Kanal4.az

Xəbərlərin ünvanı

Kanal4.az

SİYASƏT
Konstitusiya – insan hüquqları və ədalətin ali təminatı
SİYASƏT
Konstitusiya tariximizin mühüm mərhələləri
SİYASƏT
Sabitlik və inkişafın hüquqi əsasları
SİYASƏT
Konstitusiya müstəqil dövlətçiliyin möhkəm hüquqi təməlidir
SİYASƏT
Günay Ağamalı: Üçrəngli bayrağımız qalib xalqın qüruru, müstəqil dövlətimizin əzəmətidir – ŞƏRH
SİYASƏT
8 Noyabr xalqımızın milli qürurunun, dövlətçilik iradəsinin və tarixi ədalətin təntənəsidir
SİYASƏT
Günay Ağamalı: Şuşa Zəfəri Azərbaycanın milli qürurunun və dövlətçilik qüdrətinin təcəssümüdür
SİYASƏT
8 Noyabr – Şuşa şəhəri günü: Zəfərin zirvəsi, qürurun ünvanı
CƏMİYYƏT
Salyan Rayon Mərkəzi Xəstəxanasında 8 Noyabr – Zəfər Gününə həsr olunmuş tədbir keçirilib!
SİYASƏT
Mavi göylərdə dalğalanan milli qürurumuz
SİYASƏT
Ucalan bayrağımız, güclənən dövlətimiz
SİYASƏT
Dövlətçiliyimizin ideoloji təməli və milli birliyimizin rəmzi
SİYASƏT
Dövlət bayrağımız milli dəyərimizdir
SİYASƏT
Zəfər Yolunun Aparıcı Zirvəsi
SİYASƏT
Qalib Azərbaycanın Qürur Zirvəsi – Şuşa
SİYASƏT
8 Noyabr- Şuşanın Əbədi Ruhunun Qayıdışı
SİYASƏT
8 NOYABR – ZƏFƏR GÜNÜ: MİLLİ QÜRURUMUZUN, DÖVLƏTÇİLİYİMİZİN VƏ DÖNÜŞMƏZ İRADƏMİZİN TƏNTƏNƏSİ
SİYASƏT
Salyanda Zəfər Gününə həsr olunmuş tədbir keçirilib
SİYASƏT
Səhiyyə işçiləri ümumrayon ağacəkmə aksiyasında fəal iştirak ediblər
SİYASƏT
8 NOYABR – ZƏFƏR GÜNÜ: MİLLİ QÜRURUMUZUN, BİRLİYİMİZİN VƏ QƏHRƏMANLIĞIMIZIN TƏNTƏNƏSİ*
SİYASƏT
Zəfərin yaratdığı yeni reallıqlar və Azərbaycanın gələcək hədəfləri
SİYASƏT
Güclü iqtisadiyyat, müasir ordu və tarixi Qələbə
SİYASƏT
44 günə sığan qəhrəmanlıq və əsrlərə yazılan Zəfər
SİYASƏT
Şuşa Azərbaycan xalqının rəşadətinin, əyilməz iradəsinin simvoludur
SİYASƏT
Ana Vətən Partiyasından Tarixi Zəfərin Altıncı İldönümü İlə Bağlı BƏYANAT
SİYASƏT
Deputat: Bütün nailiyyətlər uzaqgörən siyasətin məntiqi nəticəsidir
SİYASƏT
Şuşanın azadlığı Azərbaycanın tarixi Zəfərinin və milli qürurunun təntənəsidir
SİYASƏT
Azad Şuşa dövlətimizin quruculuq əzminin və Böyük Qayıdışın rəmzidir
SİYASƏT
Şuşa Zəfəri milli qürurumuzun ən uca zirvəsidir
SİYASƏT
8 Noyabr: təqvimin qızıl hərflərlə yazılmış tarixi

