Kanal4.az

Xəbərlərin ünvanı

Kanal4.az

SİYASƏT
Konstitusiya – insan hüquqları və ədalətin ali təminatı
SİYASƏT
Konstitusiya tariximizin mühüm mərhələləri
SİYASƏT
Sabitlik və inkişafın hüquqi əsasları
SİYASƏT
Konstitusiya müstəqil dövlətçiliyin möhkəm hüquqi təməlidir
SİYASƏT
Günay Ağamalı: Üçrəngli bayrağımız qalib xalqın qüruru, müstəqil dövlətimizin əzəmətidir – ŞƏRH
SİYASƏT
8 Noyabr xalqımızın milli qürurunun, dövlətçilik iradəsinin və tarixi ədalətin təntənəsidir
SİYASƏT
Günay Ağamalı: Şuşa Zəfəri Azərbaycanın milli qürurunun və dövlətçilik qüdrətinin təcəssümüdür
SİYASƏT
8 Noyabr – Şuşa şəhəri günü: Zəfərin zirvəsi, qürurun ünvanı
CƏMİYYƏT
Salyan Rayon Mərkəzi Xəstəxanasında 8 Noyabr – Zəfər Gününə həsr olunmuş tədbir keçirilib!
SİYASƏT
Mavi göylərdə dalğalanan milli qürurumuz
SİYASƏT
Ucalan bayrağımız, güclənən dövlətimiz
SİYASƏT
Dövlətçiliyimizin ideoloji təməli və milli birliyimizin rəmzi
SİYASƏT
Dövlət bayrağımız milli dəyərimizdir
SİYASƏT
Zəfər Yolunun Aparıcı Zirvəsi
SİYASƏT
Qalib Azərbaycanın Qürur Zirvəsi – Şuşa
SİYASƏT
8 Noyabr- Şuşanın Əbədi Ruhunun Qayıdışı
SİYASƏT
8 NOYABR – ZƏFƏR GÜNÜ: MİLLİ QÜRURUMUZUN, DÖVLƏTÇİLİYİMİZİN VƏ DÖNÜŞMƏZ İRADƏMİZİN TƏNTƏNƏSİ
SİYASƏT
Salyanda Zəfər Gününə həsr olunmuş tədbir keçirilib
SİYASƏT
Səhiyyə işçiləri ümumrayon ağacəkmə aksiyasında fəal iştirak ediblər
SİYASƏT
8 NOYABR – ZƏFƏR GÜNÜ: MİLLİ QÜRURUMUZUN, BİRLİYİMİZİN VƏ QƏHRƏMANLIĞIMIZIN TƏNTƏNƏSİ*
SİYASƏT
Zəfərin yaratdığı yeni reallıqlar və Azərbaycanın gələcək hədəfləri
SİYASƏT
Güclü iqtisadiyyat, müasir ordu və tarixi Qələbə
SİYASƏT
44 günə sığan qəhrəmanlıq və əsrlərə yazılan Zəfər
SİYASƏT
Şuşa Azərbaycan xalqının rəşadətinin, əyilməz iradəsinin simvoludur
SİYASƏT
Ana Vətən Partiyasından Tarixi Zəfərin Altıncı İldönümü İlə Bağlı BƏYANAT
SİYASƏT
Deputat: Bütün nailiyyətlər uzaqgörən siyasətin məntiqi nəticəsidir
SİYASƏT
Şuşanın azadlığı Azərbaycanın tarixi Zəfərinin və milli qürurunun təntənəsidir
SİYASƏT
Azad Şuşa dövlətimizin quruculuq əzminin və Böyük Qayıdışın rəmzidir
SİYASƏT
Şuşa Zəfəri milli qürurumuzun ən uca zirvəsidir
SİYASƏT
8 Noyabr: təqvimin qızıl hərflərlə yazılmış tarixi

