Kanal4.az

Xəbərlərin ünvanı

Kanal4.az

SİYASƏT
Konstitusiya – insan hüquqları və ədalətin ali təminatı
SİYASƏT
Konstitusiya tariximizin mühüm mərhələləri
SİYASƏT
Sabitlik və inkişafın hüquqi əsasları
SİYASƏT
Konstitusiya müstəqil dövlətçiliyin möhkəm hüquqi təməlidir
SİYASƏT
Günay Ağamalı: Üçrəngli bayrağımız qalib xalqın qüruru, müstəqil dövlətimizin əzəmətidir – ŞƏRH
SİYASƏT
8 Noyabr xalqımızın milli qürurunun, dövlətçilik iradəsinin və tarixi ədalətin təntənəsidir
SİYASƏT
Günay Ağamalı: Şuşa Zəfəri Azərbaycanın milli qürurunun və dövlətçilik qüdrətinin təcəssümüdür
SİYASƏT
8 Noyabr – Şuşa şəhəri günü: Zəfərin zirvəsi, qürurun ünvanı
CƏMİYYƏT
Salyan Rayon Mərkəzi Xəstəxanasında 8 Noyabr – Zəfər Gününə həsr olunmuş tədbir keçirilib!
SİYASƏT
Mavi göylərdə dalğalanan milli qürurumuz
SİYASƏT
Ucalan bayrağımız, güclənən dövlətimiz
SİYASƏT
Dövlətçiliyimizin ideoloji təməli və milli birliyimizin rəmzi
SİYASƏT
Dövlət bayrağımız milli dəyərimizdir
SİYASƏT
Zəfər Yolunun Aparıcı Zirvəsi
SİYASƏT
Qalib Azərbaycanın Qürur Zirvəsi – Şuşa
SİYASƏT
8 Noyabr- Şuşanın Əbədi Ruhunun Qayıdışı
SİYASƏT
8 NOYABR – ZƏFƏR GÜNÜ: MİLLİ QÜRURUMUZUN, DÖVLƏTÇİLİYİMİZİN VƏ DÖNÜŞMƏZ İRADƏMİZİN TƏNTƏNƏSİ
SİYASƏT
Salyanda Zəfər Gününə həsr olunmuş tədbir keçirilib
SİYASƏT
Səhiyyə işçiləri ümumrayon ağacəkmə aksiyasında fəal iştirak ediblər
SİYASƏT
8 NOYABR – ZƏFƏR GÜNÜ: MİLLİ QÜRURUMUZUN, BİRLİYİMİZİN VƏ QƏHRƏMANLIĞIMIZIN TƏNTƏNƏSİ*
SİYASƏT
Zəfərin yaratdığı yeni reallıqlar və Azərbaycanın gələcək hədəfləri
SİYASƏT
Güclü iqtisadiyyat, müasir ordu və tarixi Qələbə
SİYASƏT
44 günə sığan qəhrəmanlıq və əsrlərə yazılan Zəfər
SİYASƏT
Şuşa Azərbaycan xalqının rəşadətinin, əyilməz iradəsinin simvoludur
SİYASƏT
Ana Vətən Partiyasından Tarixi Zəfərin Altıncı İldönümü İlə Bağlı BƏYANAT
SİYASƏT
Deputat: Bütün nailiyyətlər uzaqgörən siyasətin məntiqi nəticəsidir
SİYASƏT
Şuşanın azadlığı Azərbaycanın tarixi Zəfərinin və milli qürurunun təntənəsidir
SİYASƏT
Azad Şuşa dövlətimizin quruculuq əzminin və Böyük Qayıdışın rəmzidir
SİYASƏT
Şuşa Zəfəri milli qürurumuzun ən uca zirvəsidir
SİYASƏT
8 Noyabr: təqvimin qızıl hərflərlə yazılmış tarixi

