Kanal4.az

Xəbərlərin ünvanı

Kanal4.az

SİYASƏT
Konstitusiya – insan hüquqları və ədalətin ali təminatı
SİYASƏT
Konstitusiya tariximizin mühüm mərhələləri
SİYASƏT
Sabitlik və inkişafın hüquqi əsasları
SİYASƏT
Konstitusiya müstəqil dövlətçiliyin möhkəm hüquqi təməlidir
SİYASƏT
Günay Ağamalı: Üçrəngli bayrağımız qalib xalqın qüruru, müstəqil dövlətimizin əzəmətidir – ŞƏRH
SİYASƏT
8 Noyabr xalqımızın milli qürurunun, dövlətçilik iradəsinin və tarixi ədalətin təntənəsidir
SİYASƏT
Günay Ağamalı: Şuşa Zəfəri Azərbaycanın milli qürurunun və dövlətçilik qüdrətinin təcəssümüdür
SİYASƏT
8 Noyabr – Şuşa şəhəri günü: Zəfərin zirvəsi, qürurun ünvanı
CƏMİYYƏT
Salyan Rayon Mərkəzi Xəstəxanasında 8 Noyabr – Zəfər Gününə həsr olunmuş tədbir keçirilib!
SİYASƏT
Mavi göylərdə dalğalanan milli qürurumuz
SİYASƏT
Ucalan bayrağımız, güclənən dövlətimiz
SİYASƏT
Dövlətçiliyimizin ideoloji təməli və milli birliyimizin rəmzi
SİYASƏT
Dövlət bayrağımız milli dəyərimizdir
SİYASƏT
Zəfər Yolunun Aparıcı Zirvəsi
SİYASƏT
Qalib Azərbaycanın Qürur Zirvəsi – Şuşa
SİYASƏT
8 Noyabr- Şuşanın Əbədi Ruhunun Qayıdışı
SİYASƏT
8 NOYABR – ZƏFƏR GÜNÜ: MİLLİ QÜRURUMUZUN, DÖVLƏTÇİLİYİMİZİN VƏ DÖNÜŞMƏZ İRADƏMİZİN TƏNTƏNƏSİ
SİYASƏT
Salyanda Zəfər Gününə həsr olunmuş tədbir keçirilib
SİYASƏT
Səhiyyə işçiləri ümumrayon ağacəkmə aksiyasında fəal iştirak ediblər
SİYASƏT
8 NOYABR – ZƏFƏR GÜNÜ: MİLLİ QÜRURUMUZUN, BİRLİYİMİZİN VƏ QƏHRƏMANLIĞIMIZIN TƏNTƏNƏSİ*
SİYASƏT
Zəfərin yaratdığı yeni reallıqlar və Azərbaycanın gələcək hədəfləri
SİYASƏT
Güclü iqtisadiyyat, müasir ordu və tarixi Qələbə
SİYASƏT
44 günə sığan qəhrəmanlıq və əsrlərə yazılan Zəfər
SİYASƏT
Şuşa Azərbaycan xalqının rəşadətinin, əyilməz iradəsinin simvoludur
SİYASƏT
Ana Vətən Partiyasından Tarixi Zəfərin Altıncı İldönümü İlə Bağlı BƏYANAT
SİYASƏT
Deputat: Bütün nailiyyətlər uzaqgörən siyasətin məntiqi nəticəsidir
SİYASƏT
Şuşanın azadlığı Azərbaycanın tarixi Zəfərinin və milli qürurunun təntənəsidir
SİYASƏT
Azad Şuşa dövlətimizin quruculuq əzminin və Böyük Qayıdışın rəmzidir
SİYASƏT
Şuşa Zəfəri milli qürurumuzun ən uca zirvəsidir
SİYASƏT
8 Noyabr: təqvimin qızıl hərflərlə yazılmış tarixi

