Dövlətimizin başçısı cənab İlham Əliyev tərəfindən bu gün imzalanan əfv Sərəncamı insan amilinə olan qiymətin bariz nümunəsidir!
Cənab Prezidentimizin humanist siyasətini xalqımız, cəmiyyətimiz yüksək qiymətləndirir. Bir-birindən ayrı qalmış insanlar bu Sərəncamdan sonra qovuşacaq, tamlığını itirmiş ailələr bərpa olunacaq. Əfv Sərəncamı günü biz neçə-neçə ailənin sevincinə şahid oluruq. Təbii ki, bu, hər bir azərbaycanlını çox sevindirir. Sərəncama əsasən azadlığa çıxan insanların bir çoxu yanlışlıqlar, təsadüfi səhvlər səbəbindən həbs edilib, həyatları alt-üst olub. Hesab etmək olar ki, bu Əfv Sərəncamı ən əsası övladları, bacıları, qardaşları, anaları, ataları sevindirəcək. Ölkəmizdə həyata keçirilən bu siyasi xətt vətəndaşların rifahına yönəlmiş bir addımdır. Əfv Sərəncamı həm də insanları doğru yola sövq etməyin ən düzgün yoludur. Bu Sərəncamla yüzlərlə ailə sevindi. Ümid edirik ki, azadlığa çıxan şəxslər bundan sonra bir vətəndaş kimi ölkəmizin inkişafında rol oynaya biləcəklər.
Zahir Məmmədov