Kanal4.az

Xəbərlərin ünvanı

Kanal4.az

SİYASƏT
Konstitusiya – insan hüquqları və ədalətin ali təminatı
SİYASƏT
Konstitusiya tariximizin mühüm mərhələləri
SİYASƏT
Sabitlik və inkişafın hüquqi əsasları
SİYASƏT
Konstitusiya müstəqil dövlətçiliyin möhkəm hüquqi təməlidir
SİYASƏT
Günay Ağamalı: Üçrəngli bayrağımız qalib xalqın qüruru, müstəqil dövlətimizin əzəmətidir – ŞƏRH
SİYASƏT
8 Noyabr xalqımızın milli qürurunun, dövlətçilik iradəsinin və tarixi ədalətin təntənəsidir
SİYASƏT
Günay Ağamalı: Şuşa Zəfəri Azərbaycanın milli qürurunun və dövlətçilik qüdrətinin təcəssümüdür
SİYASƏT
8 Noyabr – Şuşa şəhəri günü: Zəfərin zirvəsi, qürurun ünvanı
CƏMİYYƏT
Salyan Rayon Mərkəzi Xəstəxanasında 8 Noyabr – Zəfər Gününə həsr olunmuş tədbir keçirilib!
SİYASƏT
Mavi göylərdə dalğalanan milli qürurumuz
SİYASƏT
Ucalan bayrağımız, güclənən dövlətimiz
SİYASƏT
Dövlətçiliyimizin ideoloji təməli və milli birliyimizin rəmzi
SİYASƏT
Dövlət bayrağımız milli dəyərimizdir
SİYASƏT
Zəfər Yolunun Aparıcı Zirvəsi
SİYASƏT
Qalib Azərbaycanın Qürur Zirvəsi – Şuşa
SİYASƏT
8 Noyabr- Şuşanın Əbədi Ruhunun Qayıdışı
SİYASƏT
8 NOYABR – ZƏFƏR GÜNÜ: MİLLİ QÜRURUMUZUN, DÖVLƏTÇİLİYİMİZİN VƏ DÖNÜŞMƏZ İRADƏMİZİN TƏNTƏNƏSİ
SİYASƏT
Salyanda Zəfər Gününə həsr olunmuş tədbir keçirilib
SİYASƏT
Səhiyyə işçiləri ümumrayon ağacəkmə aksiyasında fəal iştirak ediblər
SİYASƏT
8 NOYABR – ZƏFƏR GÜNÜ: MİLLİ QÜRURUMUZUN, BİRLİYİMİZİN VƏ QƏHRƏMANLIĞIMIZIN TƏNTƏNƏSİ*
SİYASƏT
Zəfərin yaratdığı yeni reallıqlar və Azərbaycanın gələcək hədəfləri
SİYASƏT
Güclü iqtisadiyyat, müasir ordu və tarixi Qələbə
SİYASƏT
44 günə sığan qəhrəmanlıq və əsrlərə yazılan Zəfər
SİYASƏT
Şuşa Azərbaycan xalqının rəşadətinin, əyilməz iradəsinin simvoludur
SİYASƏT
Ana Vətən Partiyasından Tarixi Zəfərin Altıncı İldönümü İlə Bağlı BƏYANAT
SİYASƏT
Deputat: Bütün nailiyyətlər uzaqgörən siyasətin məntiqi nəticəsidir
SİYASƏT
Şuşanın azadlığı Azərbaycanın tarixi Zəfərinin və milli qürurunun təntənəsidir
SİYASƏT
Azad Şuşa dövlətimizin quruculuq əzminin və Böyük Qayıdışın rəmzidir
SİYASƏT
Şuşa Zəfəri milli qürurumuzun ən uca zirvəsidir
SİYASƏT
8 Noyabr: təqvimin qızıl hərflərlə yazılmış tarixi