Bu gün Azərbaycan və İran dost, qardaş ölkələr, mehriban qonşulardır

2024-05-23 13:28:35 251 baxış
Xəbər şəkil

Dünyanın bütün ölkələri, xüsusilə də sərhəd qonşuları ilə bərabərhüquqlu, qarşılıqlı surətdə faydalı əlaqələr quraraq inkişaf etdirmək Azərbaycan dövlətinin xarici siyasətinin əsas istiqamətlərindəndir. Bu baxımdan ölkəmizin yaxın qonşularından olan İran İslam Respublikası ilə münasibətlərin yaxşılaşdırılması, əlaqələrin genişləndirilməsi və əməkdaşlığın daha da möhkəmləndirilməsi yönündə həyata keçirdiyi işlər təqdirəlayiqdir.
Əsrlər boyu bərabər yaşayan və İslam aləminə mənsub İran və Azərbaycan xalqlarının elmi, mədəni əlaqələri tarix boyu güclü olub. Bu iki ölkənin - Azərbaycanın və İranın diplomatik münasibətlərinin də tarixi qədim və zəngindir. Son illər ölkələrimiz arasında əlaqələri uğurla davam və inkişaf etdirilir. Bu gün Azərbaycan və İran dost, qardaş ölkələr, mehriban qonşulardır. Hazırda ölkələrimiz arasında qarşılıqlı hörmətə və dostluğa əsaslanan tarixi və mədəni əlaqələr daha da inkişaf etməkdədir. 
Hər iki ölkə Qoşulmama Hərəkatında, İslam Əməkdaşlıq Təşkilatında, İqtisadi Əməkdaşlıq Təşkilatında və BMT-də bir-birilərinə siyasi və iqtisadi dəstək nümayiş etdirir. Tarixi əlaqələri, ölkələrimiz arasındakı dostluq münasibətlərini yüksək səviyyəyə çatdırmaq üçün daha bir addım cari il mayın 19-da atıldı. Azərbaycan və İran prezidentlərinin sərhəd xəttində görüşməsi əlaqələrin gücləndirilməsinə zəmin yaratdı. Bu cür görüşlər iki qonşu ölkəni biri-birinə daha da yaxınlaşdırır. Azərbaycan və İran prezidentləri arasındakı görüş zamanı tərəflər bütün sahələr üzrə əməkdaşlıq etmək barədə razılığa gəliblər, regionda mövcud vəziyyət müzakirə edilib ki, bu da əlaqələrin bundan sonra da yüksələn xətlə inkişaf edəcəyinə sübutdur. 
Prezident İlham Əliyev İran lideri ilə görüşündə açıq şəkildə bəyan edib ki, bölgənin sabitliyi, gələcək təhlükəsizlik tədbirlərinin gücləndirilməsi üçün İran-Azərbaycan dostluğu, qardaşlığı önəmlidir. Bu, kifayət qədər aydın mesaj və dövlətimizin bölgənin əmin-amanlığı üçün əlindən gələn hər şeyi etməsinin bariz nümunəsidir. 
Ağbənd yolu regionları birləşdirən əsas nəqliyyat-tranzit yollardan birinə çevriləcək və oradan Türkiyəyə və İran vasitəsilə Fars körfəzinə yüklərin daşınması həyata keçiriləcək. Bununla yanaşı, dəmir yolunun da çəkilməsi nəzərdə tutulub.
Rəsmi Bakı və Tehran arasında münasibətlərin inkişafı hər iki tərəfin milli maraqlarına uyğundur və bu proses qarşısında prinsipial maneə yoxdur. Bundan başqa, əlaqələrimizin regional nöqteyi-nəzərdən strateji önəmi var və Azərbaycan Prezidentinin də bu məsələdə mövqeyi aydındır. Cənab İlham Əliyev məhz bu əməkdaşlığı regionun inkişafının formulu hesab edir: "Bölgənin inkişafı bölgədəki ölkələrdə yaşayan xalqların iradəsi ilə təmin olunmalıdır". Araz çayı üzərində inşa edilmiş "Xudafərin" hidroqovşağının istismara verilməsi və "Qız Qalası" hidroqovşağının açılışı bu mənada, rəsmi Bakı və Tehran arasında əldə edilmiş növbəti uğur hesab oluna bilər. Cənab İlham Əliyevin dediyi kimi, bu layihənin texniki nöqteyi-nəzərdən önəmi aydındır, enerji güclərinin də bərabər bölünməsi Azərbaycana və İrana əlavə fayda verəcək, eyni zamanda energetika sahəsində digər çox böyük planlar üçün əsas olacaq. "Xudafərin" və "Qız Qalası" hidroqovşaqları, eyni zamanda iki xalqı, iki dövləti daha sıx birləşdirəcək ki, nəticədə bu proses xalqlarımızın rifahının yaxşılaşdırılmasına doğru növbəti addım olacaq.

