Milli Məclisin Deputatı Fəzail Ağamalı Müstəqillik Günü münasibətilə paylaşım edib
Kanal4.az xəbər verir ki,Deputat Fəzail Ağamalı şəxsi sosial media hesabında 28 May – Müstəqillik Günü münasibətilə paylaşım edib.
Xalqımızın azadlıq və müstəqillik mübarizəsinin məntiqi nəticəsi olan 1918 ci ilin mayın 28 - i hər bir Azərbaycanlının qürur mənbəyi və şərəf tarixidir.
Əsrlər boyu azadlıq və müstəqillik diləyi ilə yaşayan Azərbaycan xalqı nəhayət XX əsrin əvvəllərində öz arzusuna qovuşdu və Şərqdə ilk dəfə azad, demokratik, dünyəvi dəyərlərə söykənən müstəqil respublikanı yaratdı.
Bu əziz bayram günü münasibətilə Möhtərəm Cənab Prezident Ilham Aliyevi, Birici Vitse - Prezident MehribanXanım Əliyevanı və bütün xalqımızı ürəkdən təbrik edir, hər birinə xoşbəxtlik, dövlətimizə əbədi yaşar müstəqillik arzulayıram.
Dərin hörmət və sevgilərimlə Fəzail Ağamalı
28 May 2024 - cü il
