Qərbi Azərbaycan
Vətənim Azərbaycan qədim və müdrik Oğuz yurdudur. Təmiz türk millətiyik. Tariximiz zəngin və bir o qədər də dərindir. İndiki ermənistan ərazisi Azərbaycan türklərinin öz dədə-baba yurdlarıdır. erməni xalqı köçəri xalq olduğu üçün tarixi,demək olar ki,mənşəyi yoxdur. Daim alət rolu oynayan bu xalq həyasızcasına istər tarixi,istər mədəni istərsə də siyasi arenada vandilizmi ilə seçiliblər. Yaxın tarixə nəzər salsaq görərik ki,müasir dünyanın qloballaşmasına baxmayaraq bu xalq indinin özündə də dəyişməyib. Tarixi və əzəli Azərbaycan torpaqlarına göz dikillər. Və bunun nəticəsidir ki,30 ildən artıq müqəddəs Azərbaycan torpaqlarını işğal altında saxlamışdırlar. Təbii ki,bu ədalətsizlik,heç bir hüquqi əsası olmadan reallaşmışdır. Dənizdən-dənizə xülyasına o qədər inanmışdılar ki,real həyatdan belə uzaq idilər. Amma Azərbaycan xalqı bununla razılaşa bilməzdi. Qısa müddətdə toparlanan bu xalq,böyük güc sahibi oldu. Ulu Öndərimizin ordu quruculuğuna sadiq qalan Cənab Ali Baş Komandan böyük qələbənin lideri idi. Ulu Xalqı birləşdirən,Nadir şahdan sonra torpağına sahiblənən bir liderə çevrildi. Xalq,ordu və Ali Baş Komandan bir yumruq idi. Qələbə müjdəsi gecikmədi. Cəmi 44 günə 30 ildən artıq olan həsrət bitdi. Dünya yeni reallıqla qarşı-qarşıya durdu.
Bu gün isə Qərbi Azərbaycan sızıldayır. Sanki o da gəl deyir. Qədim oğuz eli ayaqdadır. Qərbi azərbaycanlılar da öz dədə-baba yurdlarına qayıtmaq istəyir. Və qayıdacaqlarda !
Qərbi Azərbaycan adlanan Azərbaycan torpaqları xaincəsinə ermənilərə verilmiş,ermənilər isə bu yerlərə sahiblənmişdir.
Tarixi mənbələr göstərir ki, Qərbi Azərbaycan adlanan ərazidə vaxtilə ermənilər yaşamamış, daşnak quldurlar öz havadarlarının dəstəyi ilə bu yerlərə əsasən Türkiyə, İran və digər dövlətlərdən axışıb gəlmiş, onlar məqam düşdükcə, buradakı azərbaycanlıları öz ata-baba yurdlarından sıxışdırıb çıxarmış və nankor "qonşularımız" tarixən xalqımıza qarşı düşmən mövqeyində dayanmışlar.
Həmişə "dənizdən-dənizə böyük Ermənistan" yaratmaq iddiası ilə yaşayan, tarixən Rusiyanın müəyyən dairələrinin əlində türk xalqlarına qarşı terrorçuluq alətinə çevrilən ermənilər 1948-53-cü illərdə qədim Oğuz ellərində - bu gün Ermənistan adlanan ərazidə daha bir məkrli siyasətlərini reallığa çevirdilər. Onlar dünyaya səs saldılar ki, guya əzab-əziyyət içərisində yaşayırlar, əkib-becərməyə meyilli olsalar da, bu ərazilərdə azərbaycanlılar yaşayır. Çıxış yolu isə ondadır ki, müsəlmanlar öz əzəli torpaqlarından köçürülsün, qonşu Azərbaycan Respublikasında onlara yer ayrılsın.
Ermənilər azərbaycanlıların Qərbi Azərbaycandan köçürülməsi üçün, ilk öncə "Qızıl Moskvaya" arxalandılar. Xaricdəki erməni diasporunun, xüsusilə Anastas Mikoyanın dəstəyi ilə Stalini ələ aldılar. Stalin belə bir göstərişə imza atdı ki, müxtəlif ölkələrdən Ermənistan ərazisinə köçürülən 500 minə yaxın erməni müxtəlif şəhər və rayonlarda yerləşdirilsin, azərbaycanlılar isə öz ərazilərindən çıxarılsın, Azərbaycan Respublikasının Kür-Araz ovalığında yerləşdirilsin ki, onlar burada kənd təsərrüfatını inkişaf etdirsinlər.