Səmra Əhmədova,
Salyan rayon Heydər Əliyev Mərkəzinin əməkdaşı, YAP fəalı

Oxşar xəbərlər

Xəbər lenti
Konstitusiya – insan hüquqları və ədalətin ali təminatı
2026-11-11
Konstitusiya tariximizin mühüm mərhələləri
2026-11-11
Sabitlik və inkişafın hüquqi əsasları
2026-11-11
Konstitusiya müstəqil dövlətçiliyin möhkəm hüquqi təməlidir
2026-11-11
Günay Ağamalı: Üçrəngli bayrağımız qalib xalqın qüruru, müstəqil dövlətimizin əzəmətidir – ŞƏRH
2026-11-09
8 Noyabr xalqımızın milli qürurunun, dövlətçilik iradəsinin və tarixi ədalətin təntənəsidir
2026-11-09
Günay Ağamalı: Şuşa Zəfəri Azərbaycanın milli qürurunun və dövlətçilik qüdrətinin təcəssümüdür
2026-11-09
8 Noyabr – Şuşa şəhəri günü: Zəfərin zirvəsi, qürurun ünvanı
2026-11-07
Salyan Rayon Mərkəzi Xəstəxanasında 8 Noyabr – Zəfər Gününə həsr olunmuş tədbir keçirilib!
2026-11-06
Mavi göylərdə dalğalanan milli qürurumuz
2026-11-06
Ucalan bayrağımız, güclənən dövlətimiz
2026-11-06
Dövlətçiliyimizin ideoloji təməli və milli birliyimizin rəmzi
2026-11-06
Dövlət bayrağımız milli dəyərimizdir
2026-11-06
Zəfər Yolunun Aparıcı Zirvəsi
2026-11-06
Qalib Azərbaycanın Qürur Zirvəsi – Şuşa
2026-11-06
8 Noyabr- Şuşanın Əbədi Ruhunun Qayıdışı
2026-11-06
8 NOYABR – ZƏFƏR GÜNÜ: MİLLİ QÜRURUMUZUN, DÖVLƏTÇİLİYİMİZİN VƏ DÖNÜŞMƏZ İRADƏMİZİN TƏNTƏNƏSİ
2026-11-05
Salyanda Zəfər Gününə həsr olunmuş tədbir keçirilib
2026-11-05
Səhiyyə işçiləri ümumrayon ağacəkmə aksiyasında fəal iştirak ediblər
2026-11-05
8 NOYABR – ZƏFƏR GÜNÜ: MİLLİ QÜRURUMUZUN, BİRLİYİMİZİN VƏ QƏHRƏMANLIĞIMIZIN TƏNTƏNƏSİ*
2026-11-05
Zəfərin yaratdığı yeni reallıqlar və Azərbaycanın gələcək hədəfləri
2026-11-05
Güclü iqtisadiyyat, müasir ordu və tarixi Qələbə
2026-11-05
44 günə sığan qəhrəmanlıq və əsrlərə yazılan Zəfər
2026-11-05
Şuşa Azərbaycan xalqının rəşadətinin, əyilməz iradəsinin simvoludur
2026-11-04

2026-11-03