Bolqarıstan və Azərbaycan 2015-ci ildən strateji tərəfdaşdırlar
Azərbaycan və Bolqarıstan arasında əlaqələrin zəngin tarixi vardır. Qarşılıqlı hörmət və etimad üzərində qurulmuş Azərbaycan-Bolqarıstan əlaqələri ötən müddət ərzində siyasi, iqtisadi, enerji, mədəni və digər sahələrdə dinamik şəkildə inkişaf edib və ölkələrimiz arasında səmərəli əməkdaşlıq formalaşıb.İndiyə qədər iki ölkə arasında 60-dan çox sənəd imzalanıb.Bolqarıstan və Azərbaycan 2015-ci ildən strateji tərəfdaşdırlar. Bu illər ərzində əlaqələrimiz sürətlə və uğurla inkişaf edib.Bolqarıstan Prezidentinin budəfəki səfəri bunun növbəti təzahürüdür. Bunu Prezident İlham Əliyev mayın 8-də ölkəmizdə rəsmi səfərdə olan Bolqarıstan Respublikasının Prezidenti Rumen Radevlə mətbuata verdiyi bəyanatında bildirib.Ölkəmizin başçısı qeyd edib ki, Bolqarıstan-Azərbaycan əlaqələrinin geniş spektri müzakirə edilmişdir və gələcək addımlarımız haqqında fikir mübadiləsi aparılmışdır. Son vaxtlar ticarət dövriyyəsi bir neçə dəfə artmışdır. Bunun əsas səbəbi təbii ki, enerji sektorundakı əməkdaşlıqdır. Bu əməkdaşlığın bugünkü səviyyəsi və perspektivləri də çox müsbətdir. Təkcə onu demək kifayətdir ki, təbii qaz təchizatı sahəsində ildən-ilə Azərbaycan qazının Bolqarıstana ixracı artmaqdadır.Hazırda Azərbaycan qazı Bolqarıstan ərazisindən digər qonşu ölkələrə ixrac edildiyini bildirən Prezident İlham Əliyev bunu əməkdaşlığımızın konkret nəticəsi və çox güclü ikitərəfli əlaqələrimizin məntiqi nəticəsi kimi qiymətləndirmişdir.Yəni, əməkdaşlığın əsas məqsədi daha yaxşı nəticələri əldə etməkdir və biz həm ticarət dövriyyəsinin artımında, eyni zamanda, energetika sahəsindəki əməkdaşlıqda bunu görürük. Səfər çərçivəsində iki ölkə arasında bir çox mühüm sənədlər, o cümlədən “Azərbaycan Respublikası ilə Bolqarıstan Respublikası arasında strateji tərəfdaşlığın gücləndirilməsi haqqında Birgə Bəyannamə”; “Azərbaycan Hava Yolları” Qapalı Səhmdar Cəmiyyəti və “Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi ilə Bolqarıstan Respublikasının İnnovasiya və İnkişaf Nazirliyi arasında texnoloji innovasiya sahəsində əməkdaşlıq haqqında Anlaşma Memorandumu”;“Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti ilə “Asarel Investment” arasında Anlaşma Memorandumu” imzalanmışdır. Cənab Prezidentin uzaqgörən və müdrik siyasəti nəticəsində Azərbaycan və Bolqarıstan arasındakı əlaqələrin dinamik inkişafı, hər iki dövlətin bir-birinə olan etimadını və qarşılıqlı hörmətini əks etdirir. Bu münasibətlər regional təhlükəsizlik və iqtisadi inteqrasiyanın təmin edilməsində mühüm rol oynayır.
Zamir Güvəndiyev
YAP Şəmkir rayon təşkilatının sədr müavini