Azərbaycanlılara qarşı belə bir xəyanət toru İrəvanda hazırlanıb həyata keçirildi. Hətta belə bir ədalətsiz qərara nəinki Moskva, Yerevan, hətta həmin dövrdə Azərbaycan KP MK-nın birinci katibi Mircəfər Bağırov da öz xeyir-duasını verdi. Ermənistandakı azərbaycanlıların başının üstünü 1919-cu ildəki kimi yenidən qara buludlar aldı, xalqa arxa, dayaq duran tapılmadı. Qərar qəti idi: Köç kampaniyası hökmən yerinə yetirilməliydi!
Həmin dövrdə Göyçə mahalı başdan-başa qəm-qüssəyə, matəm libasına bürünmüşdü. Heç kəs öz ata-baba ocağını, qabarlı əlləri ilə ucaltdığı ev-eşiyini tərk etmək istəmirdi. Məzarları qaniçən, qəddar erməni daşnaklarına tapşırıb getmək olardımı? Göyçə gölünün sahillərində yerləşən, Kəlbəcər və Gədəbəy rayonları ilə həmsərhəd olan Basarkeçər azərbaycanlıların ən çox yaşadığı bir bölgə idi. Bu torpaqda yetişən çoxsaylı ziyalılar həmişə erməniləri qorxu, səksəkə içərisində saxlayırdı. Daşnaklar Göyçədə öz çirkin əməllərini həyata keçirməyə cəsarət etmirdilər. Elə buna görə də İrəvanda belə bir məxfi göstəriş verilmişdir ki, 1946-48-ci illərdə Ermənistandan azərbaycanlıların köçürülməsi Basarkeçərdən başlansın.
İndiki Ermənistan ərazisində son iki əsrdə azərbaycanlılara qarşı törədilmiş soyqırımı və deportasiyalara Ulu Öndər Heydər Əliyevin verdiyi siyasi qiymət 18 dekabr 1997-ci ildə imzaladığı 1948-1953-cü illərdə azərbaycanlıların Ermənistan ərazisindəki tarixi-etnik torpaqlarından kütləvi surətdə deportasiyası haqqında Fərmanda aydın şəkildə əksini tapmışdır. Fərmanda oxuyuruq. Son iki əsrdə Qafqazda azərbaycanlılara qarşı məqsədyönlü şəkildə həyata keçirilən etnik təmizləmə və soyqırımı siyasəti nəticəsində xalqımız ağır məhrumiyyətlərə, milli faciə və məşəqqətlərə məruz qalmışdır. Mərhələ-mərhələ gerçəkləşdirilən belə qeyri-insani siyasət nəticəsində azərbaycanlılar indi Ermənistan adlandırılan ərazidən- min illər boyu yaşadıqları öz doğma tarixi-etnik torpaqlarından didərgin salınaraq kütləvi qətl və qırğınlara məruz qalmış, xalqımıza.məxsus minlərlə tarixi-mədəni abidə və yaşayış məskənləri dağıdılıb viran edilmişdir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 21 aprel 2011-ci il tarixdə müxtəlif sahələrdə uğurlar qazanmış bir qrup gənci və tələbə gənclər təşkilatının nümayəndələrini qəbul edərkən indiki Ermənistan dövlətinin Azərbaycanın tarixi torpaqlarında yarandıği, İrəvan xanlığının Azərbaycan torpağı olması barədə demişdir: «Bugünkü Ermənistan dövləti tarixi Azərbaycan torpaqlarında yaranıbdır. Bu tarixi həqiqətdir. Biz bu tarixi yaxşı bilirik. İrəvan xanlığında yaşayanların əksəriyyəti azərbaycanlılar idi, Zəngəzur mahalı Azərbaycandan zorla qopardılıb ki, türk dünyasını parçalasınlar və elə də oldu. Ancaq vaxt gələcək, bu ədalətsizlik aradan qaldırılacaqdır»
Bu tarixi ədalətsizliyi aradan qaldırmaq üçün güclü iqtisadiyyat,güclü təhsil və möhkəm iradə lazımdır. Şükürlər olsun ki,bu xalq öz kimliyini unutmayıb.
Bunu mən bir vətəndaş və bir əsgər kimi deyirəm!
Vətən Müharibəsi Qazisi: Hüseynov İbrahim.