Şuşa Azərbaycanın mədəniyyət paytaxtı 

2024-05-14 17:40:58 160 baxış
Xəbər şəkil

Məlum olduğu kimi, Şanlı səhifələrin müəllifi, Ulu Öndər Heydər Əliyevin anadan olmasının 101-ci ildönümü böyük qürur hissi ilə Qarabağın taçı Şuşada qeyd edildi. Ölkə başçısı İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Şuşada birinci yaşayış kompleksinin açılışında iştirak etdi və şəhərə köçmüş ilk sakinlərlə görüşdülər. Bu anın sevincini yaşayan hər birimiz Müzəffər Ali Baş Komandan İlham Əliyevə, rəşadətli Ordumuza minnətdarıq. Şuşa əməliyyatı dünyaya səs salaraq bir dastana çevrilib. Cənab İlham Əliyev həmin görüşdə 30 illik işğal dövrünün reallıqlarından, Şuşanın, eyni zamanda, digər ərazilərimizin işğalı dövründə ölkəmizdə hakimiyyətsizliyin hökm sürməsindən geniş bəhs etdi və bildirdi ki, Şuşa bizim əyilməz ruhumuzun rəmzidir. Şuşa hər bir Azərbaycan vətəndaşının qəlbində elə bir böyük iz buraxıb ki, Şuşasız müharibənin uğurla başa çatması mümkün deyildi. Dövlət başçısı İlham Əliyevin bu fikirləri Ümummilli Lider Heydər Əliyevin “Şuşasız Qarabağ, Qarabağsız isə, ümumiyyətlə, Azərbaycan yoxdur” çağırışının davamı kimi dəyərləndirilə bilər.  Ulu Öndərin ən böyük arzusu Qarabağın, Şərqi Zəngəzurun işğaldan azad edilməsi, qalibiyyət rəmzi olan üçrəngli Bayrağımızın Qarabağda, Şuşada, Xankəndidə dalğalanması idi. Artıq böyük qürurla və əminliklə qeyd edirik ki, torpaqlarımız tarixi sahibinə qovuşub, genişmiqyaslı bərpa-quruculuq dövrünü yaşayır. Müzəffər Ali Baş Komandan İlham Əliyev 2020-ci ilin 8 noyabr tarixində Şuşanın işğaldan azad edilməsi müjdəsini xalqa çatdırarkən Şuşanın dirçəldiləcəyini bildirdi. Bu gün Şuşa sözün əsl mənasında müasir şəhərsalma qaydalarına uyğun planlar əsasında dirşəlir. Ötən il Ulu Öndər Heydər Əliyevin 100 illiyində Şuşada ikinci yaşayış kompleksinin, bu il   isə üçüncü yaşayış kompleksinin təməli qoyuldu. Onu da qeyd edək ki, dövlət başçısı İlham Əliyev istər Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə xalqa müraciətində, istərsə də ənənəvi olaraq cari ilin əvvəlində yerli televiziya kanallarına müsahibəsində bu il keçmiş məcburi köçkünlərin qayıtdığı Laçın və Füzuli şəhərlərinin, Ağalı, Talış və Zabux kəndlərinin sırasına Cəbrayıl, Kəlbəcər, Şuşa, Xankəndi və Xocalı şəhərlərinin də daxil olacağını bildirmişdir. Həmçinin bu rəqəm də açıqlamışdır ki, Birinci Qayıdış Proqramının başa çatacağı 2026-cı ilə qədər 140 min məcburu köçkün dogma yurd-yuvasına qayıdacaq.
         Xüsusilə qeyd etmək lazımdır ki, mayın 10-da artıq Şuşa altıncı yaşayış yeridir ki, keçmiş köçkünlər buraya qayıdır. Həmin gün, eyni zamanda, Laçının Sus kəndinə də keçmiş köçkünlər qayıtdı. İlin sonuna qədər ən azı 20 yaşayış məntəqəsində həyat bərpa ediləcək. Dövlət başçısı İlham Əliyevin işğaldan azad edilmiş ərazilərimizə səfərləri davamlı xarakter daşıyır. Bu səfərlərin daha çox Şuşaya edildiyi diqqətdən kənarda qalmır. Təkçə dövlət başçısının və birinci xanım Mehriban Əliyevanın bu səfəri çərçivəsində Şuşada açılışı, təməlqoyma mərasimi keçirilən sosial obyektlərin say tərkibinə diqqət yetirmək kifayətdir. Şuşa bu gün iqtisadi, siyasi, humanitar, diplomatik mərkəz kimi dünyanın diqqətindədir. Şuşanın əvvəlki siması özünə qayıdır. 