Azərbaycan-Belarus münasibətləri davamlı əməkdaşlığa söykənir

2024-05-21 15:58:28 576 baxış
Xəbər şəkil

     Belarus və Azərbaycan arasında dinamik inkişaf edən əməkdaşlıq  strateji tərəfdaşlıq səviyyəsinə çatana qədər böyük yol keçmişdir. Azərbaycan-Belarus dövlətlərarası əlaqələri təkcə sıx ticarət-iqtisadi əlaqələrə, regional və beynəlxalq siyasətin bir sıra sahələrində ümumi milli maraqlara deyil, həm də ümumi tarixə əsaslanır. Azərbaycan və Belarus liderlərinin özləri də dəfələrlə bəyan etdikləri kimi, iki dövləti çoxdan səmimi dostluq münasibətləri birləşdirir. Təbii ki, beynəlxalq münasibətlərin qurulması baxımından dövlət başçılarının rolu həlledici əhəmiyyət kəsb edir. Azərbaycan ilə Belarus arasında uzunmüddətli əlaqələr bu cür qarşılıqlı fəaliyyətə nümunə ola bilər. Prezident İlham Əliyevlə belaruslu həmkarı Aleksandr Lukaşenko arasında çoxillik və zamanın sınağından çıxmış möhkəm dostluq telləri onların milli və dövlət maraqlarını müxtəlif beynəlxalq platformalarda çiyin-çiyinə müdafiə etməyin şəxsi nümunəsidir.  
     Hər iki dövlət  başçıları  sənaye, ticarət, kənd təsərrüfatı, enerji, tikinti, müdafiə və təhlükəsizlik sahələrində qarşılıqlı fəaliyyətin vacibliyini dəfələrlə vurğulamışlar. Məlumdur ki, Azərbaycan hərbi-texniki əməkdaşlıq sahəsində Belarusun ən mühüm tərəfdaşlarından biridir. İyirmi ilə yaxındır ki, Bakı Belarusdan müxtəlif növ silahların: artilleriya, tanklar, zirehli texnika, döyüş təyyarələri alınması üzrə liderlər siyahısındadır. Hərbi əməkdaşlığın səmərəliliyi 44 günlük Vətən Müharibəsi zamanı, Azərbaycanın öz ərazilərini erməni separatçılarından azad etmək üçün vuruşduğu zaman bariz nümünə oldu. Bu gün Azərbaycan bütün beynəlxalq səviyyədə tanınmış ərazisində suverenliyini bərpa edərək, işğalçılar tərəfindən şəhər və kəndləri xarabalığa çevrilmiş Qarabağ bölgəsinin dirçəldilməsi ilə fəal məşğuldur. Azərbaycanla həmrəylik nümayiş etdirərək, bu tarixi məqamın gəlişində Azərbaycan xalqı ilə qürur və xoşbəxtlik hissini bölüşərək, bir sıra ölkələr bu  ərazilərin infrastrukturunun bərpası işlərinə qoşulmaq təşəbbüsü ilə çıxış etmişdilər. Bu dost ölkələr arasında təbii ki, Belarus da var. Belə ki, Belarus Prezidenti Aleksandr Lukaşenko Azərbaycana iki günlük dövlət səfəri zamanı respublikanın Qarabağda genişmiqyaslı işlərdə iştirak etmək niyyətini təsdiqləyib. Aleksandr Lukaşenko  Füzuliyə və Şuşaya səfəri zamanı burada erməni vandalizminin nəticəsində dağıdılmış kənd və şəhərlərlə tanış oldu, burada  aparılan bərpa-tikinti layihələri ilə maraqlandı və gələcək inkişaf perspektivləri müzakirə edildi.   Belarus nümayəndə heyətinin Azərbaycana dövlət səfəri çərçivəsində bir sıra ikitərəfli sənədlərin imzalanması, mühüm razılaşmaların əldə edilməsi, əlavə təmas nöqtələrinin və qarşılıqlı fəaliyyət yollarının tapılması Azərbaycan-Belarus dostluq müttəfiqliyində daha bir əlamətdar hadisə oldu. Prezident İlham Əliyevin Belarus Respublikasının Prezidenti Aleksandr Lukaşenkonun Azərbaycana rəsmi səfəri ilə əlaqədar mətbuata verdiyi bəyanatında da dediyi kimi, " Gündəlikdə olan məsələlər kifayət qədər konkret xarakter daşıyır. İlk növbədə, söhbət sənaye kooperasiyasından, Belarusda, Azərbaycanda birgə istehsalın təşkili və artıq bir çox illər öncə yaradılmış birgə istehsal potensialının artırılmasından gedir. Bu, ilk növbədə, maşınqayırmadır. Həmçinin hərbi-sənaye kompleksində, kənd təsərrüfatında, nəqliyyatda əlaqələrin inkişafı məsələləri. əməkdaşlıq əlaqələri ölkələrimizin iqtisadiyyatının inkişafı üçün praktiki əhəmiyyət daşıyacaq bütün məsələləri əhatə edir".
     Azərbaycan yeni reallıq yaradıb və hazırda Cənubi Qafqazın lider dövlətidir. Ölkəmizin iştirakı olmadan bölgədə heç bir layihə həyata keçirilmir. Azərbaycanım güclü nüfuzu olduğuna diqqət çəkən preziident A.Lukaşenko bildirdi: "Tanrıya şükür olsun ki, burada Azərbaycanın timsalında olduqca güclü, normal lider ölkə mövcuddur. Siz Qafqaz regionunu nəzarətdə saxlamağa qadirsiniz. Bu, artıq təkcə Azərbaycana görə məsuliyyət daşımaq demək deyil, Siz artıq bütün Qafqazdakı vəziyyətə cavabdehsiniz, biz - Qafqazda yaşamayan xalqlar buna çox böyük ümid bəsləyirik".
     Şübhəsiz ki, son 20 ildə aktivlik dəyərlərə sadiqliyin - yaxşılıq, ləyaqət, münasibətlərdə dürüstlük və nəticələrə diqqət yetirməklə müəyyən edilmişdir. Hər iki ölkənin rəhbərləri arasında, eləcə də dövlət qurumları səviyyəsində etimad münasibətləri Azərbaycanın və Belarusun mənafeyinə xidmət edir ki, son səfər də bunu əyani şəkildə nümayiş etdirir.

