Bu gün Azərbaycan Avropa İttifaqına üzv olan ölkələrlə fəal işləyir
Prezident cənab İlham Əliyev “15-ci Petersberq İqlim Dialoqu”nun Yüksək Səviyyəli Seqmentində iştirakı zamanı “Euronews” telekanalına verdiyi müsahibə çox mühüm məsələlərə toxunmuşdur. Hər zaman sülhün və əminamanlığın tərəfdarı olan Azərbaycan digər dövlətlərlə müqayisədə balanslı siyasət aparır. Bunun da nəticəsidir ki, ölkəmizə qarşı məkrli, çirkin addımlar nəticəsiz qalır və istəklərinə çatmaq istəyənlər heç bir uğura nail ola bilmirlər. Misal üçün Fransanı və başqa dövlətləri göstərmək olar ki, artıq onların özləri də Azərbaycanla hesablaşmağın vacibliyini dərk edirlər. Ermənistan artıq özü də sülh üçün vasitəçisiz hərəkət etməyin lazım olduğunu qəbul edib və Ermənistan başa düşüb ki, onların gələcəyi, inkişafı da ölkəmizlə olan münasibətlərindən asılıdır.
Azərbaycan Qoşulmama Hərəkatında əlaqələndirici rolunu oynamaqda böyük təcrübəsi var və Azərbaycan Hərəkata dörd il sədrlik edib. Ölkəmiz 120 üzv ölkə ilə həqiqətən də böyük inkişafa nail oldu. Bu gün Azərbaycan Avropa İttifaqına üzv olan ölkələrlə fəal işləyir və üzv ölkələrin doqquzu ilə strateji tərəfdaşlıq haqqında Bəyannamə imzalamasını ölkəmizin beynəlxalq müstəvidə növbəti uğuru adlandırmaq olar. Azərbaycan bu gün külək və günəş enerjisindən istifadə edən ölkələr siyahısındadır. Eyni zamanda ölkəmiz bərpa olunan enerji mənbələrinin əsas eksportçularından birinə çevrilmək iddiasındadır və bunun üçün ölkəmizin yüksək potensialı mövcuddur.
Elton Əbdulrəhmanov
Respublika Süni Mayalanma Mərkəzinin direktoru