyət göstərir. Azərbaycanlıların bir qismi Mərkəzi Asiyaya, o cümlədən Tacikistana XX əsrin 20-30-cu illərində savadsızlığı ləğv etmək məqsədilə, digərləri isə Stalin repressiyasının qurbanı olaraq göndəriliblər. Hər iki ölkə SSRİ-nin tərkibində müttəfiq respublika olmuşlar. Elə həmin dövrlərdə də Azərbaycan və Tacikistan arasında iqtisadi və mədəni əlaqələr formalaşmışdır.
Keçmiş ittifaq dağıldıqdan sonra iki ölkə arasında diplomatik münasibətlər 1992-ci il mayın 29-da qurulmuşdur. Azərbaycan ilə Tacikistan arasında əlaqələr əsasən beynəlxalq təşkilatlar, xüsusilə də Birləşmiş Millətlər Təşkilatı, İslam Əməkdaşlıq Təşkilatı və Müstəqil Dövlətlər Birliyi çərçivəsində mövcud olmuşdur. 2 oktyabr 2006-cı ildə Azərbaycan Respublikasının  Tacikistan Respublikasının paytaxtı Düşənbə şəhərində səfirliyi təsis edilmişdir. 2007-ci ildə isə Tacikistanın Azərbaycanda səfirliyi fəaliyyətə başlamışdır.
Ölkələrimiz arasında əlaqələrin inkişafında Azərbaycan Prezidenti İlham Əliyevin və Tacikistan Prezidenti Emoməli Rəhmonun şəxsi dostluq münasibətləri də mühüm rol oynayır. Bu münasibətlər dövlət başçılarının qarşılıqlı səfərlərinin intensivliyində və məhsuldarlığında da özünü açıq şəkildə göstərir. Prezident İlham Əliyev indiyədək Tacikistana altı dəfə səfər edib. Ölkələrimizi tarixi dostluq əlaqələri, siyasi, humanitar və digər sahələrdə münasibətlər sıx birləşdirir. Azərbaycan və Tacikistan arasında ümumilikdə 70-dən çox sənəd, o cümlədən 2007-ci il martın 15-də "Azərbaycan Respublikası və Tacikistan Respublikası arasında dostluq və əməkdaşlıq haqqında Müqavilə" imzalanıb. 
Mayın 22-də Tacikistan Prezidenti Emoməli Rəhmonun ölkəmizə növbəti səfəri ölkələrimiz arasında münasibətlərin sürətli inkişafının göstəricisidir. Azərbaycanı etibarlı dostu və tərəfdaşı hesab edən Tacikistan Prezidenti ölkələrimizi zamanın sınağından çıxmış münasibətlərin birləşdirdiyini qeyd edib. Prezident İlham Əliyev səfər çərçivəsində Emoməli Rəhmonu bu il ölkəmizdə baş tutacaq COP29-a dəvət edib. Daha sonra prezidentlər Strateji Tərəfdaşlıq Bəyannaməsi də daxil olmaqla ümumilikdə 14 sənəd imzalayıblar. Həmçinin ikitərəfli münasibətlərin müqavilə-hüquq bazasını möhkəmləndirən bu sənədlərdən əlavə, Tacikistan Prezidentinin səfəri ərəfəsində ölkəmizdə biznes forum keçirilməsi və forumda anlaşma memorandumlarının imzalanması qarşılıqlı ticarətin həcmini artırmağa xidmət edir.
Budəfəki səfər çərçivəsində əsas məqam Azərbaycan ilə Tacikistan arasında müxtəlif sahələr üzrə əməkdaşlığın genişləndirilməsidir. Bunların arasında əməkdaşlıq, beynəlxalq aləmdə birgə fəaliyyət, iqtisadi-humanitar sahədə öz əksini tapır. İki ölkə arasında iqtisadi-ticari sahədə əməkdaşlıq perspektivləri olduqca genişdir. 2022-ci ildə Azərbaycanın Tacikistan ilə ticarət dövriyyəsinin həcmi 5,95 milyon ABŞ dolları olub. Ötən ilin yanvar-fevral ayları üzrə ticarət dövriyyəsi isə 824,59 min ABŞ dolları təşkil edib. Tacikistandan Azərbaycana 4,4 milyon dollar, Azərbaycandan Tacikistana isə 1,5 milyon dollar investisiya qoyulub. 2022-ci ildə SOCAR tərəfindən Tacikistana 0,3 min ton neft koksu və 0,1 min ton sürtkü yağları ixrac edilib. 2023-cü il mayın 1-dən "Azərbaycan Hava Yolları" QSC tərəfindən Bakı-Düşənbə-Bakı marşrutu üzrə həftədə 3 dəfə olmaqla beynəlxalq uçuşların həyata keçirilməsi nəzərdə tutulur. Təkcə bu ilin ilk 4 ayı ərzində isə iki ölkə arasında ticarət dövriyyəsi 78 faiz artıb. Həmçinin Tacikistan neft kəmərlərinin emalında müəyyən təcrübəyə malikdir. Azərbaycanın iqtisadi yatırım sahəsində olan potensialı Tacikistan üçün olduqca vacibdir. Tacikistanda 500 yatırım layihəsi mövcuddur ki, ölkəmiz bu təcrübədən istifadə etmək niyyətindədir. Həmçinin Tacikistan Trans-Xəzər Beynəlxalq Nəqliyyat Dəhlizindən (Orta Dəhliz) aktiv şəkildə istifadə edir. Ötən il ərzində bu dəhliz üzrə daşınan yüklərin həcmində 86 faiz artım qeydə alınıb. Bu ilin 4 ayında isə yükdaşımaların həcmi 70 faiz artıb.
Son il ərzində Tacikistandan Bakıya orta hesabla 2000 turist gəlib. Pandemiya dövründən əvvəl isə bu say 3500 olub. Tacikistan prezidenti Emoməli Rəhmonun ötən gün ölkəmizə səfəri çərçivəsində turizm sahəsində imzalanan müqavilə faktiki olaraq ölkələr üçün yol xəritəsi hesab olunur. Bundan əlavə, mayın 20-də Bakıda keçirilən Azərbaycan-Tacikistan biznes forumunda da iqtisadi əlaqələrin daha da inkişaf etdirilməsi müzakirə olunub.
Ölkələrimiz həm də nəqliyyat, infrastruktur baxımından geniş imkanlara malikdir. Bu gün Azərbaycan istər türk dövlətləri, istərsə də Mərkəzi Asiya ölkələri arasında körpü rolunu oynayır. Bu baxımdan, Zəngəzur dəhlizinin açılması iki ölkə arasında münasibətləri daha yüksək səviyyəyə qaldırmağa, Azərbaycan ilə Mərkəzi Asiya regionu arasında əməkdaşlığı möhkəmləndirməyə xidmət edəcək. Bu istiqamətdə Azərbaycan və Tacikistan arasında artan etimad əlaqələrin inkişaf etməsinə, mövcud tərəfdaşlıq imkanlarının gələcəkdə daha da güclənməsinə zəmin yaradacaq. 