Azərbaycan xalqı yenilməzdir, məğrurdur

2024-05-27 18:03:07 313 baxış
Xəbər şəkil

28 may 1918-ci il xalqımızın azadlıq və müstəqillik mübarizəsi tarixinə qızıl hərflərlə həkk olunduğu bir gündür. Azadlıq və müstəqillik arzusu ilə yaşayan Azərbaycan xalqı ötən əsrin əvvəllərində arzusuna qovuşdu. Bununla da Şərqdə ilk dəfə azad, demokratik, dünyəvi dəyərlərə söykənən müstəqil bir respublikanın yarandığı dünyaya bəyan edildi.  Müsəlman Şərqində ilk demokratik respublika olan Azərbaycan Xalq Cümhuriyyəti ölkəmizin çoxəsrlik sosial-iqtisadi, ictimai-siyasi və mədəni inkişafının, xalqımızın milli oyanışı və dirçəlişi proseslərinin məntiqi nəticəsi kimi meydana çıxıb. Azərbaycan Xalq Cümhuriyyəti xalqımızın siyasi şüur səviyyəsinin, intellektual və mədəni potensialının, yüksək istedad və qabiliyyətinin göstəricisi idi. Avropanın demokratik dəyərləri ilə Şərq mədəniyyətinin xüsusiyyətlərini özündə birləşdirən Azərbaycan Xalq Cümhuriyyəti xalqımızın milli və siyasi şüurunun, yüksək mədəniyyətinin nəticəsi idi. Müstəqil, azad, demokratik respublika qurmaq məqsədini qarşıya qoyan Azərbaycan Xalq Cümhuriyyəti xalqın milli mənlik şüurunu özünə qaytardı, onun öz müqəddəratını təyin etməyə qadir olduğunu nümayiş etdirdi. 1918-ci il mayın 28-də Azərbaycanın istiqlaliyyətinin elan edilməsində, Xalq Cümhuriyyətinin təşəkkül tapmasında və fəaliyyət göstərməsində Cümhuriyyətə rəhbərlik etmiş şəxslərin, bir sıra görkəmli dövlət xadimlərinin, vətənpərvər ziyalıların, peşəkar hərbçilərin adları da xalqımızın yaddaşına əbədi həkk olunub. “Azərbaycan Xalq Cümhuriyyətinin qurucularının xatirəsi bizim üçün əzizdir. Azərbaycan dövləti və Azərbaycan xalqı onların xatirəsini ehtiramla yaşadır” söyləyən Prezident İlham Əliyevin Sərəncamı əsasında Bakının mərkəzində Azərbaycan Xalq Cümhuriyyətinin şərəfinə abidə ucaldılması çətin şəraitdə demokratik  dövlət qurmağa cəhd edən, fədakarlıq göstərənlərə hörmət və etiramın ifadəsidir.

1991-ci il oktyabrın 18-də “Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqında” Konstitusiya Aktı qəbul olundu. Konstitusiya Aktında 1918-ci il 28 may tarixli İstiqlal Bəyannaməsinə istinad olunmuş və Azərbaycan Respublikasının Azərbaycan Xalq Cümhuriyyətinin varisi olduğu təsbit edildi.