Möhkəm təməl üzərində qurulan dostluq

2024-05-20 15:45:24 124 baxış
Xəbər şəkil

Belarus Prezidenti Aleksandr Lukaşenkonun Azərbaycana dövlət səfəri kifayət qədər məhsuldar məqamlarla yadda qaldı. Səfər çərçivəsində iki dost prezidentin - İlham Əliyevlə Aleksandr Lukaşenkonun səmimi söhbətləri, mətbuata verdikləri bəyanatlar, "Bakı Ekspo Mərkəzi"ndə XVII Azərbaycan Beynəlxalq Kənd Təsərrüfatı - "Caspian Agro" və XXIX Azərbaycan Beynəlxalq Qida Sənayesi - "InterFood Azerbaijan" sərgilərində olmaları, imzalanan yeni 8 sənəd, Qarabağa səfər, Füzuli və Şuşa şəhərlərinin baş planları ilə tanışlıq ölkələrimiz arasındakı əlaqələrin getdikcə daha dinamik inkişafına təkan verən mühüm məqamlar oldu.
Ümumiyyətlə, Azərbaycan və Belarus arasında diplomatik əlaqələrdən başlayaraq, dərin siyasi, iqtisadi-ticari, humanitar-mədəni sahələrdə çox yüksəksəviyyəli əməkdaşlıq var. İki ölkə arasında diplomatik əlaqələrin yaradılması haqqında protokol 11 iyun 1993-cü ildə imzalanıb. 2006-cı ilin fevral ayında isə Belarusun Azərbaycanda, həmin ilin avqust ayında Azərbaycanın Belarusda səfirlikləri açılıb. Bu il uğurlu diplomatik münasibətlərinin 31 ili tamam olan Belarus-Azərbaycan əlaqələri artıq yeni inkişaf mərhələsindədir. Son illərdə fəal qarşılıqlı əlaqələr iki ölkəni bir-birinə o dərəcədə yaxınlaşdırıb ki, artıq nəinki regionda, həm də dünyada Belarus və Azərbaycanı çox yaxın, dost ölkələr hesab edirlər.
Əlbəttə ki, münasibətlərin bu səviyyəyə yüksəlməsinin başlıca amili ölkələrin liderləri - İlham Əliyevlə Aleksandr Lukaşenko arasında mövcud olan dostluq əlaqələri, səmimiyyət və qarşılıqlı hörmətdir. Bu səmimi dostluq əlaqələri ikitərəfli münasibətlərin siyasi, iqtisadi, mədəni, humanitar və digər sahələrdə dinamik inkişafına təkan verir. Bu səfərlər, iki ölkə arasında imzalanan mühüm tərəfdaşlıq sənədləri münasibətlərin daha da dərinləşməsini şərtləndirir. Bu günə kimi Belarus və Azərbaycan arasında siyasi, iqtisadi, vətəndaşların hüquq və mənafelərinin müdafiəsi, səhiyyə, hüquq-mühafizə, humanitar, elmi-texniki və regional əməkdaşlıq sahələrində 120-dən çox beynəlxalq müqavilə imzalanıb. Bu səfər zamanı isə bu sazişlər sırasına daha 8 mühüm sənəd əlavə olundu.
Mətbuata birgə bəyanatlarla çıxış edən dövlət başçıları mövcud siyasi-iqtisadi əlaqələrin bundan sonra daha da şaxələndirilməsi istiqamətində mühüm addımların atılacağını söylədilər. Mətbuata bəyanatında Prezident İlham Əliyev mövcud münasibətlərdən, yüksələn hərtərəfli əlaqələrdən danışaraq bir xatırlatma da etdi. Dövlət başçısı Belarus şirkətlərini Qarabağ və Şərqi Zəngəzur bölgələrinin bərpasında fəal iştirak etməyə çağırdı. 
Aleksandr Lukaşenko isə dost ölkəyə dəstək verməyə hazır olduqlarını bəyan edərək dedi ki, Belarus bütün dövrlərdə əsl dost kimi Azərbaycanın yanında olub. İndi isə ermənilərin viran qoyduqları torpaqların dirçəldilməsi, Böyük qayıdışın reallaşması üçün dost ölkəyə hərtərəfli yardıma hazırdır: "Azərbaycan son illər böyük nailiyyətlər əldə edib. Hər şeydən əvvəl özünün əsas problemini - uzun müddət səhraya çevrilmiş torpaqların qaytarılmasını həll edib... Torpaqlarınızı qaytarmağınız və onu dirçəltməyiniz əsrlər boyu, uzun illər yaddaşlarda qalacaq. Bütün bunları ona görə deyirəm ki, əgər həmin torpaqların dirçəldilməsi üzrə bu böyük prosesdə bizə yer tapılarsa, onda bu yükün altına girməyə hazırıq və bu, sizin üçün sərfəli olacaq. Məsuliyyətlə bildirirəm ki, biz bunu böyük məmnuniyyətlə və dünyada heç kimin edə bilməyəcəyi səviyyədə edəcəyik. Çünki Belarusun və Azərbaycanın qardaş xalqları arasında dərin hörmət və münasibətlər var".
Bu səfər zamanı maraqlı məqamlardan biri də dost ölkənin Qarabağda yaşayış məntəqəsi salmağı planlaşdırması barədə xəbər oldu. Belarusun memarlıq və tikinti naziri Ruslan Parxamoviç Şuşada jurnalistlərə açıqlamasında dedi ki, yaşayış məntəqəsi Ağdam rayonunda salınacaq. Bura 420 ailə üçün nəzərdə tutulub. Onun arxitekturasında Belarus koloritindən istifadə ediləcək.
İşğal zamanı Azərbaycanın ərazi bütövlüyünü hər zaman dəstəkləyən Belarus  quruculuq dövründə də Azərbaycana öz sayğısını nümayiş etdirir. Bu, dost qayğısının təzahürüdür, bu, iki ölkə arasında möhkəm bağların, gündən-günə güclənən əməkdaşlığın bariz təcəssümüdür. Göründüyü kimi, Azərbaycanla Belarusun mehriban dostluq münasibətləri hər keçən il daha da möhkəmlənir. Prezident İlham Əliyevlə Aleksandr Lukaşenkonun şəxsi dostluq münasibətləri də ölkələrimizin və xalqlarımızın dostluğunun inkişafına böyük töhfə verir.