Səlimağa Səlimli,
Azərbaycan Respublikasının Əməkdar Müəllimi, YAP fəalı

Oxşar xəbərlər

Xəbər lenti
Konstitusiya – insan hüquqları və ədalətin ali təminatı
2026-11-11
Konstitusiya tariximizin mühüm mərhələləri
2026-11-11
Sabitlik və inkişafın hüquqi əsasları
2026-11-11
Konstitusiya müstəqil dövlətçiliyin möhkəm hüquqi təməlidir
2026-11-11
Günay Ağamalı: Üçrəngli bayrağımız qalib xalqın qüruru, müstəqil dövlətimizin əzəmətidir – ŞƏRH
2026-11-09
8 Noyabr xalqımızın milli qürurunun, dövlətçilik iradəsinin və tarixi ədalətin təntənəsidir
2026-11-09
Günay Ağamalı: Şuşa Zəfəri Azərbaycanın milli qürurunun və dövlətçilik qüdrətinin təcəssümüdür
2026-11-09
8 Noyabr – Şuşa şəhəri günü: Zəfərin zirvəsi, qürurun ünvanı
2026-11-07
Salyan Rayon Mərkəzi Xəstəxanasında 8 Noyabr – Zəfər Gününə həsr olunmuş tədbir keçirilib!
2026-11-06
Mavi göylərdə dalğalanan milli qürurumuz
2026-11-06
Ucalan bayrağımız, güclənən dövlətimiz
2026-11-06
Dövlətçiliyimizin ideoloji təməli və milli birliyimizin rəmzi
2026-11-06
Dövlət bayrağımız milli dəyərimizdir
2026-11-06
Zəfər Yolunun Aparıcı Zirvəsi
2026-11-06
Qalib Azərbaycanın Qürur Zirvəsi – Şuşa
2026-11-06
8 Noyabr- Şuşanın Əbədi Ruhunun Qayıdışı
2026-11-06
8 NOYABR – ZƏFƏR GÜNÜ: MİLLİ QÜRURUMUZUN, DÖVLƏTÇİLİYİMİZİN VƏ DÖNÜŞMƏZ İRADƏMİZİN TƏNTƏNƏSİ
2026-11-05
Salyanda Zəfər Gününə həsr olunmuş tədbir keçirilib
2026-11-05
Səhiyyə işçiləri ümumrayon ağacəkmə aksiyasında fəal iştirak ediblər
2026-11-05
8 NOYABR – ZƏFƏR GÜNÜ: MİLLİ QÜRURUMUZUN, BİRLİYİMİZİN VƏ QƏHRƏMANLIĞIMIZIN TƏNTƏNƏSİ*
2026-11-05
Zəfərin yaratdığı yeni reallıqlar və Azərbaycanın gələcək hədəfləri
2026-11-05
Güclü iqtisadiyyat, müasir ordu və tarixi Qələbə
2026-11-05
44 günə sığan qəhrəmanlıq və əsrlərə yazılan Zəfər
2026-11-05
Şuşa Azərbaycan xalqının rəşadətinin, əyilməz iradəsinin simvoludur
2026-11-04

2026-11-03