Müstəqilliyin möhkəmləndirilməsi  üçün ölkədə sabitliyin rolu inkaredilməzdir. Müstəqilliyimizin bərpasının ilk  illərində ölkədə ictimai-siyasi vəziyyətin gərginliyi bütün sahələrdə uğursuzluqlarla müşaiyət olundu. 1993-cü ildə dövlətin, xalqın ən çətin günlərində hakimiyyətə qayıdan Ümummilli Lider qısa zamanda düşünülmüş və məqsədyönlü siyasəti ilə Azərbaycanda sabitliyi, xalqımız təhlükəsizlik şəraitində, rifah içində yaşayışını təmin etdi. Azərbaycanda vətəndaş birliyi, həmrəyliyi möhkəmləndi və bütün xalq bir amal uğrunda birləşdi - Azərbaycanı daha da gücləndirmək, torpaqlarımızı tarixi sahibinə qovuşdurmaq.  Hazırda Azərbaycanın adı dünyanın xoşbəxt, islahatçı ölkələrinin sırasında çəkilir. Ən əsası ölkəmiz qalibiyyəti ilə yeni reallıqların müəllifi kimi çıxış edir. İqtisadi imkanlarını günbəgün genişləndirən ölkəmizin beynəlxalq nüfuzu artır, əsl söz sahibinə çevrilir. Azərbaycanda sabitliyin, iqtisadi inkişafın davamlılığı yeni-yeni hədəflərə yol açmaqla yanaşı, yeni-yeni tərəfdaşlar qazanmasına da stimul verir. “Əsrin müqaviləsi”nin  davamı olaraq “Yeni əsrin müqaviləsi”nin imzalanması Azərbaycanın etibarlı tərəfdaş kimi mövqeyinin möhkəmlənməsinin təsdiqidir. Azərbaycanın iqtisadi müstəqilliyi siyasi mövqeyinin möhkəmləndirilməsində stimulverici amildir. Son 20 ildən artıq  dövrdə  qazanılan uğurların zirvəsində ərazi bütövlüyümüzün və suverenliyimizin tam təmin olunması dayanır. Bu, Heydər Əliyev siyasətinin  təntənəsidir.  Möhkəm təməl uğurlara geniş yol açır, dövlətin, xalqın gələcəyini müəyyənləşdirir.  106 ilin zirvəsindən baxanda tarixi Zəfərimiz, ərazi bütövlüyümüzün və suverenlyimizin tam bərpa edilməsi qazandığımız uğurların ümumiləşdirilmiş ifadəsi kimi qeyd edilir. Hər bir hədəfə yüksək səviyədə nail olan Azərbaycan bu gün müstəqilliyinin dönməzliyi, sarsılmazlığı, suverenliyinin təmin olunması, işğaldan azad edilmiş bütün torpaqlarda üçrəngli Bayrağımızın dalğalanması   ilə qürurludur.

Azərbaycan Xalq Cümhuriyyətinin yadigarı kimi üçrəngli bayrağımız bu gün  Qarabağda, Şərqi Zəngəzurda dalğalanır.  Prezident, Müzəffər Ali Baş Komandan  İlham Əliyevin və  birinci xanım Mehriban Əliyevanın işğaldan azad edilmiş ərazilərimizə səfərləri davamlılığı ilə diqqətdədir. Hər bir səfərdə gələcəklə bağlı hədəfləri açıqlayan dövlət başçısı İlham Əliyev bu məkanlardan belə bir reallığı da diqqətə çatdırır ki, ancaq biz tam müstəqilik, heç kimdən asılı deyilik, öz həyatımızı özümüz qururuq. Təbii ki, bu fikirlər 106 illik yolun təqdimatı və təsdiqi kimi dəyərləndirilir. Azərbaycan bundan sonra da müstəqil siyasəti ilə biri-birindən əhəmiyyətli uğurlara imza atacaq. Hazırda hansı sahəyə baxsaq müstəqil siyasətin uğurlarını görərik. Müstəqillik yalnız atributları ilə ölçülmür, əsas olan siyasətində  müstəqil olmaqdır.  Azərbaycan istər 30 illik işğal, istər 44 günlük İkinci Qarabağ müharibəsi və bir günlük antiterror tədbirləri, istrsə də postmünaqişə dövründə müstəqil siyasəti ilə dünyanın diqqətində oldu.