 Rasət Bağırov,
Salyan rayon Sarvan kənd inzibati ərazi dairəsi üzrə nümayəndənin    
müavini

Oxşar xəbərlər

Xəbər lenti
Konstitusiya – insan hüquqları və ədalətin ali təminatı
2026-11-11
Konstitusiya tariximizin mühüm mərhələləri
2026-11-11
Sabitlik və inkişafın hüquqi əsasları
2026-11-11
Konstitusiya müstəqil dövlətçiliyin möhkəm hüquqi təməlidir
2026-11-11
Günay Ağamalı: Üçrəngli bayrağımız qalib xalqın qüruru, müstəqil dövlətimizin əzəmətidir – ŞƏRH
2026-11-09
8 Noyabr xalqımızın milli qürurunun, dövlətçilik iradəsinin və tarixi ədalətin təntənəsidir
2026-11-09
Günay Ağamalı: Şuşa Zəfəri Azərbaycanın milli qürurunun və dövlətçilik qüdrətinin təcəssümüdür
2026-11-09
8 Noyabr – Şuşa şəhəri günü: Zəfərin zirvəsi, qürurun ünvanı
2026-11-07
Salyan Rayon Mərkəzi Xəstəxanasında 8 Noyabr – Zəfər Gününə həsr olunmuş tədbir keçirilib!
2026-11-06
Mavi göylərdə dalğalanan milli qürurumuz
2026-11-06
Ucalan bayrağımız, güclənən dövlətimiz
2026-11-06
Dövlətçiliyimizin ideoloji təməli və milli birliyimizin rəmzi
2026-11-06
Dövlət bayrağımız milli dəyərimizdir
2026-11-06
Zəfər Yolunun Aparıcı Zirvəsi
2026-11-06
Qalib Azərbaycanın Qürur Zirvəsi – Şuşa
2026-11-06
8 Noyabr- Şuşanın Əbədi Ruhunun Qayıdışı
2026-11-06
8 NOYABR – ZƏFƏR GÜNÜ: MİLLİ QÜRURUMUZUN, DÖVLƏTÇİLİYİMİZİN VƏ DÖNÜŞMƏZ İRADƏMİZİN TƏNTƏNƏSİ
2026-11-05
Salyanda Zəfər Gününə həsr olunmuş tədbir keçirilib
2026-11-05
Səhiyyə işçiləri ümumrayon ağacəkmə aksiyasında fəal iştirak ediblər
2026-11-05
8 NOYABR – ZƏFƏR GÜNÜ: MİLLİ QÜRURUMUZUN, BİRLİYİMİZİN VƏ QƏHRƏMANLIĞIMIZIN TƏNTƏNƏSİ*
2026-11-05
Zəfərin yaratdığı yeni reallıqlar və Azərbaycanın gələcək hədəfləri
2026-11-05
Güclü iqtisadiyyat, müasir ordu və tarixi Qələbə
2026-11-05
44 günə sığan qəhrəmanlıq və əsrlərə yazılan Zəfər
2026-11-05
Şuşa Azərbaycan xalqının rəşadətinin, əyilməz iradəsinin simvoludur
2026-11-04

2026-11-03