30 illik işğal dövründə hər daşı, qayası bir tarix olan, Azərbaycan xalqının izlərini özündə əks etdirən Şuşanın erməniləşirilməsi istiqamətində nə qədər cəhdlər göstərildi. Lakin bunun mümkünsüzlüyü bugünümüzün reallıqlarından da aydın görünür. Bu baxımdan ki, hər bir işğaldan azad edilmiş ərazlərimiz erməni vəhşiliklərinə şahidlik edir. Şuşa da bu vəhşilikləri yaşadı. Yeri gəlmişkən, Şuşada 17 məscidin 16-sı dağıdılmış, birini isə başqa xalqa mənsub məscid kimi təqdim etməyə çalışdılar. Bütün şəhər və kəndlərimiz vandallar tərəfindən dağıdılıb. Bunu heç kim görmək istəmir. Dövlətimizin başçısının qeyd etdiyi kimi, amma hər kəs bunu görməlidir və görəcək. Çünki erməni vandallığını nə biz unudacağıq, nə də dünya unudacaq. Şuşanı nə qədər erməniləşdirməyə çalışsalar da, ona nail ola bilməyiblər. Çünki Şuşa əzəldən Azərbaycan şəhəri olub, işğal dövründə də öz azərbaycançılıq simasını qoruyub saxlayıb. Cənab İlham Əliyev bu çağırışı etdi ki, biz gəlmişik burada əbədi yaşamağa və bundan sonra Azərbaycan Bayrağı bu torpaqlarda əbədi dalğalanacaq.
      Onu da qeyd edək ki, dövlət başçısı İlham Əliyev sakinlərlə görüşündəki çıxışında bir daha diqqəti dünyanın ikili standartlara əsaslanan siyasətinə yönəltdi. Bildirdi ki, Minsk qrupunun 28 ildəki fəaliyyəti Azərbaycan xalqına qarşı yönəldilmişdir. Onların yalançı vədləri və fəaliyyətsizliyi təsadüfi deyildi. Onlar məsələni həll etmək istəmirdilər, bu torpaqları ermənilərə vəd vermişdilər. Bu gün də Fransa və ABŞ bizə qarşı əsas rol oynayırlar. Onlar da bilməlidirlər ki, iradəmizdən kənar bu bölgədə heç bir məsələ həll olunası deyil. Cənab İlham Əliyev bu çağırışı da etdi ki, hansısa səfirin Şuşaya gəlməsi bizə minnət kimi təqdim edilməməlidir. Gəlir gəlsin, gəlmir, heç lazım da deyil. Guya onların gəlib-gəlməməsi ilə nəsə dəyişir, heç nə dəyişmir. Burada, bu torpaqda söz sahibi bizik. Bizim siyasətimiz beynəlxalq hüquqa və ədalətə əsaslanır. Əgər bu gün yenə də görsək ki, Ermənistanda revanşistlər baş qaldırır, Fransa Ermənistana öldürücü silahlar verir, o silahların kritik həddə çatmasını görsək, onda bizdən heç kim inciməsin. Hər halda hər kəs bilir ki, biz nəyə qadirik.
      Məlumdur ki, 2009-cu ildə Bakı, 2018-ci ildə Naxçıvan şəhəri də İslam dünyasının mədəniyyət paytaxtı elan edilmişdir. Bu dəfə isə Azərbaycanın mədəniyyət paytaxtı Şuşa bu şərəfli adı daşıyacaq. Şuşa mədəniyyət ocağı kimi tanınsa da, hazırda qəhrəmanlıq, zəfər və sülhün rəmzidir. Çünki məhz Şuşanın azad olunmasından sonra işğalçılar tam anladılar ki, müqavimət göstərmək onlara heç nə verməyəcək, Ən əsası, Azərbaycanın türk dünyasının, islam dünyasının həmrəyliyinin gücləndirilməsinə verdiyi töhfələr diqqətdən kənarda qala bilməz. Bu qərar Şuşaya xüsusi ehtiramın ifadəsidir və İslam dünyasının həmrəyliyinin yeni rəmzinə çevrilməklə qarşılıqlı əməkdaşlıq münasibətlərinin daha da genişləndirilməsində özünəməxsus rol oynayacaq. Builki “Xarıbülbül” festivalının Şuşanın İslam dünyasının mədəniyyət paytaxtı elan olunmasına həsr edilməsi özündə bütün məqamları ehtiva edir.

