Bu gün Cənubi Qafqazın ən böyük ölkəsi Azərbaycandır
Belarus Prezidenti Aleksandr Lukaşenkonun ölkəmizə dövlət səfəri iki ölkə arasında müxtəlif sahələri əhatə edən münasibətlərin inkişafı baxımından mühüm əhəmiyyətə malikdir. Səfər çərçivəsində keçirilən görüşlər zamanı səsləndirilən fikirlər, aparılan müzakirələr tərəflər arasında strateji tərəfdaşlığa və qarşılıqlı etimada əsaslanan münasibətlərin uğurla inkişaf etdiyini təsdiqləyir.
Bu gün Cənubi Qafqazın ən böyük ölkəsi Azərbaycandır. Buna görə də, Belarus tərəfi Azərbaycanla münasibətlərin daha yüksək spektora gəlib çatmasından maraqlıdır. Çıxışında bu məsələ ilə bağlı fikir bildirən Lukaşenko qeyd edib ki, Azərbaycan Qafqaz regionunu nəzarətdə saxlamaq qabiliyyətinə malikdir, Azərbaycan bütün Qafqazdakı vəziyyətə cavabdehdir və sabitliyin yaranmasındakı ən böyük sahibi elə məhz Azərbaycandır. Quruculuq işlərinin aparılması, sülh quruculuğu ilə təcrübələr digər qeyri-sabitlik ocaqlarına nümunə əhəmiyyəti daşıyır.
Cari ilin 16 may tarixində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Belarus Respublikasının Prezidenti Aleksandr Lukaşenkonun iştirakı ilə imzalanmış Azərbaycan-Belarus sənədlərinə nəzər salsaq bir daha görərik ki, bu sənədlər iki ölkə arasındakı münasibətlərdə yeni inkişaf dönəminin xəbərçisidir.
Vüqar Hüseynov
Göygöl RİHB Aparatının Ərazi idarəetmə və yerli
özünüidarəetmə orqanları ilə iş şöbəsinin baş məsləhətçisi