Ağabacı Quliyeva,
Salyan rayon Şorsulu kənd ümumi orta məktəbin müəllimi, YAP fəalı

Oxşar xəbərlər

Xəbər lenti
Konstitusiya – insan hüquqları və ədalətin ali təminatı
2026-11-11
Konstitusiya tariximizin mühüm mərhələləri
2026-11-11
Sabitlik və inkişafın hüquqi əsasları
2026-11-11
Konstitusiya müstəqil dövlətçiliyin möhkəm hüquqi təməlidir
2026-11-11
Günay Ağamalı: Üçrəngli bayrağımız qalib xalqın qüruru, müstəqil dövlətimizin əzəmətidir – ŞƏRH
2026-11-09
8 Noyabr xalqımızın milli qürurunun, dövlətçilik iradəsinin və tarixi ədalətin təntənəsidir
2026-11-09
Günay Ağamalı: Şuşa Zəfəri Azərbaycanın milli qürurunun və dövlətçilik qüdrətinin təcəssümüdür
2026-11-09
8 Noyabr – Şuşa şəhəri günü: Zəfərin zirvəsi, qürurun ünvanı
2026-11-07
Salyan Rayon Mərkəzi Xəstəxanasında 8 Noyabr – Zəfər Gününə həsr olunmuş tədbir keçirilib!
2026-11-06
Mavi göylərdə dalğalanan milli qürurumuz
2026-11-06
Ucalan bayrağımız, güclənən dövlətimiz
2026-11-06
Dövlətçiliyimizin ideoloji təməli və milli birliyimizin rəmzi
2026-11-06
Dövlət bayrağımız milli dəyərimizdir
2026-11-06
Zəfər Yolunun Aparıcı Zirvəsi
2026-11-06
Qalib Azərbaycanın Qürur Zirvəsi – Şuşa
2026-11-06
8 Noyabr- Şuşanın Əbədi Ruhunun Qayıdışı
2026-11-06
8 NOYABR – ZƏFƏR GÜNÜ: MİLLİ QÜRURUMUZUN, DÖVLƏTÇİLİYİMİZİN VƏ DÖNÜŞMƏZ İRADƏMİZİN TƏNTƏNƏSİ
2026-11-05
Salyanda Zəfər Gününə həsr olunmuş tədbir keçirilib
2026-11-05
Səhiyyə işçiləri ümumrayon ağacəkmə aksiyasında fəal iştirak ediblər
2026-11-05
8 NOYABR – ZƏFƏR GÜNÜ: MİLLİ QÜRURUMUZUN, BİRLİYİMİZİN VƏ QƏHRƏMANLIĞIMIZIN TƏNTƏNƏSİ*
2026-11-05
Zəfərin yaratdığı yeni reallıqlar və Azərbaycanın gələcək hədəfləri
2026-11-05
Güclü iqtisadiyyat, müasir ordu və tarixi Qələbə
2026-11-05
44 günə sığan qəhrəmanlıq və əsrlərə yazılan Zəfər
2026-11-05
Şuşa Azərbaycan xalqının rəşadətinin, əyilməz iradəsinin simvoludur
2026-11-04

2026-11-03