Əli Həsənov,YAP Göygöl rayon təşkilatı üzrə 5 nömrəli ərazi partiya təşkilatının sədr müavini

Oxşar xəbərlər

Xəbər lenti
Konstitusiya – insan hüquqları və ədalətin ali təminatı
2026-11-11
Konstitusiya tariximizin mühüm mərhələləri
2026-11-11
Sabitlik və inkişafın hüquqi əsasları
2026-11-11
Konstitusiya müstəqil dövlətçiliyin möhkəm hüquqi təməlidir
2026-11-11
Günay Ağamalı: Üçrəngli bayrağımız qalib xalqın qüruru, müstəqil dövlətimizin əzəmətidir – ŞƏRH
2026-11-09
8 Noyabr xalqımızın milli qürurunun, dövlətçilik iradəsinin və tarixi ədalətin təntənəsidir
2026-11-09
Günay Ağamalı: Şuşa Zəfəri Azərbaycanın milli qürurunun və dövlətçilik qüdrətinin təcəssümüdür
2026-11-09
8 Noyabr – Şuşa şəhəri günü: Zəfərin zirvəsi, qürurun ünvanı
2026-11-07
Salyan Rayon Mərkəzi Xəstəxanasında 8 Noyabr – Zəfər Gününə həsr olunmuş tədbir keçirilib!
2026-11-06
Mavi göylərdə dalğalanan milli qürurumuz
2026-11-06
Ucalan bayrağımız, güclənən dövlətimiz
2026-11-06
Dövlətçiliyimizin ideoloji təməli və milli birliyimizin rəmzi
2026-11-06
Dövlət bayrağımız milli dəyərimizdir
2026-11-06
Zəfər Yolunun Aparıcı Zirvəsi
2026-11-06
Qalib Azərbaycanın Qürur Zirvəsi – Şuşa
2026-11-06
8 Noyabr- Şuşanın Əbədi Ruhunun Qayıdışı
2026-11-06
8 NOYABR – ZƏFƏR GÜNÜ: MİLLİ QÜRURUMUZUN, DÖVLƏTÇİLİYİMİZİN VƏ DÖNÜŞMƏZ İRADƏMİZİN TƏNTƏNƏSİ
2026-11-05
Salyanda Zəfər Gününə həsr olunmuş tədbir keçirilib
2026-11-05
Səhiyyə işçiləri ümumrayon ağacəkmə aksiyasında fəal iştirak ediblər
2026-11-05
8 NOYABR – ZƏFƏR GÜNÜ: MİLLİ QÜRURUMUZUN, BİRLİYİMİZİN VƏ QƏHRƏMANLIĞIMIZIN TƏNTƏNƏSİ*
2026-11-05
Zəfərin yaratdığı yeni reallıqlar və Azərbaycanın gələcək hədəfləri
2026-11-05
Güclü iqtisadiyyat, müasir ordu və tarixi Qələbə
2026-11-05
44 günə sığan qəhrəmanlıq və əsrlərə yazılan Zəfər
2026-11-05
Şuşa Azərbaycan xalqının rəşadətinin, əyilməz iradəsinin simvoludur
2026-11-04

2026-11-03