Azərbaycanın müstəqillik tarixinin 106 ilini bir yazıda əhatə etmək qeyri-mümkündür. Müstəqillik tariximiz bir neçə mərhələyə bölünür. Hər dövrün reallıqlarını öyrənmək və gələcək nəsillərə çatdırmaq əsas prioritetlər sırasındadır. Bu mühüm məqamı da  xüsusi qeyd etməliyik ki, cənab İlham Əliyevin  Sərəncamı ilə hər ilin bir sahənin inkişafına, yaxud əlamətdar bir hadisəyə  həsr edilməsi uğurlu nəticələrin əldə ediləsində əhəmiyyətli rol onayır. Nəzərə alsaq ki, tariximizin öyrənilməsi bütün dövrlər üçün aktuallığını qoruyub saxlayır cənab İlham Əliyevin 2018-ci ili “Azərbaycan Xalq Cümhuriyyəti ili” elan etməsi tariximizin hər bir səhifəsinin vərəqlənməsində öz sözünü dedi. Hər zaman tarixinə sahib çıxan Azərbaycan xalqı yenilməzdir, məğrurdur.    

Elmar Əhmədov
YAP Salyan rayon təşkilatının sədri

Oxşar xəbərlər

Xəbər lenti
Konstitusiya – insan hüquqları və ədalətin ali təminatı
2026-11-11
Konstitusiya tariximizin mühüm mərhələləri
2026-11-11
Sabitlik və inkişafın hüquqi əsasları
2026-11-11
Konstitusiya müstəqil dövlətçiliyin möhkəm hüquqi təməlidir
2026-11-11
Günay Ağamalı: Üçrəngli bayrağımız qalib xalqın qüruru, müstəqil dövlətimizin əzəmətidir – ŞƏRH
2026-11-09
8 Noyabr xalqımızın milli qürurunun, dövlətçilik iradəsinin və tarixi ədalətin təntənəsidir
2026-11-09
Günay Ağamalı: Şuşa Zəfəri Azərbaycanın milli qürurunun və dövlətçilik qüdrətinin təcəssümüdür
2026-11-09
8 Noyabr – Şuşa şəhəri günü: Zəfərin zirvəsi, qürurun ünvanı
2026-11-07
Salyan Rayon Mərkəzi Xəstəxanasında 8 Noyabr – Zəfər Gününə həsr olunmuş tədbir keçirilib!
2026-11-06
Mavi göylərdə dalğalanan milli qürurumuz
2026-11-06
Ucalan bayrağımız, güclənən dövlətimiz
2026-11-06
Dövlətçiliyimizin ideoloji təməli və milli birliyimizin rəmzi
2026-11-06
Dövlət bayrağımız milli dəyərimizdir
2026-11-06
Zəfər Yolunun Aparıcı Zirvəsi
2026-11-06
Qalib Azərbaycanın Qürur Zirvəsi – Şuşa
2026-11-06
8 Noyabr- Şuşanın Əbədi Ruhunun Qayıdışı
2026-11-06
8 NOYABR – ZƏFƏR GÜNÜ: MİLLİ QÜRURUMUZUN, DÖVLƏTÇİLİYİMİZİN VƏ DÖNÜŞMƏZ İRADƏMİZİN TƏNTƏNƏSİ
2026-11-05
Salyanda Zəfər Gününə həsr olunmuş tədbir keçirilib
2026-11-05
Səhiyyə işçiləri ümumrayon ağacəkmə aksiyasında fəal iştirak ediblər
2026-11-05
8 NOYABR – ZƏFƏR GÜNÜ: MİLLİ QÜRURUMUZUN, BİRLİYİMİZİN VƏ QƏHRƏMANLIĞIMIZIN TƏNTƏNƏSİ*
2026-11-05
Zəfərin yaratdığı yeni reallıqlar və Azərbaycanın gələcək hədəfləri
2026-11-05
Güclü iqtisadiyyat, müasir ordu və tarixi Qələbə
2026-11-05
44 günə sığan qəhrəmanlıq və əsrlərə yazılan Zəfər
2026-11-05
Şuşa Azərbaycan xalqının rəşadətinin, əyilməz iradəsinin simvoludur
2026-11-04

2026-11-03